Məhkəmə qərarları › İş №2(102)-5451/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5451/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5451/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil İlyaz qızının iştirakları ilə, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 na və Cavabdeh3 Əliağa qızına qarşı borc tələbi, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, bu əmlakların hərracda satılması və bu əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilk in satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.B.Mirzəquliyev) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 ndan 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə görə 18.173,79 ABŞ dolları əsas, 5.357,90 ABŞ dolları faiz, 62,80 ABŞ dolları cərimə və 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 10.674,91 ABŞ dolları əsas, 3.109,25 ABŞ dolları faiz, 43,96 ABŞ dolları cərimə, cəmi, 37.422,61 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği, 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 1.995,13 manat, 240,15 manat faiz, cəmi 2.235,28 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 2.295,28 manatın müştərək qaydada alınaraq “xxxx” KB ASC-yə verilməsi, tələbin X1 mülkiyyətində olan ünvan 1 ünvanında olan, 0,594 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmet i olan əmlakın ilkin satış qiymətinin 53.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin olunması, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ndan 24.04.2014-cü il tarixli, 09QB/14-1 saylı əlavəyə görə əsas borc üzrə 18.012,25 (on səkkiz min on iki dollar, iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 5.133,49 (beş min yüz otuz üç dollar qırx doqquz sent) ABŞ dolları, cəmi 23.208,54 (iyirmi üç min iki yüz səkkiz dollar, əlli dörd sent) ABŞ dollar ı, 03.09.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavəyə görə əsas borc üzrə 1.963,91 (min doqquz yüz altmış üç manat doxsan bir qəpik) manat, cəmi 2.204,41 (iki min iki yüz dörd manat qırx bir qəpik) manat, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavəyə görə əsas borc üzrə 10.655,16 (on min altı yüz əlli beş dollar, on altı sent) ABŞ dolları, faiz borcu üzrə 3.036,72 (üç min otuz altı dollar yetmtiş iki sent) ABŞ dolları, cəmi 13.736,28 (on üç min yeddi yüz otuz altı dollar, iyirmi səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 54.000 (əlli dörd min) manat müəyyən edilməsi, iddia çı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci 200 (iki yüz) AZN tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az.MEM, VÖEN **********, AZ 34 CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına, 200 (iki yüz) AZN tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA**********9000000000, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25 NABZ**********000047944, KOD: 505594, SWİFT GUNAAZ22) köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı, 03 sent yabr 2014-cü il tarixli, 6mspXCHZ/14 və 04 iyul 2014-cü il tarixli, 20QB/12-3 saylı əlavə kredit müqavilələrinə vaxtında əvvəl xitam verilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ndan 22 aprel 2014-cü il tarixli, 09QB/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə görə 18.173,79 ABŞ dolları əsas, 5.357,90 ABŞ dolları faiz, 11.662,80 ABŞ dolları cərimə, cəmi 35.194,49 ABŞ dolları; 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 1.995,13 manat, 240,15 manat faiz, cəmi 2.235,28 manat; 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 10.674,91 ABŞ dolları, 3109,25 ABŞ dolları faiz, 4043,96 ABŞ dolları cərimə, cəmi 17.828,12 ABŞ dolları, 30 manat məbləğin də ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; tələbin ipoteka predmeti olan Cavabdeh3 Əliağa qızının mülkiyyətində olan Xaçmaz şəhəri, ** evinə və onun yerləşdiyi 0,0594 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və bu əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 24 aprel 2014-cü il tarixli, 09QB/14- 1 saylı kredit müqaviləsinə görə 35.194,49 ABŞ dolları, 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 2.235,28 manat, 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 17.828,12 ABŞ dolları, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutman ın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 36.000 manat məbləğində müəyyən edilməsi, tələb ipoteka predmeti olan Cavabdeh3 Əliağa qızının mülkiyyətində olan Xaçmaz şəhəri, ** evinə və onun yerləşdiyi 0,0594 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əliağa qızının çıxarılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti v ermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Vəkil İlyaz qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, ipoteka qoyan Cavabdeh3 Əliağa qızına və zamin Cavabdeh2 na münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhk əmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil İlyaz qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və X4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 və vəkili Vəkil İlyaz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıda kılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və p rosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: - 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 faizlə 30.000 ABŞ dolları kredit verilmişdir. -03 sentyabr 2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faizlə 2.000 manat kredit verilmişdir. -30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay m üddətinə illik 24 faizlə 13000 ABŞ dolları kredit verilmişdir. -iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin təminatçısı kimi üzərinə zaminlik məsuliyyəti götürmüşdür. -22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 Əliağa qızının mülkiyyətində olan ünvan 2 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinə daxil olan əmlakın ilkin satış dəyəri 36.000 manat məbləğində müəyyən edilmişdir. -10 may 2016-cı il tarixli arayışlardan görünür ki, Cavabdeh1 həmin tarixə 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 18.173,79 ABŞ dolları əsas, 2.177,48 ABŞ dolları faiz, 1.846,57 ABŞ dolları cərimə, cəmi, 22.1 97,84 ABŞ dolları; 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 1.995,13 manat, 240,15 manat faiz, cəmi, 2.235,28 manat; 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 10.674,91 ABŞ dolları əsas, 1.241,14 ABŞ dolları faiz, 626,54 ABŞ dolları cərimə, cəmi 12.542,59 ABŞ dolları borcu yaranmışdır. -MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında olan torpaq sahəsi və fərdi yaşayış evə Cavabdeh3 Əliağa qızının tam mülkiyyət hüququ qeydə alınmışdır. -ipotekanın qeydiyyata alınması ilə əlaqədar daşınmaz əmlakın müvafiq rəsmi reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 Əliağa qızının mülkiyyətində olan ünvan 2 ünvanında olan torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə y üklü edilmişdir. -30 mart 2016-cı il tarixli bildirişlərdən görünür ki, Cavabdeh3 Əliağa qızı tələbin ipoteka predmetinə yönəldilməsi haqqında xəbərdar edilmiş, bildiriş DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə göndərilmişdir. -31 yanvar 2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında olan ipoteka predmetinə daxil olan əmlakın dəyəri 53.000 manatdır. -25 avqust 2017-ci il tarixli ekspert rəyindən görünür ki, 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc 18.055,39 ABŞ dolları, faiz borcu 2.031,34 ABŞ dolları, 03 sentyabr 2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən əsas borc 1.963,91 manat, faiz borcu 243,72 manat, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc 10.643,75 ABŞ doll arı, faiz borcu 1.197,42 ABŞ dollarıdır. Azərbaycan Respublikasının Konstitusiyasıın 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hall arı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə mə şğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -460.1-ci maddəsinə görə öhdəliklərin icr ası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. -307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı gö stərilmişdir. -309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. -36-cı maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. -39.3.3-cü maddəsinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. -41.2-ci maddəsinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi prose duru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. -59.1. maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.3. və 59.3.2-ci maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldı qda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. -59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməyə dair nəticəyə gəlməkdə haqlı olsa da, cavabdehlərdən tutulacaq əsas və faiz məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinə dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş üzrə keçirilmiş 4174 saylı, 15 noyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçıya 24.04.2014-cü il tarixli, 09QB/14-1 saylı əlavəyə görə əsas borc üzrə 18.012,25 ABŞ dolları, faiz borcu üzrə 5.133,49 ABŞ dolları, 03.09.2014cü il tarixli 6mspXCHZ/14 saylı əlavəyə görə əsas borc üzrə 1.963,91 manat, faiz borcu üzrə 671,96 manat, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavəyə görə əsas borc üzrə 10.655,16 ABŞ dolları, faiz borcu üzrə 3.036,72 ABŞ dolları təşkil edir. İşdə olan «Əmlak ekspert Mərkəzinin» rəyindən görünür ki, olan ünvan 4 ünvanında olan, 0,594 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 92,9 kv.m. ümumi, 66,7 kv.m. yaşayış və 26,2 kv.m. yardımçı sahədən iba rət 28 saylı fərdi yaşayış evinin bazar dəyəri 54.000 manat təşkil edir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin ipoteka qoyan və zamin olan şəxslərə münasibətdə düzgün hüquqi nəticəyə gəlməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, həmin şəxslər birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında mübahisələndirməmişlər. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-85/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi kassasiy a şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar