Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5411/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5411/2018 şəhəri 03 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı X1 vəkili Vəkil, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ciiltarixli2(103)2504/2018 nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsini n (hakim T.Kərimov) 11.10.2017-ci il tarixli 2(001)7971/2017 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı «borc» tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh 20.000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmiş, Cavabdeh iddiaçı X1 qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 12.04.2018-ci i ltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.10.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onun özünə aid edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı X1 Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə 11.04.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı X1 qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 06.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 ona məxsus maya dəyəri 34.500 ABŞ dolları (64.000 manat) təşkil edən 23 ədəd xəz dəri geyimin və ya onların dəyəri olan pul vəsaitinin və 30.000 manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh X1 qızı arasında işin faktiki hallarına uyğun olmayan müqavilə bağlanmışdır ki, həmin müqavilə Cavabdeh tərəfindən mübahisələndirilir. X1 ilk iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzdi, ilk iddia tələbi təmin edilməməli idi. Belə ki, Q8 Cavabdeh vəziyyətindən istifadə edərək, mübahisələndirilən müqaviləni bağlatmışdır. Müqavilənin bağlanmasının təşəbbüskarı da Q8 olmuşdur. Məhkəmələr Cavabdeh tərəfindən dəvət olunmuş şahidlərin ifadələrinə əsas olmadığı halda tənqidi yanaşmış, həmin şahidlərin əlavə dindirilməsinə və əlavə şahidlərin dindirilməsinə dair vəsatətlə ri təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı X1 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.10.2017-ci il tarixl i qətnaməsinin dəyişiklik edilmədən saxlanılması, Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun onun özünə aid edilməsiqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 18.04.2016-cı il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc verən X1 ərəfındən borc alan Cavabdeh faizsiz olaraq, 31.01.2017-ci il tarixədək qaytarılması şərtilə 20.000 manat borc verilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 739-cu maddələsinin tələbləri baxımından iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq borcl unun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və borclu öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün borcun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətə gəlmişdir. Belə ki, Mülki Məcəllənin əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin i ştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanır (740.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiril məyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, mülki işin məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəfındən borca almış olduğu pul məbləğinin müqabilində girov olaraq 23 ədəd xəz dəri geyimini (şuba) cavabdehə verdiyini təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim edə bilmədi. Yalnız şahid qismində ifadə vermiş iddiaçının kürəkəni iddiaçının dediklərini təsdiq etsə də, məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşaraq onu inandırıcı bir ifadə kimi qəbul etməmişdir. Əksinə, cavabdeh tərəfındən şahid qismində ifadə vermələrindən ötrü dəvət edilmiş, iddiaçı Cavabdehlə cavabdeh arasında borc müqaviləsi bağlanan zamanlarda Cavabdeh satıcısı olmuş Arzu Salmanovanın ətraflı ifadəsi ilə iddiaçının dedikləri tam təkzib olunmuşdur. Beləliklə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı öz iddiasını sübuta yetirə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ciiltarix li 2(103)-2504/2018nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5411/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5411/2018
03.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver