Məhkəmə qərarları › İş №2(102)-5392/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5392/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5392/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5392/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1672/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4480 manat məbləğində əsas pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabrında cavabdeh kəndlilərdən fındıq alışında ona kömək edə biləcəyini bildirmiş və ona qabaqcadan pul versə 2020ci ilin avqust ayında ona 1 kq fındığı 2 manatdan yığıb təhvil verəcəyi, əldə edəcəkləri gəlirin isə aralarında bərabər bölünəcəyi barədə söz vermişdir. O, da cavabdehə inanıb 2019-cu ilin dekabr ayı–2020-ci ilin yanvar ayı ərzi ndə 10160 manat pulu nağd şəklində vermişdir. 2020-ci ilin avqust ayının sonuna kimi cavabdeh ona cəmi 340 kq fındıq təhvil vermiş və fındığın 1kq-nı 3 manatdan hesablamışdır. Cavabdehin ona verdiyi pulla fındıq alıb sataraq əldə etdiyi gəlir hesabına 2020-ci ildə özünə 9 baş cöngə alıb, bir müddət saxlayıb kökəltməklə satmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək ondan aldığı pul ilə fındıq tədarük edib və onu təkbaşına satmaqla gəlir əldə edib. Həmin gəlirin 50%-i ona çatmalıdır. Belə ki, cavabdeh ondan aldığı 10160 manat pula 5080 kq fındıq tədarük etməliydi. Amma cavabdeh ona cəmi 340 kq fındıq təhvil verib. Hesab edir ki, cavabdeh ona 2200 kq fındıq təhvil verməlidir. Cavabdeh onun pulundan istifadə edərək fındıq alış-verişindən əldə etdiyi gəlir hesabına özü üçün 2000 kq f ındıq alıb sataraq 6160 manat gəlir əldə edib. O, cavabdehdən pulunu qaytarmasını tələb etdikdən sonra 2020-ci ilin dekabr ayının axırlarına kimi cavabdeh tədarük etdiyi 340 kq fındığın qiyməti də nəzərə almaqla ona cəmi 8960 manat pul qaytarıb. Yerdə qalan 1200 manat pulu və ondan nisyə aldığı dəmir boruların qiyməti olan 200 manat pulu cavabdeh bu günə kimi qaytarmayıb. Ümumilikdə cavabdeh ona 4480 manat pul ödəməlidir. Cavabdeh ondan əldə etdiyi təmiz gəlir olan 6160 manatın yarısı olan 3080 manat məbləğdə pulu və 1400 manat borclu qaldığı pulu, cəmi 4480 manat pulu ödəməlidir. Onu da qeyd etmişdir ki, o, cavabdehə 10160 manat pulu 7-8 dəfəyə hissə-hissə vermişdir. Həmçinin qeyd etmişdir ki, pulu cavabdehə ailə üzvlərinin yanında vermişdir. Lakin pulu cavabdehə verməyi barədə yazılı qəb zi yoxdur. O, qeyd olunanlarla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 mart 2021ci il tarixli 2(067)-782/2021 nömrəli qətnaməsi ilə (hakim İlkin Xəlilov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Xaçmaz RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatında iddiaçıdan 2019-cu ilin dekabr ayında 10160 manat məbləğində pul aldığını etiraf etmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə 1 kq fındığın 2 manatdan yığılıb təhvil veriləcəyi, əldə edəcəkləri gəlirin isə aralarında bərabər bölünəcəyi barədə razılaşmışlar. İddiaçının qeyd etdiyi bu hal cavabdehin Xaçmaz RPŞ-də iddiaçıdan 10160 manat pu lu aldığını etiraf etməsinə dair izahatı ilə də təsdiq olunur. Razılaşmadan sonra iddiaçı cavabdehə inanıb 2019-cu ilin dekabr ayı – 2020-ci ilin yanvar ayı ərzində 10160 manat pulu nağd şəkildə vermişdir. Tərəflər gəliri bərabər bölmək barədə razılığa gəlmişlər. Cavabdeh iddiaçıdan aldığı pulun 8960 manatını qaytarsa da (həmin məbləğin qaytarılması həm iddiaçının izahatı, həm də cavabdehin Xaçmaz RPŞ-də verdiyi izahatla müəyyən olunur) iddiaçıya borclu qaldığı 1400 manat pulu və fındıq satışından əldə etdiyi təmiz gəlir olan 6160 manatın yarısı olan 3080 manat məbləğdə pulu qaytarmamışdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmişdir və cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi məbləğ, 4480 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Hazırkı mübahisədə cavabdehin iddiaçıya mebel dəstinin alqısatqısına görə 4480 manat məbləğində borclu qalması işin halları ilə tam sübuta yetirilir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 425.1, 427, 442, 445.2.1, 445.2.2, 448.1, 529.1, 1091-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkil X1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin 160 manat məbləğində qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Ape lyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 24.05.2021-ci il tarixli, 2(105)-1672/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli 2(067)-782/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh 1200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Xaçmaz RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatında iddiaçıdan 2019-cu ilin dekabr ayında 10160 manat məbləğində pul aldığını etiraf etmişdir. Həmin puldan 8960 manat cavabdeh tərəfindən ona qaytarılmışdır. Birin ci instansiya məhkəməsi iddianı tam təmin edərkən, cavabdehin İddiaçı 4510 manat pulun qaytarılmasını qət etməklə haqlı olmamışdır. Məhkəmə iddianı təmin edərkən iddianı təmin edərkən iddiaçının pul tələbi kimi əsaslandırdığı iddiasını əsassız varlanma kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu mübahisəyə pul tələbinin və ya nisyə alqı-satqı müqaviləsinin hüquq normaları tətbiq edilməlidir. İddia ərizəsindən və məhkəmə kollegiyası iclası zamanı İddiaçı izahatından müəyyən olunur ki, Cavabdeh hissə-hissə 10.160 manat pulu nəgd şəklində vermişdir, ona 8960 manat pul qaytarmışdır. Yerdə qalan 1200 manat pulu və 2020-ci ildə ondan nisyə aldığı dəmir boruların qiyməti olan 200 manat pulu cavabdeh bu günə kimi ona qaytarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi cavabdehə dəmir borularının 200 manat verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, odur ki, kollegiyası bu hissədə iddianın təmin olunmasını düzgün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – apelya siya şikayətinni təmin olunub cavabdehdən 1200 manat pulun tutulması olması hissəsində ləğv edilib dəyişdirilməsi və iddia tələbinin tam təmin edilib 4480 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyətinə düzgün hüquqi qiymət verməməklə və maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, apelyasiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının 3080 manat məbləğində əldə edəcək faydada məhrum olmasından ibarət olmasına düzgün hüquqi qiymət verməmiş, mübahisəyə əsassız varlanma ilə bağlı mü nasibətləri tənzimləyən normaları tətbiq etməli olduğu halda səhvən pul tələbi və ya nisyə alqı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə

448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia təkləbinin təmin edilmədiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Xaçmaz RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatında iddiaçıdan 2019-cu ilin dekabr ayında 10160 manat məbləğində pul aldığını etiraf etmişdir. Həmin puldan 8960 manat cavabdeh tərəfindən ona qaytarılmışdır. 8960 manat pulun iddiaçıya qaytarılmasını iddiaçı özü də etiraf etmişdir. Belə olan halda apelyasiya kollegiya sı ödənilməmiş qalan 1200 manat məbəlğində pulun iddiaçıya ödənilməli olması ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1672/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar