Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5412/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)1011/2019 saylı qətnaməsindən İddiaçı İKB ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 saylı qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə ) İddiaçı İKB ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası rədd edilib. Eyni zamanda həmin məhkəmənin 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı İKB ASC Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddiasına dair mülki iş üzrə Cavabdeh5 və Cavabdeh6 öldüyü üçün işin icraatına kredit borcunun tutulması hissəsində onlara münasibətdə xitam verilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 2(103)3536/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli, 2(102)-6932/2018 saylı qərarı ilə (hakimlər M.İ.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)1011/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfəro v) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi iddiaçı təşkilata münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 26 fevral 2010-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh4 24 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 1.450.000 manat kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 26 fevral 2010-cu il tarixli ipoteka müqavilələrinə əsasən C avabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsində yerləşən 119 saylı bağ evi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 165 saylı ev, həmçinin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxxküçəsi 137 “a” saylı ev iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Eləcə də öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh5 və Cavabdeh6la ayrı-ayrılıqda 25 noyabr 2010cu il tarixli zaminlik müqavilələri bağlanıb. 24 noyabr 2016-cı il tarixə Cavabdeh4 iddiaçı təşkilata ödənilməmiş 1.448.993,43 manat əsas, 1.047.522,43 manat faiz, 534.362 manat dəbbə pulu olmaqla, cəmi 3.030.878, 06 manat kredit borcu vardır. Dəfələrlə tələb edilməsinə baxmayaraq Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etsəl ərdə vəkillə birgə təmsil ulunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı İKB ASC, vəkili xxx, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tə tbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı təşkilatın kredit müqaviləsində göstərilən kredit məbləğini borclu Cavabdeh4 verməsini təsdiq edən “kassa məxaric orderi”nin surətlərini məhkəməyə təqdim edə bilməməsinə, bu barədə məhkəməyə təqdim edilən sorğuya cavabında iddiaçı təşkilatın həmin sənədlər məhv edildiyinə görə təqdim edilməsinin mümkün olmamasını qeyd etməsinə, tər əflər arasında kredit müqaviləsi üzrə borc öhdəliyinin əmələ gəlməsinin açıq-aşkar mövcud olmasına, bu faktın öhdəliyin güzəşt edilməsinə dair müqavilənin bağlanması ilə də təsdiq edilməsinə, olmayan öhdəliyin güzəşt edilməsinin yolverilməz olmasına, “borcun köçürülməsi və hüququn güzəşt edilməsinə dair müqaviləyə əsasən sözügedən kredit müqaviləsi üzrə borcun “xxxx” MMC keçməsinə, həmin müqavilənin ləğv və ya etibarsız hesab edilməməsi əvvəlki müqavilənin icrasının tələb olunmasını istisna etməsinə, yəni əvvəlki müqavilə üzrə borclu olan Cavabdeh4 yeni müqavilənin tərəfi olmadığına görə iddiaçı təşkilat qarşısında heç bir məsuliyyət daşımamasına, kredit müqaviləsi üzrə icra müddətinin 26 fevral 2012-ci il tarixdə başa çatmasına, lakin iddiaçı təşkilatın üç illik iddia müddətini ötürərək hazırki iddia ərizəsi ilə məhkəməyə 21 aprel 2017-ci il tarixdə müraciət etməsinə və belə olan halda birinci instansiya məhkəməsinin hazırki mülki mübahisəyə iddia müddətini tətbiq etməkdə haqlı olmasına, “borcun köçürülməsi və hüququn güzəşt edilməsi haqqında” müqavilə üzrə borcun keçməsi əvvəlki müqavilə üzrə iddia müddətinin uzadılmasını deyil, yeni şəxslərlə, yeni şərtlər daxilində öhdəlik münasibətlərinin yaranmasını özündə əks etdirməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 522.2, 525-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki 29 oktyabr 2018-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməməklə Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yəni, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulan qanuni hədlər daxilində verdiyi və həmin Məcəllən in 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırdığı qərarında şərh etdiyi məcburi göstərişləri araşdırmağa borcludur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən sözügedən kredit müqaviləsi üzrə kredit məbləğinin iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh4 verilməməsini qeyd etdiyi halda, digər tərəfdən tərəflər arasında həmin müqavilə üzrə borc öhdəliyinin əmələ gəlməsini və bu faktın öhdəliyin güzəşt edilməsinə dair müqavilənin bağlanması ilə də təsdiq edilməsini göstərməklə ziddiyyətli nəticəyə gəlmiş və bu barədə işə əlavə edilmiş çoxsaylı sübutlara, o cümələdən iddiaçı təşkilatla borclu Cavabdeh4 arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini özündə ehtiva edən 26 fevral 2010-cu il tarixli kredit müqaviləsinə, həmin müqaviləyə əlavə edilən 26 fevral 20 10-cu il tarixli ödəniş cədvəlinə, eləcə də həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında bağlanan 26 fevral 2010-cu il tarixli ipoteka müqailələrinə, həmçinin kredit müqaviləsində göstərilən kredit məbləğinin borclu Cavabdeh4 verilməsini təsdiq edən digər sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, borclu Cavabdeh4 tərəfindən ötən müddət ərzində həmin kredit müqaviləsi üzrə hər hansı məbləğdə ödənişin edilib-edilməməsini aydınlaşdırmadan və bu kimi xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, sözügedən kredit müqaviləsi üzrə kredit məbləğinin iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh4 veri lməsi və ya verilməməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 88, 97.1-ci maddələrinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Eləcə də xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəmə hər bir halda işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etməlidir. Bundan başqa işin 90-116-cı vərəqələrində olan sənədlərdən görünür ki, 26 fevral 2010cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı təşkilat tərəfindən kredit məbləği borclu Cavabdeh4 tam olaraq nəğd şəkildə ödənilib. Belə ki, borclu Cavabdeh4 ona ayrılmış kredit məbləğindən 1.250.000 manat məbləğini 26 fevral 2010-cu il tarix də, 200.000 manat məbləğini isə 05 mart 2010-cu il tarixdə nəğd şəkildə kassadan qəbul edib və həmin məbləğdən iddiaçı təşkilata 05 mart 2010-cu il tarixdə 21.750 manat, 26 aprel 2010-cu il tarixdə 21.750 manat, 31 may 2010cu il tarixdə 21.750 manat, 01 iyul 2010-cu il tarixdə 21.750 manat, 25 noyabr 2010-cu il tarixdə 107.124 manat, 31 yanvar 2011-ci il tarixdə 43.500 manat olmaqla, cəmi 237.624 manat ödəniş edilib və həmin məbləğlər faiz borcundan silinib. 22 sentyabr 2011-ci il tarixdə 1.006,37 manat vəsait kredit üzrə əsas borcdan silinib. Həmçinin “Bank sistemində arxiv işinin təşkili haqqında” Təlimata əsasən 29 yanvar 2016-cı il tarixli aktla iddiaçı təşkilata aid 2010-cu il üzrə emissiya və kassa əməliyyatlarına dair sənədlər, o cümlədən kassa məxaric orderləri məhv edilib. Apellya siya instansiyası məhkəməsi işin 156-cı vərəqində olan “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” 04 noyabr 2013-cü il tarixli müqavilənin kserosurətinə istinad edib sözügedən kredit müqaviləsi üzrə borcun “xxxx” MMC keçməsi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla, sözügedən müqavilə kserosurət olmaqla, Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir. Belə ki, həmin maddələrin mənasına görə, işə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edlmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. A pellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozaraq sözügedən müqavilənin həqiqiliyini yoxlamadan, həmin müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, iddiaçı təşkilatın, həmçinin həmin müqavilə üzrə ilkin borclu xxxu, yeni borclu “xxxx” MMC, üçüncü şəxs “xxxx” MMC, onun direktoru Cavabdeh4 işə baxılmağa cəlb edib hazırki mübahisəli məsələyə onların münasibətlərini öyrənmədən, həmin müqavilənin şərtlərini təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadələrinin həqiqi manasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, müqavilə üzrə tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan və bu barədə heç bir araşdırma aparmadan, yalnız müqavilənin ks erosurətinə istinad edərək, sözügedən kredit müqaviləsi üzrə borcun “xxxx” MMC keçməsinə dair səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 522.2 və 525-ci maddələrinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər. Bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. Maddənin mənasına görə, müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə o, vaxt verilə bilər ki, kreditor müqaviləni bəyənib imzalasın. Ona görə də işə yenidən apellyasiya qaydası nda baxılarkən sözügedən müqavilə üzrə tərəflərin hərəkətlərinə sadalanan maddələrin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 376, 377.2-ci maddələrinin tələblərini əsas tutub, mübahisə tərəflərinin, yəni cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alıb, iddiadan imtina barədə qərar çıxararkən, qanunvericilikdə nəzərdə tutulan iddia müddəti; iddia müddətinin tətbiqi; iddia müddətinin axımının başlanması; iddia müddətinin axımının kəsilməsi və sair mülki münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Belə ki, həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti s aylır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddəti dedikdəməhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qay dada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının kəsilməsi isə özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda borclu şə xsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi). İddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi yolu ilə rəsmiləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının kəsilməsi üçün əsas ola bilər. Bundan başqa qüvvədə olan qanunvericiliyin tələblərinə görə həm borclu fiziki şəxsin, həm də borclu hüquqi şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilməsi üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini göstərən və təsdiqləyən hərkətlər etsin. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər: məsələn, kreditor qarşısında borclu şəxsin borcu et iraf etməsi, əsas borcu və ya faiz borcunu tam və ya qismən ödəməsi, əsas borc üzrə faizləri köçürməsi və sair. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qəra rında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edi b hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı İKB ASC kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1011/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5412/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5412/2019
03.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver