Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5415/2018 20.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5415/2018 20 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı İKB ASC-nin vəkili X2, Cavabdeh1 və vəkili X4ün iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4-ə qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2018-ci il tarixli 2(103)-2858/201 8 saylı qətnaməsindən Cavabdeh1 və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh 4-ə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 25 aprel tarixli kredit müqaviləsi üzrə banka 4824,33 manat əsas, 1533,82 manat faiz, 407,1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6765,25 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 ü nvanda yerləşən mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşən mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xa hiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 18 dekabr 2017-ci il tarixli, 2(004)-7076/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4824,33 manat əsas, 1372,03 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla ümumilikdə, 6236,36 manat (altı min iki yüz otuz altı manat 36 qəpik) məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq, iddiaçı İddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzilinə yönə ldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 (yetmiş beş min) manat dəyərində qiymətləndirilməsi və açıq hərracda satılması, əmlak satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4-ün mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi X.Sarıyev, hakimlər M.Məmmədov, E.Nağıyeva) 07 mart 2018-ci il tarixli 2(103)-2858/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(004)-7076/2017 saylı qətnaməsi Cavabdeh1-ə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2018-ci il tarixli 2(103)-2858/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarını araşdırılmamış, 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni təkrarlayaraq iddiaçının mövqeyinə əsaslanaraq qətnamə qəbul etmiş, Cavabdeh1 tərəfindən edilmiş ödənişlər bank tərəfindən nəzərə alınmamış, əsas və faiz borcu şişirdilmiş şəkildə düzgün hesablanmış, məhkəmə ekspertizası təyin edilməmiş, maliyyə arayışı mötəbər və yetərli sübut kimi qəbul edilmişdir. Bunları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi nin 07 mart 2018-ci il tarixli 2(103)-2858/2018 saylı qətnaməsinin edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh1 və X4 kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 oğlu kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azər baycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 25.04.2014-cü il tarixli kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı İKB ASC-nin “10 saylı” filialından sonuncuya illik 25%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzili 2014-cü il 25 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, İddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankının 10 saylı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 25.04.2017-cı il tarixli Maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankına olan borcu 5024,33 manat əsas, 1372,03 manat faiz borcu, 336,67 manat cərimə borcu olmaqla ümumilikdə, 6733,03 manat t əşkil edir. 18.07.2017-cı il tarixli ödəniş tapşırığına əsasən iddiaçı İddiaçı "xxxx" İKB tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir, Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş hesabata əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzili 75000 manat məbləğində qiymətləndirilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22 iyun 2012-ci il tarixli, **********24 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşənmənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Apellyasiya instansiya məhkəməsi tərəflə r arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayış və ödəniş cədvəlindəki məlumatları araşdıraraq və Mülki Məcəllənin 739.1, 442, 465-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilərək, müqavilənin müddətinin bitdiyi tarixə yaranmış 4824,33 manat əsas borc və 1372,03 manat faiz borcunun tutulması və 407,1 manat dəbbə pulunun azaldılaraq 40 manat müəyyən edilməsi hissəsində gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 317, 319-cu maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaka yönəldilməsini tələb etməkdə haqlı olduğunu və məhkəmənin bu hissədə də düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tut ulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdır ılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayətində yalnız tələb edilən borcun və faizin məbləğini mübahisələndirmiş, tərəfindən edilmiş ödənişlərin düzgün hesablanmadığını, həmin məbləğlərin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilmədiyini bildirmişdir. Lakin kassator borcun məbləği barədə maliyyə arayışının düzgün olmaması, kredit borcu üzrə daha artıq ödəniş etməsi və faiz borcunun düzgün hesablanmamasını təsdiq edən hər hansı bir mötəbər yazılı sübutu məhkəməyə təqdim etməmiş, bunun nəticəsində ekspertizanın keçirilməsi zəruriliyini əsaslandırmamışdır. Tərəfin bu barədə apellyasiya şikayətinin dəlillərinə də apellyasiya instansiya məhkəməsi tərəfindən münasibət bildirilmiş, işdə kredit üzrə aydın ödəniş cədvə linin olduğu, kredit borcunun hansı aylarda və nə məbləğdə ödənildiyi barədə bank arayışının olduğu və cavabdehin etirazını əsaslandırması üçün kredit borcunun hansı hissəsini ödəmiş olması barədə qəbzləri məhkəməyə təqdim etmədiyi və apellyasiya şikayətinə də əlavə etmədiyi vəziyyətdə apellyasiya şikayəti əsassız hesab edilmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırki işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillə r apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli 2(103)-2858/2018 nömrəli q ətnaməsi kassasiya şikayəti vermiş şəxsə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5415/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5415/2018
20.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver