Məhkəmə qərarları › İş №2(102)-5400/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5400/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5400/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5400/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-91/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1 MMC-yə (MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiyanın təqdim edilməsi üzrə HO/531 saylı 06 mart 2015-ci il tarixli müqavilə üzrə MMC-dən bankın xeyrinə 1 512 788 manat əsas, 30339,78 manat faiz, illik 10 faizlə hesablanmış faiz borcu qismində 5462,85 manat olmaqla cəmi 1 548 590,63 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.metr) əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdə və o, satıldıqda, cavabdehlərin 1 ay ərzində qeyri-yaşayış sahəsini tərk etməsi və ipoteka predmetinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, HO/531 saylı 06.03.2015-ci il tarixli Qarantiya müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 1 512 788 manat məbləğində Qarantiya təqdim olunmuş, bu qarantiya MMC ilə QSC “Bank Standard” KB arasında bağlanmış 10.03.2011-ci il tarixli 171/00/2/11 saylı kredit müqaviləsinin təminatı olmuşdur. Cavabdeh1 MMC tərəfindən həmin müqavilənin şərtləri pozuldu ğundan QSC “Bank Standard” KB tərəfindən “xxxx” ASC-yə qarantiya məbləğinin 06.03.2016-ci il tarixədək QSC “xxxx” KB-yə ödənilməsinin təmin edilməsi barədə 29.02.2016-cı il tarixli məktubla tələb irəli sürülmüş, buna görə də qarantiya məbləği QSC “Bank Standard” KB-nin hesabına köçürülmüşdür. Bundan sonra qarantiya müqaviləsi üzrə ödənilmiş məbləğin qaytarılması barədə Cavabdeh1 MMC-yə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin MMC tərəfindən borc ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-1328/2018) iddia tələbi qismən təmin edilərək, 1 512 788 (bir milyon beş yüz on iki min yeddi yüz səksən səkkiz) manat məbləğində əsas, 30 339 (otuz min üç yüz otuz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik qarantiya üzrə faiz borcu və 5462 (beş min dörd yüz altmış iki) manat 85 (səksən beş) qəpik məbləğində illik 10 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 1 548 590 (bir milyon beş yüz qırx səkkiz min beş yüz doxsan) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın Cavabdeh1 MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.03.2015-ci il tarixli, HO/531 saylı xxxx müqavilədən görünür ki, “xxxx” ASC Cavabdeh1 MMC-nin xahişi ilə, “xxxx” QSC-nin xeyrinə ******* manat məbləğində qarantiya təqdim etmişdir. Həmin qarantiya müqaviləsinə əsasən Cavabdeh1 MMC “xxxx” ASC-yə qarantiyanın tam məbləğindən illik 2% faiz ödəməlidir. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.02.2015-ci il tarixdə 100.CL.050215.00001/b saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 1 saylı əlavədən görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində mülkiyyətdə olan, ümumi sahəsi 2982,8 kv.metrdən ibarət olan əmlak kompleksi kimi müəssisə (anbar) “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.02.2015-ci il tarixli, 100.LN.2005.050215.001 saylı kredit müqaviləsi, 05.02.2015-ci il tarixli HO/531 saylı qarantiyanını təqdim edilməsi üzrə müqavilə, 05.02.2015-ci il tarixli HO/532 saylı qarantiyanını təqdim edilməsi üzr müqavilə, 14.05.2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi və ona edilmiş 05.02.2015-ci il tarixli 1 saylı əlavə razılıq və onlara edilmiş, ediləcək dəyişikliklər üzrə öhdəliklərin icrasının təmin etmək məqsədi ilə yüklü edilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.02.2015-ci il tarixli 100.CL.050215.0000 1/b saylı ipoeka müqaviləsinə 31.03.2015-ci il tarixli əlavə razılıqdan görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində mülkiyyətdə olan əmlak kompleksi kimi müəssisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 14.05.2010-cu il tarixli, SKMF/156 saylı kredit müqaviləsi və ona edilmiş 05.02.2015-ci il tarixli 1 saylı əlavə razılıq, 31.03.2015-ci il tarixli HO/531 saylı qarantiyanını təqdim edilməsi üzr müqavilə, 31.03.2015-ci il tarixli HO/532 saylı qarantiyanını təqdim edilməsi üzr müqavilə, onlara edilmiş, ediləcək dəyişikliklər üzrə öhdəliklərin icrasının təmin etmək məqsədi ilə yüklü edilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.02.2015-ci il tarixli 100.CL.050215.00001/b saylı ipoeka müqaviləsinə 20.04.2015-ci il tarixli əl avə razılıqdan görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində mülkiyyətdə olan əmlak kompleksi kimi müəssisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 14.05.2010-cu il tarixli, SKMF/156 saylı kredit müqaviləsi və ona edilmiş 05.02.2015-ci il tarixli 1 saylı əlavə razılıq, 05.03.2015-ci il tarixli HO/531 saylı qarantiyanını təqdim edilməsi üzr müqavilə, 05.03.2015-ci il tarixli HO/532 saylı qarantiyanını təqdim edilməsi üzr müqavilə, Cavabdeh2 arasında bağlanmış 20.04.2015-ci il tarixi 100.LN.2105.200415.0001 saylı kredit müqaviləsi və onlara edilmiş, ediləcək dəyişikliklər üzrə öhdəliklərin icrasının təmin etmək məqsədi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən, RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışlardan görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində ümumi sahəsi 2982,8 kv.metr olan anbar xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. 03.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin ******* manat məbləğində əsas, qarantiya üzrə 30339,78 manat faiz və 5462,85 manat faiz olmaqla və cəmi 1548590,63 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin “xxxx” ASC-yə ünvanladığı 26.05.2017-ci il tarixli, **********37 saylı məktubu ndan görünür ki, “xxxx” ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsiyə tutmanın yönəldilməsi barədə bildirş qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən, ümumi sahəsi 2982,8 kv.metr olan əmlak kompleksi kimi müəssisənin bazar dəyərinin müəyyən edilməsi üzrə 0427/18/AGB saylı, 06.06.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri ******* m anat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 460-cı maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Qeyd edilən Mə cəllənin 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Göstərilən məcəllənin 489-cu maddəsinə əsasən, qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin öd ənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənz il ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərar ı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-91/2020) Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1328/2018 saylı iş üzrə 22 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni “1 512 788 (bir milyon beş yüz on iki min yeddi yüz səksən səkkiz) manat məbləğində əsas, 30 339 (otuz min üç yüz otuz doqquz) manat 78 (yetmiş səkkiz) qəpik qarantiya üzrə faiz borcu və 5462 (beş min dörd yüz altmış iki) manat 85 (səksən beş) qəpik məbləğində illik 10 faizlə hesablanmış faiz borcu o lmaqla, cəmi 1 548 590 (bir milyon beş yüz qırx səkkiz min beş yüz doxsan) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması” hissələrində dəyişdirilmədən saxlanılmış, apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 (iki yüz doxsan) manatın Cavabdeh 1 MMC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, apelyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləğinin apelyatorlara aid edilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC (bank) ilə Cavabdeh1 MMC (MMC) arasında 06.03.2015-ci il tarixdə HO/531 saylı “xxxx” müqavilə bağlanmış, müqaviləyə əsasən bank, MMC-nin QSC “xxxx” KB-lə bağladığı 10.03.2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq QSC-nin xeyrinə 07 mart 2016-cı il tarixədək 1 512 788 manat məbləğində qarantiya təqdim etmiş, MMCnin banka qarantiyanın tam məbləğindən illik 2% faiz ödəməli olması razılaşdırılmış, MMCnin bank qarşısında qarantiya müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq 5 840 000 manat məbləğində qiymətləndiri lmiş Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2982,8 kv.metrdən ibarət əmlak kompleksi kimi müəssisə (anbar) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 MMC QSC “xxxx” KB ilə bağladığı kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən “xxxx” KB tərəfindən banka 29.02.2016-cı il tarixdə tələbnamə ünvanlanmış, tələbnamədə 1 512788 manat məbləğində pul vəsaitinin 06.03.2016-cı il tarixinədək QSC “xxxx” KB-yə ödənilməsi xahiş olunmuşdur. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında 06.03.2015-ci il tarixdə bağlanmış HO/531 saylı xxxx müqavilə üzrə müvafiq ödəniş sənədlərinin iş materiallarında mövcudluğu və həmin sənədlər əsasında işin obyektiv həlli üçün zəruri olan sual ları cavablandırmağın mümkün olduğu nəzərə alınaraq apelyasiya baxışı zamanı əlavə ekspertiza təyin olunmuş, eyni zamanda QSC “Bank Standard” KBdən bütün müvafiq sənədlər sorğu əsasında alınaraq ekspertə göndərilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspertin həmin təyinat əsasında verdiyi 05.04.2019-cu il tarixli rəy tədqiq olunarkən, ekspertin QSC “Bank Standard” KBdən apellyasiya baxışı zamanı alınmış sənədləri ümumiyyətlə incələmədiyi və yenə də “hesabdan çıxarış məlumatlarının, kassa mədaxil və məxaric orderlərinin təqdim edilmədiyini” vurğulamaqla əsaslılığı şübhə doğuran rəy hazırladığı müəyyən edildiyindən təkrar ekspertiza təyin olunmuş, 30.01.2020-ci il tarixdə verilən ekspert rəyində “xxxx” ASC tərəfindən QSC “Bank Standard” KB-nə qarantiya müqaviləsi üzrə üm umilikdə 1 673 345,24 manat vəsait köçürüldüyü”, “1 512 788 manat məbləğində vəsait üçün 06 mart 2015-ci il tarixindən 07 mart 2016-cı il tarixinədək illik 2%-lə hesablanmalı olan faizin 30 339,80 manat, 28 iyul 2016-cı il tarixindən 03 aprel 2017-ci il tarixinədək illik 10%-lə hesablanmalı olan faizin isə 102 953,63 manat təşkil etdiyi” göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmi n Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə y etirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 478-ci maddəsinə görə, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə hə min məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir; 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir; 489-cu maddəsinə görə isə, qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldil məsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MMC nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əldə olunmuş ekspert rəyi ilə həmin məbləğlərin hə tta bankın tələb etdiyindən də artıq olduğu müəyyən edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “Cavabdeh2 məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsindəki ümumi sahəsi 2982,8 kv.metr əmlak kompeksi kimi müəssisəyə yönəldilməsi, həmin müəssisənin ilkin satış qiyməti 6 100 000 (altı milyon yüz min) manat olmaqla açıq hərracdan satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 MMC-nin və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması” hissəsində təmin etməkdə də haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC (vəkil X4) kassasiya şikayətini onu nla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)91/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. M əhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlil ləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı verilmiş ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Həmin rəyin real bazar qiymətlərini əks etdirmədiyi barədə apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə ba xarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-91/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar