Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5430/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5430/21 Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil oğlunun və cavabdehin vəkili İbadov Zaur Fəzail oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5606/2021 nömrəli, 11.06.2021-ci il tarixli q ətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 07 aprel 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 8 faiz olmaq şərtilə 27.03.2018-ci il tarixə qədər 102.000 ABŞ dolları məbləğində kredit verililmişdir. Kredit xətti müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faiz və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 04 mart 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 8 faizlə 102.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin müddəti 27 mart 2018-ci il tarixdə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 04 mart 2020-ci il tarixədək cavabdehin banka 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 04 mart 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəm əsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: A.Həsənova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 43.188,99 (qırx üç min yüz səksən səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları əsas, 6.699,25 (altı min altı yüz doxsan doqquz dollar iyirmi beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49.888,24 (qırx doqquz min səkkiz yüz səksən səkkiz dollar iyirmi dörd sent) ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. 5. 1-ci instansiya məhkəməsi iddia tələbinin müqavilə müddəti başa çatdıqdan sonra faiz ödənilməsi tələbi və dəbbə pulu tə ləbini ona görə rədd etmişdir ki, cavabdehin həmin bankda depozit məbləği olmuş, bank ləğvetmə prosesinə cəlb edildikdən sonra cavabdehə məxsus olan depozit məbləğinin cavabdehə qaytarılması qərara alınmış, bu zaman cavabdehin hazırkı kredit müqaviləsi üzrə yaranmış borcu depozit məbləğindən çıxıldıqdan sonra qalıq qalan məbləğ cavabdehə qaytarılmışdır. Yəni borcun vaxtında qaytarılmaması cavabdehin günahından baş vermədiyi üçün ondan əlavə faiz və cərimə məbləği tutula bilməz.
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1, 442, 445.1, 445.2, 445.7, 462.1-ci maddələrinə istinad etmişdir.
7. İddiaçı tələbin təmin olunmayan hissəsi ilə razılaşmayaraq qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi (hakimlərA.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etira zın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsini cərimə borcu və kredit müaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələblərinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcu, həmçinin məhkəmə cərimə məbləği tutulmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İbadov Zaur Fəzail oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mül ki Məcəlləsi:
16. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cav abdeh kredit xətti müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
19. Maddə. 462.1. Dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit xətti müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Həmçinin cavabdehə kredit xətti açılarkən müqavilənin təminatı olaraq cavabdehin iddiaçı bankda mövcud olan əmanət hesabındakı vəsait çıxış etmişdir. Cavabdehin iddiaçı bankda 900.000 ABŞ dolları məbləğində “göy əmanət” bank əmanəti hesabı mövcud olmuşdur. Bank ləğvetmə proseduruna cəlb edildikdən sonra cavabdehin bankdakı əmanəti kredit müqaviləsi üzrə borc məbləği çıxıldıqdan sonr a geri ödənilmişdir. Belə ki, cavabdehə 900.000 ABŞ dolları əmanətdən 705.966,12 ABŞ dolları qaytarılmış, 195.96,12 ABŞ dolları isə cavabdehin iddiaçı banka olan iki kredit xətti müqaviləsi üzrə icra edilməmiş öhdəliyi cəm şəkildə tutulmuşdur.
25. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh iddiaçı bankda depozit hesabı olmuş və həmin məbləğ öhdəliyin təminatı kimi çıxış etmişdir. Ləğetmə proseduruna başladıqdan sonra isə cavabdehin bütün borcları hesablanaraq həmin məbləğdən çıxılmaqla dpozitin qalıq məbləği cavabdehə qaytarılmışdır. Yəni, müqavilədən sonra öhdəliyin icra edilməməsində cavabdehin günahı yoxdur.
26. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı etiraf etmişdir ki, cavabdehin borcu hesablanaraq depozit məbləğindən çıxılmaqla bankda saxlanmışdı r, lakin məhkəmə qətnaməsi olmadan həmin məbləği borcun əvəzi olaraq tutulmasında problemlər yarandığından məhkəməyə müraciət etməli olmuşlar.
27. Belə olan təqdirdə cavabdehdən müqavilə müddəti bitdikdən sonra faiz borcu tələbi və dəbbə pulu tələbi əsaslı hesab oluna bilməz.
28. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlil irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.
29. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya sı hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5606/2021 nömrəli, 11.06.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.