Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5410/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5410/21 (Açar sözlər: birgə əmlakın bölünməsi) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2456/2021 nömrəli, 07.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan X1 və X2 doğulmuş, 2005-ci il tarixdə rəsmi nikah pozulmuşdur. 15.06.1992-ci il tarixli 006927 saylı orderlə, "xxxx" MTK tərəfindən verilmiş 30.03.2002-ci il tarixli 86 saylı maliyyə arayışına və İddiaçı razılıq ərizəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu İlqar Cümşüdov küçəsi ev 15A-da yerləşən 1 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Boşandıqdan sonra da tərəflər həmin mənzildə yaşamaqda davam etmişlər. İddiaçı son vaxtlar keçmiş arvadının onu mənzilə buraxmaq istəmədiyini əsas tutaraq birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehlə aralarında ½ hissədə bölünməklə həmin mənzilin üzərində ½ pay hüququnun və mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi, qətnamənin icrası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları 16.10.1990cı il tarixdə qeydə alınmış, 16.11.2005-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın rəsmi pozulmasına baxmayaraq iki uşaqlarına görə bir mənzildə yaşamışlar. Ailənin bütün maddi e htiyacını qarşılamış və hazırda da bunu edir. Kommunal xərclər daxil olmaqla, bütün ailə ehtiyaclarını bu günədək o qarşılamışdır. Birlikdə yaşadıqlarına görə nikah pozularkən əmlak bölgüsünə zərurət olmamışdır. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Nikahları pozulduqdan sonrakı dövrdə həmin mənzildə birgə yaşamış və hazırda da həmin mənzildə birlikdə yaşayırlar. Lakin qızları bir az əvvəl ailə qurub öz evinə köçəndən sonra cavabdeh səbəbsiz olaraq onunla mübahisələr edir, onun yaşayışını mümkünsüz edir, evi tərk etməsini tələb edir. Buna görə də, məcbur olub həmin mənzilin ½ hissəsinə pay hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e2(001)3864/2020 saylı qətnaməsi ilə (hak im. İ.Əliyev) iddia rədd edilmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli qanunun 1, 5, 12-ci maddələrinə istinad etmişdir. Məhkəmiənin mövqeyi belə olmuşdur ki, mənzil dövlət fonduna aid olmuş və idiaçı mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılıq vermiş, mənzil əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 07.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Kərimli (sərlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 ok tyabr 2020-ci il tarixli e-2(001)3864/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15a saylı evin 1 saylı mənzilinin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları və mülkiyyət hüquqları müəyyən edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 37.1, 37.2; Mülki Məcəlləsinin 377.1-ci m addələrinə istinad etmişdir.
9. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəli mənzil ər-arvadın birgə gəliri hesabına kooperativ binada inşa edilmiş, birgə nikah dövründə cavabdehin adına rəsmiləşmişdir. Mənzil ər-arvadın birgə mülkiyyəti hesab olunur və nə qədər ki, nikah pozulduqdan sonra hal-hazıradək tərəflər həmin mənzildə birgə yaşamaqda davam etmişlər, iddiaçı ər-arvadın birgə əmlakının bölünməsi tələbini irəli sürmək üçün qanunla müəyyən edilən üç illik iddia müddətini ötürməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olu nmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Mübahisəli evin sənədləşməsi aparılanda iddiaçı ilə münasibəti olmamış və onu tanımamışdır. Mənzilin pay haqqını özü ödəmişdir. İddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürməklə tələb irəli sürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili Vəkil3 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi:
16. Maddə. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
17. Maddə. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin iti rilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
18. Maddə. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
19. Maddə. 36.3. Mübahisə olduqda, ər-arva dın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
20. Maddə. 37.1 və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
21. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Ma ddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil ər-arvadın birgə gəliri hesabına kooperativ binada inşa edilmiş, birgə nikah dövründə pay haqqı ödənilib başa çatmış və həmin dövrdə mənzil xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyatdan keçmişdir. Cavabdeh əmlakın ər-arvadın birgə əmlakı olmadığını israr etsə də bu halı sübuta yetirə bilməmişdir. O cümlədən, mənzilin pay haqqının nikahdan əvvəl ödənilməsi ilə bağlı halları sübuta yetirə bilməmişdir. Cavabdeh mənzilin pay haqqının bir hissəsini nikahdan əvvəl ödədiyini, qalan məbləği isə nikah dövründə öz gəliri hesabına ödədiyini bildirsə də işdə olan sübutlarla həmin hallar təsdiqini tapmamışdır. Ona görə məhkəm ə mənzili ər-arvadın birgə əmlakı hesab etməkdə haqlı olmuşdur.
30. Üç illik iddia müddəti ilə bağlı da Apelyasiya Məhkəməsi hüquqi dəyərləndirmə aparmışdır. Beləki, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında nikah 2005-ci ildə pozulsa da, iddiaçı iddia qaldırılan dövrə qədər həmin mənzildə cavabdeh və uşaqları ilə birgə yaşamış, ona görə iddia müddətini ötürməmişdir. Bu zaman məhkəmə haqlı olaraq hazırkı qərarın 21-22-ci bəndlərində nəzərdə tutulan normalara istinad etmişdir.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.
32. Göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2456/2021 nömrəli, 07.04.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova