Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyin yaranması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(104)-1799/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 27 aprel 2018-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 300 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 56000 manat məbləğində krediti verilmişdir. 2. 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh X1 ümumi dəyəri 80000 manat olan, əmlakın 24000 manat hissəsi borcalan və 56000 manat hissəsi Bank tərəfindən ödənilməklə, Gəncə şəhəri, Nizami rayonu, Azad Mirzəcanzadə küçəsi, 23 ünvanda yerləşən, ümumi sahəsi 0,0281 ha olan torpaq sahəsini və ümumi sahəsi 88,3 kv.m olan fərdi yaşayış evini almış və həmin daşınmaz əmlak 27 aprel 2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təmina tı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 51341,16 manat əsas, 189,68 manat faiz borcu olmaqla, cəmi 51530,84 manat, iddia ərizəsinə görə ödənilmiş 245 manat dövlət rüsumunun əvəzinin və bildirişin dövlət reyestrində qeydiyyatı ilə bağlı ödənişin əvəzi olaraq 45 manat məbləğində pul vəsaitinin tutulması, ipoteka predmeti olan cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, Azad Mirzəcanzadə küçəsi, 23 ünvanda yerləşən, ümumi sahəsi 0,0281 ha olan torpaq sahəsinin və ümumi sahəsi 88,3 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin torpaq sahəsinə və fərdi yaş ayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan cavabdeh və digər şəxslər bir ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, bankın Gəncə filialı ilə cavabdeh arasında bağlanmış 27 aprel 2018-ci il tarixli GEN270418 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 300 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 56000 manat ipoteka krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ip oteka götürülmüş və bununla bağlı tərəflər arasında 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka 18 sentyabr 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlak dövlət reyestrində 74 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində (reyestr nömrəsi **********32-10301 qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ona pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticə olmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan əlavə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydalarının 4.2-ci bəndinə əsasən, ipoteka krediti hesabına alınan yaşayış sahəsinin satıcısı ilə borcalan (borcalanlar) yaxın qohum ola bilməz. Burada yaxın qohum dedikdə, borcalanın (borcalanların) yaxın ailə üzvləri əri/arvadı, bacı və qardaşı, övlad və valideynləri, baba və nənələri, o cümlədən satıcı və ya borcalanın ərinin/arvadının valideynləri, övladları, bacı və qardaşları, baba və nənələri, bacı və qardaşlarının əri/arvadı nəzərdə tutulur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satıcısı X3 alıcı Cavabdeh bacısı Məhərrəmova (Mirzəyeva) Leyla Yaşar qızının əridir.
5. Birinci inst ansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz etmiş və göstərmişdir ki, onun kredit müqaviləsi üzrə gecikməsi olmamış, ödənişləri qrafik üzrə vaxtında etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2119/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Fərhadov) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qay tarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, 5 il müddətində aylıq ödənişləri mütəmadi olaraq etmişdir.
8. İddiaçının maliyyə arayışına görə cavabdehin qrafik üzrə ödəniş tarixlərində cüzi gecikməsi olmuş, 20 fevral 2023-cü il tarixə 189,68 manat borcu qalmışdır. Lakin cavabdehin təqdim etdiyi etiraz ərizəsindən, ona əlavə edilmiş 06 mart 2023-ci il tarixli hesabdan çıxarışından görünür ki, 65 aydır ki, cavabdeh tərəfindən sözügedən kredit borcu tam şəkildə gecikmə olmadan ödənilir. Kredit qrafiki üzrə 25784 manat kredit ödəmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi, Mərkəzləşdirilmiş Kredit Reyestrindən 09 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdehin sözügedən kredit üzrə gecikdirməsi olmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəla iş materialların dan göründüyü kimi, cavabdeh tərəfindən kredit öhdəliyi tam şəkildə icra edilmiş və kredit vaxtlı vaxtında ödənilmişdir. Tələb olunan kredit məbləği qrafik üzrə ödənilməli olan əsas kredit məbləğidir. Başqa sözlə, hazırda cavabdehin həmin kredit müqaviləsi və qrafik üzrə bank qarşısında icra edilməmiş borcunun olması iş materiallarından görünmür. Digər tərəfdən, iddiaçının özünün də təqdim etdiyi sübutlardan da görünür ki, cavabdeh aylıq ödənişləri gecikdirmiş olsa belə indiyədək bütün aylar üzrə ödənişləri etmiş, hazırki tarixə heç bir borcu yoxdur.
10. Məhkəmə izah etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün müqavilənin hər hansı pozulması yox, məhz əhəmiyyətli pozuntunun baş verməsi zəruridir. Müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı halda isə tələb edilən (faiz borcu) məbləğdə gecikdirmə olmuş olsa belə, cavabdehin yol verdiyi pozulma iddiaçıya mühüm zərər vurulmasına səbəb olmadığından əhəmiyyətli pozuntu hesab edilə bilməz. Buna görə də, məhkəmə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və kredit borcunun vaxtından qabaq qaytarılması barədə iddia tələbini əsaslı hesab etməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin ikinci hissəsi, yəni tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması barədə tələb ilk tələbin, əsas öhdəliyin icrasından asılı olduğundan tələbin birinci hissəsi təmin edilmədiyi halda iddia tələbi bu hissədə də təmin oluna bilməz.
12. Həmçinin, nəzərə alınmalıdır ki, borcalanın kreditdən həmin müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etməməsi barədə qeyd etdiyi dəlil də hazırki iş üzrə öz təsdiqini tapmamış, bu barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə, cavabdeh izahatında bildirmişdir ki, 2018ci ildən hazırki vaxtadək Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, 23 ünvanda iki qızı və arvadı ilə yaşayır. Cavabdeh bu barədə iş materiallarına Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin müvafiq arayışını da əlavə etmişdir.
13. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması qaydalarının 4.2-ci bəndinə əsasən ipoteka krediti hesabına alınan yaşayış sahəsinin satıcısı borcalan (borcalanlar) yaxın qohum ola bilməz. Məhkəmə sözügedən kredit, eləcə də 2018-ci ildə bağlanmış həmin ipoteka və alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliyinin icrasını tələb etməsi, yəni həmin müqavilələri əsas götürüb borcun tutulmasını, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməsi ilə yanaşı iddiaçının həm də bu dəlilə istinad etməsini anlaşılan hal saymamış və bu cür tələbə baxılarkən tələblə dəlilin ziddiyyət təşkil etməsi baxımından həmin dəlilə hazırki iş üzrə qiymət verilməsini lüzumsuz saymışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəllənin 421.1, 421.2, 425.1, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34-cü və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2119/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(104)-1799/2023 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)2119/2 023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin kökündə tələb etmənin əsası 27 aprel 2018-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə bağlanmış 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi dayanır. İddiaçı bank məhz həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsaslardan biri kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, kreditor və borcalan arasında olan 27 aprel 2018-ci il tarixli kredit müqaviləsi, habelə həmin müqavilə üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla ipoteka qoyan (borcalan) arasında bağlanmış 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə tərəflərin iradələrinə uyğun olaraq bağlanmış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Qeyd olunan müqavilələr nəticəsində iddiaçı kreditor və ipoteka saxlayan, cavabdeh isə borcalan və ipoteka qoyan statusu əldə etmişlər.
19. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və kredit müqaviləsində nəzərdə tutulmuş pul məbləğini cavabdehə vermişdir. Sonuncu kredit müqaviləsi əsasında iddiaçıdan kred it almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə şərtlərinə uyğun olaraq kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaq öhdəliyi götürmüşdür. Bununla yanaşı müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlandığı tarixdən (27 aprel 2018-ci il) ötən 5 il müddət ərzində borclu aylıq ödənişləri mütəmadi olaraq ödəməklə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh 27 aprel 2018-ci il tarixli kredit müqaviləsi bağlandığı tarixdən kredit qrafiki üzrə 25784 manat kredit ödəmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrindən 09 mart 2023cü il tarixli çıxarışdan da müəyyən olunur ki, Cavabdeh sözügedən müqavilə üzrə borc ödənilməsi öhdəliyini gecikdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi kredit məbləği qrafik üzrə ödənilməli olan əsas kredit məbləğidir. Apellyasiya kollegiyası işin müəyyən olunmuş və faktiki hallarını məcmu halda tədqiq edərək qeyd etmişdir ki, iddiaçının (kreditorun) cavabdehdən borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmamışdır.
20. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə verilmiş vəsaiti təyinatı üzrə istifadə etmədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübutunu təqdim etməmiş, eləcə də işin faktiki halları ilə belə hal müəyyən olunmur. Tərəflər arasında bağlanmış 27 aprel 2018-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kredit borcala na ünvan 3 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən 01 mart 2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (yaşayış sahəsi) alınmasına verilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli arayışda isə Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşadığı qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh ipoteka predmeti olan yaşayış sahəsini almaq üçün iddiaçı ilə 27 aprel 2018-ci il tarixli kredit müqaviləsini bağlamış və kredit müqaviləsi üzrə verilmiş vəsaitdən də təyinatı üzrə istifadə edərək 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında sözügedən yaşayış sahəsini almış, hazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. İşin qeyd olunan hallarını nəzərə alan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfin “kredit müqaviləsi üzrə verilmiş vəsaitin təyinatı üzrə istifadə edilməməsi” barədə arqumentləri əsassızdır.
21. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydaları tərəflər arasında bağlanmış müqavilə hüquq münasibətlərinə tətbiq edilə bilməz. Belə ki, tərəflər arasındakı alqı-satqı və ipoteka müqaviləsi 28 aprel 2018-ci il tarixdə bağlanmış, Azərbaycan Respublikası İpot eka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydaları isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin 25 may 2018-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydaları tərəflər arasındakı 28 aprel 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlandığı tarixdən sonra qüvvəyə minmişdir. Eləcə də sözügedən qaydalar cavabdehin vəziyyətini pisləşdirəcək olduğundan həmin qaydaların geriyə qüvvəsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı ASC kassasiya şikayəti verə rək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(104)-1799/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1-ci maddəsi, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin 25 may 2018-ci il tarixli qərarı təsdiq olunmuş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydaları, Azərbaycan İpoteka Fondunun İdarə Heyətinin 11 Oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə Tələblər və Prosedurlarının 4.1-ci bəndi pozulmuşdur.
24. Belə ki, cavabdehə kredit verilərkən Azərbaycan İpoteka Fondunun İdarə Heyətinin 11 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə Tələblər və Prosedurları qüvvədə olmuşdur. İpoteka predmeti olan evinin satıcısı X3 cavabdehin bacısı Məhərrəmova (Mirzəyeva) Leyla Yaşar qızının əridir. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh mənzili bacısının ərindən aldığını bilmiş, lakin bu barədə Banka məlumat verməmişdir. Cavabdeh iddiaçının aldatmaqla, tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə q aytarılması, dəbbə pulunun ödənilməsini Borcalandan tələb etməsinə Banka əsas vermişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz işin faktiki halları və apellyasiya məhkəməsinin qətnaməsinə uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçir məklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iddia ilə iddiaçı faktiki olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvini tələb edir. Lakin, müqavilənin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən onun şərtlərini əhəmiyyətli dərəcədə pozması halı (iddiaçı iddia ərizəsində məhz cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə istinad etmişdir) işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
35. İddiaçının sonradan apellyasiya və kassasiya şikayətlərində istinad etdiyi digər hal – verilmiş kredit vəsaiti hesabına cavabdehin mülkiyyətinə aldığı və ipoteka ilə yüklü etdiyi daşınmaz əmlakın satıcısının onun qohumu olması mülki qanunvericiliklə müqavilənin ləğvi üçün əsas kimi nəzərdə tutulmamışdır. İpoteka krediti verilən zaman müəyyən olunan qaydaların pozulması iddiaçının krediti verməkdən imtina üçün əsas ola bilərdi; lakin bu qaydalara riayət edilməməsinin nəticələrinə görə məsuliyyət məhz iddiaçı bankın üzərinə düşür.
36. İddiaçının cavabdeh tərəfindən aldadılması ilə bağlı kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. İlk olaraq iddiaçı tələbini bu dəlillə əsaslandırmamış və iddiaçının aldadılması məhkəmələrin araşdırma predmetini təşkil etməmişdir. Digər tərəfdən, mülki qanunvericiliyinə görə müqavilənin bağlanılması məqsədi ilə aldadılma müqavilənin ləğvi üçün deyil, onun etibarsız hesab olunması üçün əsas ola bilər.
37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(104)-1799/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.