Məhkəmə qərarları › İş №2(102)-5395/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5395/2020

13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5395/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1154/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəf indən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) xx.xx.2019-cu il tarixli, 2(011)6347/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “etibardan sui-istifadə etməklə aldatma yolu ilə əldə olunmuş pul vəsaitinin alınması, dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair ilk iddiasının və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2020-ci il tarixli, 2(103)-1154/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-c u il tarixli, 2(011)-6347/2019 nömrəli qətnaməsinin qismən, yəni qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, İddiaçı ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməklə, 27000 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “etibardan sui-istifadə etməklə aldatma yolu ilə əldə olunmuş pul vəsaitinin alınması, dəymiş maddi zərərin ödənilməsi” tə ləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibardan sui-istifadə etməklə aldatma yolu ilə əldə olunmuş pul vəsaitinin alınması, dəymiş maddi zərərin ödənilməsi məqsədilə Cavabdeh 27000 manat pulun, 50000 manat maddi ziyanın alınaraq bu iş üzrə İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı 21500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəki l kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu ərazisində daş karxanası vardır. Ona məxsus daş karxanasının yaxınlığında Əliheydər adlı şəxsin karxanası olmuş, sonuncu həmin daş karxanasını cavabdeh İddiaçı 2014-cü ilin əvvəlində satmış, lakin cavabdeh İddiaçı qaş karxanasının işindən baş açmadığı üçün həmin karxananı işlətməkdə ona kömək etməyini və icarəçi tapmağını xahiş etmiş, karyeri hər ay 3.000 manat olmaqla Sabir Məmmədov adlı şəxsə icarəyə vermiş, sonuncu Salehə çatdırmaq üçün ona vermiş, hər ay icarə haqqının bir hissəsini Salehin xəbəri və razılığı əsasında karxananın işlədilməsinə xərcləmiş, qalan məbləği hər ay Salehə vermiş, lakin ona inandığı üçün bu barədə ondan heç bir qəbz almamış və aralarında yazılı razılıq olmamışdır. Həmən ərəfəd ə o, yaxın münasibətdə olduqları və hər ikisinin tanışı olan Ümid Babayevdən bir dəfə 4.000 manat alaraq Salehə vermiş, bir dəfə də 5.000 ABŞ dolları Ümidin yanında sonuncunun qohumundan alaraq cavabdeh İddiaçı vermişdir. Bu faktları Ümid məhkəmədə şahid qismində ifadə verərkən təsdiq etmişdir. Karxanada işləri nizama salmaq, avadanlıqları yeniləmək, təmir etmək, elektrik və su xətləri çəkmək və fəhlələrə əmək haqqının ödənilməsi üçün aylıq icarə haqqından icarəçi Sabir Məmmədova 14.000 manat pul qaytarılmış, həmçinin həmin vaxtlar İddiaçı məxsus karxananın vergiyə olan 4.000 manat borcunu ödəməklə qəbzini onun özünə vermişdir. Bu halı da birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Sabir Məmmədov təsdiq etmişdir. Bundan başqa 2016-cı ilin yanvarın 01-nə keçən saat 03 radələrində karxanada baş vermiş yanğın hadisəsi nəticəsində gözətçi ölmüş, onun bütün dəfn və yas xərclərini, qəbrin üstünün düzəldilməsi üçün 7-8 min manat xərci cavabdehin xahişi ilə öz vəsaiti hesabına çəkmişdir. Əlavə olaraq İddiaçı özünə məxsus daş karxanasının fəaliyyətini gücləndirmək və sosial müdafiə fondundan yoxlama ilə bağlı ondan 6.500 manat pul almışdır ki, bu halı da o özü iddia ərizəsində qeyd etmişdir. Cavabdehin iddia ərizəsində qeyd etdiyi kimi, vergiyə ödənilən 44.000 manat borcundan 15.000 manatını mən qalan hissəsini o özü ödəmişdir. Əslində isə həmin 44.000 manat pulu tam olaraq o özü ödəmiş, lakin karxana ona aid olduğundan qəbzi saxlamaq üçün Salehə vermiş, Saleh isə həmin pulun 29.000 manatını guya özünün ödədiyini göstərmişdir. İddiaçılə aralarında etibar ol duğundan ona verdiyi və onun əvəzinə karxananın cari xərclərinə ödədiyi və hazırda ona borclu qaldığı 21.500 (6.500+15.000) manat məbləğin Salehdən alınıb ona verilməsinə dair iddiası əsassız olaraq birinci instansiya məhkəməsində və apelyasiya şikayəti apelyasiya instansiyasi məhkəməsində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi iş üzrə ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını heç bir tutarlı sübut və fakta əsaslanmadan qismən təmin etmişdir. Məhkəmə birinci instansiya məhkəməsi tərəfindən sübutlara, şahid ifadələrinə düzgün qiymət verilmədiyini nəzərə almayaraq kifayət qədər araşdırma aparmadan ona münasibətdə ədalətsiz mövqe tutmuşdur. Məhkəmə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin iddiasını əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının məhkəməyə iddiasının əsasını təşkil edən halları və ümumiyyətlə tərəflər arasında daş karxanasının işlədilməsi, həmin karxananın icarəyə verilməsi ilə bağlı mövcud olmuş hüquq münasibətlərini təşkil edəcək hər hansı mötəbər sübut təqdim etməməsinə baxmayaraq qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Qeyd olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin tam ləğv iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı id dia üzrə cavabdeh İddiaçı və vəkili X1 şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1154/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı verdiyi iddia ərizəsində Xanəlinin ona məxsus olan karyeri işlətdiyi 13 aylıq dövr üzrə aylıq 3000 manat pulu (Xanəliyə ona çatdırılması üçün verilən pulu) ondan gizlədərək vermədiyini, çox sonradan vergi cəriməsini ödəməyi üçün ona olan b orcundan 15000 AZN verdiyini qeyd etmişdir. Bundan başqa Cavabdeh müxtəlif vaxtlarda ondan karxananın istehsalatını gücləndirmək üçün 4500 manat, sonra Sosial Müdafiə Fonduna ödəmək adı altında 5000 manat borc almış və həmin 95xx xxxxxxxx 6500 manat qaytarmışdır. Hazırda Cavabdeh ona 27000 manat borcu qalmışdır. (24000+3000) Beləliklə, iddiaçı Sabir Quliyevin, Cavabdeh, şahid Sabir Məmmədovun məhkəmədə, həmçinin polis və prokurorluq orqanlarında verdikləri izahatlarından görünür ki, 13 ay müddətində karxananı icarəyə götürmüş Sabir Məmmədov işlətmiş və icarə haqqı kimi hər ay 3000 manat pulu Cavabdeh vermiş, sonuncu həmin icarə haqqından cəmi 15000 manat İddiaçı vermiş, qalan 24000 manat məbləğində icarə haqqını isə Cavabdeh icarəçi İddiaçı çatdırmamışdır. Bundan başqa İddiaçı tərəfindən o na verilmiş 9500 manat pul vəsaitindən 6500 manat qaytarmış, qalan 3000 manat borcu isə qaytarmamışdır. İş materiallarında olan Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2018-ci il tarixli qərarından isə görünür ki, izahat vermiş Cavabdeh bildirmişdir ki, onun Salehə borcu yoxdur. Sabir həmin karyeri icarəyə götürmüş, hər ay ona 3000 manat 11 ay müddətində vermiş, o isə bu pulları Salehə vermişdir. Saleh ondan 44000 manat pul almışdır. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, həmin məbləğdə pulun İddiaçı verilməsinə dair işin materiallarında heç bir sübut yoxdur və belə bir sübut məhkəmədə təqdim edilməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməklə, 27000 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddi açı ödənilməsi qət edilməlidir. Bundan başqa, apelyasiya kollegiyası ilkin iddianın 50000 manat məbləğində maddi ziyanın ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı bu tələb üzrə öz əsaslandırmasını məhkəməyə bildirməmiş və sübut təqdim etməmişdir. Apelyasiya kollegiyası eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 21500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cavabdeh qaytarılması barədə qarşılıqlı iddiasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında qeyd edilən öhdəlik münasibətlərinin qanuni və ya müqavilə əsası yaranmadığından, yəni 21500 manat məbləğində pulun Cavabdeh İddiaçı tərəfindən verilməsinə dair sonuncunun hər hansı öhdəliyinin olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbini rədd etməkdə birinci instansiya məhkəmə düzgün nəticəyə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilki iddia üzrə cavabdeh ilkin iddianın əsassız, qarşılıq iddianın əsaslı olmasına istinad etsə də, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iş materialları ilə ilkin iddianın qismən, yəni 27000 manat pul hissəsində əsaslılığı öz təsdiqini tapmış, lakin qarşılıqlı iddia ilə bağlı hissə üzrə qarşılıqlı iddiaçı qarşılıqlı cavabdehlə hər hansı öhdəlik münasibətində olmasına, qarşılıqlı cavabdehin ona borclu olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1154/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar