Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5453/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: ASC "İddiaçıı" Cavabdeh: Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit və ipoteka müqavilələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 t ərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən borcalana 48 ay müddətinə, illik 17 % ödəmək şərtilə 28.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bankla Cavabdeh5 arasında sonuncuya məxsus mənzilinin ipoteka qoyulması barədə ipoteka müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxxx 2016-cı il tarixdə ASC «Xalq» Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il ta rixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh5 məxsus mənzilə tutmanın yönəldilməsi və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 ASC “Xalq” Bankı qarşısında 24512 ABŞ dolları məbləğində əsas borcu, 2699 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 61 ABŞ dolları məbləğində cərimə faizlərinin, cəmi 27272 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizlərinin iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, mənzil satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 43.000 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14582/2016 nömrəli iş üzrə xx xxxxxxx 2016cı il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia qismən təmin edilmiş, Cavabdeh1 24512 ABŞ dolları əsas borcu, 2699 ABŞ doll arı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1,35 ABŞ dolları cərimə faizləri, cəmi 27212 ABŞ dolları borcun alınaraq iddiaçıya ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 43.000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmeti mənzilə tutma yönəldikdə və o satıldıqda mənzili 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları qət edimiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiy a məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun gəlmir və maddi, habelə prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bank tərəfindən faiz məbləği artıq hesablanmışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ASC “Xalq” Bankına 24504 ABŞ dolları məbləğində əsas borcu, 2753 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, cəmi 27257 ABŞ dolları borcu vardır. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyən edilmişdir ki, ipoteka predmeti olan mənzilin bazar dəyəri 45000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(105)-35/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.G.Rəhimov, G.F.Tağızadə, T.O.Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24504,31 ABŞ dolları məbləğində əsas borcun (manat məzənnəsilə) tutularaq iddiaçıya verilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdakı ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi qət edilmiş, Cavabdeh5 dair hissədə işin icraatına xitam verilməsi nəzərə alınmaqla qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 739.1, 442, 443, 445, 448-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 ASC “Xalq” Bankından aldığı kreditlər üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri ASC “Xalq” Bankına qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, müqavilə öhdəliklərini icra etməyərək, ASC “Xalq” Bankı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini və onun satılmasını, habelə boşaldılmasını tələb etmək hüququ yaranmışdır. Apelyasiya məh kəməsi tərəfindən ekspert və qiymətləndirmə rəyləri əsas götürülməklə, borc məbləği və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini əsassız he sab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hə min Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə göt ürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Q anunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Muxtadir Baxşəliyevin hazırda da mübahisələndirdiyi, məzmunca apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5453/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5453/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver