Məhkəmə qərarları › İş №2(102)-5453/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5453/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5453/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) 10.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Rəhimov İlham Teyyub oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)553/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mülkiyyətində Bərdə rayonun Məmmədli kənidinin ərazisində 17,5282 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin cənubundan K-32 kollektor kanalı keçir. 2. 2018-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində suyun səviyyəsinin qalxması nəticəsində iddiaçının torpaq sahəsi suyun altında qalmışdır.

3. İddiaçının müraciəti əsasında Məmmədli kəndi üzrə icra nümayəndəsinin, Məmmədli bələdiyyəsinin sədrinin, aqronomun, bir nəfər kənd sakininin və mülkiyyətçinin iştirakı ilə 23 aprel 2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan 17,52 ha torpaq sahəsi cavabdeh "xxxx" ASC-nin balansında olan K-32 kanalı ilə əhatə olunmuşdur. Cavabdehin həmin kanalda apardığı inşaat işləri, yəni körpünün inşası və kanalın Kür çayına qovuşduğu yerdə tunelin tikintisi səbəbindən kanalda suyun səviyyəsi qalxmış və nəticədə kanal daşaraq iddiaçıya məxsus 17,52 ha torpaq sahəsi su altında qalmış, məhsul məhv olmuş, bir aydan artıq qrunt suları altında qaldığından, torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür.

4. Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin Torpaq məsələləri üzrə baş məsləhətçisi, bitkiçilik sektorunun baş məsləhətçisi, Məmmədli kəndi üzrə icra nümayəndəsi, Məmmədli bələdiyyəsinin sədri və İddiaçı iştirakı ilə iddiaçının torpaq sahəsinə baxış keçirilmiş və 25.06.2018-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 17,52 hektar torpaq sahəsinin cənubundan keçən K-32 kan alında 2018-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində suyun səviyyəsinin qalxması nəticəsində su qoruma bəndini aşaraq əkin sahələrinə dolmuş və vətəndaş İddiaçı məxsus 6 hektar arpa, 6 hektar yonca, 4 hektar pambıq əkini üçün şumlanmış torpaq sahəsi və 1,52 ha otlaq sahəsi uzun müddət su altında qalaraq tamamilə məhv olmuşdur. Suyun sahəyə çıxması nəticəsində İddiaçı 6 ha arpaya görə (hər hektara 20 sentner olmaqla 12 ton məhsula) 3000 manat, 6 ha yoncaya görə (2500 ot bağı olmaqla hər birin qiyməti 2 manat hesabı ilə) 5000 manat, 4 ha aparmış olduğu şuma görə 200 manat olmaqla cəmi 8200 manat məbləğində ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cavabdeh tərəfindən ona vurulmuş ümumilikdə 10000 manat maddi ziyanın əvəzinin "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə cavabdeh K-32 kanalının üzərində körpü inşa etmişdir. Bu körpü standartlara uyğun tikilmədiyindən kanalın su ötürücülük qabiliyyətini azaltmışdır və bu səbəbdən də 2018-ci ilin mart ayında kanalda suyun səviyyəsi qalxmış, kanal daşaraq ona məxsus torpaq sahəsində 6 hektar arpa, 6 hektar yonca, 4 hektar pambıq əkilməsi üçün şumlanmış sahə və 2 hektara yaxın otlaq sahəsi suyun altında qalmış, ona külli miqdarda ziyan dəymişdir. Kanalın su ötürücülüyü körpünün inşası səbəbindən pozulduğundan ona məxsus torpaq sahəsi suyun altında qalmışdır. Yalnız onun israrları və mütəm adi zəngləri nəticəsində Kürdəmir rayonu Mollakənd qəsəbəsində yerləşən cavabdehin tabeliyində olan Mil-Qarabağ və X1 istismarı idarəsi tərəfindən bəzi işlər görülmüş, bundan sonra suyun səviyyəsi torpaq sahəsində azalmağa başlamışdır. Bununla belə onun mülkiyyətində olan 18 hektara yaxın torpaq sahəsi bir aydan çox müddətdə suyun altında qalmışdır. Nəticədə əziyyətinin və kredit hesabına çəkdiyi xərclərin əlindən çıxması ilə yanaşı, həm də torpaq sahəsi yararsız vəziyyətə düşmüşdür. Həmin körpü tikilənə qədər K-32 kanalı baxımsız qalsa da, heç vaxt daşmamışdır.

7. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, ziyan cavabdehin təqsiri üzündən deyil, təbii fəlakət, yəni yağış suları nəticəsində dəymişdir.

8. Cavabdeh etirazın əsası kimi 17.04.2018- ci il tarixdə tabeliyində olan yerli təşkilatda həmin təşkilatın nümayəndələrinin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə tərtib olunmuş aktı təqdim etmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(009)2231/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsini su basması cavabdehin təqsiri üzündən baş verməsi halı sübut olunmur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti tərəfindən verilmiş 05.07.2018-ci il tarixli arayışında göstərilmişdir ki, 2018-ci ilin mart ayı üçün yağıntının faktiki miqdarı aylıq normadan 2,3 dəfə çox olmuşdur. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə əsaslandırması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbin in təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019cu il tarixli, 2(102)-1006/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında torpaq sahəsini su basması və iddiaçıya ziyan dəyməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş 2 akt vardır. Cavabdeh iddiaya etiraz etmiş və ziyanın cavabdehin təqsiri üzündən deyil, təbii fəlakət, yəni yağış suları nəticəsində dəydiyini göstərmişdir. Cavabdeh etirazın əsası kimi 17.04.2018-ci il tarixdə tabeliyində olan yerli təşkilatda həmin təşkilatın nümayəndələrinin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə tərtib olunmuş aktı təqdim etmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunan aktları mötəbər sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə onun iddiası təmin oluna bilməz. Lakin məhkəmə cavabdehin təqdim etdiyi aktı mötəbər sübut kimi qəbul edərək onu iddianın rədd olunması üçün əsas kimi göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən cavabdehin təqdim etdiyi sübutlara iddiaçının təqdim etdiyi sübutlara münasibətdə daha çox üstünlük verməsinin, onları daha mötəbər saymasının səbəbini açıqlamamış və əsaslandırmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. İşə apelyasiya instansiyası məhkəmə sində yenidən baxılarkən ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mütəxəssis rəyinə əsasən iddiaçının 8,0 ha buğda, 7,0 ha yonca, 2,52 ha otlaq sahəsi vardır. Buğda əkinin sıxlığı normal, yonca əkinində seyrəklik müşahidə olunur. Otlaq sahəsi isə otlaq üçün tam yararlıdır. Əzəmətli buğda sortu və Beyləqan yerli yonca sortlarından istifadə olunması, buğdanın bir illik məhsuldarlığı bir hektara 25-28 sentner, yoncanın məhsuldarlığı isə 1 hektara orta hesabla il ərzində 4 dəfə biçilərsə 400-500 yonca bağı (8,0-10,0 ton) məhsul verə bilər. 17,5282 ha torpaq sahəsi pay torpağı olub açıq boz, ağır gillicəli olub, keyfiyyət tərkibi 4-cü qrup olmaqla qismən şoranlaşmış, kənd təsərrüfatı bitkiləri üçün yararlı olub, xüsusi lə də arpa, buğda və yonca əkinləri üçün daha üstün səmərə verə bilər. 2018-ci il tarixdə mövsüm zamanı 1 kq buğdanın orta bazar qiyməti təxminən 0,2 manat, 1 bağlama yonca-2,50 manat, 1 bağlama ot - 2,0 manat müəyyən edilir. (Təqdim edilmiş 31 may 2019- cu il tarixli mütəxəssis rəyində aqrotexniki qulluq və digər xərclər barədə məlumat qeyd edilməmişdir.) Rəyin tədqiqat hissəsi 23.04.2018-ci və 28.06.2018-ci il tarixlərdə tərtib olunmuş aktlara, iş materiallarında olan foto şəkillərə, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bərdə rayonu, Məmmədli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 17,52 hektar torpaq sahəsinin cənubundan keçən K-32 kanalında Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apardığı inşaat işləri yə ni mülkiyyətçinin torpaq sahəsinin yaxınlığında körpünün inşası səbəbindən kanalda (k-32) suyun səviyyəsinin qalxmasına səbəb olmuş və son nəticədə kanal mülkiyyətçi İddiaçı məxsus 17,52 ha torpaq sahəsinə ziyan dəymişdir.

18. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli 2(103)-3619/2019 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Rafael Eyvazov) iddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılaraq, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 8200 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi qət edilmişdir.

19. Məhkəmə gəldi yi nəticəni onunla əsaslandırmışdır ki, əlavə və ya təkrar ekspertizaların keçirilməsi üçün cavabdehin (öz etirazının) əsas kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsə də, fövqəladə komissiya və ya Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh mübahisə predmeti olan körpünün və orada mövcud olan qurğuların onun xidmət sahəsinə və vəzifələrinə aid olduğunu mübahisələndirməmişdir. Torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək; yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumat larını aidiyyəti dövlət orqanlarına təqdim etmək; Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək məhz cavabdehin nizamnaməsində əks edilmiş vəzifələrinə aiddir. Ona görə, cavabdehə münasibətdə təkzibedici yeganə sübut kimi yağış suların ö dövrdə çox olması məhz cavabdehin xidmət sahəsinə aid su qovşaqlarının və onların istismarının təhlükəsizliyinin təmin edilməməsi üzrə mülki məsuliyyəti müəyyən edir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli, 2(102)-3269/2020 saylı qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), İ.Xəliolov və A.Abbasov) cavabdehin kassas iya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin etirazının və hazırkı kassasiya şikayətində aydınlaşdırılmasını zəruri hesab etdiyi dəlili baş vermiş hadisə ilə cavabdehin təqsirli, hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin aydınlaşdırılmasına yönəlmişdir. Apelyasiya məhkəməsi işdə göstərilən sübut olmasına baxmayaraq onu qiymətləndirməmiş və qeyd etmişdir ki, cavabdehin (öz etirazının) əsas kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsə də, fövqəladə komissiya və ya Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təq dim edilməmişdir.

22. Apelyasiya məhkəməsinin kompleks məhkəmə-təhlükəsizlik texnikası, məhkəməbioloji, məhkəmə-mühasibat, məhkəmə-torpaqşünaslıq, məhkəmə tikinti-texniki və məhkəmə-ekoloji ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakılardan ibarət olmuşdur;

1. İddiaçıya məxsus Bərdə rayon Məmmədli kəndidə 6,8082 ha torpaq sahəsində və Bərdə rayon Məmmədli kəndində 10,72 ha torpaq sahəsində (səh 9:10) (iddiaçının əkin sahəsinə) ziyan vurulması, bunun səbəbi, cavabdehin təqsirli, hüquqa ziddə hərəkəti (hərəkətsizliyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə?

2. Cavabdehə məxsus (iki ədəd D-1000 mm diametrli borudan ibarət K-32) kollektorunun sukeçirmə qüvvəsi (layihə sərfini buraxmaq iqtidarında olduğu, yağan yağışın, körpünün və ya digər halların daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb ola bilməsi aydınlaşdırılsın.

23. Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2019-cu il tarixli rəyində başqa hallarla yanaşı həm də qeyd edilmişdir ki, 23.04.2018-ci və 28.06.2018-ci il tarixlərdə tərtib olunmuş aktlara, iş materiallarında olan foto şəkillərə, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bərdə rayonu, Məmmədli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 17,52 hektar torpaq sahəsini cənubundan keçən K-32 kanalında Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apardığı inşaat işləri yəni mülkiyyətçinin torpaq sahəsinin yaxınlığında körpünün inşası səbəbindən kanalda (k-32) suyunun səviyyəsinin qalxmasına səbəb olmuş və son nəticədə kanal mülkiyyətçi İddiaçı məxsus 17,52 ha torpaq sahəsinə ziyan dəymişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə ekspertiza Mərkəzinin 29.10.2019-cu il tarixli rəyini mötəbər rəy hesab edərkən suallara tamamilə aydın olan şəkildə cavab verilməməsini, yalnız iş materiallarında olan sübutlara (aktlara, hansı ki kassasiya məhkəməsi həmin aktlar arasında ziddiyyət olmasını göstərmişdir) istinadla verilməsini, işin halları baxımından baş vermiş hadisə ilə dəymiş zərərin səbəbli əlaqəsinin olmasının müəyyən olunmamış qalmasını nəzərə almamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

25. İşə apelyasiya instansiyası məhkəməsində yenidən baxılarkən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 7/783-10/3391 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən, cavabdehə məxsus (iki ədəd D-1000 mm diametrli borudan ibarət K-32) kollektorunun sukeçirmə qüvvəsi (layihə sərfini buraxmaq iqtidarında olduğu), yağan yağışın miqdarı, körpünün tikilməsi daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb olması müəyyən edilir.

26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli 2(103)553/2021 nömrəli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Sarıyev və Z.Şirinov) iddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılaraq, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 8200 manat məbləğində pul vəsaitinin İddiaçı öd ənilməsi qət edilmiş, 100 manat ekspertiza xərcləri cavabdehə aid edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni ekspert rəyinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayətində işin faktik halları təkrar göstərilmiş və qeyd olunmuşdur ki, "xxxx" ASC tərəfindən Bərdə rayonun icra hakimiyyəti orqanlarının iştirakı ilə aparılmış araşdırmaların nəticəsi barədə 17.04.2018-ci il tarixdə tərtib edi lmiş akta əsasən, 20018-ci ilin əvvəllərində Bərdə rayonunda yağan yağışın intensivliyi suyun torpağa hopma sürətindən dəfələrlə çox olduğundan yerüstü səthi axın yaranmış, su nisbətən çökək ərazilərdə göllənmiş, ərazidəki şirə arxları, kanallar və drenlər səth suları ilə dolmuşdur. K32 kollektoruna daxil olan suların həcmi dəfələrlə artdığından (onun layihə sərfi saniyədə 2,0 kbm/san olduğu halda, həmin dövrdə kollektora 10 kbm/san yaxın su daxil olmuşdur) orada suyun səviyyəsi yüksəlmiş, ərazidə toplanmış suların bu kollektora axını çətinləşmişdir. Görülmüş tədbirlər nəticəsində K-32 kollektorunda suyun səviyyəsi gündəngünə aşağı düşmüş, suların kollektora axıdılması sürətləndirilmişdir. Bundan başqa, K-32 kollektoru selötürücü və ya çirkab suyu kollektoru deyildir. Həmin kollektor torpa qda duzsu rejimini tənzimləmək üçün yaradılmış hidrotexniki qurğudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Cavabdehin vəkili Rəhimov İlham Teyyub oğlunun kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

32. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda v ə ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəll əsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə cavabdehin vəkilinin izahatlarını dinləyib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, iddia tələbinin faktik əsasını, 2017-ci ildə cavabdeh tərəfindən K-32 kanalının üzərində inşa olunmuş körpünün tikilməsi nəticəsində kanalın su ötürücülük qabiliyyətinin azalması, 2018-ci ilin mart ayında kanalda suyun səviyyəsinin qalxdığı vaxt kanalın daşaraq iddiaçıya məxsus 17,52 ha torpaq sahəsini uzun müddət su altında qoyması səbəbindən tarladan gözlənilən gəlirdən məhrum olması təşkil edir.

41. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi əsasında müəyyən edilmiş hallarından görünür ki, K-23 kollektorunun enu 14 metr olmuş, kanalın üzərində körpünün inşa edilərkən 2 ədəd D-1000mm ölçüdə boru quraşdırılmışdır. Sonradan körpünün uzunluğu genişləndirilərək, əlavə D-1000mm ölçüdə borular quraşdırılmışdır. K-32 kollektorunun sukeçirmə qüvvəsi (lay ihə sərfini buraxmaq iqtidarında olduğu), yağan yağışın miqdarı, körpünün tikilməsi daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb olmuşdur. Ekspert və mütəxəssilərin rəyinə əsasən iddiaçıya məhv olmuş 6 ha arpaya görə 3000 manat, 6 ha yoncaya görə 5000 manat, 4 ha torpaqda aparılmış şumlama işlərinə görə 200 manat olmaqla, cəmi 8200 manat ziyan vurulmuşdur.

42. İddia tələbinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə görə, cavabdeh o vaxt mülki hüquqi məsuliyyət daşımağa borcludur ki, iddiaçıya qarşı hər hansı delikt törətmiş olsun, yəni o, hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hər hansı təqsirli, hüquqa zidd əməl törətmiş olsun və nəticədə iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuş olsun və işin bu halları möhtəbər yazılı sübutlarla təsdiq edilsin (məsələn, ekspertin rəyi, hüquqi şəxsin döriyyəsini özündə ehtiva edən maliyyə sənədləri və sair).

43. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddianın maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin dispozisiya şərtləri əsasında işin hallarını araşdırmış və müəyyən etmişdir ki, cavabdeh mübahisə predmeti olan körpünün və orada mövcud olan qurğuların onun xidmət sahəsinə və vəzifələrinə aid olduğunu mübahisələndirmir. Belə ki, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək, yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və su ların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyatı dövlət orqanlarına təqdim etmək, Azərbaycan Respublikasının su qanunveiciliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək məhz cavabdehin nizamnaməsində əks edilmiş vəzifələrinə aiddir.

44. Apellyasiya instansiyası daha sonra qeyd etmişdir ki, bundan əlavə, cavabdeh tərəfin etirazında iddiaçının əkin sahəsinə dəymiş ziyanın əsası kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsədə, fövqəladə komissiya və ya fövqəladə nazirliyin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təqdim edilməmişdir. Cavabdehin yeganə sübut növü kimi göstərdiyi yağış sularının həmin dövrdə çox olması məhz cavabdeh tərəfin xidmət sahəsinə aid su qovşaqlarının və onların istismarının təhlükəsizliyinin təmin edilməməsi üzrə mülki məsuliyyət müəyyən edir. Buna görə də cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüş və torpaq üzərindəki məhsul da məhv olmaqla ona maddi ziyan dəymişdir. Bu hal apellyasiya icraatı zamanı keçirilmiş hər iki məhkəmə tikintitexniki ekspertizasının rəyləri ilə sübuta yetirilmişdir.

45. Göründüyü kimi apellyasiya instansiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl olunmuş, təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

47. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

48. Məhkəmə kollegiyası qey d olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)553/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar