Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5391/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)131/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə təmirtikinti işləri üçün illik 22 % ödəmək şərti ilə 36 ay müddətinə 165000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 259,9 kv.m., yaşayış sahəsi 143,2 kv.m. olan 54K nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü edilmiş və ipotek a daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə İddiaçı ASC-yə 133049 manat məbləğində əsas, 53987,09 manat məbləğində faiz, 18049,64 manat məbləğində artırılmış faiz borcu olmaqla, ümumi borc 205085,86 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları, İddiaç ı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri, bütün ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxx 2017-ci il tarixə əsas borc üzrə - 123291,50 manat, faiz borcu üzrə - 53433,25 manat, xx xxxxx 2017-ci il tarixə əsas borc üzrə - 123291,5 manat, faiz borcu üzrə - 56748,42 manat. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17914 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014cü il tarixli, 120.LN.2105.0 20514.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə - 123291,48 manat, faiz borcu üzrə - 46802,91 manat, xx xxx 2017-ci il tarixə əsas borc üzrə - 123291,48 manat, faiz borcu üzrə 57878,59 manat. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, “xxxx” MMC tərəfindən tərtib edilmiş məhkəmə əmlakın qiymətləndirilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli hesabatına əsasən ünvan 1 ünvanında Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 54K nömrəli fərdi yaşayış evinin bazar dəyəri 295000 manat müəyyən edilmişdir. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, “X2” MMC tərəfindən tərtib edilmiş məhkəmə əmla kın qiymətləndirilməsinə dair xx xxxxx 2019-cu il tarixli ƏEM/F 292-379/19 saylı rəyinə əsasən ünvan ünvanda yerləşən fərdi yaşayış evinin üzərində yerləşdiyi 0,04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 365000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsi üzrə banka 133049,13 manat əsas, 53987,09 manat faiz və 18049,64 manat cərimə olmaqla, cəmi 205085,86 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 ünvan fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(00 1)6411/2017 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 kredit üzrə 123291,5 manat, faiz üzrə 53433,25 manat, cərimə üzrə 1805,25 manat, cəmi 178530 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan fərdi yaşayış evinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin müvafiq olaraq 295000 manat müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 ünvan fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsinin ən geci 1 ay ərzində boşaldılması, İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 04 manatının iddiaçıya aid edilməsi, ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 50 manatın 43 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 7 manatın isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu müqavilə və iş materialları ilə təsdiqini tapdığından iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad ed ərək tələb olunan dəbbə pulu məbləğini azaltmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)- 6411/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-131/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, E.Q.Nəbiyevdən və R.Ə.Qurbanovdan ibarət tərkibdə) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)6411/2017 nömrəli qətnaməsi, xx xxx 2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit müqa viləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, xx xxx 2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit razılaşması üzrə faiz borcunun 46802,91 manat, cəmi borcun isə 171899,66 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 365000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixinə (borc tələb olunan tarixə) olan əsas borc 1232 91,48 manat, faiz borcu 46802,91 manat müəyyən edilmişdir. Təmin edilən əsas borc məbləği ekspert rəyi ilə müəyyən edilən borc məbləği ilə eynilik təşkil edir. Lakin faiz borcu ekspert rəyi ilə xx xxxxxx 2016-cı il tarixə 46802,91 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 449.4 və 467-ci maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. Bu baxımdan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli və (iddiaçı tərəfindən tələb olunan xx xxxxxx 2016-cı il tarixə) 46802,91 manat faiz borcu tutulmalıdır. Apelyasiya məhkəm əsi eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği azaldılmışdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 33, 34, 36.1, 36.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. Həmin məhkəmə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin xx xxxxxxx 2017-ci il tarixli hesabata əsasən müəyyən edildiyini, həmin vaxtdan kifayət qədər müddət keçdiyini, həmçinin “X2” MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alar aq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, yuxarıda qeyd olunan və ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetlərinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-131/2020 nömrəli qətnaməsinin qismən, yəni ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin 365000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 365000 manat məbləğində müəyyən edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş rəyə əsasən əmlaka 295000 manat qiymət qoyulmuşdur. 2017-ci ildən ötən müddət ərzində əmlakın dəyərinin 70000 manat məbləğində bahalaşması inandırıcı deyil. Qeyd olunan müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərdə azalma olmuşdur. Məhkəmənin “X2” MMC tərəfindən verilmiş rəyin ətraflı və müfəssəl olması barədə qənaəti anlaşılmazdır və bununla bağlı tutarlı əsaslar gətirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini iddiaçı vermiş və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnı z mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti e tməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər bo rclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələbl ər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərinə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutları qiymətləndirmiş və Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən “X2” MMC tərəfindən təqdim olunmuş rəyi mötəbər sübut qismində qiymətləndirmişdir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə aparılsa da, sonrakı dövrdə 1 il 6 aya yaxın müddətdə iş məhkəmələrin icraatında olmuş və bu müddətdə də əmlakın qiymətində dəyişikliklərin olması mümkündür. Həmçinin müəyyən olunur ki, “xxxx” MMC əmlakın qiymətləndirilməsi zamanı 3 əsas qiymətləndirmə metodlarından (uyğun satışların müqayisəsi, xərc və gəlirin kapitallaşdırılması) tam və ya qismən istifadə olunmasını qeyd etsə də, müqayisəli tədqiqatın aparılması rəydə əksini tapmamışdır. Bunun əksi olaraq “X2” MMC tərəfindən 3 analoji obyektlər üzrə müqayisə aparılmış və qiymətləndirmə rəyi müfəssəl olaraq əsaslandırılmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq məhz sonuncu rəyi ipoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiymətinin müəyyən edilməsi üçün əsas kimi qəbul etmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qeyd olunan qiymət mübahisələndirilsə də, onun yüksək olmasını təsdiq edən sübut apelyasiya məhkəməsinə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-131/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 365000 (üç yüz altmış beş min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5391/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5391/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver