Məhkəmə qərarları › İş №2(102)-545/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-545/2019

25.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-545/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər «xxxx» MMC-yə və «Cavabdeh2» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayo n Məhkəməsinin 05 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli) İddiaçı cavabdehlər «xxxx» MMC-yə və «Cavabdeh2» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər A.Hüseynov və Ş.Abasov) Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi qismənləğvedilmiş, iddiaçı X cavabdehlər «xxxx» MMC-yə və «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X ilə “xxxx” MMM arasında bağlanmış 01 aprel 2015-ci il tarixli müqavilənin (mənzilin alqısatqı müqaviləsi № ABBYM-0283 X tərəfindən ipoteka ilə satılmış mənzi l üçün), iddiaçı ilə X Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bu müqaviləyə əsasən iddiaçı tərəfindən “xxxx” MMC-yə ödədiyi 4100 (dördminyüz) manat, onun “xxxx” ASC-yə ödədiyi 12070 (onikimin) manat pul və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq X ödənilməsi qət edilmiş, iddianın cavabdehdən dəymiş maddi ziyana görə iddiaçının xeyrinə 7750 manat tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qan unvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “Cavabdeh2” ASC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi verərək, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 01.04.2015-ci il tarixli müqavilənin (mənzilin alqı-satqı müqaviləsi No.ABB YM-0283 X tərəfindən ipoteka ilə satılmış mənzil üçün), iddiaçı ilə “Cavabdeh2” ASC arasında bağlanmış 01.04.2015-ci il tarixli (Təminatlı kredit müqaviləsi 2-01-04-2015-YS-AAAF-AE (daxil i ipoteka krediti üçün) kredit müqaviləsinin ləğv olunmasına, bu müqavilələrə əsasən onun “xxxx” MMC-yə ödədiyi 4100 manat, “Cavabdeh2” ASC-yə ödədiyi 12070 manat pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 7750 manat pulun, ümumilikdə 23920 manat pulun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ABB YM-0283 saylı, 01 aprel 2015-ci il tarixli mənzilin alq ı-satqısı müqaviləsinə əsasən cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospektində 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 6 saylı, 3 mərtəbəli, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqda, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 62 kv.metrdən ibarət, 1 otaqlı 22 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 79365 manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı (iddiaçı) mənzilin dəyərini 5 iş günü ərzində cavabdeh təşkilata ödəməlidir. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı alıcıya mənzili təhvil verməyi, alıcı isə mənzilin dəyərini müəyyən edilmiş müddət ərzində ödə məyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 4100 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 36 200,00 manatını isə bankdan kredit götürərək ödəmişdir. İddiaçı dəyərini ödədiyi mənzilin ona təhvil verilməməsi səbəbindən müqavilənin ləğvini, ödənilmiş pulu və vurulmuş ziyanı tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alıcı tərəfindən ödənilməli ödənişlər həyata keçirildiyindən müvafiq olaraq, mənzil də keçən müddət ərzində alıcıya təhvil verilməli idi. Halbuki, üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, mənzil nəinki istismara verilməmiş, həmçinin müəyyən edilmişdir ki, 16 mərtəbəli binanın cəmi 4-cü mərtəbəsində tikinti işləri aparılır. Cavabdeh uzun müddət iddiaçını müqavilə üzrə ona verilməli olan mənzildən məhrum qoymaqla onu ümid etməyə haqqı çatanl ardan xeyli dərəcədə məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıdakı normaların tələblərindən görünür ki, alğı-satqı müqaviləsi üzrə satıcının əsas vəzifələrindən biri də müqavilə predmetini müqavilədə müəyyən edilən müddətdə, əgər müddət göstərilməyibsə ağlabatan müddətdə alıcıya verməkdir. Bu ağlabatanlıq tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınaraq müəyyən olunur və əgər satıcı tərəf indən bu prinsiplər pozularaq alıcıya zərər vurulursa alıcının müqaviləni ləğv etmək hüququ yaranır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış ABB YM0283 saylı, 01 aprel 2015-ci il tarixli alqı-satqısı müqaviləsi cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması səbəbilə ləğv edilməli və iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan satılmış mənzilin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin müqavilə ilə nəzərdə tutulmuş mənzilin iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcı sı olmuşdur. Cavabdeh həmin müqavilə əsasında iddiaçıdan mənzilin dəyərinin alınmasına dair hüququndan istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq, müqavilədə nəzərdə tutulmuş mənzili təhvil vermək öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsinin MK-nın 27 avqust qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2018-ci il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar