Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5463/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı ilk, Cavabdeh2 "xxxx" Bank ASC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107 )-544/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Bank ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək nəqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında 14.05.2014-c ü il tarixli ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 mülkiyyətində olan və xxx nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh2 kredit müqaviləsinin 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüş, lakin kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə, yəni 14.05.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğini tam olaraq iddiaçıya ödəməməklə iddiaçı qarşısında kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli, № 3603 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiy i kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 ilə ASC "xxxx" Bankı arasında bağlanmış 14.05.2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə borcalanın şərtləri əsas götürülməklə ASC "xxxx" Bankına ödənilməli olan kredit borcu 14.05.2018-ci il tarixə əsas kredit borcu 16.916, 94 ABŞ dolları, faiz borcu 228.38 ABŞ dolları, 25.12.2019-cu il tarixə əsas kredit borcu 15.954, 24 ABŞ dolları, faiz borcu 970.68 ABŞ dolları məbləğində müəyyən edilir. Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu illik 5% dərəcəsi ilə hesablanmışdır. 5. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi 04 sentyabr 2020-ci il tarixli, ƏQ98/2020 saylı qiymətləndirmə rəyindən görünür ki, xxx nömrəli mənzilin likvid dəyəri 38000 (otuz s əkkiz min) manat, bazar dəyəri 42000 (qırx iki min) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı (bundan sonra iddiaçı və ya ASC "xxxx" Bank) iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “14.05.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan xxx nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.05.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417.62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları m əbləğində əsas borcun, kreditin qaytarılma müddətinə - 14.05.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14.05.2018-ci il tarixdən 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və 25.12.2019-cu il tarixindən başlayara q iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən tələblərinin birinci bəndinin dəyişdirildiyini və 14.05.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində ol an xxx nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.05.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417,62 (on ikimin dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə - 14.05.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14.05.2018-ci il tarixdən 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və 25.12.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən idd iaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasnı xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 14.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək nəqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında sonuncunun mülkiyyətində olan xxx nömrəli mənzilin ipoteka qoyulması barədə 14.05.2014-cü il tarixli ipoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predm etinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15.05.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni 14.05.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir his səsini ödəməmişdir. Beləliklə, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 17086.93 (on yeddi min səksən altı ABŞ dolları 93 sent) ABŞ dolları məbləğində olmuşdur ki, bunun da 13946.62 (on üç min doqquz yüz qırx altı ABŞ dolları 62 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dollarını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Həmin tarixdən sonra borc alan tərəfindən kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə cəmi 1529 (bir min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir ki, həmin ödəniş tamamilə vaxtı keçmiş əsas borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2- ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş) faiz dərəcəsi ilə penya da ödəməlidir ki, 20.02.2019-cu il tarixinə qədər bu məbləğ 712.75 (yeddi yüz on iki ABŞ dolları 75 sent) ABŞ dolları təşkil edir.
9. Cavabdeh2 birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ASC "xxxx" bankı ilə onun arasında bağlanmış 14 may 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Forsmajor halına görə müqaviləyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və gecikdirilmiş əsas kreditə hesablanmış faizlərin penyaların və bankın əldə edə biləcəyi əldən çıxmış faydanın ödənilməsinə dair hissəs inin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankından 14 may 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi əsasında 48 ay müddətinə illik 18% ödənilməsi şərtilə 25400,00 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirilməsinin təmini üçün atası Cavabdeh1 məxsus olan yaşayış evi ipoteka müqaviləsi üzrə girov qoyulmuşdur. Krediti müqaviləyə əlavə edilmiş 1 saylı cədvəldə qeyd olunmuş qaydada ödəmişdir. Həmin cədvəl üzrə ödənişlər 16.06.2014-cü ildən başlayaraq 14 may 2018-ci ildə qurtarmışdır. Kredit məbləğini sənədləşmədə ABŞ dolları ilə yazılmasına baxmayaraq bankda həmin günlərdə ABŞ dollar ı olmadığına görə həmin günün məzənnəsi ilə mübadilə edərək Azərbaycan manatı olaraq 19561 manat 35 qəpik verilmişdir. Bu fakt iddia ərizəsinə əlavə etdiyi cavabdehin verdiyi 15 may 2014-cü il tarixli valyuta alışı haqqında arayışla müəyyən edilir. Hesab edir ki, bank ona 25400 ABŞ dolları kreditin verilməsi ilə əlaqədar banka təqdim etdiyi sənədləri araşdıraraq idarə heyətinin qərarı ilə vermişdir. Onun Banka təqdim etdiyi sənədlər onun və ərinin gəlirlərindən ibarət sənədlər idi. Belə ki, o, Zaqatala Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 170 manatdan ibarətdir, əri Hafiz Haqverdiyev hərbi hissədə gizir rütbəsində xidmət edir və əmək haqqı 600 manatdan ibarətdir. Krediti götürdüyü dövrdə dolların manata olan məzənnəsi 0.78 manat idi. Aylıq kredit ö dənişi 746 dollar 12 sent idi. Bunu da manata çevirəndə 590 manat təşkil edirdi. Onun və ailəsinin ümumi gəliri aylıq 170+600=770 manat təşkil edib. Həmin krediti ödədikdən sonra 770-590=180 manat qalırdı. Həmin pul ilə minimum yaşayış səviyyəsindən də aşağı səviyyədə yaşamağa özlərini məcbur etmişdirlər ki, yaşayış üçün ev tiksinlər. Yəni həmin krediti torpaq alıb yaşayış evi tikmək məqsədilə götürmüşlər. Torpaq almış, lakin ev əvəzinə yardımçı tikili tikərək içində yaşayırlar. Dolların məzənnəsi artdığına görə ev tikə bilməmişlər. Kredit müqaviləsinə əlavə edilmiş cədvələ uyğun, hər ay ödəniş etmişlər. Lakin 21 fevral 2015-ci il tarixdə və 21 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi qərarın nəticəsində ölkədə ABŞ dollarının dəyəri kəskin olaraq qalx mışdır. Beləliklə də onun bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrası bu fors major halına görə mümkünsüz oldu. Bank ilə aralarında bağlanmış kredit müqaviləsinin 8.1-ci maddəsində qeyd olunur ki, tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə o rqanlarının bu müqaviləninicrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Müqavilənin 8.2-ci maddəsində deyilir ki, müqavilənin 8.1-ci bəndində göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Müqavilənin 8.3-cü maddəsinə əsasən Fors-major halların təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq vazılı surətdə xəbərdar etməlidir. O, müqavilənin bu şərtinə də əməl etmişdir. Belə ki, 23 fevral 2015-ci il tarixdə və 23 dekabr 2015-ci il tarixdə Banka bu barədə rəsmi məlumat vermiş, bankın müdiri onun müraciətini imzalayaraq qəbul etmişdir. Məlumatında Fors-major halına görə kredit faizlərinin dayandırılmasını xahiş e tmiş və bildirmişdir ki, o dolların əvvəlki kursuna uyğun olan 600 manatla kredit ödənişi edəcək və narazılığı vardırsa bir ay müddətinə məsələni məhkəməyə çıxara bilər. 2019-cu ilin yanvar ayınadək Bank tərəfindən məhkəməyə müraciət olunmamışdır. Yanvar ayında müraciət olunaraqgecikdirilmiş günlərin, ayların faizləri, penyaları, əldən çıxmış faydalar və sair pullar tələb olunur. Hesab edir ki, bu əsassız varlanmadırBelə ki, kredit müqaviləsində bankın hüquqları bölməsində 3.1.3-cü bəndində deyilir ki, bank bu müqavilənin 3.4.3-cü yarımbəndi ilə müəyyənləşdirilən əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borc alandan tələb edə bilər. Müqavilənin 3.4.3.1-ci yarımbəndində göstərilir ki, borc alan tərəfindən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə kredit üzrə annuitet ödəniş həyata keçirilmədikdə və ya ödənişlər 3 (üç) ardıcıl ay əvəzində 2 dəfə gecikdirildikdə bank kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin bundan əvvəl ödənilməsini borc alandan tələb edə bilər. O, kredit müqaviləsinə edilmiş 1 saylı əlavədə nəzərdə tutulmuş qaydada ödənişləri 2015-ci ilin mart ayından bu günədək əlavədə göstərildiyi qaydada ödəməmiş, bu barədə rəsmi olaraq banka bildirmişdir. Bank isə hansı səbəbdənsə onu dörd ilə yaxın müddət gözləmiş, sonra həmin dörd ilə yaxın müddətdə kreditin gecikdirilməsinə görə faizlər, penyalar, əldən çıxmış faydanı əsassız varlanma üçün tələb etmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
11. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 09 oktyabr 2020-ci il tarixli 2(024)-03/2020 nö mrəli qətnaməsi ilə xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “14.05.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan xxx nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.05.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC "xxxx" Bankı qarşısında 12 417.62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-14.05.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14.05.2018-ci il tarixdən 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş) ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 25.12.2019cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və 25.12.2019-cu l tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qayda da çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi barədə” ilkin, Cavabdeh2 ASC "xxxx" bankına qarşı “ASC "xxxx" bankı ilə onun arasında bağlanmış 14 may 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Fors-major halına görə müqaviləyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və gecikdirilmiş əsas kreditə hesablanmış faizlərin penyaların və bankın əldə edə biləcəyi əldən çıxmış faydanın ödənilməsinə dair hissəsinin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddia qismən təmin edilərək, 14.05.2014-cü il tarixli ****** ****63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan xxx nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.05.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcun, kreditin qaytarılma müddətinə-14.05.2018-ci il tarixinə qədər 970.68 ABŞ dolları (doqquz yüz yetmiş ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penyaya görə 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları, cəmi 13617,30 (on üç min altı yüz on yeddi ABŞ dolları 30 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 (otuz səkkiz min) manat məbləğində təyin edilməsi qət edilmiş, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etd iyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsinin 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüş, lakin kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə, yəni 14.05.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğini tam olaraq iddiaçıya ödəməməklə iddiaçı qarşısında kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.
13. Bundan başqa ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində olması göstərilsə də, iddiaçı əsas borca görə 12.417.62 ABŞ dolları tələb etmişdir. Məhkəmə müvafiq ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində göstərildiyinə baxmayaraq, iddia tələbində 12.417.62 ABŞ dolları tələb edildiyini, faiz borcunun isə iddia tələbindən fərqli olaraq ekspert rəyinə görə 970.68 ABŞ dolları təşkil etdiyini göstərildiyini nəzərə alaraq hesab edir ki, əsas borc iddia tələbində, faiz borcu isə ekspert rəyində göstərilən qaydada Cavabdeh2 tutulmalıdır.
14. Məhkəmə hesab edir ki, iddianın 14.05.2018-ci il tarixdən 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 25.12.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dol ları məbləğində penya, cəmi 18 884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və 25.12.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissəsi təmin edilərsə bu Cavabdeh2nm maddi durumunu ağırlaşdırmaqla iddiaçıya olan borcunu ödəməyə maneçilik törədəcəkdir. Ona görə də, məhkəmə kreditorun əmlak və bütün əsaslı mənafeləri ilə yanaşı Cavabdeh2nm da mənafelərini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğind ə penya tənasübsüz şəkildə 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları məbləğinədək azaldılmalı, tələbin 25.12.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 ( on beş) faiz dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissəsi isə təmin edilməməlidir.
15. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində təyin edilməsinə dair hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq qiymətləridiricinin rəyinə əsasən ipoteka predmeti 3800 0 (otuz səkkiz min) manat məbləğində qiymətləndirilmişdir.
16. Bundan başqa fərdi yaşayış evi satıldıqdan sonra evdə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka Haqqında”Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, fərdi yaşayış evi ipoteka ilə yüklü edilsə də, iddiaçı həmin evin boşaldılmasını tələb etməkdə haqlı olmamışdır. Sözügedən evin boşaldılması tələbi ilə yalnız gələcəkdə həmin əmlaka mülkiyyət hüququ əldə edəcək şəxs məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsas sızdır.
17. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ vardır. Həmçinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 ailə üzvləri kimi ipoteka predmetini təşkil edən bu mənzildə yaşamaqla həmin mənzilə sahiblik və ya istifadə hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi mülkiyyət hüququnu ■ subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının mövcudluğu kimi təsbit edirlər Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi də şəxsin öz mülkiyyətində olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını müdafiə edir. Bu qanunun normalarına əsasən Cavabdeh1 ipo teka predmetini təşkil edən evə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları, həmçinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 həmin mənzildən istifadə hüquqları vardır. Qanunda göstərilən əsaslar olmadan heç kəs onları bu mülkiyyətdə məhrum edə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələri mülkiyyət hüquqlarının qorunmasın təminat verməklə mülkiyyətdən əsassız məhrumetməni qadağan edir. Azərbaycn Respublikası Mülki Məcəlləsinin 203-212-ci maddələrində mülkiyyət hüququna xitam verilməsinin əsasları göstərilmişdir. Bu normalarda, Mülki Məcəllənin başqa maddələrində, həmçinin digər qanunvericilik aktlarında tutmanın ipotek predmetinə yönəldiyi tələb edildiyi halda daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilməsi öz əksinin tapmamışdır. Mülki M əcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarndığı andan xitam verilməsini imperativ qaydada təsbit edilmişdir. İşdəki sübutlardan görünür ki, iddiaçı ASC "xxxx" Bankının göstərilən mənzilə mülkiyyət hüquqları həmçinin istifadə və icarə hüquqları yaranmamışdır. Digər tərəfdən iddiaçı mənzilin bir aydan sonra boşaldılmasını ona tutmanmn yönəldilməli və onun satılmasından sonra ilə bağlı baş verib-verməməsi indidən məlum olmayan, mücərrəd halla bağlayır. İddiaçı göstərilnə halın mütləq baş verəcəyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən bu iddia tələbini əsaslandıran halı sübut etmə vəzifəsi iddiaçının üzrəinə düşür. Digər tərəfdən qanunda borclunun və (və ya) ipoteka qoyanın, yaxud üçüncü şəxsin ipoteka saxlayanın bütün tələblərini ödədikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1 -ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (altı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələblərini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
18. Bu xüsusda məhkəmə bildirmişdir ki, göstərilən şəxslərin həmin mənzildən çıxarılması tələbinin təmin edilməsi heç şübhəsiz ki, borclu, ipoteka qoyan və ya üçüncü şəxs tərəfindən ipoteka saxlayanın tələbinin təmin edilərək, ipoteka predmetinə tutma yönəldilməsi və onun satışına xitam verə bilməsi barədə hüquq əsassız olaraq məhdudlaşdırılmış olardı.
19. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan xxx saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 həmin evdən çıxarılmalar ı onların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Mülki Məcəllənin 152-ci maddəsi ilə müdafiə olunan, həmçinin sahiblik və ya istifadə hüquqlarının pozulması ilə nəticələnmiş olardı.
20. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli də rəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1, 439.2 və 9.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci tarixli qərarının 6-cı bəndində qeyd etdiyi kimi, Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləd ə belə şərt olmasa belə, borclu kredit üzrə əsas borcu və faizləri manatla əsas öhdəliyin yarandığı anda deyil, ödəniş anında ödəniş yerində tətbiq olunan məzənnə əsasında ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 7 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, ıuanatm məzənnəsinin dəyişməsi şəraitin əhəmiyy ətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
21. Qarşılıqlı iddia tələbinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 384.0.4-cii maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarında olan ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilir ki, sözügedən müqavilə 14.05.2014-cü il tarixdə bağlanmışdır, müqavilənin müddəti 48 ay təşkil edir və müqavilənin bitmə tarixi 14.05.2018-ci ildir. Beləliklə müəyyən olunur ki, həmin müqavilə üzrə öhdəliklərin icra müddəti, (kreditin qaytarılma müddəti) 14.05.2018-ci ildir. İddiaçı 20.02.2019-cu il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə hazırki iddia tələbi üzrə müddət axımı 15.05.2018-ci ildən hesablanması nəzərə almarsa, iddiaçı tərəfindən üç illik iddia müddətini ötürülməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan soma məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallan və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hü ququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da. cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (X şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə hesab edir ki. qarşılıqlı iddia əsassızdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 422.1, 423.2, 424.2, 467-ci, “İpoteka haqqında” Qanunun 39.3, 53-cü, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasi ya instansiyası məhkəməsindəki icraat
23. Qətnamədən iddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-544/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, iddiaçı xxxx tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsi qismən, yəni ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin həmin evdən çıxarılmasına dair tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin tələbə dair hissədə yeni qətnamə qəbul edilməklə iddiaçı xxxxnın cavabdehlər Cavabdeh1, Cavabd eh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “14.05.2014-cü il tarixli **********63917 saylı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma” tələbinə dair iddiasının xxx nömrəli mənzilin açıq hərracdan satılmasından sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması hissəsi təmin edilmiş, ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan xxx nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə-mühasibalıq ekspertizasının 16 mart 2020-ci il tarixli, № 3603 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 ilə ASC "xxxx" Bankı arasında bağlanmış 14.05.2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə borcalanın şərtləri əsas götürülməklə ASC "xxxx" Bankına ödənilməli olan kredit borcu 14.05.2018-ci il tarixə əsas borc 16.916, 94 ABŞ dolları, faiz borcu 228.38 ABŞ dolları, 25.12.2019-cu il tarixə əsas kredit borcu 15.954, 24 ABŞ dolları, faiz borcu 970.68 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində olması göstərilsə də, iddiaçı əsas borca görə 12.417.62 ABŞ dolları tələb etmişdir. Məhkəmə müvafiq ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində göstərildiyinə baxmayaraq, iddia tələbində 12.417.62 ABŞ dolları tələb edildiyini, faiz borcunun isə iddia tələbindən fərqli olaraq ekspert rəyinə görə 970.68 ABŞ dolları təşkil etdiyini göstərildiyini nəzərə alaraq hesab edir ki, əsas borc iddia tələbində, faiz borcu isə ekspert rəyində göstərilən qaydada Cavabdeh2 tutulmalıdır.
27. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmışdır.
28. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ASC "xxxx" Bankı tərəfindən hesablanmış 2290.82 ABŞ dolları məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (hesablanmış cərimə borcunun) azaldılaraq 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları məbləğində saxlanılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafel ərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin hərracda satışa çıxarılmaqla satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələblərinin və məhkəmə xərclərinin ödənilməsi, qalan məbləğin isə ipoteka qoyana qaytarılması ilə bağlı qənaəti qanunauyğundur.
30. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus olan və xxx nömrəli mənzilin ilkin satış qiymətini 38000 (otuz səkkiz min) manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
31. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində krediti götürdüyü dövrdə dolların m anata olan məzənnəsinin 0.78 manat olması, lakin 21 fevral 2015-ci il tarixdə və 21 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi qərarlar ilə ölkədə ABŞ dollarının dəyərinin kəskin olaraq qalxmasını, beləliklə də onun bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını bu Fors major halına görə mümkünsüz olması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xariici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.”
32. Qərarda habelə göstərilmişdir ki, “Eyni zamanda qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin dəyişməsinin m ümkünlüyü qanunvericilikdə təsbit edilmişdir.
33. Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır.
34. Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər.
35. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir.
36. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.
37. Göründüyü kimi, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı deyildir.
38. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi iddianın ipoteka predmeti olan Cavabdeh1 məxsus xxx nömrəli mənzil satıldıqdan sonra evdə yaşayan cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslərin mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair hissəsini əsassız hesab edərək təmin etməməklə səhvə yol vermişdir. 39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir.
40. Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tər k etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.
41. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzili təhvil verməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.
42. Bununla bərabər ipoteka qoyan və onun ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə həmin mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ipote ka qoyanın ailə üzvlərinin bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir.
43. Sözügedən mənzlin Cavabdeh2 kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi işin mübahisələndirilməyən halıdır.
44. İş materiallarına əlavə edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 X ünvanlanmış 14 may 2014-cü il tarixli ərizələrindən görünür ki, onlar Cavabdeh1 məxsus olan və xxx nömrəli mənzilinin ipotekaya qoyulmasına etiraz etmədiklərini, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini bildirmişlər.
45. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbləri iş materiallarında olan sübutlarla yuxarıda göstərilən qaydada tam olaraq ödənilir. 46. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsində ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir.
47. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın və ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ailə üzvlərinin məcburi qaydada çıxarılması üçün əsasdır.
48. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən ed ən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və o satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur.
49. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin tələblərinə əməl etməməklə səhv nəticəyə gəlmişdir.
50. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsini qət etməklə əsassız və qanuna uyğun olmayan nəticəyə gəlmişdir
51. İddiaçı ASC "xxxx" Bankı iddia tələ bində ipoteka predmet olan mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir.
52. Göründüyü kimi, iddianın cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzildən çıxarılması hissəsi qeyri-dəqiq, mücərrəddir. İddiaçı həmin şəxslərin dairəsini dəqiqləşdirməmiş, onların adlarını göstərməmişdir. İddia tələbi isə aydın, anlaşılan və dəqiq olmalıdır. Ona görə də kollegiyanın mövqeyinə görə, iddia həmin hissədə təmin edilə bilməz.
53. Məhkəmə kollegiyasının apellyasiya bax ışında iddiaçının apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməlidir. Bununla yanaşı, iddiaçı "xxxx" Bankı ASC-in apellyasiya şikayətində göstərdikləri digər tələblərdə əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
55. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
57. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
60. İddiaçının nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
61. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
62. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
63. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
66. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
67. Tərəflərin müqavilə bağlayarkən əsas götürdüklə ri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (maddə 422.1)
68. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və t ələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
69. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
70. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
71. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
72. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (maddə 445.7)
73. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
74. Dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. (maddə 462.1)
75. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)
76. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
77. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) “İpoteka haqqında” Qanun
78. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
79. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
80. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
81. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstə rməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
82. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə
83. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
84. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (madd ə 77.1)
85. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
86. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
87. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
88. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq ed ilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
91. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Bank ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-544/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.