Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5395/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2)qarşı iş üzrə QƏRARİ (Açar sözlər:torpaq sahəsinə gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnəqarşı maneələrə son qoyulması, gedişgəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-748/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli qərarına əsasən İddiaçı1 Qaraqinoviç, X1 (bundan sonra – iddiaçılar) və ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonu, Nic qəsəbəsində 0,42 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.
2. Qəbələ rayonu, Nic qəsəbəsində 0,47 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh (bundan sonra – cavabdeh) adına qeydiyy atdan keçmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 0,42 ha torpaq sahəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, gediş-gəliş yolunun və cavabdeh tərəfindən tutulmuş yol yerinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinə gedən yol yerini cavabdeh zəbt etmiş və bağlamışdır. Yolun açılması ilə bağlı dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh açmayacağını bildirmiş, dəfələrlə bələdiyyəyə, digər idarə və təşkilatlara məlumat versələr də, heç bir nəticəsi olmamış, ona görə də məhkəməyə müraciət etməli olmuşlar.
5. Məhkəmə tərəfindən X2 mülki iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.
6. Məhkəmə tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 iyul 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılara verilmiş 0,42 ha torpaq sahəsinə mövcud elektron kadastr məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Elektron kadastr məlumat bazasına görə gediş-gəliş üçün nəzərdə tutulmuş yol cavabdeh tərəfindən tutulmuş və faktiki olaraq onun istifadəsindədir. Dövlət reyestrindən ç ıxarış nəzərə alınmaqla cavabdehin mülkiyyətinə toxunmadan yol yerinin açılması mümkündür.
7. Məhkəmə tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılara verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gediş-gəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Həmin gediş-gəliş yeri dövlət reyestrindən çıxarış nəzərə alınmaqla cavabdehin mülkiyyətinə verilməmişdir.
8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli, 10/5992 saylı rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gediş-gəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3). Nəzərdə tutulmuş gediş-gəliş yeri cavabdehin istifadəsindədir. Həmin gediş-gəliş yeri dövlət reyestrindən çıxarış nəzərə alınmaqla cavabdehin mülkiyyətinə verilməmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi)2(025)-23/2022 nömrəli, 09 mart 2022-ci il tаrixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar onlara məxsus torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Cavabdeh yol yerinin onun mülkiyyətində olduğunu, iddiaçılara heç bir maneçilik törətmədiyini bildirsə də, iş üzrə alınmış ekspert və mütəxəssis rəyləri ilə də müəyyən edilmişdir ki, iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfin dən bağlanmışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh və üçüncü şəxs qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi)2(107)-748/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instans iya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyatorlar ekspert rəyinin düzgün olmadığını bildirsələr də, bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Ekspert rəyi nəzərdən keçirilərkən əlavə və təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq g östərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertiza keçirilməsi barədə vəsatəti ümumiyyətlə araşdırılmamış, mübahisəli əraziyə yerli baxış keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə so n qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
20. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
21. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qe yd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir.
32. Məhkəmə kollegiyası mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, apelyasiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq, onu da vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh iş üzrə alınmış ekspert rəyinin əsassız olduğunu qeyd etsə də, bu istiqamətdə əsaslandırılmış dəlillər irəli sürməmiş, yalnız ümumi və formal əsaslardan çıxış etmişdir.
33. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Yuriy tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu