Məhkəmə qərarları › İş №2(102)-542/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-542/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-542/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB ASC-nin (Yelo Bank ASC) vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Мəhkəməsinin (hakim A.Süleymanova) xx.xx.2019-cu il tarixli, 2(060)- ******/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4265,04 ABŞ dolları əsas borc, 3135,36 ABŞ dolları faiz borcu, 214,61 ABŞ dolları cərimə, illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 52,5 ABŞ dolları olmaqla, cəmi 7667,51 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, F.Məmmədov, L.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Мəhkəməsinin xx.xx.2019-cu il ta rixli, 2(004)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4265,04 ABŞ dolları əsas borc, 3135,36 ABŞ dolları faiz borcu, 214,61 ABŞ dolları cərimə, illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 52,5 ABŞ dolları olmaqla, cəmi 7667,51 ABŞ dolları borcun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla manat hesabının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4265,04 ABŞ dolları əsas borc, 3135,36 ABŞ dolları faiz borcu, 214,61 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 52,5 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 7667,51 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh kredit götürərkən ABŞ dollarının məzənnəsi 1 A BŞ dolları 0.78 manat olmuşdur. Hazırda isə məhkəmə qətnaməsində Respublika Mərkəzi Bankının müəyyən etdiyi indiki məzənnə ilə borcun ödənilməsi qət edilmişdir. Bundan əlavə, bank cavabdehin borcunu həddindən artıq şişirtmiş, cavabdehin hüquqi savadsızlığından istifadə edərək kredit faizini yüksək tutmuş, məhkəmə də həmin məbləğin cavabdehdən tutulmasını qət etmişdir. Bu isə maddi və hüquq normalarının pozuntusu deməkdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, işin hərtərəfli yoxlanılması və obyektiv qətnamə qət edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vax tı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin (Yelo Bank ASC) vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin yekun məhkəmə qərarının qəbul edilməsinin yubadılması məqsədilə verildiyini, əsasız olduğunu bildirib, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüqu qi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, Azərbaycan Respublikasında ödəniş vasitəsinin manat olmasını nəzərə almayaraq cavabdehdən xarici valyuta ilə tutulmalı olan pul məbləğinin ödəniləcək günə manata olan məzənnəsi ilə tutulmalı olmasını nəzərə almamışdır. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhv aradan qaldırılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal müla hizələrlə əsaslandırılmağa çalışılmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar