Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər Cavabdeh2-nə, Cavabdeh1, X5, X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: aldatma nəticəsində bağlanmış əqdin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X30 oğlunun katibliyi, İddiaçı oğlun un, onun vəkili Vəkil və Cavabdeh2-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13402/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Cavabdeh2 və X22 arasında 22 dekabr 2011-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və müqavilənin şərtlərinə əsasən bank borcalana 35000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq İddiaçı oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında olan əmlak ipoteka yüklü edilmişdir. İpoteka müqaviləsi İddiaçı oğlunun əvəzinə 19 dekabr 2011-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X8 tərəfindən imzalanmış, mənzildə qeydiyyatda olan, eyni zamanda iddiaçının birgə nikahda olduğu X19 və digər ailə üzvləri hər biri ayrı-ayrılıqda müvafiq ərizə ilə notariat kontoruna müraciət edərək, mənzilin (girov) ipoteka qoyulmasına etiraz etmədiklərini, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Cavabdehlər Cavabdeh1 və X9 Cavabdeh2 tərəfindən X15 verilmiş, təminatını İddiaçı oğluna mülkiyyətində olan mənzil təşkil edən 35000 manat məbləğində kredit pulu dələduzluq yolu ilə ələ keçirmiş və həmin şəxslərə, eyni zamanda başqa şəxslərə qarşı eyni xarakterli əməllər törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunmuşlar. Hökmlə müəyyə n olunmuşdur ki, Cavabdeh1 “xxxx” MMC-nin idarə heyətinin sədri vəzifəsində işlədiyi dövrdə, MMC-də kredit mütəxəssisi işləyən X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, 2011-ci ilin oktyabr ayında Bakı şəhərində 10000 manat kredit götürmək üçün Cahangir Əhmədova müraciət etmiş İddiaçı oğluna qulluq mövqeyindən istifadə edərək, sonuncunun evini cəmiyyətə girov qoyduğu halda ona sərfəli şərtlərlə kredit ayıracağını vəd verib etibarından sui-istifadə edib aldadaraq, İddiaçı 19 dekabr 2011-ci il tarixdə Cahangir Əhmədovun qohumu X6 verdiyi ƏN-İ 292516 saylı etibarnaməyə əsasən 22 dekabr 2011-ci il tarixdə İddiaçı Bakı şəhəri Sabunçu rayonu, mənzilini şərtləşdikləri kimi Cavabdeh1 rəhbəri olduğu “xxxx” MMC-də deyil, mənzil sahibi İddiaçı razılığı və xəbəri olmadan alqı-satqı yolu ilə Cavabdeh2-yə ipoteka predmeti kimi 54000 manat dəyərində qiymətləndirilib qeydiyyata alınmasını, həmin evi ipoteka predmeti kimi Cavabdeh2-də Cahangir Əhmədovun tanışı X13 bankdan 35000 manat məbləğində borc alması haqda 22 dekabr 2011-ci il tarixli 10820-030/11 saylı ipoteka və 22 dekabr 2011-ci il tarixli 10820-030/11 saylı kredit müqavilələrinin bağlanmasını təşkil edərək, Samir Qasımova həmin tarixdə bankdan verilən 35000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və İddiaçı məxsus ünvan mənzili Cavabdeh2-də ipoteka predmeti kimi girov qoyaraq 40320 manat pulu ödədikdən sonra mənzili geri almaq öhdəliyini mənzil sahibinin üzərinə qoymaqla İddiaçı əmlakını talama əlamətləri olmadan külli miqdarda əmlak əldə etmək məqsədilə so nuncuya 54000 manat ziyan vurmuşlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli, 2(008)-690/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2-nin iddiası qismən təmin edilmiş, X10 35.000 manat əsas borc və 17 949,99 manat gecikdirilmiş faiz borcu, cəmi 52949,99 manat iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyirinə tutulması, tələbin İddiaçı oğlunun mülkiyyətində olan ünvan mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən Cavabdeh2-yə olan 52 949,99 manat borcun ödənilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmaqla İddiaçı oğlu, X19, X25 və X16 həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2013-cü il tarixli, 2(008)-690/2013 nömrəli əlavə qətnaməsinin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X15, İddiaçı oğluna, X14, X20 və X21 qarşı borcun tutulması və ipotekaya qoyulmuş əmlaka yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılmasına dair mülki iş üzrə ünvan mənzilin açıq hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən olunması hissədə iddia tələbi təmin olunmamışdır. 27.02.2014-cü il tarixli, 2(103)-410/2014 nömrəli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli qətnaməsi tələbin İddiaçı oğlunun mülkiyyətində olan ünvan yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən Cavabdeh2-yə olan 52949.99 manat borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmaqla İddiaçı oğlunun, X11, X17 və X16 həmin mənzildən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, iddiaçı Cavabdeh2-nin apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2014-cü il tarixli, 2(102)-2398/2014 nömrəli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2014-cü il tarixli qətnaməsi qismən "Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20.05.2013cü il tarixli qətnaməsi tələbin İddiaçı oğlunun mülkiyyətində olan ünvan yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən Cavabdeh2-yə olan 52949,99 manat borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra 1(bir) ay ərzində boşaldılmaqla İddiaçı oğlunun, X11, X17 və X16 həmin mənzildən çıxarılmaları hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsin" hissəsində və "iddiaçı Cavabdeh2-nin apellyasiya şikayətinin təmin edilməsin" hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(103)-943/2017-ci il tarixli qərardadı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X15, İddiaçı oğluna, X14, X20 və X21 qar şı borcun tutulması və ipotekaya qoyulmuş əmlaka yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılmasına dair mülki iş üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı oğlu cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1, X5, X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, ünvan X nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X22 və X8 ara sında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820030/11 nömrəli ipoteka müqaviləsinin və onun hüquqi nəticələrinin, habelə cavabdehlər Cavabdeh2 ilə X22 arasında bağlanmış ikitərəfli 22 dekabr 2011-ci il tarixli, 10820-030/11 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı oğlunun iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə X22 arasında bağlanmış mübahisələndirilən 10820-030/11 nömrəli, 22.12.2011-ci il tarixli kredit müqaviləsi əsasında, so nuncu Bankdan 35.000 (otuz beş min) manat məbləğində pulu müvafiq orderə imza edərək qəbul etmişdir. Bundan başqa həmin kreditin təminatı kimi İddiaçı oğlu (əvəzinə Bakı şəhəri 6 saylı notariat kontorunda 19.12.2011-ci il tarixdə verilmiş 7E/41264 reyestr nömrəli, ƏN-İ N° 292516 nömrəli etibarnamə əsasında nümayəndəsi X8) tərəfindən ünvan 1 ünvanında olan əmlak ipoteka qoyulması zamanında, qeyd edilən ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas ola biləcək hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin məhkəmə iddiaçıya ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəmədə iddia qaldırılması hüququnu izah etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-cü maddələrinə istinad edərək ə saslandırmışdır. Qətnamədən İddiaçı oğlu apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)-2495/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 20 oktyabr 2017-ci il tarixli, 2(103)-9216/2017 saylı qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi İddiaçı oğlunun apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesa b etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehlərdən Cavabdeh2 açıq səhmdar cəmiyyətinin səlahiyyətli şəxsləri tərəfindən iddiaçıya qarşı cinayət törətməsi və həmin hadisəyə aidiyyəti hökmlə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı X1 verdiyi etibarnaməyə əsasən sonuncu 22 dekabr 2011-ci il tarixdə Cavabdeh2-də iddiaçının mülkiyyətində olan mənzili 54000 manat dəyərində qiymətləndirməklə iddiaçının adından ipoteka qoyaraq 22 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsi və X22 isə bankdan 35000 manat məbləğində kredit alması haqda 22 dekabr 2011-ci il tarixli kredit müqaviləsi bağlamışlar. İpoteka və kredit müqaviləsinin bağlanmasında iştirak etmiş X3 və X13 da həmin cinayət hadisəsinə bu və ya digər formada aidiyyəti hökmlə müəyyən edilməmişdir. Qeyd olunan mənzilin iddiaçının razılığı və xəbəri olmadan ipoteka qoyulması nəticəsində ona Cavabdeh1 və X9 tərəfindən 54000 manat ziyan vurulması hökmlə öz təsdiqini tapmışdır. Yəni, cinayət hadisəsi nəticəsində Cavabdeh2 açıq səhmdar cəmiyyəti deyil, iddiaçı zərər çəkmiş şəxs qismində tanınmış, banka deyil iddiaçıya zərər dəyməsi hadisəsi sübuta yetirilmişdir. Buna görə də, iddia tələbinin təmin olunacağı təqdirdə, yəni kredit və ipoteka müqavilələrinin etibarsızlığı nəticəsində Cavabdeh2 açıq səhmdar cəmiyyətinin kredit verdiyi pulun qaytarılması və onun təminatı olan mənzilin ipotekadan azad olunması Cavabdeh2 açıq səhmdar cəmiyyətini əlverişsiz vəziyyətə sala bilər. Çünki, iddiaçının cavabdehlər Cavabdeh1 və X2 ona vurulmuş 54000 manat maddi ziyanın tələb etmək hüququ mübahisəsiz olduğu halda Cavabdeh2 açıq səhmdar cəmiyyətinin iddianın təmin olunacağı təqdirdə verdiyi təminatlı kreditin qaytarılması imkanı real olaraq mümkünsüz ola bilər. İddiaçının aldadılması təsdiq olunsa da, bu Cavabdeh2 açıq səhmdar cəmiyyətinin səlahiyyətli şəxsləri tərəfindən deyil, konkret olaraq ona qarşı cinayət törətmiş digər cavabdehlər Cavabdeh1 və X9 tərəfindən edilmişdir. Lakin, kredit və ipoteka müqavilələrinin tərəfləri olmuş şəxslərin bu əqdləri aldatma yolu ilə bağlanmasında hər hansı bir formada iştirakı (bu hadisəyə aidiyyəti) qanuni qüvvəyə minmiş hökmlə öz təsdiqini tapmamışdır. Bu hal isə onu təsdiq edir ki, Cavabdeh2 açıq səhmdar cəmiyyəti (səlahiyyətli vəzifəli şəxsləri) tərəfindən iddiaçıya qarşı nəinki cinayət, həmçinin mülki hüquq pozuntusu da törədilməmişdir. Ona görə də, iddia Cavabdeh2 açıq səhmdar cəmiyyətinə münasibətdə əsaslı ola bilməz. Çünki, iddia tələbinin məzmunundan da görünür ki, tələb üzrə bir neçə şəxs cavabdeh kimi göstərilsə də, əslində mahiyyət etibarı ilə iddia bilavasitə Cavabdeh2 açıq səhmdar cəmiyyətinə yönəlmiş, iddianın təmin olunacağı təqdirdə digər cavabdehlər üçün bunun nəinki əlverişsiz şərait yaradacağı, əksinə onların mənafeyinə uyğun bir nəticənin baş vermə imkanı yarana bilər. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.5, 339.2, 339.3, 460.3, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və Əli Rüstəmov) 02 aprel 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 20 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən ünvan X nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X22 və X8 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin x eyrinə aparılmış yüklülüyün ləğv olunması barədə iddiaçının iddia tələbinin rədd olunması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddia tələbinin Cavabdeh2 ilə X22 arasında bağlanmış ikitərəfli 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin müqavilənin tərəfi olmadığından və onun tərəfindən həmin müqaviləni mübahisələndirmək üçün hər hansı bir hal müəyyən edilmədiyindən qeyd edilən hissədə iddia tələbini rədd etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2, yaxud borc alan X22 tərəfindən ipoteka qoyan İddiaçı aldadılmasını təsdiq olunması onun tərəfindən həmin müqavilənin Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən mübahisələndirməsinə əsas verir. MM-nin 339.3-cü maddəsində isə həmçinin 3-cü şəxslər (yəni müqavilə üzrə tərəf olmayan şəxslər) tərəfindən aldadılma halında əqdin mübahisələndirilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin maddəyə görə 3-cü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Qeyd edilən normanın tələbinə görə İddiaçı ipoteka müqaviləsi üzrə tərəf olmayan 3-cü şəxslər Cavabdeh1 və X9 tərəfindən aldadılmasının müqavilənin etibarsızlığına əsas ola biləcəyini müəyyən etmək üçün müqavilə üzrə tərəflər Cavabdeh2-nin, yaxud borcalan X13 bundan xəbərdar olub-olmaması, yaxud xəbərdar ola bilməsinin mümkünlüyü müəyyən edilməli idi. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası MM-nin 324.4, 307.6, 339.2, 339.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Elmira Nağıyeva) 20 iyun 2018-ci il tarixli, 2(103)-6131/2018 nömrəli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayətinin apellyasiya baxışının predmeti olan hissədə təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)-2495/2017 nömrəli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişləri əsasında araşdırma apararaq qeyd etmişdi r ki, MM-nin 399.2-ci maddəsinə münasibətdə Cavabdeh2, yaxud borc alan X22 tərəfindən ipoteka qoyan İddiaçı aldadılması halı öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. İş materiallarından göründüyü kimi, X22 özünün sonradan aldadıldığını bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında araşdırılmış sübutlar əsasında MM-nin 399.3-cü maddəsinə münasibətdə Cavabdeh2-nin, yaxud borcalan X13 ipoteka müqaviləsi üzrə tərəf olmayan 3-cü şəxslər Cavabdeh1 və X9 tərəfindən aldadılmasından xəbərdar olub-olmaması, yaxud xəbərdar ola bilməsinin mümkünlüyü halı öz təsdiqini tapmamış, bununla bağlı sübutlar təqdim olunmamışdır. Beləliklə, mənzilin iddiaçının razılığı və xəbəri olmadan ipoteka qoyulması nəticəsində ona Cavabdeh1 və X9 tərəfindən 54000 manat ziyan v urulması hökmlə öz təsdiqini tapmış, məhkəmədə tədqiq edilmiş sübutlar əsasında Cavabdeh2, yaxud borc alan X22 tərəfindən ipoteka qoyan İddiaçı aldadılması halı öz təsdiqini tapmamış (MM-339.2 maddəsi), həmçinin Cavabdeh2nin, yaxud borcalan X13 ipoteka müqaviləsi üzrə tərəf olmayan 3-cü şəxslər Cavabdeh1 və X9 tərəfindən aldadılmasından xəbərdar olub-olmaması, yaxud xəbərdar ola bilməsinin mümkünlüyü halı öz təsdiqini tapmamış (MM-nin 339.3-cü maddəsi), bununla bağlı sübutlar təqdim olunmamışdır. Bununla da, iddiaçının iddia tələbinin qanuni əsasını təşkil edən MM-nin 339-cü maddəsinə əsasən aldatma halı konkret olaraq ona qarşı cinayət törətmiş digər cavabdehlər Cavabdeh1 və X9 tərəfindən edilmişdir. Lakin, ipoteka müqavilələrinin tərəfləri olmuş şəxslərin bu əqdləri aldatma yolu ilə bağl anmasında hər hansı bir formada iştirakı sübut olunmamışdır. İddiaçı ipoteka müqaviləsinin aldatma yolu ilə bağlanmasını 2012-ci ildə bildiyi halda, əqdin etibarsızlığı tələbini mübahisələndirilən əqd kimi irəli sürdüyündən, həmin tələbə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı etibarsızlıqla bağlı iddia tələbini 28.02.2017-ci ildə məhkəmədə irəli sürməklə, bir illik kəsici müddəti keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı oğlunun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.2, 337.5, 339.2, 339.3, 399.2, 399.3, 354.2, 347.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(103)-6131/2018 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, Akif İsgəndərov və ilqar Dəmirov) 18.12.2018-ci il tarixli, 2(102)8142/2018 saylı qərarı ilə İddiaçı oğlu vəkili İbrahimov Rəfail Rza oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018- ci il tarixli, 2(103)-6131/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki 02 aprel 2018-ci il tarixli qərarında şərh edilən, yəni mübahisələndirilən ipoteka müqaviləsi üçtərəfli əqd olduğundan hər üç tərəfin razılaşdırılmış iradə ifadəsinin yoxlanılmasının zəruri olması, kreditor “xxxx” ASC, yaxud borc alan Samir Qasımovun ipoteka qoyan İddiaçı aldatmaları halı sonuncunun həmin müqaviləni Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən mübahisələnirilməsinə əsas verməsi, həmin maddənin tələbinə görə iddiaçının ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər Ca vabdeh1 və Cahangir Əhmədov tərəfindən aldadılmasının müqavilənin etibarsızlığına əsas olması üçün müqavilə üzrə tərəflər “xxxx” ASC və borc alan Samir Qasımovun bundan xəbərdar olub-olmamalarının, eləcə də sonuncunun özünün Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadılıb-aldadılmamasının aydınlaşdırılması və sair barədə göstərişləri tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Halbuki, qeyd olunan prosessual normanın mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən ipoteka müqaviləsi üzrə İddiaçı həmin müqavilə üzrə tərəf olmayan Cahangir Əhmədov və Cavabdeh 1 tərəfindən aldadılması, eləcə də həmin əqddən fayda götürən “xxxx” ASC və Samir Qasımovun bu aldatmadan xəbərdar olmalarının mülki iş materilları ilə təsdiq edilməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, sözügedən kredit və ipoteka müqavilələri üzrə tərəf olan X28 Əhmədovun bərbəri olmuşdur, İddiaçı etibarnamə üzrə təmsilçisi Samir Qasımov isə onun bacısı oğludur. Eyni zamanda İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Kredit və ipoteka müqavilələri üzrə tərəf olan Samir Qasımov da ifadəsində Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadıldığını, adına 35.000 manat kredit alınandan sonra ona 3.000 manat pul verəcəklərini, kreditin isə özləri tərəfindən bağlanacağını, ipoteka qoyulan mənzilin isə Cahangir Əhmədovun bacısının ərinin adına olduğunu bildirdiklərini, lakin ona 3.000 manat verilmədiyini, ipoteka predmeti olan mənzilin İddiaçı məxsus olduğunu və sonuncunun aldadıldığını sonradan bildiyini göstərmişdir. Digər cavabdeh Cahangir Əhmədov da ifadəsində Cavabdeh1 “xxxx” ASC ilə “işlədiyini”, həmin bankın əməkdaşı Anar Xəlilovla, xəzinədarı və mühasibi ilə əlbir olduğunu, bankın həmin əməkdaşlarının Cavabdeh1 qanunsuz əməliyyatlarından məlumatlı olduqlarını, həm də həmin əməliyyatlarda iştirak etdiklərini göstərmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vidadi Səfərəli isə izahatında kreditin verilməsi ilə bağlı əməliyyatı aparan bankın üç nəfər əməkdaşının işdən azad olunduğunu, onların özlərini və işdən azad o lunmaları barədə əmrlərin surətlərinin məhkəməyə təqdim edəcəyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, İddiaçı sözügedən ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadılmasının kredit və ipoteka müqavilələri üzrə tərəf olan və bilavasitə əqddən faydalanan xxxx ASC-nin nümayəndələri və ya əməkdaşlarının, eləcə də Samir Qasımovun aldatmadan xəbərdar olub-olmamaları ilə bağlı işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmadan, iddiaçı ilə həmin şəxslər arasında sözügedən ipoteka müqaviləsinin bağlanmasınadək olan danışıqları, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, onların sonrakı hərəkətlərini, davranışlarını nəzərə almadan, Mülki Məcəllənin 339.2, 339.3, 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə hökmü ilə müəyyən edilmiş faktlara, həmin cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələrinə diqqət yetirmədən, İddiaçı qarşı cinayət hadisəsinin törədilməsi və onun həmin hadisəyə aidiyyəti hissəsində hökmün hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşımasını, eləcə də ipoteka müqaviləsi bağlanarkən etibarnamə üzrə təmsilçi Səxavət Hüseynovun deyil, bilavasitə İddiaçı həqiqi iradə ifadəsini nəzərə almadan və mübahisələndirilən hissədə məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsini təmin etmədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı bilavasitə ipoteka müqaviləsi üzrə tərəf olduğundan, həmin müqavilənin bağlanmasında iştirak etmiş təmsilçi Səxavət Hüseynovun, eləcə də həmin əqddən fayda götürən şəxslər Samir Qasımovun və Cavabdeh2 ASC-nin sözügedən cinayət hadisəsinə bu və ya digər formada aidiyyətlərinin hökmlə müəyyən edilməməsi qənaətinə gəlməyə əsas vermir. Çünki, İddiaçı iddia tələbinin qanuni əsasını bilavasitə Mülki Məcəllənin 339-cu maddəsinin tələbləri təşkil edir və aldatma halı konkret olaraq ona qarşı cinayət hadisəsi bilavasitə Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən törədilsə də, ipoteka müqaviləsindən fayda götürən Samir Qasımov və Cavabdeh2-nin aldatmadan xəbərdar olmamaları mülki iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə istisna olun mur. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov) 2(103)-3162/2019 nömrəli 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)-2495/2017 saylı qətnaməsi İddiaçı oğlunun iddiasının ünvan X nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X22 və X8 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüy ün ləğv olunmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, ünvan X nömrəli evin, 52 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, X22 və X8 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsi və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüyün ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı sözügedən ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadılmasının kredit və ipoteka müqavilələri üzrə tərəf olan və bilavasitə əqddən faydalanan xxxx ASC-nin nümayəndələri və ya əməkdaşlarının, eləcə də Samir Qasımovun aldatmadan xəbərdar olmaları iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmadan, iddiaçı ilə həmin şəxslər arasında sözügedən ipoteka müqaviləsinin bağlanmasınadək olan danışıqları, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, onların sonrakı hərəkətlərini, davranışlarını nəzərə almadan, Mülki Məcəllənin 337.1, 337.3, 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, sadalanan maddi hüquq normalarının mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmaması ndan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, sözügedən kredit və ipoteka müqavilələri üzrə tərəf olan X28 Əhmədovun bərbəri olmuşdur, İddiaçı etibarnamə üzrə təmsilçisi Samir Qasımov isə onun bacısı oğludur. Eyni zamanda İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Kredit və ipoteka müqavilələri üzrə tərəf olan Samir Qasımov da ifadəsində Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadıldığını, adına 35.000 manat kredit alınandan sonra ona 3.000 manat pul verəcəklərini, kreditin isə özləri tərəfindən bağlanacağını, ipoteka qoyulan mənzilin isə Cahangir Əhmədovun bacısının ərinin adına olduğunu bildirdiklərini, lakin ona 3.000 manat verilmədiyini, ipoteka predmeti olan mənzilin İddiaçı məxsus olduğunu və sonuncunun aldadıldığını sonradan bildiyini göstərmişdir. Digər cavabdeh Cahangir Əhmədov da ifadəsində Cavabdeh1 “xxxx” ASC ilə “işlədiyini”, həmin bankın əməkdaşı Anar Xəlilovla, xəzinədarı və mühasibi ilə əlbir olduğunu, bankın həmin əməkdaşlarının Cavabdeh1 qanunsuz əməliyyatlarından məlumatlı olduqlarını, həm də həmin əməliyyatlarda iştirak etdiklərini göstərmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vidadi Səfərəli isə izahatında kreditin verilməsi ilə bağlı əməliyyatı aparan bankın üç nəfər əməkdaşının işdən azad olunduğunu, onların özlərini və işdən azad olunmaları barədə əmrlərin surətlərinin məhkəməyə təqdim edəcəyini bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı bilavasitə ipoteka müqaviləsi üzrə tərəf olduğundan, həmin müqavilənin bağlanmasında iştirak etmiş təmsilçi Səxavət Hüseynovun, eləcə də həmin əqddən fayda götürən şəxslər Samir Qasımovun və Cavabdeh2 ASC-nin sözügedən cinayət hadisəsində bilavasitə aidiyyətləri qeyd edilən hökmlə müəyyən edilmişdir. İş materiallarından və iddia ərizəsindən göründüyü kimi İddiaçı iddia tələbinin qanuni əsasını bilavasitə Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri təşkil edir. Mülki iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur ki, İddiaçı aldadılmaqla Səxavət Hüseynovun adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verimişdir. Həmin etibarnamə ilə ipoteka müqaviləsini İddiaçı adından onun təmsilçisi Səxavət Hüseynov tərəfindən imzalanmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin bağlanması üçün verilm iş etibarnamə aldadılma nəticəsində verilmiş və verildiyi andan etibarsız olmuşdur. Bu isə ona dəlalət edir ki, həmin etibarnamə əsasında edilmiş bütün hərəkətlər özüözlüyündə əhimiyyətsiz olmaqla heç bir hüquqi nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 ilə X22 və X8 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli ipoteka müqaviləsi əhəmiyyətsiz əqddir və bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 354.1, 385, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il t arixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev və Ələsgər Əliyev) 06 sentyabr 2019-cu il tarixli, 2(102)-6090/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı oğlu iddia ərizəsində qeyd etmişdir ki, “2011-ci ilin axırlarında qızım Arzu Kərimovanın toyu ilə əlaqədar ola raq 10.000 (on min) manat pul lazım olduğuna görə borc almaq üçün bir neçə tanıdığım adamlara müraciət etmiş və nəticə etibarilə Könül adlı şəxsin vasitəsilə özünü “xxxx” MMC-nin əməkdaşı kimi təqdim edən X9 ilə tanış olmuşam. Cahangirlə söhbət zamanı o, istədiyim pulu mənzilimi onların təşkilatına girov qoymaq şərti ilə 5 il müddətinə cüzi faizlərlə kredit şəklində verə biləcəyinə söz verdiyinə görə mən razılaşmış və 2011-ci ilin dekabr ayının ortalarında onun tapşırığı ilə bacısı oğlu kimi təqdim etdiyi X6 etibarnamə vermişəm. 2012-ci il yanvar ayının əvvəllərində Cahangirə zəng edərək işin nə yerdə olduğu ilə maraqlandıqda, 0, 10-15 günə kredit verəcəyini vəd etmişdir. Lakin deyilən müddət keçdikdən sonra mənə heç nə vermədiyinə görə şübhələnmiş, odur ki, Cahangirə zəng edib kredit istə mədiyimi bildirərək mənzilin sənədlərini qaytarmasım tələb etmişəm. Cahangir isə evin sənədlərinin artıq girov qoyulduğunu dediyinə görə onların ofisinə getmiş, orada isə Cahangir şirkətin direktoru qismində Cavabdeh1 mənə təqdim etmiş, sonuncu isə məni inandıraraq mənzilimin sənədlərini tezliklə girovdan çıxarıb qaytaracaqlarını bildirmişdir. Lakin heç bir xəbər çıxmadığına görə mən dəfələrlə həmin ofisə getmiş, lakin hər dəfə qapı bağlı olmuş, zəng etdikdə isə telefonları bağlı olduğundan heç kimlə danışa bilməmişəm. Sonradan isə mənə məlum olmuşdur ki, həmin şəxslər məni aldadıb pis niyyətlə sövdələşərək yuxanda gösrtərilən X8 və əlbir olduqları X22 vasitəsilə mənzilimi 22 dekabr 2011-ci il tarixdə tanımadığım ‘‘Cavabdeh2” ASC-yə girov qoymuş, əvəzində isə həmin bankdan 35.000 (otuz beş min) manat kredit götürərək mənimsəmişlər (ipoteka müqaviləsində mənzilin likvid dəyəri 54.000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir). Habelə mənə məlum olmuşdur ki, həmin şəxslər dələduzluq edərək məndən başqa bir neçə şəxsi də aldatmışlar. Cavabdehlərdən olan Cavabdeh2 mənim mülkiyyətimdə olan mənzil barəsində həm ipoteka, həm də ki, kredit müqaviləsinin hansı səbəbdən təmsilçi vasitəsilə bağlanmasına qətiyyən əhəmiyyət verməmiş, gələcəkdə üçüncü şəxslərin hər hansı iddiasının mümkün olmayacağına əminlik üçün heç bir araşdırma aparmamışdır ki, bu hal həmin cavabdehin də sözügedən müqavilələrin bağlanması üçün xüsusi maraq güddüyünə və müqavilələri pis niyyətlə bağladığına dəlalət edir.” Qeyd olunanlara əsasən İddiaçı ünvan X saylı evin 52 saylı mənzilinə dair cavabdehlər C avabdeh2, X22 və X8 arasında üçtərəfli olaraq bağlanmış 22 dekabr 2011-ci il tarixli 10820030/11 saylı ipoteka müqaviləsinin və onun hüquqi nəticələrinin, habelə cavabdehlər Cavabdeh2” ASC ilə X22 arasında bağlanmış ikitərəli 22 dekabr 2011-ci il tarixli 10820-030/11 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və göstərilən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2-nin xeyrinə aparılmış yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş 22 dekabr 2011-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ilə müəyyən edilir ki, X15 35.000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi İddiaçı məxsus ünvan X saylı evin 52 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsini İddiaçı etibarn amə əsasında səlahiyyət verdiyi X8 imzalamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə Cavabdeh1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, həmin hökmlə hər iki təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İddiaçı məxsus ünvan 1 üzərində Cavabdeh2-nin xeyrinə ipoteka yüklülüyü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır.(iş vər-53, İ cild) Mülki işə əlavə olunmuş notariat işinin surətləri ilə müəyyən edilir ki, ünvan X saylı evin 52 saylı mənzilin ipotekaya qoyulmasına İddiaçı ailə üzvləri X19, X26, X25, X27 razılıqlarını vermişlər. İddiaçı verdiyi etibarnamayə əsasən X8 həmin mənzili ipotekaya qoymağa səlahiyyətli olmuşdur. Beləliklə mülki işin materialları ilə İddiaçı özünə məxsus mənzili ipotekaya qoymaqla 10.000 manat pul əldə etmək niyyəti olmuş, onun evi iradəsinə uyğun olaraq ipotekaya qoyulmuş və Cavabdeh2-dən 35.000 manat kredit götürülmüşdür. Bankdan götürülmüş kreditdən İddiaçı pul verilməməsi, onun aldadılması mənzilin ipoteka ilə yüklü edilməsindən sonra baş vermiş hərəkətlərdir və həmin hərəkətlər mənzilin ipoteka ilə yüklü edilməsinin etibarsızlığı üçün əsas yaratmır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakılara istinad etmişdir. “İş materiallarından və iddia ərizəsindən göründüyü kimi İddiaçı iddia tələbinin qanuni əsasını bilavasitə Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri təşkil edir. Mülki iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur ki, İddiaçı aldadılmaqla Səxavət Hüseynovun adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verimişdir. Həmin etibarnamə ilə ipoteka müqaviləsini İddiaçı adından onun təmsilçisi Səxavət Hüseynov tərəfindən imzalanmışdır. Göründüyü kimi, ipoteka müqaviləsinin bağlanması üçün verilmiş etibarnamə aldadılma nəticəsində verilmiş və verildiyi andan etibarsız olmuşdur. Bu isə ona dəlalət edir ki, həmin etibarnamə əsasında edilmiş bütün hərəkətlər özü-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticələrə səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etsə də, əqd bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş hansı şərtin pozulmasını göstərə bilməmişdir. Kassasiya instansiyası məhkəməsi etibarsız əqdlər üzrə müdd ətin keçməsi barədə qeyd etmişdir ki, mübahisələndirilən əqd 22 dekabr 2011-ci ildə bağlanmış, həmin əqd üzrə X12 tutulmalı olan cəmi 52.949,99 manat məbləğində pulun İddiaçı mülkiyyətində olan ünvan X saylı evin 52 saylı mənzilə yönəldilməsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi 20 mart 2013-cü il tarixdə qəbul edilməklə əqdin nəticələrinin tətbiqi başlanmışdır. Bu baxımdan da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddətləri ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Şeyda Məhərrəmova) 2(103)-13402/2019 nömrəli 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı oğlu tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)2495/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlarla mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə cavabdehlərdən Cavabdeh2-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçıya qarşı cinayət törətməsi və həmin hadisəyə aidiyyəti müəyyən olunmamışdır. İddiaçı X1 verdiyi etibarnaməyə əsasən sonuncu 22 dekabr 2011-ci il tarixdə Cavabdeh2-də iddiaçının mülkiyyətində olan mənzili 54000 manat dəyərində qiymətləndirməklə iddiaçının adından ipoteka qoya raq 22 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsi və X22 isə bankdan 35000 manat məbləğində kredit alması haqda 22 dekabr 2011-ci il tarixli kredit müqaviləsi bağlamışlar. İpoteka və kredit müqaviləsinin bağlanmasında iştirak etmiş X3 və X13 da həmin cinayət hadisəsinə bu və ya digər formada aidiyyəti hökmlə müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırılmaları zamanı Azərbaycan Respublikası MM-in 339.3-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı oğlunun ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər Cavabdeh1 və X9 tərəfindən aldadılmasından müqavilənin tərəfi olan Cavabdeh2nin və ya X13 xəbərdar olmamaları halları da öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəs inin ikinci cümləsinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əksinə, qanuni qüvvəyə minmiş hökmdə qeyd olunmuşdur ki, müqavilənin digər tərəfi olan X22 özü Cahangir Əhmədov tərəfindən aldadılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanılmış və notariat qadasında təsdiq olunmuşdur. Həmçinin iddiaçının ailə üzvləri müqavilənin bağlanmasına razılıq vermişlər. Digər tərəfdən iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan da müəyyən olunur ki, İddiaçı oğlunun özünə məxsus mənzili ipotekaya qoymaqla 10000 manat pul əldə etmək niyyəti olmuş, mənzil onun iradəsinə uyğun olaraq ipoteka ya qoyulmuş və Cavabdeh2-dən 35000 manat kredit götürülmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə bankdan götürülmüş kreditdən İddiaçı pul verilməməsi, onun aldadılması mənzilin ipoteka ilə yüklü edilməsindən sonra baş vermiş hərəkətlərdir və həmin hərəkətlər mənzilin ipoteka ilə yüklü edilməsinin etibarsızlığı üçün əsas yaratmır. Məhkəmə bu nəticəyə gələrkən cinayət işi üzrə kredit verən Cavabdeh2-nin və ya kredit alan X13 deyil, məhz ipoteka qoyan İddiaçı oğlunun zərərçəkmiş şəxs qismində tanınmasını nəzərə alır. Bununla da, onun vurulmuş ziyanla bağlı məhkumlara qarşı iddia vermək hüququ yaranır. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətlər də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci madd əsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tələbində müqavilənin bağlanılmasından məlumatlı olmadığını bildirmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 mart 2013-cü il tari xdə Cavabdeh2-nin tələbi üzrə X12 tutulmalı olan borc məbləği iddiaçının mülkiyyətində olan ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsi qət edilmişdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 və X9 26 iyul 2013-cü ildə məhkum olunmuş və iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, iddiaçının azı 2013-cü ilin mart – iyul aylarından mübahisələndirilən müqavilənin mövcudluğundan məlumatı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddiasının əsasını müqavilənin aldatma yolu ilə bağlanması təşkil edir. Belə olan halda, müqavilədən 2013-cü ilin mart – iyul aylarında xəbəri olduğu halda, hazırki iddia ilə 28 fevral 2017-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etməklə, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35 4.2-ci maddəsi ilə müəyyən olunmuş kəsici müddət ötürülmüşdür. Müqavilənin etibarsızlığının əsası kimi onun əhəmiyyətsiz əqd olmasını qəbul edilsə də belə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 mart 2013-cü il tarixli qətnaməsi ilə onun nəticələrinin tətbiqinə başlanılmış və həmin tarixdən də iddia verildiyi tarixədək Mülki Məcəllənin 354.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 389.1, 390.1, 390.3, 337.1, 337.2, 339.2, 339.3, 354.1, 347.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadılmasının kredit və ipoteka müqavilələri üzrə tərəf olan və bilavasitə aqddən faydalanan "xxxx" ASC-nin nümayəndələri və ya əməkdaşlarının, eləcə də Samir Qasımovun aldatmadan xəbərdar olmaları iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iddiaçı ilə hamin şəxslər arasında sözügedən ipoteka müqaviləsinin bağlanmasınadək olan danışıqların, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həq iqi mənasını, onların sonrakı hərəkətlərini, davranışlarını nəzərə almadan, Mülki Məcəllənin 337.1, 337.3, 404.1, və 404.2-ci maddələrinin tələblərini pozaraq qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, sadalanan maddi hüquq normalarının mənasına görə, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızıdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, sözügedən kredit və ipoteka müqavilələri üzrə tərəf olan X28 Əhmədovun bərbəri olmuşdur, iddiaçının etibarnamə üzrə təmsilçisi Samir Qasımov isə onun bacısı oğludur. Eyni zamanda iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Kredit və ipoteka müqavilələri üzrə tərəf olan Samir Qasımov da ifadəsində Cahangir Əhmədov və Cavabdeh1 tərəfindən aldadıldığını, adına 35.000 manat kredit alınandan sonra ona 3.000 manat pul verəcəklərinin, kreditin isə özləri tərəfindən bağlanacağını, ipoteka qoyulan mənzilin isə Cahangir Əhmədovun bacısının ərinin adına olduğunu bildirdiklərini, lakin ona 3.000 manat verilmədiyini, ipoteka predmeti olan mənzilin iddiaçıya məxsus olduğunu və sonuncunun aldadıldığını sonradan bildiyini göstərmişdir. Digər cavabdeh, Cahangir Əhmədov də ifadəsində Cavabdeh1 "xxxx" ASC ilə "işlədiyini", həmin əməkdaşlarının Cavabdeh1 qanunsuz əməliyyatlarından məlumatlı olduqlarını, həm də həmin əməliyyatlarda iştirak etdiklərini göstərmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vidadi Səfərli isə izahatında kreditin verilməsi ilə bağlı əməliyyatı aparan bankın üç nəfər əməkdaşının işdən azad olunduğunu, onların özlərinin və işdən azad olunmaları barədə əmrlərin surətlərinin məhkəməyə təqdim edəcəyini bildirmişdir. Bu baxımdan, iddiaçı bilavasitə ipoteka müqaviləsi üzrə tərəf olduğundan, həmin müqavilənin bağlanmasında iştirak etmiş təmsilçi Səxavət Hüseynovun, eləcə də həmin əqddən fayda götürən şəxslər, Samir Qasımovun və "xxxx" ASC-nin sözügedən cinayət hadisələrində bilavasitə aidiyyətləri qeyd edilən hökmlə müəyyən edilmişdir. İpoteka müqaviləsinin bağlanması üçün verilmiş etibarnamə aldadılma nəticəsində verilmiş və verildiyi andan etibarsız olmuşdur. Bu isə ona dəlalət edir ki, həmin etibarnamə əsasında edi lmiş bütün hərəkətlər özü-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticələrə səbəb ola bilməz. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı oğlu və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh Cavabdeh2 ASC-nin nümayəndəsi X18 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbayca n Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bil məyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına isti nad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir, oxşar dəlillər üzrə əvvəlki kassasiya məhkəməsinin göstərişləri əsasında apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırmalar aparılmış və həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini apellyasiya baxışının predmeti olan hiss ədə dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13402/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.