Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5400/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5400/2022 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün sayılması Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1073/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30000 manat icarə haqqının, dəymiş ziyana görə 20000 manatın tutulması, Cavabdeh1 generatorun alınması və ona qaytarılması, qaytarılması mümkün olmadığı təqdirdə dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 1 sentyabr 2021-ci il tarixli, 2(002)655/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin edilmiş, Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq iddiaçı ya qaytarılması, digər Cavabdeh2 Nazim oğlundan isə iddiaçının xeyrinə 15000 manat icarə haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1073/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq İddiaçı geri qaytarılması” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamış, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
4. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər Aqil Abbasov – məruzəçi, Elşanə Vəliyeva, Elşad Şamayev) kassasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki işin apellyasiya instansiyasına qaytarılmışdır.
6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyə n olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində yalnız ümumi şəkildə Mülki Prosessual Məcəllənin 388-ci maddəsinin dispozisiyası qeyd edilib, daha sonra işin faktiki halları sadalanıb, qeyd edilən prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. İddiaçı buraxılmış prosessual müddətə dair ərizə və kassasiya şi kayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
8. Bakı Apellyasiya instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) müddətin bərpasına dair ərizənin təmin edilməmişdir.
9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan işdə buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə verilmiş kassasiya şikayəti MPM-in normalarının tələblərinə cavab vermir. Çünki, iddiaçı müddətin bərpasına dair ərizəsinə əvvəl verdiyi kassasiya şikayətinə analoji kassasiya şikayəti əlavə etmiş, şikayətin məzmununu qanunvericiliyin tələblərinə uyğunlaşdırmamışdır. İddiaçının hazırkı kassasiya şikayəti əvvəlkindən fərqlənməmiş, nöqsanlar aradan qaldırılmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1, 133.2, 133.3, 407.1, 408.1.1, 408.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı elektron kabinetə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı apellyasiya instansiyası məhkəməsinə müddətin bərpasına dair ərizə və düzəliş edilmiş kassasiya şikayəti ilə müraciət etmiş, şikayə tin mümkün hesab edilərək Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyasının 8 iyul tarixli qərardadından xəbərdar olduqdan sonra iddiaçı məhkəməyə getmiş, məhkəmədə ondan ərizənin nəzərdən qaçması və sistemdə açılmaması səbəb göstərilərək kassasiya şikayətinin və ərizənin yenidən göndərilməsi xahiş olunmuşdur. Bundan sonra xx.xx.2022ci il tarixində ərizə və kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir.
13. Qeyd edilmişdir ki, kassasiya şikayətinə edilmiş dəyişiklik apellyasiya instansiyası məhkəməsinin gözündən qaçmış, edilmiş dəyişikliklər nəzərə alınmamışdır.
14. Kassator öz şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 405.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
17. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən geri qaytarılır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, apellyasiya məhkəməsi işdəki kassasiya şikayətini nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə verilmiş kassasiya şikayəti MPM-in normalarının tələblərinə cavab vermir. Çünki, iddiaçı müddətin bərpasına dair ərizəsinə əvvəl verdiyi kassasiya şikayətinə analoji kassasiya şikayəti əlavə etmiş, şikayətin məzmununu qanunvericiliyin tələblərinə uyğunlaşdırmamışdır. İddiaçının hazırkı kassasiya şikayəti əvvəlkindən fərqlənməmiş, nöqsanlar aradan qaldırılmamışdır.
22. Kassasiya kollegiyası nəzərə alır ki, iddiaçı apellyasiya məhkəməsinə kassasiya şikayəti veril məsi üçün buraxılmış prosessual müddətin bərpası barədə deyil, müddətin ötürülməməsi barədə ərizə vermişdir. Bununla belə apellyasiya məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti məzmunca qanuna uyğun olmadığından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyil, ərizə və ona əlavə olunmuş kassasiya şikayəti qaytarılmalıdır.
23. Kollegiya hesab edir ki, kassasiya şikayətinin məzmunca qanuna uyğun olmamasına görə qaytarılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olduğundan əlavə halların araşdırılmasına prosessual qənaət prinsipi baxımından gərək qalmır və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
24. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1073/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.