Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5456/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(104)-3256/2019 saylı qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.V.Bayramov, L.S.Süleymanov və F.Ə.Mehtiyev) həmin məhkəmənin 05 sentyabr 2018-ci il tarixli qətnam əsindən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair iddiaçı “xxxx” ASC-nin ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Gəncə şəhəri Nizami rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ilin dekabr ayında iş üzrə iddiaçı “xxxx” ASC Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassas iya şikayəti vermiş, həmin məhkəmənin 08 fevral 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürüldüyündən geri qaytarılmışdır. Sonradan iddiaçı “xxxx” ASC kassasiya şikayəti vermiş, habelə ərizə ilə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və həmçinin ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə yuxarıda qeyd olunduğu kimi əsassız hesab edilərək təmin olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən iddiaçı “xxxx” ASC tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunda müəyyən olunmuş müddətin ötürülməsinə əsaslanmış və hesab etmişdir ki, müddətin ötürülməsinin üzrlü sayılması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, mübahisələndirilən 05 sentyabr 2018-ci il tarixli qətnamənin surəti “xxxx” ASC-yə göndərilmiş və 02.10.2018-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmiş, kassasiya şikayəti isə 19.12.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş, 18.12.2018-ci il tarixdə isə poçta təqdim olunmuşdur. İddiaçı prosessual müddətin bərpası barədə ərizəni qətnamənin bank tərəfindən qəb ul edilməsi barədə 02.10.2018-ci il tarixlı qəbzi imzalamış “İsmayılova” soyadlı şəxsin bankın əməkdaşı olmaması, yəni bankın əməkdaşları tərəfindən belə bir məktubun qəbul edilməməsi ilə əsaslandırmış, lakin bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddət ötürülməklə verildiyindən müddətin bərpası üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bur axılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, kassasiya şikayətinin verilmə müddətinin bərpası üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi ərizəni rədd etməklə və kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5456/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5456/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver