Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-543/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş№ 2(102)-543/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh vəkili Quliyev Vurğun Adil oğlunun iştirakı ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-c i il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə; Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddianın rədd edilməsi, müqavilənin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ruvinov, iş № 2(060)-14409/2017) ilkin iddia qismən təmin edilmiş, 783,44 manat məbləğində əsas borcun, 47, 84 manat faizin, 29,20 manat məbləğində cərimənin, cəmi 860,03 (səkkiz yüz altmış,03) manat pul məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nın xeyrinə tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC ilə bağlanmış istehlak kredit müqaviləsinin ipoteka hüquq münasibətlərinə aid olan hissədə etibarsız hesab edilməsi və “NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekadan azad edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və T.Məmmədov, iş№2(105)1021/2018) iş üzrə İddiaçı Açıq Səhm dar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş “NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumunun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması barədə iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş “NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomob ilin açıq hərracdan satılması, avtomobilin açıq hərracda ilkin satış qiymətinin 7000 (yeddi min) manat müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş pul vəsaiti kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması,Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Quliyev Vurğun Adil oğlu, göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə avtomobil alınması üçün 36 ay müddətinə illik 19 faizlə 10935 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə görə, Cavabdeh məxsus olan “NAZ LİFAN LF7162Ç 620” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil banka ipotekaya qoyulmuş, ipoteka predmeti 12150 (on iki min yüz əlli ) manat məbləğində qiymət ləndirilmişdir. Cavabdehə məxsus “NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyatı nişanlı avtomobilin bankın xeyrinə ipoteka ilə yüklülüyü Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsində 29 iyun 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışa görə, ipoteka qoyan Cavabdeh “NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyatı nişanlı avtomobili banka ipotekaya qoymuşdur. 07 iyun 2018-ci il tarixli, 10798 saylı ekspert rəyinə əsasən, ipoteka predmeti olan NAZ LİFAN LF7162C 620” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin nəzəri orta bazar qiymətinin 7000 manat olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 309.1, 317.1-ci maddələrini tətbiq etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Müki Məcəllənin 309.1-ci maddəsinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qey diyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Müki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Cavabdeh qətnamənin əsasız və qanunsuz olması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi hüquq normaları düzgün olmuşdur. Kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətinə baxılmasını n nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-543/2019
18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver