Məhkəmə qərarları › İş №2(102)-5448/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5448/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5448/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mustafa oğlunun cavabdehlər Cavabdeh1 Fərhad qızı və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti) 10.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı Mustafa oğlunun, onun vəkili Vəkil2, Cavabdeh2, üçüncü şəxs Cavabdeh4 və onların vəkili Mahmudov Cəlil Yunis oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadından İd diaçı Mustafa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, “Corat” qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsi Sumqayıt Bağlar İdarəsi tərəfindən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən 10 il müddətinə Eldar Quliyevin icarəsinə verilib və 18 avqust 2015ci il tarixdə sonuncu ölüb. Bundan sonra, Eldar Quliyevin vərəsələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,1823 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsini özəlləşdirərək onun adına 10 fevral 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışlar. 1 9 fevral 2016-cı il tarixdə notariat orqanı tərəfindən sözügedən bağ torpaq sahəsində hər birinin payı 1/3 hissədə olmaqla Cavabdeh1, Cavabdeh2 və Müşfiq Quliyevin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilib və hər birinin payı 1/3 hissədə olmaqla həmin bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb və bu barədə 19 fevral 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Mustafa oğlu cavabdehlər Cavabdeh1 Fərhad qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair 15 iyul 1978-ci il tar ixli, 1684 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin və həmin müqavilə əsasında verilmiş 10.02.2016-cı il tarixli və 19.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Corat bağlar massivi ünvanında yerləşən 2265 saylı, sahəsi 1200,0 kv.metr olan bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 28.12.2004-cü il tarixli qərarı ilə onun adına rəsmiləşmişdir. Həmin torpaq sahəsi üçün 19.10.2004-cü ildə EQG 017059 saylı kassa mədaxil orderi ilə Sumqayıt bələdiyyəsinə 3 milyon AZM (əvvəlki kursla) pul köçürmüşdür. Artıq 12 ildir həmin torpaq sahəsi onun istifadəsindədir. Bağ torpaq sahəsinin ona məxsus olması barədə qanuni q üvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 24.05.2011-ci il tarixli, 2(060)-2287/2011 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.11.2011-ci il tarixli, 2(105)- 1062/2011 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.03.2012-ci il tarixli, 2(102)850/2012 saylı qərarı mövcuddur. Həmin məhkəmə aktları ilə təsdiq edilmişdir ki, Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2265 saylı, sahəsi 1200 kv.m olan bağ sahəsi ona məxsusdur. Bu məhkəmə aktlarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi həmin torpaq sahəsinin plan və ölçüsünü təsdiq etməlidir. Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2265 saylı, sahəsi 1200,0 kv.metr olan bağ torpaq sahəsinin sxeminin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh əsassız bəhanə gətirərək 1 mart 2016-cı il tarixli məktubla bildirmişdir ki, həmin bağ sahəsi hər birinin payı 1/3 hissə olmaqla Cavabdeh1, Cavabdeh2 və X1 adına qeydiyyata alınmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehin üzərinə ona məxsus bağ sahəsinə görə plan və ölçülərin verilməsi öhdəliyi qoyulmuşdur.

4. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ilə (hakim İ.M.Mahmudov) İddiaçı Mustafa oğlunun Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, ünvan 3 ünv anı üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi qət edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(105)-409/2019 saylı qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və A.Abbasov) apellyasiya şikayəti təmin edilib, Su mqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İddiaçı Mustafa oğlu və üçüncü şəxs Sumqayıt bələdiyyəsi ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(102)-4128/2019 saylı qərarı ilə (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.Qoldman və G.Quliyev) kassasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinc i icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsinə dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair onunla bağlanmış 15 iyul 1978ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin, həmin bağ sahəsinə dair Eldar Quliyevin adına verilmiş 10 fevral 2016-cı il tarixli, Müşfiq Quliyevin adına verilmiş 19 fevral 2016-cı il tarixli çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edi lməsi qət edilmişdir. d. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 qətnamədən kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-cu il tarixli, 2(102)-2901/2020 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilib, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)3458/2019 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-cu il tarixli, 2(105)-220/2021 saylı qərardadı ilə (hak imlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və iddia tələbinin təmin olunması barədə yekun qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatının ləğvi barədə mübahisələrin aidiyyəti tam olaraq müəyyən edilmişdir. İddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxmağa hüquq verən hər hansı qanuni əsas mövcud deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

16. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı Mustafa oğlu və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.

18. Cavabdeh2 və üçüncü şəxs Cavabdeh4 və onların vəkili Mahmudov Cəlil Yunis oğlu kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi lər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxslərini nümayəndələri məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbi barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qay dalarının pozulmasına yol verilmir. Maddə

151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.

24. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi aktının ləğvini xahiş etdiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi il ə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.

28. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

29. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır.

30. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərə və üçüncü şəxslərə qa rşı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, həmin bağ torpaq sahəsinin icarəyə verilməsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini tələb edir.

31. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə ba xılmalıdır.”

33. İşdən göründüyü kimi iddiaçının tələb etdiyi icarə müqavilələri Sumqayıt şəhər İcraiyyə Komitəsinin bağ təsərrüfatı İdarəsi tərəfindən verilmişdir. Reyestrdəki qeydiyyat da həmin müqavilələrə əsaslanmaqla aparılmışdır.

34. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

35. «İn zibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına uyğundur. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar