Məhkəmə qərarları › İş №2(102)-546/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-546/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-546/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçınun Cavabdeh qarşı iş üzrə QƏRARİ (açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-3380/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri, 14 saylı notariat ofisində təsdiq edilmiş 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 600.000 ABŞ dolları məbləğində pulu notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc vermişdir. “Borc alan” Cavabdeh krediti 13 may 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsində Cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyddən görünür ki, o, İddiaçı aldığı 600.000 ABŞ dolları məbləğində pulu 13 may 2016-cı il tarixdə qaytarmamışdır və yaxın zamanlarda qaytarmağa söz verir.

3. Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olu nmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600.000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və ödənilmiş 1300 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 13 yanvar 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri, 14 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən onun tərəfindən borc alan cavabdehə 600.000 ABŞ dollarını 13 may 2016-cı il tarixədək qaytarmaq şərti ilə borc kimi vermişdir. Borc məbləği qaytarılmadığından 12 fevral 2020-ci il tarixdə kr edit müqaviləsinin arxa səhifəsində cavabdeh tərəfindən qeyd yazılaraq borc məbləğinin yaxın zamanda qaytarılacağı bildirilmişdir. Lakin hal- hazıra kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına pretenziya göndərilsə də, məktub geri qayıtmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh onun pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən o, həmin pul vəsai ti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(009)292/2023 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilərək, cavabdehdən 600.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları məbləğdə pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442, 739.1, 740-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 4(001)-450/2019 saylı qərarına əsasən, cavabdeh barəsində 31 may 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış, hazırda isə Qaradağ rayonunda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Birinci instansiya məhkəməsində cavabdehin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılması barədə məlumat olsa da, işin hərtərəfli və obyektiv araşdırılması üçün o iddia ilə, mülki iş materialları ilə tanış edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, iddiaya qarşı etirazını verməyə, sübutlar, ərizələr, vəsatətlər təqdim etməyə şərait yaradılmamış, bununla da onun müdafiə hüququ pozulmuş və nəticədə iş üzrə qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının təqdim etdiyi 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə əsaslandırmışdır. Həmin müqaviləyə görə “borc verən” iddiaçı “borc alan” cavabdehə 600.000 ABŞ dolları məbləğdə pulu borc vermişdir, “Borc alan” cavabdeh isə krediti 13 may 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə digər əqdi pərdələmək, digə r öhdəlik üzrə təminat qismində imzalanmışdır. Əslində isə 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi imzalanan zaman iddiaçı tərəfindən heç bir pul vəsaiti cavabdehə verilməmişdir. Həmin müqavilə cavabdehlə iddiaçının bacısı X1 ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə, həmin müqavilənin təminatı kimi bağlanmışdır. Cavabdeh müqaviləni Leylan İbrahimovanın əri Mübariz İbrahimovun təkidi ilə bağlamışdır. Belə ki, Mübariz İbrahimov “MARS-M” firmasına 2012-ci ildə 650.000 ABŞ dollar məbləğində, yəni həmin dövrün məzənnəsi ilə 500.000 manatlıq mal-material vermiş, nağd pul verməmiş, həmin məbləğdə ona tikinti üçün material vermişdir. 2015-ci ildə cavabdeh həmin puldan 350.000 dollarını qa ytarmışdır. Həmin mallar da məhz iddiaçının bacısı və eyni zamanda Mübariz İbrahimovun arvadı Leylan İbrahimova ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi əsasında verilmişdir. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(101)-206/2021 saylı hökmü ilə müəyyən edilmişdir. Hazırda isə Leylan İbrahimova ilə bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələblər irəli sürmüşdür. Halbuki, bu tələbi irəli sürməyə onun subyektiv hüququ yoxdur. Bundan başqa, kredit müqaviləsi real müqavilədir. Bu zaman borc verən borcalana pul vəsaitini verməlidir. Lakin, 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı məhkəməyə cavabdehə 600.0 00 ABŞ dolları verməsini təsdiq edən sənəd, qəbz, bank sənədi təqdim etməmişdir. Bu da 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin yalan, etibarsız əqd olduğunu göstərir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməni kredit müqaviləsində cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyd və həmin qeyddə onun aldığı 600.000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə əsaslandırmışdır. Həmin qeydi cavabdeh Bakı İstintaq Təcridxanasında olarkən iddiaçının və Mübariz İbrahimovun qanunsuz təhdidi ilə yazmışdır. Buna görə də, belə qeydin özü etibarsızdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 13 yanvar 2016-cı il tarixdə imzalanmışdır. Lakin həmin tarixdən sonra iddiaçı guya borc verdiyi pulu geri istəməmiş, yalnız 2023-cü ildə məhkə mədə iddia qaldırmışdır. Bu da, bir tərəfdən əslində iddiaçının cavabdehə pul vermədiyini sübut edir, digər tərəfdən isə həmin müqavilə üzrə, hətta etibarlı sayılsa belə, iddia müddətinin ötdüyünü göstərir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-3380/2023 saylı qətnaməsi ilə (hakimlər- Fərrux Qasımov (məruzəçi hakim), Fuad Abdıyev və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi 15 dekabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş, icraata götürüldükdən sonra cavabdehin qeydiyy atda olduğu Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 49 saylı evin 02 saylı mənzilinə göndərilmiş, poçt - rabitə orqanı tərəfindən “ünvan düzgün deyil” qeydi aparılaraq məhkəməyə qaytarılmışdır. 16 yanvar 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 13 fevral 2023-cü il tarixə təyin edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı və həmin müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş, Cavabdeh tərəfindən Nümayəndə1 adına verilmiş etibarnamə təqdim olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti də cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı iclasının keçirildiyi gün, yəni 13 fevral 2023-cü il tarixdə təqdim olunmuşdur.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia əri zəsinin surəti və məhkəmə bildirişi 13 fevral 2023cü il tarixdə cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bundan sonra, cavabdeh 24 fevral 2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının ərizəsi barədə qardaşı Nümayəndə1 vasitəsilə telefonla məlumatlandırıldığını, sonuncunun bu münasibətlərdən xəbərsiz olduğunu, bu mübahisə ilə bağlı hər hansı səlahiyyət vermədiyini, iddia ərizəsinin onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməsini tələb etdiyini, iddia ərizəsini rəsmi qaydada aldıqdan sonra etirazlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Eyni zamanda Nümayəndə1 da 03 mart 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cəzaçəkmə müəssisəsində saxlanılan cavabdehlə telefon əlaqəsi saxlayan zaman sonuncunun ona hər hansı bir səlahiyyət vermədiyini bildirmiş və iddia ərizəsinin surətini, əlavə olunmuş sənədləri və məhkəmə iclasında iştirak etmək üçün bildirişi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi 06 mart 2023-cü il tarixdə nə cavabdehin, nə də onun nümayəndəsinin ərizələrinə hər hansı münasibət bildirilmədən işə 06 mart 2023-cü il tarixdə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdehin və onun nümayəndəsinin ərizələrini nəzərə alaraq MPM-nin 9.2-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnu təmin etməli, həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə əlavə ol unmuş sənədlərin surətinin də cavabdehə çatdırılmasını təmin etməli idi. Lakin qeyd olunan prosessual hüquqların təmin olunmaması nəticəsində cavabdeh özünün müdafiəsini təşkil etmək hüququndan məhrum olmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində iş araşdırılarkən tərəflər arasında olan fikir ayrılığı ondan ibarət olmuşdur ki, iddia müddətini tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində verilməli olduğu halda apellyasiya mərhələsində verilmişdir və buna görə də iddia müddəti tətbiq oluna bilməz. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi cavabdehin və nümayəndəsinin məhkəmə bildirişinin və əlavə olunmuş sənədlərin göndərilməsi barədə xahişi olsa da, bu prosessual hərəkətlərin edilməməsi mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin pozulması ilə nəticələnmiş və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində verə bilməmişdir. Qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin ərizəyə bu mərhələdə araşdırılaraq hüquqi qiymət verilməlidir.

15. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, işdə olan mötəbər sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur. Belə ki, kredit müqaviləsi tərəflər arasında bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində hazırkı iddianın faktiki əsasını təşkil edən 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin etibarsızlı ğına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmişdir. Cavabdeh müqavilənin etibarsızlığını irəli sürsə də bu dəlilini təsdiq edən, hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını irəli sürür.

16. Lakin, iş üzrə sadalanan hallarla bağlı hər hansı dəlil mövcud deyil. Əksinə, cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən 5 il qabaq, yəni 12 yanvar 2012-ci il tarixdə bağlanmışdır ki, bu da həmin əqdin 5 il sonra pərdələnməsinin ağlabatan olmamasını deməyə əsas ve rir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən kredit müqaviləsində cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyddə o, iddiaçıdan aldığı 600.000 ABŞ dollarını 13 may 2016-cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyini bildirir. Cavabdeh bu qeydin də məcburiyyət altında yazıldığını qeyd etsə də, işin bu halı da sübut olunmur. Cavabdeh əqd bağlandıqdan sonra uzun müddət keçsə də həmin əqdi mübahisələndirməmiş, müqavilənin üzərində borcu qaytaracağı barədə qeyd aparmaqla mübahisə etmək hüququnu itirmişdir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.

18. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, iddia müddəti cavabdehin məhkəmə qərarı çıxarılan a kimi verdiyi ərizə əsasında tətbiq oluna bilsə də, hazırkı iş üzrə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, hazırkı ərizənin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolveriləndir. Qeyd olunan müqavilədən görünür ki, icra müddəti 13 may 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçıya münasibətdə bu tarix öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün olmaqla, iddia müddətinin axımı da həmin tarixdə başlamış, müqavilədən irəli gələn tələblərə münasibətdə 3 illik iddia müddəti isə 13 may 2019-cu il tarixdə bitmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə 15 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırkı tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

19. Məhkəmə kollegiyası iddiaçı tərəfin kredit müqaviləsinə cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış etirafedici qeyd ilə iddia müddətinin kəsildiyi barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin iddia müddətini tənzimləyən normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdik də, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (iddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir.

21. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlar a məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur və qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.2, 372.1, 377.1, 380.1, 380.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə1 məhkəmə prosesində iştirak etmişdir, hansı ki, həmin etibarnamə ilə o, apellyasiya instansiyası məhkəməsində də iştirak etmiş və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınmışdır. İlk məhkəmə iclasında məhkəmə tərəfindən cavabdehin səlahiyyətli nümayəndəsinə cavabdehə təqdim edilməsi üçün məhkəmə sənədlərinin sürətləri təqdim edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin 13 fevral 2023cü il tarixli bildirişinin sürətindən görünür ki, məhkəmə iddia ərizəsinin sürətini də əlavə etməklə cavabdehin cəzaçəkdiyi müəssisəyə bildiriş göndərmişdir. Bunda n sonra 24 fevral 2023-cü il tarixdə cavabdeh məhkəmə işinin nömrəsinə istinad etməklə məhkəməyə ərizə ünvanlanmış və qardaşı Nümayəndə1 səlahiyyətli nümayəndə kimi tanımadığını bildirmiş, iddiaçının adını, soyadını və ata adını qeyd etmiş, istinad etdiyi maddələrdə “kredit” “notarius” anlayışından istifadə etmişdir. Göründüyü kimi cavabdeh, məhkəmədə ona qarşı sürülmüş iddia tələbinin mahiyyəti barədə məlumatlı olmuşdur. Cavabdeh qardaşına etibarnamə vermədiyini bildirməklə əlavə vaxt qazanmaq istəmiş və məhkəmə iclasının təxirə salınmasına çalışmışdır. Halbuki səlahiyyətli nümayəndə olan qardaşı məhkəmə iclaslarında iştirak etmiş, sənədlər ona və cavabdehə rəsmi qayda göndərilmişdir. Bundan başqa cavabdehin apellyasiya instansiyası məhkəməsində də səlahiyyətli nümayəndəsi eyni etibarnamə ilə qardaşı Nümayəndə1 olmuşdur. Cavabdehin məhkəməyə gətirilməməsi və ya digər səbəblər onun məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə göndərmək imkanından məhrum etməmişdir. Yəni, cavabdeh məhkəməyə ünvanladığı ərizə əvəzinə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlaya bilərdi. Bu hüquqdan istifadə etməməsi onun seçimi olmuşdur. Bu səbəbdən də apellyasiya icraatı mərhələsində cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin qəbul edilərək hazırkı mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsinə sorğu verərək 13 fevral 2023-cü il tarixli məhkəmə bildirişinin cavabdehə təqdim olunub-olunmadığını müəyyənləşdirə bilərdi. Bu işin obyektiv araşdırması üçün əhəmiyyətli idi. Lakin, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə mülki qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mülki mübahisəyə iddia müddətini tətbiq etməklə iddiaçını öhdəliyin iddia vasitəsilə tələb etməsi hüquqdan məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdehin etiraz ərizəsində, iddiaçının kassasiya şikayətinin təmin edilmədən saxlanılması ilə yanaşı, iddia müddətinin tətbiq edilməsi ilə bərabər, iddiaçının cavabdehə 600.000 ABŞ dolları verməməsi səbəbi ilə iddianın rədd olunması və müqavilə münasibətlərinə xitam verilməsi barədə yeni qərar çıxarılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir

29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir;

31. Maddə 373.2. Müqavilə tələbləri üzr ə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir;

34. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, bor cluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır;

35. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2.Apellyasiya instansiyası məhk əməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyinə görə, onun iddia müddətinin tətbiqi barədə ərizəsinin apellyasiya icraatı mərhələsində sübut kimi qəbul edilməsinin MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolverilən olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

49. Əvvəla, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə1 13 fevral 2023-cü il tarixli məhkəmə iclasında iştirak edib və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınıb. Həmin məhkəmə iclasında məhkəmə bildirişinin və iddia ərizəsinin surəti rəsmi qaydada imza etdirilməklə cavabdehin nümayəndəsi Nümayəndə1 təqdim edilib və sonuncunun vəsatətinə əsasən iddia ərizəsi ilə tanış olmaq və sənədlərin surətini cavabdehə təqdim etmək üçün işə məhkəmə iclasında baxılması 06 mart 2023-cü il tarixə təxirə salınıb və bu barədə cavabdehə məhkəmə iclasının və vaxtı və yeri haqqında 13 fevral 2023-cü il tarixli məhkəmə bildirişi göndərilib.

50. Digər tərəfdən, kassasiya şikayətinin dəlillərindən və işdən görünür ki, cavabdehə ünvanlanmış qeyd olunan məhkəmə bildirişi cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olub və cavabdeh həmin məhkəmə bildirişi ilə tanış olub. Bundan sonra, 24 fevral 2023-cü il tarixdə cavabdeh, mülki işin nömrəsinə istinad etməklə məhkəməyə yazılı ərizə ünvanlayıb və ərizəsində məhkəmənin icraatında olan E2-2(009)-292/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin daxil olduğunu, bu iş üzrə qardaşı Nümayəndə1 onu telefon vasitəsi ilə məlumatlandırdığını, sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını bildirib və iddia ərizəsinin surətinin onun cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi qaydada təqdim olunmasını tələb edib və bundan sonra iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim ediləcəyini bildirib.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar üzrə lazımi araşdırma aparmayıb, cavabdehin 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlı olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdımayıb, habelə cavabdehin ilk gündən məhkəmədə ona qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti barədə məlumatlı olduğunu, onu məhkəmə iclasında təmsil etmək üçün 04 fevral 2023-cü il tarixdə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə m üəssisəsi tərəfindən təsdiq edilməklə qardaşı Nümayəndə1 adına 04 fevral 2024-cü il tarixli etibarnamə verməsini, 24 fevral 2023-cü il tarixli ərizəsində sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını qeyd etsə də, ötən müddət ərzində həmin etibarnaməni ləğv etməməsini, əksinə Nümayəndə1 məhz həmin etibarnaməyə əsasən cavabdehi məhkəmə iclasında təmsil etmək, məhkəmə aktından şikayət vermək üçün Vəkil2 adına notarial qaydada təsdiq edilməklə 04 fevral 2024-cü il tarixədək qüvvədə olan 15 aprel 2023-cü il tarixli etibarnamə verməsini, başqa sözlə, eyni etibarnamə əsasında Nümayəndə1 apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayəndəsi olmasını nəzərə almayıb.

52. Göründüyü kimi, qeyd olunan hallar açıq-aşkar cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmaması nəticəsinə gəlməyə əsas vermir.

53. Eyni zamanda cavabdeh, nümayəndəsi Nümayəndə1 06 mart 2023-cü il tarixli məhkəmə iclasına göndərməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, MPM-in 185.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcudurlar.

54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh 24 fevral 2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, əslində məhkəmə iclasının 13 fevral 2023-cü ildən 06 mart 2023-cü il tarixədək təxirə salınması barədə məlumatlı olub. Belə olan halda cavabdehin ötən müddət ərzində məhkəməyə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə göndərməsi üçün kifayət qədər vaxtı və imkanı olub, lakin o, bu hüququndan istifadə etməyib və iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə verib.

55. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul edib, iddia müddətinin keçməsi əsasına görə iddianı rədd edərkən Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini pozub və həmin normanı düzgün təfsir etməyib.

56. Əvvəla, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə qeyd edilməlidir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələbinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə t ərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi).

57. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

58. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə də məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, subyektiv hüququn pozulub-pozulmadığını, cavabdehin bu pozuntunu edib-etmədiyi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.

59. Nəzərə alınmalıdır ki, iddia müddətinin və onun müəyyənləşdirilməs inin qaydasını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu isə o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq tərəflər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

60. İddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

61. Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtin a barəsində qərar çıxarması üçün əsasdır.

62. Normanın mənasına görə, iddia müddəti- yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin, qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməyib.

63. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquqi tələb isə mövcud mülki prose ssual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

64. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların, habelə MPM-in 78.1 və 372.2-ci maddələrinin tələblərini pozaraq, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin səbəblərini və bunun cavabdehdən asılı olmayan hansı səbəblərə görə mümkün olmadığını kifayət qədər araşdırmayıb.

65. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi, o cümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin təbiətinə uyğun olaraq fərqləndirilir. Belə ki, sözügedən normaların mənasına görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdi m edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

66. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

67. Göstərilənlərə əsasən, cavabdehin birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmaması və bu səbəbdən də iddia müddətinin tətbiqi haqqında ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

68. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçınun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-3380/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar