Məhkəmə qərarları › İş №2(102)-546/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-546/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-546/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Cəlal oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müqavilə münasibətləri, kreditin ödənilməsi barədə tələb üzrə məhkəməyə əqdin təqdim olunmamasının hüquqi nətəcələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh Cəlal oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)1 98/2*22 nömrəli, 22 iyul 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsinə əsasən, kreditor tərəfindən cavabdehə 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 % dərəcəsi ilə ödəniş cədvəlinə uyğun qaytarmaq şərti ilə 15.*** manat məbləğində kredit verilmişdir.

2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2*16 nömrəli, 21 oktyabr 2*16-cı il tarixli qətnaməsi ilə Bank müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2*16 nömrəli, 27 oktyabr 2*16-cı il tarixli qərardadı ilə İddiaçı2 Bankın ləğvedicisi təyin edilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (Gəncəbank” ASC (bundan sonra – iddiaçı və ya kreditor) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 sentyabr 2*13-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə 183.33*,72 manat əsas, 15.379,88 manat faiz, 512*,*1 manat cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1*.*88,28 manat faiz borcu olmaqla, cəmi 213.918,89 manat borcun; 25 iyul 2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsi üzrə 67.998,33 manat əsas, 22.333,36 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1*.766,4* manat faiz borcu olmaqla, cəmi 1*1.*98.*9 manat borcun; 15 avqust 2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsi üzrə 3283,38 manat əsas, 323,79 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 519,87 manat faiz borcu olmaqla, cəmi 4127,*4 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən cavabdehə 72.*** manat, 15.*8.2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsi üzrə 15.*** manat məbləğində 18 aylıq güzəştlə 36 ay müddətinə, illik 6 % olmaqla kredit verilmişdir. 25 sentyabr 2*13-cü il tarixli 32 saylı kredit müqaviləsi üzrə isə illik 7 % olmaqla 24 aylıq güzəştl ə 6* ay müddətinə 2**.*** manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, kreditora tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.

5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçıdan 2*13-cü ildə 1*1 saylı kredit müqaviləsi üzrə üç illik müddətə 15.*** manat kredit götürmüş, hər ay ödəniş edərək, borcu tam qaytarmışdır. Bundan sonra, iddiaçıdan borcunun olmaması barədə arayış istədikdə, adına 72.*** manatıq kredit olduğu bildirilmişdir. Halbuki, onun həmin kreditdən xəbəri yoxdur. 2* saylı kredit müqaviləsini bankda həmin vaxt müşahidə şurasının sədri işləyən əmisi qızı X1.

6. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertizası Mərkəzinin *6 fevral 2*2*-ci il tarixli, 189** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsi üzrə *5.*4.2*19-cu il tarixə kreditora ödənilməli olan borc - əsas borc üzrə 67.636 manat, faiz borcu üzrə 21.517,14 manat olmaqla, ümumilikdə 89.153,14 manat təşkil edir.

7. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*45)27/2*2* nömrəli, 15 sentyabr 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia qismən təmin edilərək, cavabdehdən 15 avqust 2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsi üzrə 3283,38 manat əsas, 323,79 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 519,87 manat faiz borcu olmaqla, cəmi 4127,*4 manat borcun iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı tələbini cavabdehə 25.*7.2*13-cü il tarixli kredit müqaviləsinə əsasən 72.*** manat, 15.*8.2*13-cü il tarixli kredit müqaviləsinə əsasən 15.*** manat və 25.*9.2*13-cü il tarixli kredit müqaviləsinə əsasən 2**.*** manat məbləğində borc verməsi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddia edilən məbləğlərdə borcunun yaranması ilə əsaslandırsa da, qeyd edilən müqavilələrin sıra sayındakı uyğunsuzluğu əsaslandıra bilməmiş, eyni zamanda 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsinin bağlanması, eləcə də, bu və 25.*9.2*13-cü il tarixli, 32 saylı kredit müqavilələri üzrə kredit məbləğlərinin cavabdehə verilm əsi, bununla da, iddiaçının müqavilə öhdəliyini icra etməsi, cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququnun yaranması barədə hər hansı sübut təqdim etməmiş, həmçinin yüksək məbləğli kredit vəsaitlərinin hər hansı təminat olmadan cavabdehə verilməsinə əsas olmuş halı da izah edə bilməmişdir. Cavabdeh isə yalnız 15.*8.2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsinə əsasən 15.*** manat kredit verilməsi əsası ilə iddiaya etiraz etmişdir.

9. Məhkəmə bu etirafı və iddiaçının müvafiq sübutları təqdim etməməsini nəzərə alaraq, iddiaçı tərəfindən ona yalnız bir dəfə 15.*8.2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsinə əsasən 15.*** manat kredit verildiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun saymışdır. Lakin cavabdeh həmin müqavilə üzrə götürdüyü borcu tam qaytardığını b ildirsə də, yanaşı yoxlanılmış 12.*4.2*19-cu il tarixli maliyyə arayışı ilə sözügedən kredit müqaviləsi üzrə tələbdə göstərilən məbləğlərdə kredit borcunun olduğu təsdiq edilmişdir.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 1*6.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mübahisə predmetinə aid olmayan bir sıra normativ hüquqi aktlara, maddələrə istinad etmiş, məhkəmə araşdırması yalnız cavabdehin izahatı ilə məhdudlaşdırılmış, əlavə heç bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən iş üzrə sənədlərin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduğu qeyd edilsə də, məhkəmə tərəfindən həmin idarəyə sorğu verilmədən, heç bir ekspertiza keçirilmədən iddia rədd olunmuşdur.

12. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə yalnız kreditorun təqdim etdiyi sübutlara (maliyyə arayışı) qiymət vermiş, 15.*8.2*13-cü il tarixli kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə tərəfindən təqdim edilmiş qəbzlər isə nəzərə alınmamışdır. Halbuki, həmin müqavilə üzrə borcun hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilm əli və mütəxəssis tərəfindən dəqiq hesablanma aparılması təmin edilməli idi.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2* iyun 2*22-ci il tarixli, 182*261*3 nömrəli məktubunda qeyd olunmuşdur ki, İstintaq idarəsində Bankın vəzifəli şəxsləri və qeyriləri barədə istintaq olunan 182*261*3 nömrəli cinayət işi üzrə bankla cavabdeh arasında bağlanmış 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsi üzrə digər sənədlər istintaqa təqdim edilsə də, həmin kredit müqaviləsinin əsli və kassa məxaric orderi təqdim edilməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-198/2*22 nömrəli, 22 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.M əmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) iddiaçının apellyasiya şikayətinin rədd, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilərək, tərəflər arasında bağlanmış 15.*8.2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 244*,21 manat əsas, 323,79 manat faiz borcu, 519,87 manat kredit üzrə müddət bitdikdən sonra hesablanan faiz borcu olmaqla, cəmi 3283,87 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsi qət etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi 25.*7.2*13-cü il tarixli, 2* saylı və 25.*9.2*13-cü il tarixli, 32 saylı kredit müqavilələrinə aid hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçı nın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən yuxarıda qeyd olunan məzmunda cavab məktubu göndərilmiş və məhkəməyə təqdim olunmuş adı çəkilən İdarənin mühüm işlər üzrə müstəntiqi Rəşad Məmmədli tərəfindən tərtib olunmuş 26 dekabr 2*17-ci il tarixli götürmə aparılması haqqında protokolun surətindən müəyyən edilir ki, cavabdehə aid bir kredit dosyesi bankdan götürülmüşdür. İddiaçının nümayəndəsi məhkəmədə izahat verərkən həmin dosyenin 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsinə aid olduğunu bildirmişdir. Digər – 25.*9.2*13-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə isə həmin protokolda heç bir məlumat olmadığından, bu müqavilə üzrə sənədlərlə bağlı müraciət edilməsinə lüzum olmamışdır.

16. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı sayaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi 15.*8.2*13-cü il tarixli, 1*1 saylı kredit müqaviləsi üzrə borcun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən müəyyən edilmişdir ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən banka 14.298 manat ödəniş edilmişdir. Adi riyazi hesablamaya görə, cavabdehin banka 2764 (17*62-14298) manat ödənilməmiş borcu qalmışdır. Həmin məbləğin 323,79 manat hissəsi faiz borcuna (işdə olan 12.*4.2*19-cu il tarixli maliyyə arayışında qeyd olunan məbləğ), qalan 244*,21 manat hissəsi isə əsas borca aid edilməlidir. Nəticə etibarı ilə, cavabdehin banka olan kredit borcu - 244*,21 manat əsas borc, 323, 79 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonra hesablanan 519,87 manat faiz borcu olmaqla, cəmi 3283,87 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılıb ki, bank ləğv prosesində olduğundan təhvil-təslim zamanı bir çox sənədləri tapmaq mümkün olmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubundan da görünür ki, 25.*7.2*13-cü il tarixli, 2* saylı müqavilə, kassa məxaric orderi mövcud olmasa da, ona dair sənədlər təqdim edilmişdir. Kredit müqaviləsi faktiki olaraq mövcud olmasaydı, araşdırılması üçün i stintaq orqanına göndərilməzdi. Eyni zamanda, kreditlərlə bağlı cavabdeh tərəfindən icra edilmiş ödənişlər və Mərkəzləşdirilmiş Kredit Reyestrində borc öhdəliyi mövcuddur. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən, 25.*7.2*13-cü il tarixdə 72.*** manat nağd məxaric olmuş və həmin tarixdən 2*15-ci ilin dekabr ayınadək hər ay davamlı olaraq 35*-4*** manat civarında ödənişlər həyata keçirilmişdir. Götürülməyən kredit üzrə cavabdehin davamlı olaraq bu qədər böyük məbləğdə ödənişlər etməsi ağlabatan deyil. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyində də həmin kredit müqaviləsi üzrə borcun mövcudluğu öz təsdiqini tapmışdır. Lakin iş üçün əhəmiyyətli olsa da, davamlı olaraq həyata keçirilən ödənişlərin kim tərəfindən edilməsi, kassa mədaxil orderlərinin üzərindəki imzaların cav abdehə məxsusluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlər 25.*9.2*13-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə də keçərlidir.

19. Bundan başqa, həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi şifahi də bağlanıla bilərdi.

20. Digər tərəfdən, apellyasiya məhkəməsi 15.*8.2*13-cü il tarixli, 1*1 saylı müqaviləsi üzrə əsas borcdan öz mülahizəsinə uyğun olaraq azaltma etmişdir. Lakin keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyində cavabdehin əsas borcu 3283,38 manat müəyyən edilmişdir. Məhkəmə isə müqavilə müddətində faiz borcunun 2*62 manat olmasını əsas götürərək, cavabdehin məhkəməyə təqdim etdiyi ödənişlər əsasında onun əsas və faiz borcunu toplayaraq ümumi məbləğdən çıxmışdır. Lakin nəzərə almamışdır ki, 2*62 manat faiz borcu yalnız ödənişlər qrafikə uyğun həyata keçirildiyi təqdirdə yaranır və ödənişlər yalnız əsas borcdan deyil, qanunvericiliyə uyğun ardıcıl olaraq cərimə, faiz və əsas borcdan silinir. Məhkəmə isə öz mülahizəsinə uyğun silinmə həyata keçirə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd olunmuş hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

25. Maddə 329.1-329.2. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

26. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zər ər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 74*. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (3* iyun 2*16-cı il tarixədək qüvvədə olan redaksiya).

33. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassatorun dəlilləri qətnamənin ləğv olunmasına əsas vermir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı cavabdehlə 25.*7.2*13-cü il tarixli, 2* saylı və 25 sentyabr 2*13-cü il tarixli 32 saylı kredit müqavilələrinin bağlanması, həmin müqavilələr əsasında cavabdehə borc verilməsi barədə sübutları təqdim edə bilməmişdir.

42. İddiaçının bank ləğv prosesində olduğundan təhvil-təslim zamanı bir çox sənədləri tapmağın mümkün olmaması, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə dəlilləri onu həmin sübutları təqdim etmək və iddia tələblərini sübuta yetirmək vəzifəsindən azad etmir.

43. Bundan başqa, həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi şifahi də bağlanıla bilmə sinə istinadla irəli sürülən dəlil də əsassızdır. Çünki əvvəla bankların praktikasında ümumiyyətlə şifahi razılaşma əsasında borc verilməsinə yol verilmir.

44. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xahişi əsasında müqavilələrin və borcun verilməsini təsdiq edən sənədlərin əldə olunması üçün iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verib və İdarənin 2*.*6.2*22-ci il tarixli, 182*261*3 saylı məktubunda qeyd olunub ki, "xxxx" ASC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində istintaq olunan cinayət işi üzrə qeyd edilən ASC ilə Cavabdeh arasında bağlanmış 25.*7.2*13-cü il tarixli, 2* saylı kredit müqaviləsinə aid digər sənədlər istintaqa təqdim edilsə də, həmin kredit müqaviləsinin əsli və kassa məxaric orderi təqdim edilməmişdir.

45. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi tərəfindən icraatında olan 172*26186 nömrəli cinayət işi üzrə 26.12.2*17-ci il tarixdə tərtib olunmuş götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Binəqədi Rayon Məhkəməsinin *6.12.2*17-ci il tarixli, 5(**1)-399/2*17 saylı qərarı əsasında Ləğv prosesində olan "xxxx" ASC-dən hal şahidlərinin iştirakı ilə müxtəlif sənədlər götürülmüşdür. Həmin sənədlərdə cavabdehə aid olan kredit dosyesində ödəniş cədvəlinin əsli (1 vərəq), hesabdan çıxarış (6 vərəq), borcalanın şəxsiyyət vəsiqəsinin surəti (1 vərəq), ödəniş tapşırığının əsli (1 vərəq), mühasibatlığın sərəncamının əsli (1 vərəq) q eyd olunmuşdir. İddiaçıya aid 25.*7.2*13-cü il tarixli, 2* saylı və 25 sentyabr 2*13-cü il tarixli 32 saylı kredit müqavilələri qeyd olunmamışdır.

46. Yəni məhkəmələr iddiaçının cavabdehlə 25.*7.2*13-cü il tarixli, 2* saylı və 25 sentyabr 2*13-cü il tarixli 32 saylı kredit müqavilələri əsasında kredit verməsini sübut edə bilmədiyinə görə iddianı rədd etməkdə haqlı olmuşdur.

47. Kassatorun cavabdehə 72*** manat borc verildiyinə dair sübut kimi təqdim etdiyi ödəniş tapşırığı isə kserosurət olmaqla yanaşı, həmin sənəddə ümumiyyətlə “müştərinin imzası” qrafasında imza yoxdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(1*4)-198/2*22 nömrəli, 22 iyul 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar