Məhkəmə qərarları › İş №2(102)-5461/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5461/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5461/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) 10.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)981/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları

1. İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri olmuşdur və borcun qaytarılması ilə bağlı aralarında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3200 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3230 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi, həmiçinin iş yoldaşı X1 2018-ci ilin fevral ayında ondan borc pul istəmişdir. O ailəsinin yanında 3900 manat pulu cavabdehə vermiş, cavabdeh ona bu barədə qəbz yazıb vermişdir. Cavabdeh bir müddət pulu ödəməyə başlamış, lakin sonra yenə ondan 1300 manat borc pul istəmiş və ona özünün və yoldaş ının maaş kartını verəcəyini bildirmişdir. Bir ay kartdan pul aldıqdan sonra cavabdeh yoldaşının kartının onda olduğunu bilmədiyini, kartı geri verməsini evində problem yarandığını bildirmişdir. Bir müddət keçdikdən sonra cavabdeh kartı gətirib qaytarmış, lakin kartda pulun qalmadığını, pulun kreditə tutulduğunu bilmişdir. Keçən müddət ərzində cavabdehdən dəfələrlə pulu qaytarmağını tələb etsə də, cavabdeh həmin pulu hər dəfə ona bəhanələr gətirərək, ödəməkdən yayınmışdır. Keçən müddət ərzində cavabdeh ona müxtəlif vaxtlarda ümumilikdə 1489 manat ödəmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 2770 manat borc pul almışdır. Sonradan da ehtiyacı olduğu üçün yenə də 1000 manat və 350 manat borc pul almışdır. Keçən müddət ərzində iddiaçıya müxtəlif vaxtlarda - fevral ayında 250 manat, mart ayında 295 manat, aprel ayında 280 manat, may ayında 41 manat, iyun-avqust aylarında 83 manat, sentyabr ayında 68 manat, oktyabr ayında 98 manat və bir dəfə də 208 manat olmaqla, ümumilikdə 1489 manat ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur.

5. Qax Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli, 2(024)-71/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilərək Cavabdeh 2411 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunan hallarına görə Cavabdeh 04.02.2020-ci il tarixdə özü tərəfindən qəbz yazmaqla iddiaçıdan 3900 manat borc pul götürmüşdür. İddiaç ı keçən müddət ərzində cavabdehdən həmin pulu ona geri ödəməsini xahiş etsə də, cavabdeh pulu iddiaçıya geri verməmişdir. Lakin cavabdeh aldığı pulun bir hissəsini müxtəlif vaxtlarda fevral ayında 250 manat, mart ayında 295 manat, aprel ayında 280, may ayında 41 manat, iyun-avqust aylarında 83 manat, sentyabr ayında 68 manat, oktyabr ayında 98 manat və bir dəfə də 208 manat olmaqla ümumilikdə 1489 manat iddiaçıya ödəmişdir. Cavabdehin hazırda iddiaçıya 2411 manat borcu qalmışdır. Cavabdeh aldığı borcu tam şəkildə iddiaçıya ödəmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə cavabdeh Natia Kuloşvilinin İddiaçı 2411 manat borclu olması cavabdehin qismən etirafedici izahatı və iş materialları ilə sübuta yetirilir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)981/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Şükürov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsin i qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və hüquq normaları pozulmuşdur. Milliyyətcə gürcü olduğuna görə Azərbaycan dilində danışa və yaza bilmir. Bu halda ona tərcüməçi verilməli olduğu halda tərcüməçi verilməmişdir. Bundan başqa, iddiaçıdan borc alarkən ona əmək haqqı və pensiya kartlarını vermişdir ki, borcu həmin kartlardan çıxarmaqla alsın. Lakin məhkəmə iddiaçı tərəfindən nə qədər pulun çıxarıldığını müəyyən etmək üçün banklara sorğu verməmişdir. Yəni borcu iddiaçıya nəqd şəkildə qaytarmayacaqdı, iddiaçı həmin məbləği verdiyi kartlar vasitəsilə bankdan çıxarmaqla alacaqdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

17. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə n əzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakç ı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

529. Öhdəliyin icrasının qəbulu 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilə r. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apel yasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kolegiyası qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə Cavabdeh 04.02.2020-ci il tarixdə özü tərəfindən qəbz yazmaqla iddiaçıdan 3900 manat borc pul götürmüşdür. İddiaçı keçən müddət ərzində cavabdehdən həmi n pulu ona geri ödəməsini xahiş etsə də, cavabdeh pulu iddiaçıya geri verməmişdir. Lakin cavabdeh aldığı pulun bir hissəsini müxtəlif vaxtlarda fevral ayında 250 manat, mart ayında 295 manat, aprel ayında 280, may ayında 41 manat, iyun-avqust aylarında 83 manat, sentyabr ayında 68 manat, oktyabr ayında 98 manat və bir dəfə də 208 manat olmaqla ümumilikdə 1489 manat iddiaçıya ödəmişdir. Cavabdehin hazırda iddiaçıya 2411 manat borcu qalmışdır. Cavabdeh aldığı borcu tam şəkildə iddiaçıya ödəmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə Cavabdeh İddiaçı 2411 manat borclu olması cavabdehin qismən etirafedici izahatı və iş materialları ilə sübuta yetirilir.

24. Apellyasiya instansiyası məhkəməsi işin bu faktik hallarına əsasən, Mülki Məcəllənin 739-cu maddəsinə uyğun olaraq cavabdehin iddiaçıya borcu qaytarmaq barədə öhdəliyinin yarandığı barədə haqlı nəticəyə gəlmişdir.

25. Kassasiya kollegiyası qeyd edir ki, kassator Azərbaycan Respublikasının vətəndaşıdır və apellyasiya məhkəməsində işə baxılarkən onun tərcüməçiyə ehtiyacı olmasını bildirməmiş, tərcüməçi cəlb olunması barədə vəsatət qaldırmamışdır.

26. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)981/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar