Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5459/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5459/2018 03 sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2018-ci il tarixli 2(103)-2798/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 31. 01.2017-ci il tarixli 2(006)905/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 7.000 manat əsas borc, 750 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 350 manat məbləğində faiz, həmçinin 1.000 manat hüquqi yardıma görə çəkilmiş xərcin, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının əvəzi, cəmi 15.750 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respu blikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 8.381 manat məbləğində pulun alınaraq İddiaçı na verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 28.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.01.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, İddiaçı ndan Cavabdeh2 xeyrinə 15 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2018- ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə 15.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 16.500 ABŞ dolları və 7.000 manat əsas borc pulun, gecikdirilmiş borca görə 825 ABŞ dolları və 350 manat faizin, 1.000 manat nümayəndə xərcinin, 30 manat məhkəmə xərcinin, 1 manat bank xidmət haqqının, ümumilikdə isə 17.325 ABŞ dolları və 8.381 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılması, həmçinin işə baxılarkən Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri aşkar olunarsa bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı r ki, İddiaçı 2015-ci ilin son aylarında keçmiş qonşusu X4 ilə hüzr məclisində rastlaşmış, söhbət zamanı sonuncu iddiaçıya bildirmişdir ki, əslən azərbaycanlı, lakin Ukrayna Respublikasının vətəndaşı olan Cavabdeh1 adlı yaxın qohumu var və həmin şəxs hazırda Qazaxstan Respublikasında "xxxx" şirkətinə məxsus «Ekspo-Senter» layihəsi çərçivəsində olan tikinti tenderini udub və bu proyekti həyata keçirmək üçün o, borc pul axtarır. Bundan sonra onlar üçü görüşmüşlər, cavabdeh iddiaçının etibarını qazanmaq üçün özünü iş (biznes) adamı kimi təqdim edərək, faktiki olaraq ailəsi ilə ünvan 1 ünvanda yaşadığını söyləmişdir. Söhbət əsnasında özü tez-tez xarici səfərlər etsə də, həyat yoldaşı və eyni zamanda biznes partnyoru olan Cavabdeh2 daim Bakı şəhərində yaşadığını, habelə övladlarının 23 saylı şə hər məktəbində oxuduğunu bildirmişdir. Bundan sonra Cavabdeh1 iddiaçıya bildirmişdir ki, o, bu məsələ ilə əlaqədar artıq Qazaxıstan Respublikasında olub və orada "xxxx" şirkətinin nümayəndəsi olan «C6» adlı şəxslə görüşüb və o, demək olar ki, bu tenderdə qalib gəlib. Daha sonra, cavabdeh Qazaxıstan Respublikasından qayıtdıqdan sonra Cavabdeh2, iddiaçı və cavabdehin qohumu Cəlil ilə birlikdə Bakı şəhəri ünvan 2 ünvanda yeraltı avtomobil dayanacağının üstü olan «Qış Parkında» yerləşən çayxanada dördü görüşmüşlər. N6 onlara bildirmişdir ki, Qazaxstan Respublikasına gedib-gəlmək və müəyyən hərəkətləri etmək üçün ona borc pul lazımdır. Bu məqsədlə o, iddiaçıdan 2 ay müddətinə borca pul istəmişdir. Bunun müqabilində o, pulu vaxtında qaytaracağına və iddiaçıya gələcəkdə əlindən gələn yaxşılıqlar edəcəyinə söz vermişdir. Bu səbəbdən iddiaçı ona inanaraq istədiyi məbləğdən müəyyən hissəni düzəltmək üçün N6dən 2-3 gün möhlət istəmiş, üç gündən sonra tanışı A6 5.000 ABŞ dolları məbləğində borc alaraq yuxarıda qeyd etdiyi ünvanda yerləşən çayxanada Cəlilin iştirakı ilə pulu cavabdehlər N6 və S8 R6 vermişdir. Nəhayət, N6 yenidən Qazaxıstan Respublikasına getməli olmuşdur. O, Qazaxıstana ilk dəfə gedəndə öz hesabına getmişdir. Növbəti səfərləri isə yəni dörd dəfə gediş-gəliş haqqı və buna aid digər xərcləri iddiaçıdan aldığı borc pullar hesabına ödəmişdir. Belə ki, birinci dəfə iddiaçı ona 600 ABŞ dolları gediş-gəliş bilet haqqı və 1.500 ABŞ dolları mehmanxana və digər xərcləri olmaqla, cəmi 2.100 ABŞ dolları vermişdir. Bundan sonra, ikinci dəfə eyni qaydada, 600 ABŞ dolları gediş-gəliş haqqı və 1.500 ABŞ dolları mehmanxana və digər xərclər, cəmi 2.100 ABŞ dolları vermişdir. Cavabdeh1 Qazaxıstan Respublikasından ikinci dəfə qayıtdıqdan sonra ona yenidən 10.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. İddiaçı artıq ona kifayət qədər pul verdiyindən və pulunu geri ala bilsin deyə cavabdehin sözündən çıxa bilməyərək 3.000 ABŞ dolları tanışı X2 borc almış və 7.000 manat pulu «Kapital Bank»-dan faizlə kredit götürərək həmin bankda kassanın qarşısında Cəlilin iştirakı ilə N6yə vermişdir. İddiaçıdan növbəti borc pulu aldıqdan sonra Cavabdeh1 iş adamı obrazını yaratmaq üçün yenidən Qazaxıstan Respublikasına yola düşmüşdür. Daha sonra üçüncü dəfə 600 ABŞ dolları gediş-gəliş bilet haqqı və 1.500 ABŞ dolları mehmanxana və digər xərclər və bundan əlavə Qazaxıstandan zəng edib əlavə 1.000 ABŞ dolları pul istəyib və iddiaçı həmin pulları da bank vasitəsilə Cavabdeh1 göndərmişdir. İddiaçı cavabdehlər N6 və Samirə Rüstəmovların hərəkətlərindən şübhələndiyindən, Cavabdeh1 ilə birgə Qazaxıstan Respublikasına getmək və öz gözü ilə şahid olmaq qərarına gəlmişdir. N6 onun getməsinə narazılıq etsə də, onun narazılığına baxmayaraq, iddiaçı 13.07.2016-cı il tarixdə 1.200 ABŞ dolları gediş-gəliş haqqını və yol xərcini verərək N6 ilə birlikdə Qazaxıstan Respublikasına yollanmışdır. Təyyarədə uçarkən iddiaçı təsadüfən "xxxx" şirkətinin nümayəndəsi «C6» adlı şəxslə rastlaşmış və onunla tanış çıxmışdır. Lakin N6 onunla C6 tender barəsində danışmağına imkan verməmişdir. Qazaxıstanda olarkən isə iddiaçı N6nin xəbəri olmadan mehmanxanada C6lə görüşmüş və tender barədə ondan ətraflı maraq lanmışdır. C6 iddiaçıya bildirmişdir ki, «Ekspo Senterin» tikintisində tenderlərə görə əvvəlki şirkət rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub, tenderin keçirilməsi mümkünsüz bir məsələdir. "xxxx" Şirkətinin nümayəndəsi kimi C6 iddiaçı ilə açıq söhbət etmiş, N6 ilə onun təmsil etdiyi şirkət arasında heç bir tender sövdələşməsi və iş birliyi olmadığını bildirmişdir. Cavabdeh1 qurduğu uydurma tender məsələsi yalan və cəfəngiyatdır. Bu söhbət zamanı C6 bildirmişdir ki, əgər N6 onun adından istifadə edib iddiaçıya qarşı dələduzluq edərək, onun etibarından sui-istifadə edərək külli miqdarda pulu mənimsəyibsə, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etsin və o da lazım gələrsə bu faktları təsdiq edəcək. N6nin və S6 qurduqları bu saxta qurma iş prosesi təxminən 5-6 ay müddətində davam etm işdir. Etibarını qazanmaq üçün Cavabdeh1 20.02.2016-cı il tarixdə öz xətti ilə iddiaçıya olan borcunu etiraf edərək qısa müddətdə qaytaracağına yazılı şəkildə söz vermişdir. Nəticə etibarı ilə cavabdehlər iddiaçının etibarından sui-istifadə edərək, ona məxsus 7.000 manat və 16.500 ABŞ dolları pulu və öz qohumları C6 isə 900 ABŞ dolları pulu borc adı ilə alaraq əslində dələduzluq cinayəti etmişlər. Bu müddət ərzində iddiaçı tərəfindən dəfələrlə borclulara yaratdıqları borcu könüllü şəkildə qaytarmağı təklif etsə də, birinci Cavabdeh1 ölkəni tərk edərək Ukrayna Dövlətində gizlənir və istifadə etdiyi (070) ***-**-** nömrəli mobil telefon vasitəsi ilə iddiaçıya olan borcunu heç vaxt ödəməyəcəyini bildirir. İkinci Cavabdeh2 isə ona borcla bağlı müraciət etdikdə o, qapı arxasından danışaraq yo ldaşının burada olmadığını bəhanə gətirərək iddiaçıdan aldığı borcunu ödəməkdən açıq-aşkar şəkildə yayınır. İddiaçının cavabdehlərə verdiyi borc pul bugünədək, onların əvəzsiz istifadəsində qalmaqdadır. Belə olan halda, iddiaçının iradəsinə zidd olaraq pulunun 1 ildən artıq müddətdə cavabdehlərdə qalması, ona cavabdehlərdən əsas borcla yanaşı əlavə faiz də tələb etməsinə əsas verir. Cavabdehlər müxtəlif bəhanələr gətirməklə, bir il müddətində borclarını könüllü şəkildə ödəməkdən yayındıqlarından və iddiaçının hüquqi savadı olmadığından, hazırkı mülki iş üzrə hüquqşünas köməyindən və xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, hazırkı mülki mübahisə üzrə iddiaçıya "xxxx" MMC-nin təcrübəli hüquqşünasları tərəfindən (VÖEN **********) uzun müddətli hüquq xidmətləri gö stərəcəyinə dair bağlanmış müqavilə üzrə 1.000 manat vəsaiti də cavabdehlərdən tələb etmək niyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının pulu verərkən cavabdehlərin hər ikisinin həmin vaxt orada iştirak etmələrini şahid ifadələri təsdiq edir. Bundan başqa, cavabdehlərin məhkəmə iclasına gəlməmələri, onlara qarşı verilən iddiaya münasibətlərini üz-üzə bildirməkdən yayınmaları onların hər ikisinin planlı surətdə, həqiqətən də iddiaçının pulunu mənimsəmələrindən xəbər verir. Cavabdehlərin əməllərində açıq-aşkar cinayət tərkibi olduğu üçün xüsusi qərardadla araşdırılması üçün prokurora məlumat verilməli idi. Apellyasiya ins tansiyası məhkəməsi işə baxarkən işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, iddianın rədd edilməsi barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2018-ci il tarixli qətnaməsinin - Cavabdeh2 şikayətinin təmin olunduğu hissəsində ləğv edilməsini, iddianın hər iki cavabdehə münasibətdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X3 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.01.2017-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edib, iddianı həmin hissədə rədd etməklə, İddiaçı ndan Cavabdeh2 xeyrinə 15 manat dövlət rüsumunun tutulması qənaətinə gələrkən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddia ərizəsi qismən təmin olunmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tdrəjindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi ııəzərə alımnaqla manat hesabı ilə) və 7.000 manat əsas borc pul, 750 ABŞ d olları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 350 manat məbləğində faiz, həmçinin 1.000 manat hüquqi yardıma görə çəkilmiş xərc, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının əvəzi, cəmi 15.750 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 8.381 manat pul alınaraq İddiaçı na verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh2 ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin nəticə işin hallarına uyğun olmadığından, Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 aid hissədə ləğv etməklə, həmin hisədə iddianı rədd edərkən haqlı olmuşdur. Belə ki, iddiaçı borc məbləğinin cavabdehlərin hər ikisinə verdiyini iddia etsə də, bunu, eyni zamanda cavabdehlərin işgüzar münasibətlərdə olmasını təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehlərin birgə nikah münasibətində olması, həmçinin iddiaçı tərəfindən tələb edilən pul Cavabdeh1 verilərkən Cavabdeh2 da görüşdə iştirak etməsi, onun hazırkı mübahisədə borcalan kimi dəyərləndirilməsinə əsas vermir. Digər tərəfdən iş materiallarında olan Cavabdeh1 tərəfindən 20.02.2016-cı il tarixdə imzalanmış iltizamın məzmunundan da görünür ki, iddiaçının tələb etdiyi məbləğ məhz Cavabdeh1 tərəfindən alınmışdır. Bu ha l bir daha sübut edir ki, Cavabdeh2 iddiaçı və digər cavabdeh arasında olan münasibətlərdə tərəf kimi iştirak etməmiş və öz üzərinə heç bir öhdəlik də götürməmişdir. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər (387.3). Bundan başqa, iddiaçının iddia ərizəsinin məzmunun dan, məhkəmə baxışlarında verdiyi izahatlardan, o cümlədən birinci instansiya məhkəməsinə şahid qismində dəvət olunmuş şəxslərin ifadədələrindən müəyyən olunur ki, iddiaçı borc pulu yalnız Cavabdeh1 vermiş, Cavabdeh2 şəxsən hər hansı məbləğ təqdim olunmamış, bu faktı təkzib edə biləcək hər hansı sübutu iddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şika yətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsin şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2018-ci il tarix li 2(103)2798/2018 nömrəli qətnaməsi - İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5459/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5459/2018
03.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver