Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5401/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)5740/2019 saylı qərardadından iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYY ƏN ETDİ Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(004)-385/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim A.S.Məmmədov) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun borclu Cavabdeh qarşa “borc tələbinə dair” mülki işin icraatına xitam verilib. İddiaçı təşkilat qərardaddan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)5740/2019 saylı qərardadı ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəm ədə borclu Cavabdeh qarşı iddia qaldıraraq 14 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh əsas borca görə 885,84 manat, ona hesablanmış faizə görə 1.041,79 manat, cəriməyə görə 661,63 manat, cəmi 2.589,26 manat kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə icraata xitam verilməsinə dair düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması ba rədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən, iddiaçı təşkilatın ölmüş borclu Cavabdeh qarşı iddia qaldırmasına, sonuncu öldükdən sonra iddia qaldırıldığından işə məhk əmədə baxılmalı olmamasına, işin icraatına xitam verməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 262.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 14 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh 18 ay müddətinə, illik 26 faizlə 1.350 manat kredit verilib. 30 iyul 2013cü il tarixdə borclu Cavabdeh ölüb. 26 sentyabr 2018-ci il tarixdə iddiaçı təşkilat məhkəmədə 30 iyul 2013-cü il tarixdə ölmüş borclu Cavabdeh qarşı iddia qaldıraraq 14 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas, faiz borclarını və ona hesablanmış cəriməni tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə gö rə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Sadalanan maddələrin mənasına görə ölmüş şəxsə qarşı bilavasitə iddia qaldırıla bilməz. Çünki fiziki şəxsin hüquq qabiliyyətinə ölümü ilə xətm edilir. Fiziki şəxsin ölməsi ilə iş üzrə icraata o vaxt xitam verilməyə bilər ki, o bilavasitə iddia qaldırıldıqdan sonra ölmüş olsun, həmçinin o, öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol versin. Hazırki işdə isə, qeyd olunan hallar istisna olunur və işdən görünür ki, borclu Cavabdeh hazırki iddia qaldırılanadək ölüb və iddiaçı təşkilat 30 iyul 2013-cü il tarixdə ölmüş borclu Cavabdeh qarşı 26 sentyabr 2018-ci il tarixdə iddia qaldıraraq 14 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunu tələb edir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata iş məhkəmədə baxılmalı olmaması əsasına görə xitam vermiş birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb, kassasiya instansiyası məhkəməsi hesab edir ki, kas sasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)-5740/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5401/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5401/2019
27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver