Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5393/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X1 və Cavabdeh2 qarş iş üzrə QƏRARİ iş № 2(102)-5393/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontoru və Cavabdeh2 qarşı “müqavilənin etibarsız h esab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1367/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsindən Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs xxx kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, əri xxx 24.04.2010-cu il tarixli borc və 20.05.2010-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə AN-1 №0212826 saylı müqavilələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onu nla əsaslandırılmışdır ki, 2008-ci ilin fevral ayında Bakı şəhər sakini Cavabdeh2 şifahi razılaşmaya əsasən iddiaçıya 9933 manat dəyərində 125 baş irilixırdalı qoyun-keçi, 2 dana və 2 inək satmışdır. İddiaçı həmin heyvanların dəyərini 2010-cu ilin yanvar ayının axırında ödəməyi öhdəsinə götürmüşdür.
3. Özündən asılı olmayan səbəblərə görə iddiaçı pulu ödəyə bilməmiş, Cavabdeh2 özünə məxsus 7000 manat dəyərində 67 baş qoyunu aparmışdır. İddiaçının Cavabdeh2 2933 manat borcu qalmışdır. 24.04.2010-cu il tarixdə Cavabdeh2 ona qaytarmalı olduğu pulun ödənilməsini tələb etdikdə, iddiaçı evini girov qoymaqla banklardan pul götürüb borcunu ödəmək istəməsini demişdir.
4. Cavabdeh2 banklarda tanışları olmasını deyərək, tez vaxtda kredit götürməyə kömək edə biləcəyini bildirmiş, iddiaçı da inanaraq e vin sənədlərini Cavabdeh2 vermişdir.
5. Bundan sonra Cavabdeh2 iddiaçının əri xxx hədə-qorxu gəlməklə, həmin gün guya iddiaçının ərinin ona 13200 manat borclu olması barədə borc müqaviləsi, 20 may 2010-cu il tarixdə isə evini satması barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə imza etdirmişdir. Alqı-satqı müqaviləsin əsasən Quba rayonu, Zərdabi kəndində olan fərdi yaşayış evi, altında olan 0,07 hektar torpaq sahəsi ilə birlikdə 15000 manata satılıb. Halbuki buna ailə üzvlərinin razılığının olmayıb.
6. Hər iki müqaviləni Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Firdovsi Məmmədov təsdiq edib. Ev Quba rayonunda yerləşdiyinə görə isə alqısatqı müqaviləsini Quba rayon notariusu təsdiq etməli idi. Notarius Mənzil və Ailə Məcəllələrinin tələblərini pozub.
7. İddiaçı tə ləbinin hüquqi əsası kimi Mülki Məcəllənin 53, 122 və 123-cü maddələrinə istinad edib.
8. Cavabdeh2 iddiaya etiraz edib. Etirazın dəlilləri: - tanışı Quba rayonu, Zərdabi kənd sakini xxx müraciət edərək, ona borc pul lazım olmasını demiş və ona borc pul verilməsini xahiş etmişdir. 24 aprel 2010-cu il tarixdə o, Eynulla Şahmərdanova 20 may 2010-cu il tarixədək qaytarmaq şərti ilə 13200 manat borc pul vermiş və bu barədə müqavilə imzalamışlar; - həmin dövrdə Quba rayon dövlət notariusunu Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu xxx əvəz etdiyindən, müqaviləni də həmin notarius təsdiq edib; - lakin razılaşdıqları vaxtda xxx pulu qaytarmadığından evini satmasını bildirmiş və razılığa gəlmişlər ki, dəyəri 15000 manat olan həmin ev ona satılsın, əvəzində borc vermiş olduğ u 13200 manat pul evin dəyəri ilə əvəzləşdirilsin, qalan 1800 manat pulu isə 3 ay ərzində xxx ödəsin. Bununla bağlı həmin dövrdə Quba rayon notariusunu əvəz edən Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu xxx alqı-satqı müqaviləsini təsdiq etmişdir; - alqı-satqı müqaviləsi bağlanarkən xxx üç qızı və həyat yoldaşından ibarət ailə üzvlərinin olması barədə arayış təqdim etmiş, həmin şəxslər də evin satılmasına razı olmaları barədə ərizə vermişlər; -həm borc, həm da alqı-satqı müqaviləsini onlar özləri heç bir kənar təsir olmadan imzalamışlar və o, Eynulla Şahmərdanova həmçinin onun ailə üzvlərinə hədə-qorxu gəlməmişdir.
9. Quba Rayon Məhkəməsinin 2(027)-21/2011 nömrəli, 04 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zamin Tahirov)
10. Məhkə mə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmiş 24 aprel 2010-cu il tarixli borc müqaviləsinə uyğun olaraq X4 borc almış olduğu 13200 manat pulu 20 may 2010-cu il tarixdə nəğd qaydada qaytarmağı öhdəsinə götürmüşdür. 11. xxx ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən xxx özünə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli fərdi yaşayış evini 15000 manata Cavabdeh2 satmış, sonuncu isə evin qiymətini 24.04.2010-cu il tarixdə bağlanmış borc müqaviləsi üzrə satıcının borclu olduğu 13200 manat borcunun hesabına ödənmiş hesab olunmasını və qalan 1800 man atı isə üç ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Satıcı da həmin məbləği və şərtləri qəbul etmişdir. Müqavilə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tələbini 24.04.2010-cu il tarixli borc və 20.05.2010-cu il tarixli alqı-satqı müqavilələrinin Cavabdeh2 hədə-qorxusu təsiri altında bağlanması, reallığa uyğun olmaması, ailə üzvlərinin buna razılıq verməməsi, həmin əqdləri təsdiq edən notariusun buna səlahiyyətinin olmaması ilə əsaslandırsa da, bu halları təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmiş və bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi vurğulayıb ki, qanunvericiliyin tələbinə əsasən hazı rkı iş üzrə mübahisələndirilən müqavilələrin Cavabdeh2 zorakılıq təsiri nəticəsində bağlanmış hesab edilməsi üçün müqavilələrin digər tərəfi olan xxx xaraktercə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən hərəkətlər olmalı, bu hərəkətlər qanuna zidd vasitələr tətbiq edilməklə həyatı keçirilməlidir. Lakin hazırki işdə belə halların olması müəyyən edilməmiş, iddiaçı da bu halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, hətta iddiada əqdin hədə-qorxu təsiri altında bağladığı göstərilən xxx özü sözügedən əqdləri mübahisələndirməmişdir. Həmçinin sözügedən evin alqı-satqı müqaviləsinin bağlanmasına evin mülkiyyətçisinin arvadı (hazırki iş üzrə iddiaçı) və digər ailə üzvləri razılıq vermişlər.
14. Alqı-satqı müqaviləsini Xaçmaz rayo n Dövlət Notariusunun təsdiq etməsi ilə bağlı dəlilə münasibətdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 01.06.2008-ci il tarixdən 27.10.2010-cu il tarixədək olan dövrdə Quba rayon Dövlət Notariat Kontorunun dövlət notariusunu Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu əvəz etmişdir. Bu baxımdan qeyd edilən alqı-satqı müqaviləsinin təsdiq edilməsi notariusun səlahiyyətləri çərçivəsində olmuşdur.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.6, 339.4-cü Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs xxx apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. 17. xxx apellyasiya şikayətinin dəlili ondan ibarət olub ki, məhkəmə onu əsl iddiaçı kimi işə cəlb etməyib.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1367/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-72/2011 saylı iş üzrə 04 fevral 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən, məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)
19. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd etmişdir ki, qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız ılığı üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri hazırki işdə mövcud deyildir.
20. Apellyasiya instansiyası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinadən onu da qeyd edib ki, həmin normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Qətnamə xxx (Vəkil Rufalla qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi MP M-in 88-ci maddəsinin tələblərini pozaraq, sübutlara düzgün qiymət verməyib; - məhkəmələr iddianın hüququ olmayan şəxs tərəfindən, yəni İddiaçı tərəfindən qaldırılmasına əhəmiyyət verməyib. Halbuki məhkəmələr iddianın həmin iddianı vermək hüququ olmayan şəxs tərəfindən verildiyini görərək, əsl olmayan iddiaçını əsl olan iddiaçı ilə əvəz etməli idilər; - əslində, alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanıb, bu da özü-özlüyündə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağl anmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya ins tansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
29. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. Belə ki, iddia tələbi iddiaçının əri xxx ilə Cavabdeh2 arasında bağlanmış 24.04.2010-cu il tarixli borc və 20.05.2010-cu il tari xdə bağlanmış daşınmaz əmlakın alqısatqısı barədə AN-1 №0212826 saylı müqavilələrin etibarsız sayılması barədədir. İddiaçı iddia tələbinin əsası kimi hər iki müqavilənin bağlanması zamanı cavabdeh tərəfindən əri Eynulla Şahmərdanov nə hədə-qorxu gəlinməsi, müqavilələrin Quba rayon notariusu tərəfindən deyil, başqa rayonun – Xaçmaz rayon dövlət notariusu tərəfindən təsdiq edilməsi və alqı-satqıya razılığının olmamasına istinad edib. Belə olan halda iddia tələbinin təmin edilməsi üçün iddiaçının istinad etdiyi halların mövcudluğu təsdiq edilməlidir.
31. İşdən görünür ki, iddiaçı tələbini müqavilələrin Cavabdeh2 hədə-qorxusu təsiri altında bağlanması, ailə üzvlərinin buna razılıq verməməsi, həmin əqdləri təsdiq edən notariusun buna səlahiyyətinin olmaması ilə əsaslandırsa da, bu halları təs diq edən hər hansı sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmiş və bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin sözügedən evin alqı-satqı müqaviləsinin bağlanmasına evin mülkiyyətçisinin arvadı (hazırki iş üzrə iddiaçı) və digər ailə üzvləri razılıq vermişlər.
32. Müqavilələrin Xaçmaz rayon Dövlət Notariusunun təsdiq etməsi ilə bağlı isə müəyyən edilib ki, 01.06.2008-ci il tarixdən 27.10.2010-cu il tarixədək olan dövrdə Quba rayon Dövlət Notariat Kontorunun dövlət notariusunu Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu əvəz etmişdir.
33. Göründüyü kimi işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Buna görə də mə hkəmə kollegiyası iddianı rədd etmiş birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirməıdən saxlayan apellyasiya məhkəməsini gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
34. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
35. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
36. Məhkəmə kollegiyası məhkəmələrin iddianın hüququ olmayan şəxs tərəfindən, yəni İddiaçı tərəfindən qaldırılmasına əhəmiyyət verməməsi, onun əsl iddiaçı kimi işə cəlb edilməli olması barədə kassatorun dəlillərini əsassız sayır. Çünki işdən görünür ki, iddiaçı qeyd edilən müqavilələri öz mənafeyi baxımın dan mübahisələndirmiş, alqı-satqı müqaviləsi bağlanarkən onun razılığının olmamsına istinad etmişdir.
37. Alqı-satqı müqaviləsinin borc müqaviləsini pərdələmək üçün bağlanması ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bu dəlil apellyasiya şikayətində irli sürülməyib, yeni dəlildir. Bundan başqa, iddia tələbinin hüquqi əsası kimi iddiaçı alqı-satqı müqaviləsinin borc müqaviləsini pərdələmək məqsədilə bağlanmasına yox, müqavilənin hədə təsiri altında bağlanmasına istiad etmişdir. Bu baxımdan, apellyasiya şikayətinin dəlil olmayan, həmçinin iddia tələbinin yeni əsası kimi irəli sürlüən bu dəlilə, başqa sözlə işə mahiyyəti üzrə baxan məhkəmələrdə işə baxmanın predmeti olmayan bu dəlilə qiymət verilməsinə də zərurət yoxdur. Çünki kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPM-in 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Üstəlik, bu dəlillər işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib. Kassasiya icraatı isə yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: xxx kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1367/2021 nömrəli, 28 aprel 2021-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.