Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5453/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli 2(104)-988/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Seyfullayev, iş № 2(021)-1272/2018) İddiaçı Cavabdeh qarşı pul və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cava bdehdən iddiaçının xeyrinə 6564 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: N.N.Quliyev, F.Ə.Mehtiyev və R.Ş.Muradov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 6564 manat, dövlət rüsumuna görə 30 manat tutulmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Bərdə şəhərində yerləşən “Bitki Dərmanları və Toxum” mağazasının sahibi İddiaçı 2018-ci ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 il ondan əvvəl yaxş ı tanıdığı Cavabdeh bitki dərmanları və toxumlarını nisyə satmasını, lakin sonuncunun onların dəyərinin bir qismini təşkil edən 6564 manatı qaytarmamaqla ona həmin məbləğdə borcunun qalmasını, dəfələrlə tələb etməsinə baxmayaraq borcunu qaytarmaqdan yayınmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 6564 manat borcun və 3000 manat zərərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxı lma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı cavabdehdən 6564 manat tutulması tələbinə dair hissədə rədd edərkən işdə tələbin əsa slı olmasını təsdiq edən sübutların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın əsaslılığını sübut etmək yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq onun tərəfindən məhkəməyə tələbinin əsaslı olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdehin ona borcunun olmasını təsdiq edən sübut kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və işin 10-11-ci səhifələrində olan qeydiyyat və istinad etdiyi şahid ifadələri tələbin əsaslı olması qənaətinə gəlmək üçün əsas vermədiyindən məhkəmə kollegiyası onları sübut kimi qəbul etməmişdir. İş üzrə Cavabdeh isə aldığı bitki toxumlarına və dərmanlara görə iddiaçıya hər hansı məbləğdə borcunun qalmasını qəti inkar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş halları cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin qalması nəticəsinə gəlmək üçün əsas vermədiyindən məhkəmə kollegiyası borc və öhdəlik münasibətlərini tənzimləyən normalara əsaslanmaqla iddianı rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 yanvar 20 19-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5453/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5453/2019
01.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver