Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Cavabdeh qarşı ilk, Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk, Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6171/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Memarlıq və İnşaat Universiteti (bundan sonra – iddiaçı, yaxud Universitet) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli köməkçi sahənin xidməti istifadəsi haqqında müqavilə ilə Universitet ünvan 1 ünvanında yerləşən 18 kv metr sahəni (bundan sonra – qeyri-yaşayış sahəsi) cavabdehə 3 il ərzində aylıq 300 manat icarə haqqı müqabilində icarəyə vemişdir. 2. xx.xx.2022-ci il tarixli yazılı iltizamla cavabdeh 2021-ci ilin avqust ayına qədər həmin yardımçı sahəni boşaldaraq təhvil verəcəyini öhdəsində gtürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyriyaşayış sahəsindən Cavabdeh və onun məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, dəfələrlə qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı və şifahi müraciət edilsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Cavabdehdən zəbt etdiyi qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələb olunmasına baxmayaraq, o, müxtəlif bəhanələl ə bundan yayınır.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Universitetdən müqavilə şətlərini pozduğuna görə 700 manat reklamların dəyəri, 300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərci, iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi 7000 manat gəlir, 1000 manat sağlamlığına soyuqdəymə səbəbindən müayinə və ev şəraitində müalicə xərci olmaqla, cəmi 9200 manat pulun tutularaq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış şikayətində bildirmişdir ki, pandemiya dövr ündə Nazirlər Kabineti tərəfindən tətbiq edilmiş sərt karantin rejimində və 27 sentyabr 2020-ci il “Vətən müharibəsi” ərəfəsində işləməyə icazə olmadığından işə çıxmamışdır. Lakin hal şahidləri və videogörüntülər onun reklamlarının qabaqcadan xəbərdar edilmədən Univesitetin prorektorunun göstərişi ilə işçilər tərəfindən sökülərək oğurlandığını təsdiq edə bilələr. Mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırki iş üzrə reklamların dəyəri 700 manat, köçürülmə ilə bağlı xərcləri 300 manat, yeni iş yei tapılmasına ödəniləcək makler xərci qismində 200 manat, bundan əlavə iş yerinin dəyişdirilməsi səbəbindən əldə edəcəyi gəliri 2020-ci ilin mart ayından hesablansa təqribi olaraq hazırki vəziyyətdə o, illik 7000 manatdən gəlirdən olmuşdur. Həmçinin, el ektrik enerjisinin kəsilməsi səbəbindən həkimlərə müraciət etmiş, sağlamlığına soyuqdəymə nəticəsində müayinələrə xərclədiyi 500 manat və ev şəraitində etdiyi müalicələrin xəci 1000 manat təşkil edir
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1353/2022 nömrəli iş üzrə 7 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin olunmuş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilə müddəti onlar tərəfindən uzadılmamışdır. Buna baxmayaraq cavabdeh icarə müddəti bitməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əməl etməyərək, istifadə obyektini qaytarmamışdır. Halbuki, müqa vilənin 6.2-ci maddəsinə əsasən istifadə müddəti bitdikdə (tərəflərin razılığı ilə müqavilə müddəti uzadılmadıqda) istifadə obyektini istifadə verənə qaytarmaq cavabdehin vəzifələrindən biridir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olmuşdur.
9. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı reklamların universitetin prorektorunun göstərişi əsasında işçilər tərəfindən sökülərək götürülməsini və ona ziyan vurulmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
10. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi təxminən illik 7000 manat gəlirin tutulmasını tələb etsə də, nə 2020-ci ilin ma rt ayından məhz universitetin rəhbərliyinin icazə verməməsi səbəbindən işləmədiyini, nə də il ərzində 7000 manat gəlir əldə etməsini, bir sözlə qarşılıqlı iddia üzrə cavabdehin təqsiri səbəbindən illik 7000 manat gəlirdən məhrum olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
11. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən elektrik enerjisinin kəsilməsi səbəbindən soyuqdəymə nəticəsində sağlamlığına zərər vurulmasını, müayinə və müalicəsinə 1000 manat vəsait xərclədiyini iddia etsə də, o, nə elektrik enejisinin kəsilməsinin nəticəsində onun sağlamlığına zərər dəyməsini, nə də bu səbəbdən müalicə və müayinəyə 1000 manat vəsait xərcləməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşıl ıqlı iddia üzrə iddiaçının bu hissədə iddia tələbini təsdiq edən sübut kimi təqdim etdiyi ödəniş qəbzi və göndərişin ümumiyyətlə ona aid olduğu şübhə doğurur. Qeydiyyat vəsiqələri, resept blankı isə ona qaşılıqlı iddia üzə cavabdehin hərəkətləri nəticəsində sağlamlığına zərər dəyməsini və bunun üçün çəkildiyini iddia etdiyi müayinə və müalicə xərclərini təsdiq etmir.
12. Qarşılıqlı iddia tələbinin “300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərcinin” tutulmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti bitmiş və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Hazırki halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsini boşaltmaq və əvvəlki vəziyyətində təhvil vermək qarşılıqlı iddia üzrə iddiaçının vəzifəsidir. Bunun üçün tələb olunan xərcin və yeni iş yerinin tapılması üçün lazım olan xərcin qarşılıqlı iddia üzrə cavabdehdən tələb etməsi isə heç bir hüquqi əsasa söykənmir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 21.1, 152.1, 152.5, 157.2, 157.4, 689.1, 700.2, 700.3 və 1117-ci, eləcə də AR Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xa hiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-6171/2022 nömrəli qətnaməsi ilə (hakimlər Rəşad Həsənovun sədrliyi və məruzəsi ilə, Məmməd Məmmədov və Şeyda Məhərrəmovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişd ir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, onun tərəfindən təqdim edilən müqavilə, fotoşəkillər tədqiq olunmamış, şahidlərinin dindirilməsi barədə vəsatəti əsassız olaraq təmin olunmamışdır.
19. Kassator şikayəti Mülki Prosessual Məcəllənin 14.2, 376.1 və 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasınının Konstitusiyası
21. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə
29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəll əsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
29. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmələr tərəflərin təqdim etdikləri və işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutları tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüququi qiymət verilmişdir. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda ba xılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6171/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.