Məhkəmə qərarları › İş №2(102)-5409/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5409/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5409/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5409/20 (Açar sözlər: pul tələbi) 10.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6254/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəy yən etdi: İş halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh 01.09.2013-cü il tarixdə 42.000 manat məbləğində borc vermişdir. Cavabdeh ondan borc alarkən həmin pulu kommersiya məqsədi üçün aldığını və borcu tezliklə qaytaracağını bildirmişdir. Lakin borc verilməsindən uzun müddət keçməsinə və borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Nəhayət cavabdeh tərəfindən alınan borcu və onun borcu qaytarmaq barədə vədlərini rəsmiləşdirmək barədə ümumi razılığa gələrək 12.01.2017-ci il tarixdə aralarında Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 42000 manat məbləğində “Borcun etirafı ha qqında” müqavilə bağlanılmışdır.Qeyd edilən “Borcun etirafı haqqında” müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh müqavilədə göstərilən məbləğ, yəni 42.000 manat borc pulu 12.01.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə müqavilədə göstərilən müddətin başa çatmasına baxmayaraq, onun tərəfindən müqavilədə göstərilən borc məbləğindən hər hansı ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə də öhdəliyini icra etməmiş və bunu maddi vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışmışdır ki, bu da onda cavabdehin müqavilə üzrə öhdəliyini bundan sonra da icra edə bilməyəcəyi barədə əsaslı şübhələr yaratmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 42.000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rü sumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-1108/2020) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 12.01.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə ödənilməli olan 38.000 manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 38.030 (otuz səkkiz min otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 01.09.2013-cü il tarixdə 42000 manat məbləğində borc pul verilmiş və cavabdeh həmin borcun qaytarılmasını öhdəsinə götürsə də, həmin borcu qaytarma mışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması tələb olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 12.01.2017-ci il tarixdə tərəflər mövcud olan borcun rəsmiləşdirilməsi ilə bağlı razılığa gəlmişlər və Bakı şəhər 51 saylı Dövlət Notariat Kontorunda onlar arasında 42000 manat borcun etirafı barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 42000 manat məbləğində pulun 12.01.2020-ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin həmin müddət başa çatdıqdan sonra da cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni etiraf etdiyi 42000 manat məbləğində borcun iddiaçıya qaytarmamışdır. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdehə verilən borcun bir hissəsi iddiaçı tərəfindən bankdan götürülən dollarla kredit müqavil əsi əsasında verilən pul məbləği olmuş və dövlət tərəfindən devalvasiya nəzərə alınmaqla həmin kreditə görə iddiaçıya 4000 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsindən imtina etdiyindən, iddiaçı həmin borcun məhkəmə qaydasında tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin borcun 4000 manat hissəsi iddiaçıya ödənildiyindən, tələb yalnız 38000 manat borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin i crası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Şirinov və R.Eyvazov, iş № 2(103)6254/2020) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2020 saylı işi üzrə 02.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya qeyrimümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsui qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri, Z.Əliyeva küçəsi, dalan 1, ev 6, mənzil 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmiş, icr aat zamanı həmin ünvana göndərilmiş olsa da (iş.səh.9,16-17,23-24,), birinci instansiya məhkəməsinin 02.06.2020-ci il tarixli qətnaməsinin surəti isə ünvan 1 ünvanına göndərilmiş (səh.31), Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan teleqramda isə ünvan 2unmuşdur (səh.32). Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ki, apelyasiya şikayətində prosessual müddətlər həddində tərəflərin iştirakının (çəkişmənin) təmin edilməsi üçün şikayət verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer (digər rabitə vasitəsi) göstərilməyərək, apelyasiya şikayətinin məzmununa dair tələblərə riayət edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, işdə fərqli ünvanların əks edilməsi və apelyasiya şikayətində ünvanın qeyd edilməməsi məhkəmə prosesinin tərəflərin iştirakı ilə təmin edilməsi baxımından sui-isifad əyə şərait yaradan hal kimi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.4.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normati v hüquqi akta istinad olunmamışsa ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayə ti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6254/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, iş üzrə Cavabdeh yaşayış yeri Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən iddiaçıya verilmiş arayışındın göründüyü kimi, cavabdehin yaşayış yeri Bakı şəhəri, Z.Əliyeva küçəsi, dalan 1, ev 6, mənzil 1 ünvanda yerləşir. Bundan başqa, apelyasiya məhkəməsi cavabdeh tərəfindən məhkəməyə ünvanlanan teleqramında da həmin ünvandan göndərildiyini qeyd edir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehə göndərdiyi qə rardadın müşayət məktubunda və zərfdə də ilk olaraq həmin ünvanı qeyd edir. Qeyd etmək lazımdır ki, iş üzrə cavabdeh birinci instansiya məhkəməsində o zaman xəstə olduğu üçün iştirak etməmişdir və bununla əlaqədar qeyd olunduğu kimi Bakı şəhəri, Z.Əliyeva küçəsi, dalan 1, ev 6, mənzil 1 ünvandan teleqram göndərərək prosesin başqa vaxta keşirilməsini xahiş etmişdir. Lakin məhkəmə buna baxmayaraq, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi müddəalarını nəzərə almadan tez bir zamanda qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qərardadda məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad etməmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 418.4.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa ləğv edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin «apelyasiya şikayətində prosessual müddətlər həddində tərəflərin iştirakının (çəkişmənin) təmin edilməsi üçün şikayət verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer (digər rabitə vasitəsi) göstərilməyərək, apelyasiya şikayətinin məzmununa dair tələblərə riayət edilməməsinə» dair mövqeyi formal mülahizələrdən irəli gəlməklə faktiki olaraq şikayət verən şəxsin məhkəməyə çatımlılıq imkanını məh dudlaşdırmışdır. Digər tərəfdən tərəflərin hər hansı vasitələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmaq məhkəmənin vəzifəsidir. İşin halları ilə müəyyən olunur ki, iş üzrə cavabdehə həm SMS vasitəsi ilə, həm də yazılı formada bildirişlər göndərilmiş və bu imkanlarda istifadə edilməklə onun məhkəmə iclaslarında iştirakı təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-6254/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar