Məhkəmə qərarları › İş №2(102)-5443/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5443/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5443/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “girovlu istehlak krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tari xli, 2(105)30/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxx 2014-cü il tarixli, 129461-CNS-7311 saylı “Girovlu istehlak krediti müqaviləsi” ilə İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 25 faiz ödəməsi şərti ilə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xx xxxx 2014-cü il tarixli, 129461-NEDVİJ-3027 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ilə Cavabdeh mülkiyyətində olan ünvan 1, döngə 1-də yerləşən 0,03 ha torpaq sahəsini və üzərindəki 6 saylı fərdi yaşayış evini İddiaçı ASC xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka qan unla müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş xx xxxxxxx 2016-cı il tarixli arayışa əsasən Cavabdeh xx xxxx 2014-cü il tarixli, 129461-CNS-7311 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2017-ci il tarixə olan əsas borcu 34817,08 ABŞ dolları, faiz borcu 7003,03 ABŞ dolları, cəmi 41820,11 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “X1” MMC-nin xx xxxxx 2017-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1, döngə 1-də yerləşən Cavabdeh mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin və üzərindəki 6 saylı fərdi yaşayış evinin orta bazar qiyməti 90200 manat təşkil edir. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 30590 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxx 2014-cü il tarixli 129461-CNS-7311 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh xx xxxxxxx 2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) “xxxxASCyə olan əsas borcu 34817,08 ABŞ dolları və faiz borcu 7003,03 ABŞ dolları, cəmi borcu 41820,11 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2016-cı il tarixə banka borclu olduğu 34817,08 ABŞ dolları əsas, 70 03,03 ABŞ dolları faiz, cəmi 41820,11 ABŞ dolları pul məbləğinin (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1, döngə 1-də yerləşən 0,03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin məcburi qaydada boşaldılması, ilkin satış qiymətinin 99000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına qeyd edilən pul məbləğlərinin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-3641/2017 nömrəli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2014-cü il tarixli, 129461-CNS-7311 saylı “Girovlu istehlak krediti müqaviləsi”nə əsasən 34817,08 ABŞ dolları əsas, 7003,03 ABŞ dolları faiz, cəmi 41820,11 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, 30 manat xidmət haqqının və iş üzrə ödənilm iş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1, döngə 1-də yerləşən 0,03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-yə olan cəmi 41820,11 ABŞ dolları borcun, 30 manat xidmət haqqının və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 99000 manat müəyyən edilməsi, İddiaçı ASC-yə ödənilməli olan kredit borcu, xidmət haqqı və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, id dianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən kredit qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas yaranmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki mərhələdə ipoteka predmeti satılmadığından iddia orada qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab olunmaqla, həmin şəxslərin evdən çıxarılması və mənzilin boşaldılmasına dair hissədə təmin edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-3641/2017 nömrəli qətnaməsində dəyişiklik edilərək, iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçi nin Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-3641/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-30/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-3641/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı və cavabdeh apelyasiya şikayətinin dəlillərini sübu ta yetirib əsaslandıra bilməmiş və apelyasiya şikayətlərində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün səbəb ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-30/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmə baxışını tam, hərtərəfli və obyektiv aparmamışdır. Belə ki, cavabdeh banka yaz ılı ərizə ilə müraciət edərək, dolların kəskin bahalaşması ilə əlaqədar ödəniş qabiliyyətinin aşağı düşdüyünü, fəaliyyət qabiliyyətini itirdiyini bildirməklə, ona güzəşt olunmasını xahiş etmişdir. Lakin iddiaçı yaranmış böhranlı vəziyyətin əksinə olaraq öz mənafeyinə uyğun olaraq ona şişirdilmiş məbləğdə borc hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsi göstərilən hallara heç bir əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, işin hərtərəfli tədqiqindən yayınmışdır. Həmçinin ipoteka predmetinə qoyulan qiymət düzgün müəyyən edilməmiş, bununla da cavabdehin və ailə üzvlərinin hüquqları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfin dən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini cavabdeh vermiş və kredit müqaviləsi üzrə tutulmuş borcun məbləğini və ipoteka pred metinin ilkin satış qiymətini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyy əti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasə n fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş z ərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğ ul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əs asən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Eyni ilə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən ipoteka predmetinin qiymətləndirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə həyata keçirilmiş və alınmış rəyə əsasən ipoteka predmetinin dəyəri iddiada tələb olunan məbləğdən aşağı müəyyən olunmuşdur. Odur ki, məhkəmələr əsaslı olaraq ipoteka müqaviləsində göstərilmiş ipoteka predmetinin ilkin satış qiymətini Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbinə uyğun müəyyən etmişdir. Həmçinin cavabdeh tərəfindən qeyd olunan qiymət mübahisələndirilsə də, onun aşağı olmasını təsdiq edən sübut nə birinci instansiya məhkəməsinə, nə də ki, apelyasiya məhkəməsinə təqdim olunmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstü nlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-30/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar