Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5454/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili Nümayəndə, Cavabdeh1 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(104)1209/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(015)-1165/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Y.Əliyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və payların bərabər şəkildə bölünməsi” barədə iddiası qismən təmin edilərək, mərhum Xdan miras qalmış Ağstafa rayonu, Köçəskər kəndində yerləşən 0,16 ha torpaq sahəsinin və onun üzərində 1950-ci ildə tikilmiş, 1 otaqlı, ümumi sahəsi 56,8 kv.metr, yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 16,8 kv.metr olan yaşayış evinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına reyestr orqanı tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 10 yanvar 2012-ci il tarixli çıxarış etibarsız hesab edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdehlər qətnamədən apellyasiya şikayəti veriblər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(104)1209/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağstafa rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və payların bərabər şəkildə bölünməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, mərhum anası X1 rayonu, Köçəskər kəndində yerləşən 0,16 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş sahəsi 83,9 kv.metr olan fərdi yaşayış evi miras qalıb. X5 öldükdən sonra mərhu m qardaşı X1in arvadı Cavabdeh1 heç bir qanuni əsas olmadan sözügedən evi öz mülkiyyətinə keçirərək, həmin evə dair mülkiyyət hüququna dair 10 yanvar 2012-ci il tarixli çıxarış alıb. Halbuki, o da mərhum Xnın vərəsəsidir və miras ev cavabdhlərin adlarına rəsmiləşdirilərkən ondan heç bir yazılı razılıq alınmayıb və nəticədə onun miras əmlaka mülkiyyət hüququ pozulub. Cavabdehlər saxta sənədlər əsasında ona düşən miras payı öz adlarına keçirib. Mübahisənin könüllü surətdə nizama salınması üçün dəfələrlə cavabdehlərə şifahi müraciətlər etsə də, bunun heç bir nəticəsi olmayıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasland ırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı və vəkili Nümayəndə məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 və vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cava bdehlər Cavabdeh2, Cavabdeh3 və Ağstafa rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, iddiaçının mərhum X5dan miras qalmış əmlakı nə faktiki surətdə idarə etməklə, nə də bu barədə notariat orqanına ərizə verməklə qəbul etməməsinə, mərhum Xnın ölümündən sonra onadan miras qalmış evdə mərhum X1in yaşamasına, sonuncunun ölümündən sonra isə miras əmlakın faktiki olaraq cavabdehlər tərəfindən idarə olunmasına və beləliklə də iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə ist inad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1151-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Ağstafa rayonu, Köçəskər kəndində yerləşən, 1950-ci ildə tikilm iş, 1 otaqlı, ümumi sahəsi 56,8 kv.metr, yaşayış sahəsi 40,0 kv.metr, yardımçı sahəsi 16,8 kv.metr olan fərdi yaşayış evi bütövlükdə Xnın mülkiyyətində olub. Evin yerləşdiyi 0,16 ha həyətyanı torpaq sahəsi isə X, X1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olub. X 16 avqust 2008-ci ildə, X1 isə 22 iyul 2011-ci il tarixdə ölüblər. Bundan sonra notariat orqanı tərəfindən mərhum Xdan miras qalmış əmlaklara dair cavabehlərin adlarına 28 oktyabr 2011-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Daha sonra işdən görünür ki, 10 yanvar 2012-ci il tarixli Çıxarışa əsasən Ağstafa rayonu, Köçəskər kəndində yerləşən, 0,16 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 291,1 kv.metr, ya şayış sahəsi 83,9 kv.metr, yardımçı sahəsi 207,2 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına qeydə alınıb. 08 avqust 2018-ci il tarixdə iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq “miras əmlaklara dair cavabdehlərin adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlaklarda payların bərabər bölünməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. İşdən görünür ki, iddiaçı daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 17-ci mikrorayon, 21 saylı evin 44-cü mənzilində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəm ə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay almaq hüquqlu vərəsələrdir. Həmin Məcəllənin 1243-cümaddəsinəəsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mir as vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, əvvəla, iddiaçı miras əmlakı qanun üzrə qəbul etməyib. Belə ki, o, nə mirasın açıldığı yer üzrə notariat kont oruna mirası qəbul etməsinə dair ərizə verməklə, nə də miras əmlaka sahiblik etməyə və ya miras əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etməyib. İddaçı özü də kassasiya şikayətində bu faktı inkar etməmişdir. Digər tərəfdən işdən görünür ki, iddiaçı, miras əmlaka vərəsəlik açıldıqdan 10 il müddət keçdikdən sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir və o, iddia ərizəsində miras əmlaka hüququn qeydə alınması üçün əsas olan sənədləri deyil, hüququn qeydə alınmasını təsdiq edən Çıxarışı mübahisələndirmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib və bununla da sadalanan maddi hüquq normalarının tələblərini pozub. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbayc an Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı üçün iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İ ş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(104)-1209/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5454/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5454/2019
03.09.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver