Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5413/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)5946/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş 2(008)-1631/2020) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.İsgəndərov, İ.Ə.Kərimli və E.C.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2020-ci ilin yanvar ayında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya illik istifadə dərəcəsi 15 faiz olmaqla 84 ay müddətinə 3300 manat məbləğində krediti n verilməsini, lakin kreditin ödənilməsinin lazımınca təmin olunmaması səbəbindən Cavabdeh banka cəmi 5351,08 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh alınaraq banka verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək cavabdehə borcun ödənilməsi barədə bildiriş göndərildikdə onun bankla kredit müqaviləsini imzalamamasını və bu barədə banka və digər quruma məlumat verməməsini, cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyinin qalmasını, iddianın rədd edilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. İş materiallarından görünür ki, bankın ləğvedicisi hazırkı tələblə məhkəməyə müraciət edərkən hüquqi əsas kimi bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə və müqavilə ilə müəyyən olunmuş öhdəliklərə istinad etmişdir. İddiaçının tələbinə görə Cavabdeh kredit müqaviləsi üzrə aldığı kreditin qaytarılmasını lazımınca təmin etməməklə müqavilə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə instansiyalarına cavabdehlə bağlanması iddia olunan kredit müqaviləsinin surəti və kreditin verilməsini təsdiq edən kassa məxaric orderi təqdim edilməmişdir. Göstərilən vəziyyətdə cavabdehin bankdan kredit götürməsi və müqavilə öhdəliyinə əməl etməməsi nəticəsinə gəlmək üçün əsas vermədiyindən məhkəmə iddianı əsassız sayaraq rədd etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər, o cümlədən maliyyə arayışı, xəbərdarlıq məktubları və hesabdan çıxarış kreditin verilməsini təsdiq edən mühasibatlıq sənədləri olmadığından cavabdehə kreditin verilməsi və tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olması nəticəsinə gəlmək üçün əsas verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5413/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5413/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver