Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5433/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)4526/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(006)-3552/2018 saylı qətnaməsi ilə (sədrlik e dən, hakim N.T.Tağıyeva) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və üçüncü şəxs “xxxx” ASC qarşı “kredit borcunun qaytarılması” barədə iddiası təmin edilərək, cavabdehdən əsas borca görə 75.257 manat, faiz borcuna görə 10.806 manat, cəmi 86.063 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)4526/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 10.806 manat faiz borcunun tu tulması hissəsində dəyişdirilib, cavabdehdən faiz borcuna görə 1.340,08 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə və üçüncü şəxsə qarşı “kredit borcunun tutulması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 30 dekabr 2014cü il tarixli istehlak kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 95.000 manat kredıt verilib. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Hazırda cavabdehin iddiaçı təşkilata ödənilməmiş 75.257 manat əsas, 10.806 manat faiz borcu olmaqla, cəmi 86.063 manat kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barəd ə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin 10.806 manat məbləğdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığ ortalanması Fondu, vəkili xxx Cavabdeh və üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcunun tutulması hissəsində dəyişdirib, həmin hissədə iddia tələbini 1.340,08 manat məbləğdə təmin edərkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, faiz borcunun düzgün hesablanmamasına istinad edib və hüquqi mövqeyini 21.2, 443.1, 443.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə raz ılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 95.000 manat kredit verilib. Lakin cavabdeh kredit müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyib. 13 aprel 2018-ci il tarixli maliyyə arayışına görə, cavabdehin 09 ap rel 2018-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 75.257 manat əsas, faiz borcuna görə 10.806 manat olmaqla, cəmi 86.063 manat kredit borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2018-ci il tarixli ekspert rəyinə görə, iş materiallarında olan carı hesabdan çıxarış məlumatlarına və 30 dekabr 2014-cü il tarixli istehlak kredit müqaviləsinin şərtlərinə görə 20 aprel 2018-ci il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 86.063 manat kredit borcu var, ondan da 75.257 manat əsas, 10.806 manat faiz borcunu təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyinə, eləcə də maliyyə arayışına əsaslanaraq müəyyən etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 75.257 manat əsas, 10.806 manat faiz borcu olmaqla, cəmi 86.063 manat kredit borcu v ardır. Apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən edib ki, birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissində səhv nəticəyə gəlib. Belə ki, işdə olan maliyyə arayışına görə, iddiaçı təşkilatın iddia etdiyi 10.806 manat faiz borcu 09 aprel 2018-ci il tarixədək müəyyən edilib. Bu fakt ekspertin rəyi ilə də təsdiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslard an çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respu blikası Qanunun 1-ci maddəsinə görə, bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1.-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. İşdən görünür ki Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 may 2016-cı il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Mübahisəli kredit müqaviləsinin müddəti isə 30 dekabr 2015-ci il tari xdə bitib. Göründüyü kimi hazırki iş üzrə “xxxx” ASC ləğv prosesində olmaqla mülki hüquq qabiliyyətli hüquqi şəxs kimi çıxış etmir. İddiaçı təşkilat hazırki iddia tələbində 09 aprel 2018-ci il tarixədək hesabladığı 10.806 manat faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçı təşkilatın aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı təşkilat 10 may 2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı təşkilat kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçı təşkilatın aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd edib ki, iddiaçı təşkilat yalnız müflis elan olunduğu 10 may 2016-cı il tarixədək olan dövr üzrə faiz borcunu tələb edə bilərdi ki, bu da 4 ay 10 gün təşkil edir. Həmin dövr üçün faiz borcu hesablandıqda bu cəmi 1.340,08 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-4526/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №2(102)-5433/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5433/2019
17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver