Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-545/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(012)-1640/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 4361 manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir(hakim S.Quliyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.G.Rəhimov, hakimlər G.F.Tağızadə və T.O.Quliyev, iş № 2(105)-2671/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(012)-1640/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13800 manat kirayə haqqı, 130 manat kommunal xərclər və 15000 manat maddi ziyan tutularaq ona ödəniilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. İddiaçı nümayəndəsi X2 oğlu iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni təqdim edərək 13800 manat kirayə haqqı, 130 manat kommunal xərclər və 4331 manat maddi ziyanın tutularaq ona ödəniilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də Azərbaycan Respublikası mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, tərəflər arasındakı münasibətlər dəqiq müəyyən edilməmiş, t ərəflərin qarşılıqlı öhdəliklərinin nədən ibarət olmasını təsdiq edən sübutlar araşdırılmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı nümayəndəsi X1 vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlmə mişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 06 avqust 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instan siyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(012)1640/2019 saylı qətnaməsilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 4361 manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(012)-2026/2014 saylı qətnaməsinin surətindən müəyyən edilmişdir ki, Cavabdeh Ünvan evin 21 saylı mənzilindən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 03 mart 2017-ci il tarixli akt əsasında müəyyən edilmişdir ki, Ünvan evin 21 saylı mənzilindən 1 ədəd mətbəx qapısı, 2 ədəd otaq qapısı çıxarılmış, pəncərələrin tutacaqları sındırılmış və s. mənzildəki əşyalar yararsız hala salınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(012)-4625/2017 saylı qərardadına əsasən məhkəmə tikinti– texniki ekspertizası təyin edilmiş, tikinti–texniki ekspertizasının 30 yanvar 2018-ci il tarixli, 26912 saylı rəyində mübahisəli mənzil üzrə aparılmalı təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 4331 manat məbləğində olması müəyyən edilmişdir. İddiaçı iddianın 13800 manat məbləğində pul tələbi barədə hissəsini onunla əsaslandırmışdır ki, cavabdeh qanunsuz olaraq onun mənzilində 46 ay yaşamışdır və bu aylara görə hər ay 300 manat olmaqla əldən çıxmış fayda vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hər hansı kirayə müqaviləsi olmadığından tələb həmin hissədə təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, A bşeron Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(012)-2026/2014 saylı qətnaməsi həqiqətən də 2017-ci il tarixdə icra olunmuş və bununla da iddiaçıya ziyan dəymişdir. Mənzilin yararsız hala salınması nəticəsində 4331 manat ziyan tərəfin izahatları və ekspert rəyi ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin izahatını və ekspert rəyini əsas götürərək mənzilə dəymiş ziyanın ödənilməsinə dair qətnamə qəbul etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə digər tələblər üzrə iddianı rədd etməkdə də haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində 46 (qırx altı) ay ərzində əmlakından mərhum olması və hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd et sə də, bu barədə birinci instansiya məhkəməsinə və apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmi ş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-545/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-545/2020
27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver