Məhkəmə qərarları › İş №2(102)-542/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-542/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-542/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk iddiası və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina etmənin qəbul edilməsi əsasları, hər hansı şərtlə iddiadan imtina etmənin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və vurulmuş maddi ziyanın cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair i lkin, “Akyol İnternational" MMC-nin cavabdeh İddiaçı qarşı (X17 üçüncü şəxs olmaqla) maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiası barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-876/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları

1. Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində icarəyə verən X17 ilə icarəçi İddiaçı arasında bağlanmış 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1707,2 kv.metr sahədən ibarət qeyri-yaşayış binasını 5 il müddətinə aylıq 12200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı icarəyə verəni məlumatlandırdıqdan sonra ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

2. İddiaçı həmin qeyri- yaşayş sahəsini 19 sentyabr 2019-cu il tarixdə bağlanmış və Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək, aylıq icarə haqqı isə 12200 manat müəyyən edilmişdir.

3. İddiaçı səlahiyyətli orqanlara ünvanlanmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli **********957 nömrəli ərizəsində bildirmişdir ki, o, Gəncə Regional ASAN xidmət mərkəzində nortariat ofisində xx.xx.2019-cu il tarixdə 3M-923 nömrə ilə təsdiq olunmuş müqaviləyə əsasən ona veriləcək olan icarə haqqının "xxxx" MMC-nin adından Türkel Mirsaleh X2 hesabına ödənilməsinə etiraz etmir, razıdır.

4. Eyni zamanda X17 notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, **********965 nömrəli ərizəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə 3M-923 nömrə ilə təsdiqlənmiş İddiaçı ilə ünvan 1i ünvanında yerləşən mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair icarə müqaviləsi bağlamış, lakin İddiaçı həmin torpaq sahəsinə və qeyri-yaşayış binasına dair ikinci əldən icarə müqaviləsi bağlandığı üçün həmin icarə haqqının "xxxx" MMC-nin adından X7 hesabına ödənilməsinə etiraz etmir, razı olduğunu bildirir. 5. xx.xx.2020-ci il tarixli İddiaçı, X20 və X11 tərəfindən tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixdə ünvan 2ində yerləşən Dəri emalı sexinə baxış keçirilmiş, baxış zamanı 2 ədəd dəri dolabın söküldüyü aşkar edilmişdir.

6. İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbəri X18 göndərilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-dən 10 gün müddətinə ona icarəyə verdiyi əmlakların yararlı vəziyyətə salınmasını və əmlaklara bir daha zərər vurulmamasını tələb etmişdir.

7. İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbəri X18 göndərilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən MMC-yə 5(beş) gün müddətində aralarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə razılıq vermələri və sökülmüş dolabların dəyərinin (100000) manat ona təqdim edilməsini barədə xəbərdarlıq edilmişdir.

8. X17 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Razil Məmmədova hər ay 12200 manat məbləğində ödənilməli olan icarə haqqı 2020-ci ilin avqust-dekabr, o cümlədən cari ilin yanvar-mart ayları üzrə icarə haqqı məbləği ödənilməmişdir. Odur ki, İddiaçıdən qeyd edilən icarə məbləğinin 10 gün ərzində ödənilməsi tələb olunmuşdur.

9. X17 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 2020-ci ilin avqust-dekabr, o cümlədən cari ilin yanvar-dekabr ayları üzrə icarə haqqı məbləği ödənilməmişdir. Odur ki, İddiaçıdon qeyd edilən icarə məbləğinin 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı idd ia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat zərərin, ödənilməmiş 244000 manat icarə haqqı və 12200 manat faiz məbləği olmaqla, ümumilikdə 356200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətçi X4 rayonu, Sərkar kəndi ünvanında yerləşən 1 hektar torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.metr olan qeyri-yaşayış binasını həmin binada yerləşən avada nlıqlarla birlikdə (6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500-lük Kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında ona icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən aylıq icarə məbləği 12200 manat müəyyən edilmişdir. İcarəyə götürülmüş əmlak onun tərəfindən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh MMC-yə ikinci əldən icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən aylıq icarə haqqı 12200 manat müəyyən edilmişdir. Eyni zamanda razılaşmanın şərtlərinə əsasən cavabdeh onu və oğlu X5 yüksək maaşla qeyd olunan obyektə işə götürməli idi. Lakin icarəçi razılaşmanın şərtlərinə əməl etməmişdir. Bununla da kifayətlənməyən icarəçi icarəyə götürülmüş əmlakları z ədələməyə və qərəzli olaraq əmlaklara ziyan vurmağa başlayıb. Olk öncə əmlakların yararsız hala düşməsi ilə bağlı mülkiyyətçi Razil Məmmədovdan 16 mart 2020-ci il tarixli xəbərdarlıq məktubu almışdır. Həmin məktubda mülkiyyətçi icarəyə verilmiş 2 ədəd dəri dolabın baxımsız vəziyyətə düşdüyünü bildirərək, əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. Qeyd olunanlarla bağlı dəfələrlə icarə obyektinə gedərək əmlaklara baxış keçirmək istəsə də, obyektin mühafizəçisi tərəfindən obyektə buraxılmamışdır. Bundan sonra icarəçiyə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək, mülkiyyətçinin məktubu ilə bağlı məlumat vermiş və qeyd olunan xüsusatın araşdırılması, o cümlədən özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə obyektə və orada olan əmlakla ra baxış keçirməyi təklif etmişdir. Lakin qeyd olunan məktubuna heç bir cavab verilməmiş və həmin tarixdə o, yenidən mühafizəçi tərəfindən obyektə buraxılmamışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə mülkiyyətçidən növbəti xəbərdarlıq məktubu almışdır. Məktubda obyektdə olan dəyəri 100000 manat təşkil edən 2 ədəd dəri dolabın tamamilə söküldüyü qeyd olunmuşdur. Həmin xüsusatla bağlı xx.xx.2020-ci ildə obyektə getmiş, orada həqiqətən 2 ədəd dəri dolabın söküldüyünü müşahidə etmiş və bununla bağlı şahidlərin iştirakı ilə akt tərtib etmişdir. Eyni zamanda icarəçiyə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq 2 ədəd dolabın onun icazəsi olmadan sökülməsi ilə bağlı narahatlığını bildirmiş və 10 gün müddətinə yararsız hala salınmış əmlakın bərpa olunmasını tələb etmişdir. Lakin i carəçi xəbərdarlıq məktublarının alınmasından imtina etmişdir. Tərəfindən dəri dolabların bərpa edilməsi xərci ilə bağlı X30 şirkətinə edilmiş sorğuya şirkət tərəfindən xx.xx.2020-ci il tarixli elektron məktubla cavab verilərək iki ədəd dəri dolabın bərpası xərcinin 60000 ABŞ dolları olduğu qeyd olunmuşdur. 12. “Akyol İnternational" MMC-nin cavabdeh İddiaçı qarşı (X17 üçüncü şəxs olmaqla) məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 185448 manat maddi və 100000 manat mənəvi ziyana görə pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər X9 və X8 günahları üzündən icarəçi öz istehsal fəaliyyətini 6 aydır dayandırmışdır ki, bunun da nəticəsində müəssisəyə külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə əsən güçlü küləkdən fabrikin dam ötrüyünün cüzi bir qismi dağılmışdır. MMC-nin "xxxx" ASC ilə etdiyi siğortadan istifadə edib daha çox pul almaq üçün fabrikin dam örtüyünü sığorta sayəsində yeniləmək üçün fabrik yeməkxanasına qədər olan dam örtüyünün Razil birinci əldən icarədarı Hüseyn ilə birlikdə sökdürərək özü sökdürdüyü dam örtüyünə təbii fəlakətdən dağılmış kimi 22800 manat sığortadan pul almışdır. Sığorta pulunu Cavabdeh MMC-nin adına sığortalanmasına rəğmən, Bakı şəhərinə gedərək "xxxx" Şirkətindən öz şəxsi hesabına köçürtmüşdür. Pulu almasına baxmayaraq fabrikin dam örtüyü açıq və çox təhlükəli vəziyyətdə qalmışdır. Ordakı avadanlıqlar və işlənmiş mallar zərər görmüşdür. xx.xx.2020 tarixədək fabrikin dam örtüyü orta hissəyə qədər hələdə açıq vəziyyətdədir. xx.xx.2020 tarixdə özü Rafiq adlı usta və Türkiyədən gələn baraban ustası gətirərək biri su buraxır, digəri isə istehsala yararsız bəhanəsiylə iki barabanın taxtalarını sökdürmüşdür. xx.xx.2020 tarixdə icarəçi Hüseyinə məktub göndərib barabanları özündən xəbərsiz sökülmüş yalanını uydurmuşdur. Görüntülərdə olduğu kimi bu sökülmüş barabanlar əslində çox köhnə və istifadəyə yararsızdır. Cavabdeh MMC-dən əvvəl fabriki Türk şirkəti, "xxxx" MMC (Razilin şirkəti) və "xxxx" MMC (Hüseynin şirkəti) icarəyə götürmüşdür. Sökülmüş barabanlar onsuzda istifadəyə yarasız vəziyyətdə idi. Fabriki icarəyə götürən zaman 6 barabandan 5-i işlək vəziyyətdə olub. 4-ü bir az yeni digəri isə köhnə olub. Bir az yeni olan barabanlar isə 2017 ilin 8 və 9 aylarında düzəlmiş barabanlardır. H al-hazırda şirkətin işçilərindən çoxu fabrik yaranan gündən işləyən işçilərdir. İstifadə müddəti qurtarmış barabanın taxtalarını özü sökdürüb bize böhtan atması ve 100.000 manat dəyər ölçməsi qəsdən dələduzluq və maddi zərər vurmağa meyllilikdir. Akt ve video görüntülərində olduğu kimi, ağlasığmaz şəkildə dəyəri 100000 manat olduğunu deyən mal sahibi Razil özü şəxsən sökdürmüş ve Hüseynə məktub yollayıb mallarına həbs qoyulmasına, bütün işin dayanmasına, Hindistan ilə olan satış müqaviləsinin təhlükəyə düşməsinə səbəb olmuşdur. İddiaçıov bununla kifayətlənməyərək hazırki ilkin iddia ilə icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və ziyanın ödənilməsi tələbinə dair iddia qaldırıb məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(003)2430/2020 saylı qərardadına əsasən C avabdeh MMC-nin mülkiyyətində olan 100000 manat dəyərində xromlanmış gön-dərinin üzərinə həbs qoyulmuşdur. Həmin qəradada əsasən də sexə aid bütün əmlakın üzərinə həbs qoyulmuş və ona görə də sexin fəaliyyəti iflic olmuşdur. Həmin qərardaddan 3 ay vaxt keçmiş və sexdə olan 60000 ABŞ dolları məbləğində xammal olan gön-dəri kiflənərək yararsız hala düşmüş, həmçinin keçən 2 ay ərzində sex öz fəaliyyətini dayandırmış və 23 işçi işsiz qalmışdır. Cavabdehlərin qanunsuz və əsassız hərəkətləri nəticəsində sexə külli miqdarda ziyan dəymişdir. Ona görə də cavabdehlər tərəfindən Cavabdeh MMC-yə 73.200,00 manat ve icarədən qaynaxlanan 10.248 manat vergi olmaqla 83.448,00 manat, həmçinin şirkətin cavabdehlərin günahı üzündən 6 ay ərzində işləməməsi səbəbindən vurulmuş 102000 manat maddi və mənəvi zərər ə görə 100000 manat ziyan tutularaq iddiaçıya ödənilməlidir.

14. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X6 MMC-nin 19 ayda məhrum olunmuş gəlirə görə 779000 ABŞ dollarının ödənilən günə Azərbaycan manatına olan məzənnə ilə hesablanaraq ödənilməsi, eyni zamanda (ixrac prosesindən invoice 12, 13, 14 görə olan 179365.68 manat, hazırda sexdə olan invoice 12, 13, 14 olan xammala görə gələcəkdə gözlənilən zərəri 80580 manat, istehsal prosesi zamanı istifadə olunan köməkçi vasitələrə görə (duz, əhəng) 2447.81 manat, ixrac prosesi zamanı gömrük, sənədləşmə və laboratoriya xərclərinə görə 111476.37 manat, əmək haqqı və MDSS ödənişlərinə gö rə 13445.66 manat, sexin kommunal xərclərinə görə 5622,72 manat, icarə haqqı və ömv ilə bağlı ödəmələrə 27816 manat, dərinin beynəlxalq daşıma xərci 26144,90 manat, mühafizə xərcləri 16372 manat, digər əlavə xərclərə 34223 manat, işçilərin həyat sğortası, 497753.14 manat maddi ziyana görə pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Dəqiqləşdirilmiş məzmunda verilmiş qarşılıqlı iddia üzrə tələbi onunla saslandırılmışdır ki, Razil Məmmədov və İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh MMC 2020-ci ilin avqust ayından öz fəaliyyətini demək olarki dayandırmış, keçən 19 ay ərzində MMC-yə ixrac prosesindən 179365,68 manat, hazırda sexdə olan invoice 12,13,14 olan xammala görə gələcəkdə gözlənilən zərəri 80580 manat, istehsal prosesi zamanı gömrük, sənədləşmə və laboratoriya xərcləri 111476,37 manat, əmək haqqı və MDS ödənişlərinə görə 13445,66 manat, sexin kommunal xərclərinə görə 5622,72 manat, icarə haqqı və ömv ilə bağlı ödəmələrə 27816 manat, dərinin beynəlxalq daşıma xərci 26144,90 manat, mühafizə xərciləri 16372 manat, digər əlavə xərclərə 34223 manat, işçilərin həyat sığortası üçün 259 manat olmaqla, cəmi 497753,14 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, keçən 19 ay ərzində Cavabdeh MMC ilkin iddiaçının günahı üzündən boş dayandığı üçün hər ay orta hesabla gəliri olan 41000 ABŞ dollarından (MMC-nin aylıq dövriyyəsi 5 TİR xammal ixrac etmək gücündə olub, 1 TİR xammalın qiyməti orta hesabla 41000 ABŞ dolları olduğu halda 5 x 41000 = 779000 ABŞ dolları) məhrum olmuşdur ki, bununla da keçən 19 ay ərzində MMC 779000 ABŞ dolları gəlirini itirmişdir.

16. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-474/2021 nömrəli qərardadına əsasən, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4542 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd 4x4 ölçülü dolabın 01 ədədinin hazırki vəziyyətdə qiyməti 48000 manat, 02 ədədinin isə 96000 manat məbləğində müəyyən edilmişdir.

17. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X15 izahatında göstərmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında ikinci əldən icarə müqaviləsi bağlanılmışdır. Aralarında əldə olunmuş razılaşmaya əsasən "xxxx" MMC tərəfindən 12200 manat icarə haqqı birbaşa ona verilməli idi. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdu r. Belə ki, icarəçi Cavabdeh MMC obyektdə olan 2 ədəd barabanı sökmüşdür. Həmin vaxt o obyektdə olsa da, barabanları o sökdürməmişdir. Bundan sonra barabanların sökülməsinə görə İddiaçı öz iradını bildirmiş, Hüseyn də öz növbəsində cavabdehə barabanların sökülməsi ilə bağlı iradını bildirmişdir. Sonradan sökülmüş və işlək vəziyyətdə olmayan barabanları özü təmir etdirmiş və təmir xərcini özü çəkmişdir. Buna səbəb obyektin fəaliyyətinin dayandırılmaması, obyektin sonradan başqa şəxslərə icarəyə verilməsini mümkün etmək olmuşdur. Cavabdeh sonuncu dəfə 2020-ci ilin iyun ayında icarə haqqını ödəmişdir. 2020-ci ilin iyul ayından etibarən cavabdeh 19 aydır ki, icarə haqqını ödəmir.

18. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 15 fevral 2022-ci il tarixli, 2(043)-217/2022 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 244000 manat icarə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın tam rədd olunması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülkiyyətçi X17, İddiaçı və Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən icarəçi Cavabdeh MMC müqavilə üzrə müəyyənləşdirilmiş aylıq 12200 manat icarə haqqını bir başa mülkiyyətçi Razil Məmmədova ödəməli idi. Tərəflər arasında işin mübahisəsiz halı ondan ibarətdir ki, icarəçi Cavabdeh MMC 2020-ci ilin iyun ayı da daxil olmaqla icarə haqqını vaxtında ödəmişdi r. Lakin 2020-ci ilin iyul ayından etibarən keçən 19 ay ərzində icarəçi müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi sənədlər ilk iddia tələbini həmin hissədə təsdiq edir. Bundan başqa ilk iddia üzrə cavabdeh həmin hissədə icarə haqqının məbləğini mübahisələndirməmiş, məhkəməyə iddia tələbini həmin hissədə təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında icarə haqqının ödənilməməsin səbəbini tərəflər arasında məhkəmə mübahisəsinin olması ilə əsaslandırsa da, cavabdeh icarə obyektindən istifadə etdiyinə görə tərəflər arasında məhkəmə mübahisəsinin olması icarə haqqının ödənilməməsi üçün əsas vermirdi. İddiaçı icarəyə verdiyi əmlaka görə cavabdeh tərəfindən ödənilməmiş 19 aylıq icarə h aqqı üzrə yaranmış borcu tələb etməkdə haqlıdır.

21. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh MMC iddia tələbini İddiaçı tərəfindən qanunsuz hərəkətlər edilməsi nəticəsində, yəni məhkəmə prosesleri gedişində iddianın təmin tədbiri barədə ərizələr verərək, müəssisənin normal fəaliyyətinə mane olması və oradakı əmlakların üzərinə həbs qoyması nəticəsində maddi ziyana uğramaları ilə əsaslandırmışdır.

22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan mübahisə yarandığına görə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh həmçinin icarə haqqının ödənilməsini gecikdirdiyinə görə iddiaçı iddianın həcminin artırılması barədə ərizələr verərək gecikdirilmiş icarə haqqı məbləğlərini tələb etmiş, eyni zamanda id dianın təmini tədbirlərinin görülməsinə dair ərizələr ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadlarına əsasən cavabdehin icarəsində olan obyektdə ona məxsus əşyalar üzərinə həbs qoyulmuşdur. İddiaçı qanunla ona verilmiş prosessual hüquqlarından istifadə etməklə iddia irəli sürməsi, iddianın təmini tədbiri barədə ərizələr verməsi ilə bağlı hərəkətləri cavabdehə zərər vurulması kimi qiymətləndirilə bilməz. Çünki, məhkəmə ilk iddia tələbini icarə haqqı və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı hesab etmiş, iddianın təmini tədbirləri də məhz əsas etibarı ilə icarə haqqı məbləğləri ödənilmədiyinə görə məhkəmənin qərardadları əsasında görülmüşdür. Ona görə də, müəssisənin fəaliyyəti ilə əlaqədar ona dəymiş zərərin ödənilməsi ilə bağlı hissələrdə qarşılıqlı idd ia tələbi təmin edilməməlidir. Bundan başqa, qarşılıqlı iddia tələbində icarə haqqı və ödəmə mənbəyində vergiyə görə 27816 manat pul cavabdehdən tələb edilmişdir. Qarşılıqlı iddia tələbinin həmin hissədə əsassızdır və tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11-ci bəndində göstərilir ki, kommunal xidmətlərdən istifadəyə görə haqqlar, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 431.1, 431.3, 1096.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

25. Şikayət qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış və əlavə qeyd edilmişdir ki, icarə müqaviləsinin müddəti bitmədən ilkin iddiaçı iddia qaldırmış, bundan sonra müəssisənin fəaliyyəti iflic olduğu üçün fəaliyyətini dayandırmış, mübahisə getdiyi müddətdə də hər dəfə müxtəlif vaxtlarda ərizə təqdim edərək iddia tələbinin həcmini artıraraq aylıq icarə haqqı tələb etmişdir. Məhkəmə qətnamədə bu halların ilkin iddiaçının ona verilmiş prosessual hüquqlarından istifadə etməklə iddia irəli sürməsi kimi qeyd etmişdir. Halbu ki, işdə olan sübutlardan görünür ki, ilkin iddiaçı sexə məxsus dolabların Razil Məmmədov tərəfindən söküldüyünu bildiyi və onlarla əvvəlcədən razılaşaraq bu hərəkətləri etdikləri halda iddia qaldırmışdır ki, bununla qanun mülki hüququ pozuntusun a yol vermişdir. Mülki işdə olan sübutlardan görünür ki, ilkin İddiaçı qardaşı oğlu Həsən Hüseynovla və Razil Məmmədovla qabaqcadan razılaşaraq və əlbir olaraq icarəçiyə qarşı dələduzluq etmişlər. Bu hal X12 2020-ci ilin avqust ayında və digər vaxtlarda X10 ilə olan votsapp yazışmalarında sübut olunur.

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın tam təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində qanunsuz və əsassızdır. Belə ki, hazırda mübahisələndirilən məhkəmə qətnaməsi ilə cavabdeh təşkilat tərəfindən obyektdə olan iki ədəd dolabın sökülməsi və həmin dolanların dəyərinin 96000 manat olduğu müəyyən edil məmişdir. Daha sonra mübahisənin gedişində dolablar onun tapşırığına əsasən bərpa edilmişdir. Dolabın bərpasına çəkilmiş xərcin 53400 manatı Razil Məmmədovun ona olan borcu ilə əvəzləşdirilmişdir. O və mülkiyyətçi cavabdehin yalanına aldanaraq obyekti yenidən icarəyə vermək məqsədi ilə dolabları bərpa etdirmişlər. Lakin cavabdeh sonradan barışıq sazişinin bağlanmasından imtina etmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1612/22 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 431.1, 431.4, 442, 445.7, 700.1, 1096.1 və 1096.2-ci, MPM-nin 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5958/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

34. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işə baxan aşağı instansiya məhkəmələri iddiaçının bu hərəkətlərinə prosessual hüquqlardan istifadə kimi qiymət verərək həmin hüquqların məhdudlaşdırılmasının yol verilməzliyi qənaətinə gəlmiş, lakin nəzərə almamışdır iddia qaldırılana kimi cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərə əməl edərək icarə haqqını vaxtlı-vaxtında ödəmiş, məhkəmə baxışının gedişində isə icarə haqqını ödəyə bilməməsinin səbəbi kimi İddiaçı əsassız iddialarına, onun tərəfindən MMCnin fəaliyyətinə maneəçilik törədilməsinə, hazır məhsul üzərində uzun müddət həbs qoyulduğuna görə gəlir əldə edə bilməməsinə istinad etmişdir. Məhkəmələrin dəyərləndirməsi icarə müqaviləsinə əsasən tərəflər arasında yaranmış münasibətlərin təkcə iddiaçının prosessual hüquqlarının həyata keçirilməsi baxımından olmuş, bu zaman nəzərə alınmamışdır ki, iddiaçı həmçinin həm qanundan, həm də müqavilədən irəli gələn vəzifələr də daşımışdır. O, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icarə müqaviləsinin şərtləriinin yerinə yetirilməsinə zəmin yaratmalı, MMC-nin fəaliyyətinə maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli idi. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi, hüquqdan sui-istifadəyə yol verilmir. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyat a keçirməsi hüquqdan sui-istifadə sayılır. Məlum olduğu kimi, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsinə gəlmək üçün onun öz öhdəliyinin icrasını gecikdirmiş olması təsdiqlənməlidir. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Odur ki, sözügedən 19 ay üçün icarə haqqının ödənilməsi öhdəliyinin icrasının özünün təqsiri olmadan, məhz iddiaçının hərəkətləri nəticəsində gecikdirilməsi barədə cavabdehin dəlillərinin işdəki məlumat və sübutlar əsasında, çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli yoxlanılması və məsələyə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi icarə haqqı və icarə haqqına hesablanmış faiz tələblərini təmin edərkən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsində iddiaçı tərəfin təqsirinin olub-olmamasını, iddiaçının hüquqdan sui-istifadə edib-etməməsini müəyyən etməmiş, tərəflərin təqdim etdikləri sübutlara göstərilən aspektdə baxmamışdır. Kollegiya onu da qeyd edib ki, ilkin iddia üzrə yuxarıda göstərilən xüsusatların müəyyənləşdirilməsi qarşılıqlı iddianın da düzgün həlli üçün əhəmiyyətlidir. Belə ki, qarşılıqlı iddidanı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC iddia tələbini İddiaçı tərəfindən qanunsuz hərəkətlər edilməsi nəticəsində, yəni məhkəmə prosesleri gedişində iddianın təmin tədbiri barədə ərizələr verərək, müəssisənin normal fəaliyyətinə mane olması və oradakı əmlakların üzərinə hə bs qoyması nəticəsində maddi ziyana uğramaları öz təsdiqini tapmamışdır, iddiaçı qanunla ona verilmiş prosessual hüquqlarından istifadə edərək iddia irəli sürmüş, iddianın təmini tədbiri barədə ərizələr vermişdir. İddiaçının bu hərəkətləri cavabdehə zərər vurulması kimi qiymətləndirilə bilməz, çünki ilk iddia icarə haqqı və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olmuş, iddianın təmini tədbirləri də məhz əsas etibarı ilə icarə haqqı məbləğləri ödənilmədiyinə görə tətbiq edilmişdir. İşə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edib ki, qarşılıqlı ididanın rədd olunması hissədə də apellyasiya məhkəməsinin qətnaməsi əsaslı hesab oluna bilməz. İşdən görünür ki, 779000 ABŞ dolları maddi ziyanla əlaqədar qa rşılıqlı iddia təkcə Hüseyn Hyseynovun məhkəmədə əsassız iddia qaldırdığına görə MMC-nin fəaliyyətinin dayanması nəticəsində gəlirdən məhrum olması ilə deyil, digər dəlillərlə, o cümlədən İddiaçı və 3-cü şəxs Razil Məmmədovun sexin damını sökməsi nəticəsində məhsulların və avadanlaqıların yararsız hala düşməsi, icarə haqqından başqa əlavə pul tələb etməsi, özünün qanunsuz hərəkətləri ilə müəssisədə işləyən şəxslərə təsir göstərməsi və sair hallarla da əsaslandırmışdır. Lakin məhkəmələr həmin hallara qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddianın təmini tədbirlərinin tamamilə deyil, "xxxx" icarə haqqının ödənilməsi ilə əlaqədar olduğunu göstərmişdir. MMC-nin 19 aylıq gəlirdən məhrum olması və bunun İddiaçı qanunsuz hərəkətləri nəticəsində baş verməsi barədə qarşılıqlı id dianın rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin halın, yəni MMC-nin həqiqətən də gəlirdən məhrum olub-olmaması, əgər belə hal olmuşdursa bunun ilk iddiaçının icarə müqaviləsi üzrə vəzifələrini lazımınca yerinə yetirməməsi ilə əlaqəsi, yaxud iki tərəfin təqsiri üzündən baş verib-verməməsi, ilk iddiaçının hərəkətlərində hüquqdan sui-istifadənin olub-olmaması ilə bağlı yuxarıda qeyd edildiyi kimi lazımi araşdırma aparmamış, təqdim olunmuş sübutlara hərtərəfli və tam baxmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

35. Apelyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmiş və ərizələ ri qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

36. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-876/23 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər - R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehdiyev və Ə.İ.Məmmədov) ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-nə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, eləcə də icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı və üçüncü şəxs X13 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə ilkin iddia üzrə İddiaçı ilkin iddiadan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin isə qarşılıqlı iddiadan imtina barədə ərizələri qəbul edilmiş, Gənc ə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

37. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsinin iddia tələblərindən imtinaları qanunvericiliyin tələbinə uyğundur, eləcə də ilkin və qarşılıqlı iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə ilkin və qarşılıqlı iddiadan imtina qəbul edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə İddiaçı hüquqlarının qorunması təmin edilməmişdir. İddiaçı məhkəməyə iddia tələbindən imtina barədə ərizə təqdim etməsinin səbəbi İbragim Srapylov, Mirsaleh Ablikim, Razil Məmmədov ilə aralarındakı razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən tərəflər ümumilikdə aralarında olan mübahisələri tamamilə həll etmək qərarına gəlmişdir. Bu məqsədlə Razil Məmmədov İddiaçı qarşı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə pretenziya və iddialarından, iddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbindən, Cavabdeh MMC isə İddiaçı və Razil Mə mmədova qarşı iddia və tələblərindən, eləcə də, X3rşı yuxarıda qeyd olunan borc tələbindən (110000 ABŞ dolları) imtina etməli idi. İddiaçı razılaşmanın şərtinə əməl edərək iddia tələbindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə R.Məmmədov tərəfindən İddiaçı ünvanlanmış ərizədə İbragim Srapylovun onu aldadaraq ona qarşı iddiadan imtina etmədiyini, onu aldatdığını, ona yalan vədlər verərək guya Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-876/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəyə mindikdən sonra ona qarşı iddia tələbindən imtina edəcəyini bildirdiyini, lakin bunun həqiqəti əks etdirmədiyini buna görə də o da İddiaçı qarşı pretenziya və iddiasından imtina barədə ərizəsinin etibarsız hesab edilməsini, İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə ödənilməli olan 2 44000 manat pulu tələb etdiyini bildirmişdir. Mövcud vəziyyətdə iddia tələbindən imtina barədə ərizədən imtina etmək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğvini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini tələb etmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsipləri nə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçir ilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 560.3 və 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

48. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

50. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

51. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

52. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

53. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

54. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

55. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

56. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciə t edilməsinə yol verilmir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

62. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması m əqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

63. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxsləri n və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir.

64. MPM-nin 384.0.5-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

65. Baxılan iş üzrə ilkin iddia üzrə iddiaçı və qarşlılqlı iddia üzrə iddiaçı iddia tələblərindən imtina etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi MPM-nin 261.0.4 və 3 84.0.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermişdir.

66. Qeyd edilməlidir ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir. İddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiadan imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. İddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yazılı formada ifadə edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notaria t qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər. İddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda şifahi icraat zamanı məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyənləşdirməlidir.

67. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

68. Apelyasiya instansiyası məhkəməsi bu baxımdan iddiaçının ilkin iddiadan və qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbindən imtina etməsini təhlil edərək müəyyən etmişdir ki, onların iddiadan imtina etmələri prosessual qanunvericiliyin tələblərinə zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiadan imtinanın qəbul edlməsini istisna edən hallar müəyyən olunmur. Buna görə də ilkin iddiaçının və qarşılıqlı iddiaçının iddiadan imtina etmələri qəbul edilmişdir.

69. Belə ki, iddiaçıların nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına müraciət edərək, tərəflərin mübahisə üzrə razılığa nail olub barışıq sazişi bağlanması və iddia ərizəsinin baxılmamış saxlanması barədə notariat qaydada təsdiqlənmiş ərizələrin təqdim olunması üçün 10 gün vaxta ehtiyac olduğunu bildirmiş və işə baxılması müddətini uzadılmasını xahiş etmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbindən imtina etmə barədə ilkin iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının ərizələrini təmin etməkdə haqlı olmuşdur. Belə ki, onlar iddiadan imtina olunması barədə yazılı ərizə vermişlər. Ərizələrdə iddiadan imtina etmələri kifayət qədər aydın, birmənalı və qəti şəkildə ifadə olunmuşdur. İddiaçılar iddiadan imtinanı hər hansı şərtlə əsaslandırmamışır.

71. Bundan başqa, məhkəmə 6 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərə iddiadan imtina etmənin hü quqi nəticələrini izah etmiş, tərəflər iddiadan imtina etmənin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək ərizələrinin qəbul edilməsini xahiş etmişdir.

72. Göründüyü kimi iddiadan imtina etmənin qəbul edilməsi üzrə zəruri olan prosessual qaydalara məhkəmə tərəfindən əməl olunmuşdur.

73. İddiadan imtina etmənin qəbul olunması üçün ikinci mühüm mərhələ iddiadan imtina etmənin üçüncü şəxslərin mənafelərinə toxunub toxunmamasının müəyyən edilməsidir. Məhkəmə kollegiyası bu əsas üzrə də araşdırma aparmış, tərəflərin iddiadan imtina etmələrinin digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmadığını müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticədə də əsaslıdır.

74. Kassatorun dəlilləri qərardadın ləğvinə əsas vermir. Çünki əvvəla iddiadan imtina e tmələri hər hansı şərtə tabe tutulmamış, proses iştirakşılarının gələcəkdə edəcəyi hərəkətlərdən, baş verəcək hadisələrdən asılı edilməmişdir.

75. Əksinə, iş materialları proses iştirakşılarının mübahisə üzrə tam razılığa gəlmələrini əks etdirirdi. Belə ki, iş materiallarından göründüyü kimi X9 İddiaçı yazdığı və notarial qaydada təsdiqlənmiş 9 avqust 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, mülkiyyətində olan, Samux rayonunun Sərkar kəndində yerləşən əmlak kompleksinin bütün ləvzimatları ilə icarəyə verilməsi haqqında İddiaçıla bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndi üzrə öhdəlikləri xx.xx.2020-ci il tarixdən yerinə yetirmədiyi üçün həmin müqavilənin 8-ci bəndinə, eləcə də həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.1, 6 86, 692.2.1 və 692.2.3-cü maddələrinə müvafiq olaraq bugünkü tarixdən icarəyə götürən qismində hüquqları itirilmiş sayılır. Ona qarşı tələbləri xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən tamamilə ödənilmişdir.

76. Eyni zamanda həmin gün X1 orqanlara ünvanlanan və notariat qaydada təsdiqlənmiş aşağıdakı məzmunda ərizə yazmışdır: “Bildirirəm ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2-ci əldən icarə müqaviləsi üzrə Hüseyn Həsənova ödənilməli olan, xx.xx.2019-cu il tarixdən hazırki tarixədək olan dövr üzrə hər aya 12.200 manat hesabı ilə şəxsən özümə tam həcmdə ödənilmişdir. Bundan sonra da icarə haqqını razılıq əsasında mən alacağam. Bununla da tərəfimdən İddiaçı yazılmış bütün pretenziya bildirişləri təmin edilmiş hesab olunur.”

77. Razil Məmmədov, İddiaçı qarşı pretenziya və tələblərinin olmamasını daha sonra mülki işin icraatında da təsdiq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Razil Məmmədov, İddiaçı ünvanladığı ərizəsində bir daha qeyd etmişdir ki, hazırda sözü gedən dolabların sökülməsi ilə bağlı məsələ ilə əlaqədar onunla Cavabdeh MMC arasında razılıq əldə olunmuşdur və aralarında 15 mart 2023-cü il tarixli barışıq sazişi imazalanmışdır. Odur ki, qeyri-yaşayış binasında yerləşən 100.000 manat dəyərində sökülmüş iki ədəd dəri dolabın sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı İddiaçı qarşı hər hanı pretenziya və tələbindən imtina edir, gələcəkdə və bu xüsusatla bağlı ona qarşı iddia və tələb irəli sürməyəcəyini bəyan edir.

78. Bundan əlavə Razil Məmmədov 6 noyabr 2023-cü il tarixli məhkəmə iclasında da məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə İddiaçı qarşı 20 aylıq icarə haqqının və dəzgahlara vurulmuş zərərin ödənilməsi barədə pretenziya və tələbindən imtina edir.

79. Kassatorun hər hansı şərtə istinad etməklə iddiadan imtina etməsi müəyyən edilmir. Buna görə də üçüncü şəxsin İddiaçı qarşı icarə haqqı tələblərinin tam ödənildiyi barədə yazılı etdiyi bəyanları sonradan geri götürməsi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusatlara üçüncü şəxsin həmin tələblə məhkəməyə müraciət ediləcəyi halda qiymət verilə bilər.

80. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 419-cu maddəsini rəhbər tutaraq, Qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-876/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar