Məhkəmə qərarları › İş №2(102)-540/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-540/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-540/22 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan qanunsuz istifadəyə görə zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5944/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə X1 arasında bağlanmış 28 iyul 2017-ci il tarixli, “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 11/3885 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Abonentin təbii qazdan qanunsuz qoşulma ilə bağlı bir neçə akt tərtib edilmiş və borc hesablanmışdır. İddiaçı təşkilat həmin borcun tutulması ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazd an istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə maddi ziyana görə 5940,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5970,30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də yerləşən istehlakçı Cavabdeh yaşadığı ünvanda yerləşən qaz sayğacı 2016-ci ilin noyabr ayından 2020-ci ilin iyun ayına qədər olan müddətdə növbəti texniki baxışlardan keçirilən zaman qaz xəttinə özbaşına qoşulma halları aşkar edilmiş, müvafiq aktlar tərtib edilərək dəymiş ziyan cəmi 5745,90 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, cavabdehin 10/2017-ci il tarixinə kimi 181,50 manat məbləğində qalıq borcu da qalmışdır. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci ilin aprel, may, iyun ayları üçün 4,70; 6,70; 2,10; 9 manat borcu qalmışdır. Yekun olaraq, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumilikdə 5940,40 manat təşkil edir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.

5. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının sübut kimi istinad etdiyi aktların surətlərindən müəyyən olunmuşdur ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktlarda cavabdehin aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi foto şəkil lərin isə hansı akta aid olmasını, nə vaxt çəkilməsini, həmin ərazinin cavabdehə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, öz fəaliyyətində əməl etməli olduğu Qaydaların tələbinə uyğun olaraq aktları lazımı qaydada tərtib etmək, bir nüsxəsini istehlakçıya vermək, istehlakçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirmək, istehlakçının istifadə etdiyi qaz cihazlarının qeydiyyatını aparmaq iddiaçının vəzifəsi olduğu halda o cavabdeh tərəfindən ona ziyan vurulmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz.

6. İddiaçı “Azəriqaz İB ” həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-5944/2021 nömrəli, 09.07.2021-ci il tarixli qətnaməsi iddiaçı “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 19 akt tərtib olunmuşdur. Bu aktlar öz-özlüyündə qanunsuz qoşulma faktını və bunun məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmir. Belə ki, aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib edilib. Aktlarda qeyd olunub ki, cavabdeh aktı imzalam aqdan imtina edib, lakin imtina faktı lazımi qaydada təsdiq olunmur. Məhkəmə iddiaçının əməkdaşları tərəfindən yazılmış “imtina etdi” qeydinə əsaslanaraq belə qənaətə gələ bilməz ki, həmin aktlar cavabdehin iştirakı ilə tərtib olunub, lakin cavabdeh aktların hamısını imzalamaqdan imtina edib. Aktlara foto və ya video çəkiliş əlavə edilməyib, halbuki, iddiaçının əməkdaşlarının foto və video çəkiliş etməyə imkanı olub. İddiaçı bir neçə fotoşəkil təqdim etsə də bu fotoların cavabdehin evinə aid olduğunu müəyyənləşdirmək mümkün deyil.

9. Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı qanunsuz qoşulma ilə bağlı ilk halın 2016-ci ilə aid olduğunu bildirsə də, ötən 4 il ərzində dəymiş zərərin ödənilməsi tələbini nəzərdə tutan hər hansı sənədi (bildirişi və s.) cavabdehə təqdim etməyib. Belə ki, bunu təsdiq edən heç bir sübut yoxdur. 5.745,90 manat məişət abonenti üçün böyük məbləğdir. Abonentin bu məbləğdə qazı taladığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün mötəbər sübutlar olmalıdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunsuz qoşulma ilə bağlı tələbi rədd etməklə düzgün nəticəyə gəlib.

10. Apellyasiya məhkəməsi 181,50 manat məbləğində qalıq borca münasibətdə qeyd etmişdir ki, borcun 5 ilin daxilində qazdan istifadə ilə bağlı yarandığını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu sübut edə bilmir, ona görə də qeyrimüəyyənlik iddiaçının əleyhinə şərh olunmalı, hesab olunmalıdır ki, borc 5 ildən əvvələ aiddir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, 181,50 manat borcun ödənilməsi barədə tələb qüvvəsini itirib.

11. Apellyasiya Məhkəməsi qalan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

12. İddiaçı “Azəriqaz İB” qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı “Azəriqaz İB” kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə - iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək, öz mövqeyini mötəbər dəlillərlə sübuta yetirsə də, sübutetmə yükü daşıyan cavabdeh təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübut edə bilməmiş, məhkəmələr sübutları düzgün tədqiq etməmişdir. Həmçinin, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. “Qaz təchizatı haqqında” Qanun:

16. Maddə. 3.4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

22. Maddə 551.2.1. Kirayə haqqı, ica rə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.

23. Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

30. İddiaçı kassasiya şikayətində məhkəmələrin sübutları düzgün tədqiq etməməsinə istinad etmiş olsa da, kassasiyanın dəlilləri mhkəmələr tərəfindən müəyən edilmiş işin faktiki halları ilə öz təsdiqi tapmamışdır.

31. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddiaçının kassasiya şikayətində qeyd etdiyi kimi cavabdehin iddianın əksini sübut etmək vəzifəsi yoxdur.

32. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, aktlar cavabdehin iştirakı olmadan tərtib edilmişdir və həmin aktlarda cavabdehin imzası yoxdur. Həmçinin, aktların surəti də cavabdehə təqdim olunmamışdır. Aktlara foto və ya video çəkiliş əlavə edilməyib, halbuki, iddiaçının əməkdaşlarının foto və video çəkiliş etməyə imkanı olub. İddiaçı bir neçə fotoşəkil təqdim etsə də bu fotoların cavabdehin evinə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, iddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, qanunun tələbini pozmuşdur.

33. Belə olan halda, kassasiya kollegiyası qeyd edir ki, mötəbər dəlillərlə sübut olunmayan iddia tələbi qanuni hesab edilərək təmin oluna bilməz.

34. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz İB”-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5944/2021 nömrəli, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar