Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5446/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “X6 Azərbaycan” QSC Cavabdeh1 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5446/21 (Açar sözlər: kredit üzrə borcun tutulması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: X6 Azərbaycan” QSC-nin vəkili X3, Cavabdeh: Cavabdeh1 MMC-nin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)80/2021 saylı qətnaməsind ən Cavabdeh1 MMC, Cavabdeh3 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, “X6 Azərbaycan” QSC məhkəmədə Cavabdeh1 MMC və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 müştərək (birgə) qaydada əsas borca görə 1.829.532 manat, hesablanmış faiz borcuna görə 450.177,31 manat, cəriməyə görə 199.821,56 manat, cəmi 2.479.530,87 manat kredit borcunun, tutmanın mülkiyyət hüququ üzrə Cavabdeh2 MMC məxsus olan, 1.0 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 1721.06 kv.metr olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus olan 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sa həsi 213,9 kv.metr, əsas sahəsi 213,9 kv.metr olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus olan ümumi sahəsi 643,2 kv.metr olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh2 MMC məxsus olan əmlakın 1.320.000 manat, Cavabdeh3 məxsus olan əmlakın 1.520.000 manat və Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus olan əmlakın 520.000 manat olmaqla açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə qeyri-yaşayış sahələrinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. 1-ci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 müştərək (birgə) qaydada 1.829.532 manat əsas, 219.880,83 manat faiz borcunun, 4.312,50 manat cərimə olmaqla, cəmi 2.053.725,33 manat kredit borcunun tutulub “X6 Azərbaycan” QSC ödənilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh2 MMC məxsus olan, 1.0 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 1721,06 kv.metr olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus olan, 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr, əsas sahəsi 213,9 kv.metr olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus olan, ümumi sahəsi 643,2 kv.metr olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh2 MMC məxsus olan əmlakın 1.320.000 manat, Cavabdeh3 məxsus olan əmlakın 152.000 manat və Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus olan əmlakın 520.000 manat olmaqla açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən müştərək qaydada tutulması qət edilib. İddiaçı “X6 Azərbaycan” QSC apelyasi ya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni borcun cavabdehlərdən tutulması və faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni tutmanın Cavabdeh2 MMC mülkiyyətində olan, ümumi sahəsi 1721,06 kv.metr olan Mingəçevir şəhəri, Təbriz küçəsi 10 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş edib. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiyaşikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni faiz və cərimə borcu hissəsində, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilib və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Üçüncü şəxs İddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İşin halları Həmçinin, işin hallarına görə, İddiaçı2 məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh3la birgə mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, MRT MMC mülkiyyətin də olan ünvan 5 ünvanda yerləşən sahəsi 1721,06 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 məxsus hissəsinin üzərində 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 payları müəyyən edilməklə onların arasında bölünməsi və həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair bağlanmış 19 may 2017ci il tarixli, 264922/01, 264922/02, 264922/03 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. 2-ci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 adına qeydə alınmış Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləş ən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin və ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 payının müəyyən edilməsi, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq edilmiş 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin, habelə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq edilmiş 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. İddiaçı2, Cavabdeh3 və “X6 Azərbaycan” QSC birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməyib, Cavabdeh3 apellyasiya şikayəti qismən, “X6 Azərbaycan” QSC apellyasiya şikayəti tam təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi- “Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin, ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 paylarının müəyyən e dilməsi” hissəsində dəyişdirilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinə və ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinə İddiaçı2 3/5 hissədə, Cavabdeh3 isə 2/5 hissədə payları müəyyən edilməsi, qətnamə “ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq edilmiş 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq edilmiş 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin (sonrakı ipotekanın) etibarsız hesab edilməsi” hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın təmin olunmaması, qətnamənin mübahisələndirilən digər hissələrdə, yəni Cavabdeh2 MMC məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 1721,06 kv.metr olan qeyri-yaşayış binasına payların müəyyən edilərək bölünməsi və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı2, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri veriblər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azər baycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 və cavabdeh “X6 Azərbaycan” QSC ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyib, Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsinin Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 say lı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin və ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, sonuncunun adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin və ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı2, 2/5 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi, qətnamənin apellyasiya şikayəti verən şəxslərə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanıl ması qət edilib. İddiaçı2 və cavabdeh “X6 Azərbaycan” QSC ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnamədən kassasiya şikayətləri veriblər. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı ilə cavabdeh “X6 Azərbaycan” QSC kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, yəni 19 may 2017-ci il tarixli ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/18 saylı binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr olan qeyri-yaşayış sahəsinin və ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı2, 2/5 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən, İddiaçı2 kassasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) iddiaçı “X6 Azərbaycan” QSC, cavabdehlər Cava bdeh1 MMC və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin, Cavabdeh2 MMC və üçüncü şəxs İddiaçı2 apellyasiya şikayətləri rədd edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək, faiz borcunun məbləğinin 317.900,28 manat və cərimə borcunun 91.476,6 manat müəyyən edilməsi, habelə Cavabdeh2 MMC mülkiyyətində olan 1.0 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 1721,06 kv.metr olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 595.000 manat, Cavabdeh3 mülkiyyətində olan 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr, əsas sahəsi 213,9 kv.metr olan ünvan 8 ünvanda yerləşə n qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 105.000 manat, Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus ümumi sahəsi 643,2 kv.metr olan Mingəçevr şəhəri, Heydər Əliyev prospekti, 31 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 420.000 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi faiz, cərimə borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə səhvə yol verib. Ona görə də bu hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.1, 37.2-ci maddəl ərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 və Cavabdeh3 eyni məzmunlu kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən faiz və cərimə borcunun tutulması hissələrində ləğv edilib, mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “X6 Azərbaycan” QSC-nin vəkili Ənvər Əmirəliyev kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 MMC vəkili Ziyamin Güləhmədov məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı2, vəkili Vəkil4, Cavabdeh3, vəkili Nüsrət Hüseynov, Cavabdeh2 MMC, Cavabdeh4 və cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzi Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdi rilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsində göstərilir ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı p ayları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması və İddiaçı2 iddiasına aid hissələrdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən madd i və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin həqiqi halları üzrə səhv nəticəyə gəldiyini göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 09 sentyabr 2005-ci il tarixdə İddiaçı2 rəsmi nikah əsasında Cavabdeh3la ailə qurub və onların birgə nikahından 15 sentyabr 2006-cı ildə Cavad, 04 dekabr 2010-cu ildə Nigar adlı iki uşaqları doğulub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər iki uşaq İddiaçı2 yanında saxlanılıb. Tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 11 iyul 2014-cü il tarixdə ünvan 3 ünvanda yerləşən sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsi və 13 fevral 2008-ci il tarixdə ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh3 adına rəsmiləşdirilməklə əldə ediblər. Həmçinin, “X6 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 19 may 2017-ci il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən bank tərəfindən borcalan Cavabdeh1 MMC 12 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 1.870.000 manat kredit verilib. Həmin kredit müqaviləsinin təminatı kimi “X6 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 arasında 19 may 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanıb və müqaviləyə əsasən zaminlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 borclu Cavabdeh1 MMC bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, sözügedən kredit müqaviləsinin təminatı kimi “X6 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanıb və müqaviləyə əsasən Cavabdeh2 MMC məxsus olan 1.0 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 1721,06 kv.metr olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası “X6 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilib. Bundan başqa, qeyd olunan kredit müqaviləsinin təminatı kimi “X6 Azərbaycan” QSC ilə Cavabdeh3 arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanıb və həmin müqaviləyə əsasən Cavabdeh3 məxsus olan, 0.1039 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 213,9 kv.metr, əsas sahəsi 213,9 kv.metr olan ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilib. Bundan əlavə, kredit müqaviləsinin təminatı kimi “X6 Azərbaycan” QSC ilə Cavabdeh4 və Cavabdeh3 arasında 19 may 2017-ci il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanıb və həmin müqaviləyə əsasən Cavabdeh4 1/7 hissədə və Cavabdeh3 6/7 hissədə məxsus ümumi sahəsi 643,2 kv.metr olan ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi “X6 Azərbaycan” QSC xeyr inə ipoteka ilə yüklü edilib. Hər üç ipoteka müqaviləsi notariat orqanı tərəfindən təsdiq edilib. Həmin ipoteka müqavilələri bağlanarkən Cavabdeh3 şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “subay” kimi göstərilib, həmçinin notariat kontoruna ünvanladığı ərizəsində o, həmin müqavilələri bağlayarkən subay olduğunu, nikahda olmadığını, gələcəkdə bununla bağlı yaranacaq bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Eyni zamanda, İddiaçı2 08 aprel 2017-ci il tarixdə Mingəçevir şəhəri, 2 saylı notariat kontoruna ərizələr verərək, yuxarıda göstərilən (ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlakların ipotekaya qoyulmasına razılıq verib və həmin əmlaklara tələb yönəldiləcəyi təqdirdə onu təhvil verəcəyini öhdəsinə götürüb, 18 noyabr 2017-ci il tarixdə isə həmin notariat kontoruna müraciət edərək sö zügedən ərizələrindən imtina etdiyini bildirib və notariat kontorunda saxlanılan sənədlərdə, eləcə də “Elektron notariat” X1 ərizədən imtina edilməsinə dair müvafiq qeydlər aparılıb. Hazırda, “X6 Azərbaycan” QSC iddia edir ki, Cavabdeh1 MMC sözügedən müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib. Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcu 1.829.532 manat, faiz borcu 450.177,31 manat, cərimə 199.821,56 manat, cəmi borc 2.479.530,87 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, habelə üçüncü şəxs İddiaçı2 həmin iddiaya etiraz edir və öz etirazlarını apellyasiya şikayətlərində göstərilənlərlə əsaslandırırlar. İddiaçı2 isə bildirir ki, qeyd olunan əmlaklar onun xəbəri və razılığı olmadan “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edili b və qanunvericiliyə əsasən nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi üçün onun razılığı tələb olunduğundan ipoteka müqavilələri etibarsız hesab edilməlidir. Həmçinin, birgə nikahdan olan uşaqlar onun yanında saxlanılması və onların diqqətəlayiq mənafeyi nəzərə alınmaqla ümumi mülkiyyətlərində olan əmlaklara iddia ərizəsinə əlavədə göstərilən qaydada qeyri-bərabər pay hüququ tanınmalıdır. Cavabdeh3 isə həmin iddiaya etiraz edir və bildirir ki, ailə qanunvericiliyinə görə uşaqların öz valideynlərinin mülkiyyətində heç bir payları yoxdur. Qanunvericilikdə nəzərə alınıb ki, uşaqların mənafeyini qorumaq niyyəti ilə məhkəmə ayrı-ayrı hallarda ərlə arvadın mülkiyyət bölgüsü zamanı nikah dövründə əldə edilmiş əmlaklarını qeyri-bərabər bölə bilər, lakin belə yanaşma müstəsna h allarda və zərurət yarandıqda tətbiq oluna bilər. Belə ki, o, hər ay vaxtında hər bir uşaq üçün aliment ödəyir, bununla yanaşı uşaqların digər tələbatlarını da ödəyir. Lakin, birgə nikah dövründə əldə edilən əmlakların uşaqların mənafeyini əsas gətirməklə, iddiaçının xeyrinə qeyri-bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsi artıq onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisəli əmlaklar birgə nikah dövründə əldə edilsə də, əmlakların hamısı onun vəsaiti hesabına alınmışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, sözügedən əmlaklar bankda ipoteka ilə yüklü edilmiş və həmin kredit borcları onun tərəfindən ödənilir. Qeyd olunanlara əsasən hesab edir ki, əmlak üzərində payları bərabər hissələrdə bölünməlidir. Cavabdeh “X6 Azərbaycan” QSC həmin iddiaya etiraz edir və bildirir ki, rəsmi qaydada nikah pozulduqdan sonra İddiaçı2 tərəfindən 08 aprel 2017-ci il tarixində Mingəçevir şəhəri, 2 saylı notariat kontorunda mübahisələndirilən daşınmaz əmlakların ipoteka qoyulmasına razılıq verməsi barədə 7E-3501, 7E-3502, 7E-3503 reyestr nömrəli razılıq ərizələri rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın ipoteka qoyulmasına dair razılıq veriləndən sonra həmin razılıq nəzərə alınmaqla əmlakın ipoteka ilə yüklü edilməsinə dair müqavilə təsdiq edilib və ipoteka müqaviləsi bağlanandan sonra həmin ərizədən imtina edilməsi nə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da, nə də bu münasibətləri tənzimləyən digər qanunvericilik aktlarında nəzərdə tutulmayıb. Daşınmaz əmlakların yüklü edilməsinə dair müqavi lələr imzalanan zaman nə Mülki Məcəllənin, nə də ki hər hansı maddi hüquq normasının tələbləri pozulmayıb, yəni əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmayib. Apellyasiya instansiyası məhkəməsi, sadalanan sübutları, o cümlədən apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.3-cü bəndi və Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, iddiaçı faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Lakin həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib və Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddia ərizəs i verilən tarixə, yəni 01 fevral 2018-ci il tarixə əsas kredit borcu 1.870.000 manat, faiz borcu 219.880,83 manat, həmçinin 19 mart 2018-ci il tarixə, yəni ekspertiza təyin olunan tarixə əsas kredit borcu 1.870.000 manat, faiz borcu 262.267,50 manat olduğu müəyyən edilir. Daha sonra, işdən görünür ki, sözügedən ekspert rəyi verildikdən sonra “X6 Azərbaycan” QSC iddia tələbinin artırılması barədə ərizə verərək, 30 oktyabr 2018-ci il tarixə olan 1.829.532 manat əsas kredit borcunun, 450.177,31 manat əsas məbləğə hesablanmış faiz borcunun, 199.821,56 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 2.479.530,87 manat məbləğində borcun tutulmasını xahiş edib. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb ha qlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, 19 mart 2018-ci il tarixə olan faiz borcunun tutulması nəticəsinə gəlmiş, lakin rəydən sonra verilmiş iddia tələbinin artırılması barədə iddiaçının ərizəsini nəzərə almayıb. Halbuki Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə görə, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 21 may 2018-ci il tarixdə bitib. İddiaçı isə həmin müddətdən artıq, yəni 30 oktyabr 2018-ci il tarixə olan faiz borcunun tutulmasını tələb etmişdir. Halbuki, faiz borcu yalnız kredit müqaviləsi müddətinin sonunadək hesablana bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə məhz müqavilə müddətinin sonuna, yəni 21 may 2018-ci il tarixə olan faiz borcu hesablanmalıdır. Həmin tarixə olan faiz borcu isə aşağıdakı qaydada hesablanmalıdır. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən 19 mart 2018-ci il tarixə olan faiz borcu 262.267,50 manat və həmin tarixə gündəlik hesablanan faiz borcu 883,06 manat təşkil edir. Belə olan halda isə müəyyən olunur ki, 19 mart 2018-ci ildən 21 may 2018-ci il tarixədək (cəmi 63 gün) olan faiz borcu 55.632,78 manat (63 gün x 883,06 = 55.632,78), cəmi faiz borcu isə 317.900,28 manat təşkil edir (262.267,5 + 55.632,78 = 317.900,28). Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi ca vabdehlərin irəli sürdükləri arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və faiz borcu 317.900,28 manat məbləğində müəyyənləşdirilməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dəbbə pulunun tutulması hissəsində də iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələbləri nə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin v erilmə və bitmə tarixlərini, müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 199.821,56 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 4.312,50 manat deyil, əsas borcun 5 faizi həcmində, yəni 91.476,6 manat məbləğində müəyyənləşdirilməlidir. Ona görə həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, İddiaçı2 tərəfindən irəli sürülmüş ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 225.6- cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin, hazırki işdə, qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyil. Belə ki, İddiaçı2 08 aprel 2017-ci il tarixdə notariat kontoruna ərizələr verərək, yuxarıda göstərilən (ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlakların ipotekaya qoyulmasına razılıq verib və hə min əmlaklara tələb yönəldiləcəyi təqdirdə onu təhvil verəcəyini öhdəsinə götürüb. Göründüyü kimi İddiaçı2 birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakların ipoteka ilə yüklü edilməsinə razılıq verməsi ilə bağlı iradə ifadəsini bildirib. Həmin ərizələrin məhz ipoteka müqavilələrinin təsdiq edildiyi notariat kontoruna deyil, digər notariat kontoruna verilməsinin və İddiaçı2 təxminən 7 ay müddət keçdikdən sonra, yəni 18 noyabr 2017-ci il tarixdə həmin ərizələrdən notariat qaydasında imtina etməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki o, daşınmaz əmlaklar ipoteka ilə yüklü edildiyi vaxt bununla bağlı öz iradə ifadəsini artıq bildirib. Mülki Məcəllənin 225.6-cı maddəsində göstərilən “razılığın” olub-olmaması da məhz əqdin bağlandığı vaxt üçün önəmlidir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, İddiaçı2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin tələblərdən irəli gələn müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə tələblər rədd edilməlidir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, əmlakın bölünməsi barədə İddiaçı2 iddiası qismən əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesab ına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, İddiaçı2 iddia tələblərini araşdırıb qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən sahəsi 643,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsi və ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi məhz tərəflərin birgə nikahı müddətində onların qazancları hesabına əldə edilib və tərəflərin ümumi birgə mülkiyyəti hesab edilir. Eyni zamanda Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflərin mübahisəli mənzil üzərindəki paylarının qeyri-bərabər müəyyən edilməsi üçün əsaslar yoxdur və həmin paylar bərabər hesab edi lməlidir. Belə ki, qanunverici ümumi qayda olaraq ər-arvadın birgə əmlakdakı paylarının bərabər bölünəcəyini müəyyən edir. Bölgü zamanı uşaqların mənafeyinin nəzərə alınması isə payların qeyri-bərabər bölünməsinə təsir edən müstəsna hal kimi nəzərdə tutulmayıb. Bu baxımdan mübahisələndirilən əmlaklar üzərində payların düzgün müəyyən edilməməsi ilə bağlı Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli və bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olmaqla, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv edilməsi üçün əsas sayıla bilməz. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 MMC, Cavabdeh3 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-80/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5446/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5446/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver