Məhkəmə qərarları › İş №2(102)-5402/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5402/2018

20.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5402/2018 20.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5402/2018 20 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı1-in cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh1, Cavabdeh3-ə qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmala rı, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadından İddiaçı1-in vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi ilə (hakim Rasim Kazımov) İddiaçı1-nin cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh1, Cavabdeh3-ə qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilm əsi» tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdehlər İddiaçı1-yə, Cavabdeh5 MMC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı1nin ödədiyi dövlət rüsumu İddiaçı1-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 ödədiyi dövlət rüsumu 3- cü şəxs X3 aid edilmiş, ekspertiza tədqiqatının dəyəri 80 manat pulun 3-cü şəxs X1-dən alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X4 və Cavabdeh1dən müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nə ödənilməs i, ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh5 MMC-nin direktoru X4-dən tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2017-ci il tarixli, 2(107)- 881/2017 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2017ci il tarixli, 2(102)-6161/17 saylı qərarı ilə İddiaçı1-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-881/2017 nömrəli iş üzrə 2 20 aprel 2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi E.Hüseynov, hakimlər G.Abbasov, İ.Şükürov) 05 fevral 2018-ci il tarixli, 2(107)-284/2018 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi İddiaçı1-nin iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2018-ci il tarixli, 2(107)-284/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2018-ci il tarixli, 2(107)-284/2018 saylı qərardadı ilə İdd iaçı1-nin 05 fevral 2018-ci il tarixli, 2(107)-284/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1-in vəkili X5 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1-in vəkili X5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 14 may 2018-ci il tarixdə İddiaçı1-ə bildiriş göndərərək kassasiya şikayətinin müddət buraxılmaqla verildiyini və şikayətə buraxılmış prossesual müddətin bərpasına dair ərizə əlavə edilmədiyinə görə kassasiyanın AR MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğu məsələsinə baxılmasının 29.05.2018-ci tarixə təyin edilməsi barədə bildiriş göndərmişdir. Bankın səlahiyyətli nümayəndəsi məhkəmə iclası nda iştirak etmək üçün Şəki şəhərinə ezam edilmiş, lakin o, müəyyən olunmuş müddətdə məhkəmə iclasında iştirak edə bilməmişdir. Belə ki, Göyçay şəhəri ərazisində körpünün təhlükəli vəziyyətdə olması ilə əlaqədar avtomobillərin gedişi uzun müddət dayandırılmışdır. Həmin hadisə ilə əlaqədar Məhkəmə Kollegiyasının iclasında bankın səlahiyyətli nümayəndəsi iştirak edə bilməmiş və prossesual müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Prosessual məsələlər: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-284/2018 nömrəli qətnaməsinin surətini 22 fevral 2018-ci il tarixdə İddiaçı1-in əməkdaşı “X7” xə bərnaməyə imza etməklə qəbul etmişdir (i.v 259). Həmin qətnamədən kassasiya şikayəti isə 11 may 2018-ci il tarixdə poçta, 14 may 2018-ci il tarixdə isə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. (i.v 269) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu n əticəyə gəlmişdir ki, qətnamə iddiaçının əməkdaşı tərəfindən 22.02.2018-ci il tarixdə alındığından kassasiya şikayəti vermə müddəti həmin tarixdən hesablanmaqla, 2 aylıq müddət buraxılmış, həmin müddətin üzrlü səbəbdən buraxılması və bərapa edilməsi barədə ərizə kassasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş sə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil old uğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Bankın nümayəndəsinin üzrlü səbəbdən (körpünün təhlükəli vəziyyətdə olması ilə əlaqədar avtomobillərin hərəkətinin uzun müddət dayandırılması) kassasiya şikayətinin MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğu məsələsinə baxılmasına dair məhkəmə iclasında iştirak edə bilməməsi və müvafiq müddətin bərpası ərizəsini təqdim edə bilməməsi şikayət verilən 29.05.2018-ci il tarixli qərardadın ləğvinə əsas ola bilməz. Çünki məhkəmə tərəfindən həmin qərardad qəbul edilərkən heç bir pozuntuya yol verilməmişdir və bu qərardad İddiaçı1-nə Şəki Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 05 fevral 2018-ci il tarixli, 2(107)-284/2018 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə əlavə edilməklə təkrarən kassasiya şikayəti verməsinə mane olmur. İş materiallarından görünür ki, iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi barədə ərizəsini hazırki kassasiya şikayətinə əlavə etmişdir. Buna görə də, həmin ərizəyə iş apellyasiya instansiya məhkəməsinə qaytarıldıqdan sonra apellyasiya instansiya məhkəməsi tərəfindən baxılaraq müvafiq qiymət verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual qanunun tələblərinə uyğun çıxarıldığına görə dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar