Məhkəmə qərarları › İş №2(102)-5464/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5464/2019

10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5464/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)-210/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(044)182/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Mahmudov) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddiası təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 6.325,03 ABŞ dolları, faiz borcuna görə 891,14 ABŞ dolları və ona hesablanmış cəriməyə görə 20 ABŞ dolları, cəmi 7.236,17 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan və tərəflər arasında 19.580 ABŞ dolları məbləğində qiymətləndirilmiş “Chevrolet Aveo-minik” markalı, ** DF *** (** EL ***) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, qalan vəs aitin Cavabdeh qaytarılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)-210/2019-saylı qətnaməsi ilə (hakimlər N.N.Quliyev sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslan dırıb ki, 23 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 48 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16.643 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 23 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan “Chevrolet Aveo-minik” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulub. 19 avqust 2015-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsinə dəyşiklik və əlavələr edilərək, cavabdehin 10.214 ABŞ dolları kredit borcu 21 ay, 4 gün müddətinə, yəni 23 may 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılıb. Eləcə də 02 mart 2016-cı il tarixli razılaşmaya əsasən kredit müqaviləsinə dəyişiklik və əlavələr edilərək, cavabde hin 9.592 ABŞ dolları kredit borcu 14 ay, 21 gün müddətinə, yəni 23 may 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılıb. Həmçinin tərəflər arasında 23 may 2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında 19 avqust 2015-ci il və 02 marat 2016-cı il tarixli razılaşma bağlanıb. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun 23 may 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 8.322,55 ABŞ dolları əsas, 891,14 ABŞ dolları faiz, 114,16 ABŞ dolları cərimə olmaqla, cəmi 9.327,85 ABŞ dolları kredit borcu yaranıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şika yəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasındi dinləmədi. İddiaçı “Bank VTB (Azərb aycan)” ASC, Cavabdeh vəkili Natiq Əliyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normal arının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 23 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 48 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16.643 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 23 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan “Chevrolet Aveominik” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulub. 19 avqust 2015ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsinə dəyşiklik və əlavələr edilərək, cavabdehin 10.214 ABŞ dolları kredit borcu 21 ay, 4 gün müddətinə, yəni 23 may 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılıb. Eləcə də 02 mart 2016-cı il tarixli razılaşmaya əsasən kredit müqaviləsinə dəyişiklik və əlavələr edilərək, cavabdehin 9.592 ABŞ dolları kredit borcu 14 ay, 21 gün müddətinə, yəni 23 may 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılıb. Həmçinin tərəflər arasında 23 may 2013-cü il tarixli ipoteka müqa viləsinə dəyişiklik edilməsi haqqında 19 avqust 2015-ci il və 02 marat 2016-cı il tarixli razılaşma bağlanıb. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddia ərizəsindən görünür ki, cavabdehin 23 may 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 8.322,55 ABŞ dolları əsas, 891,14 ABŞ dolları faiz, 114,16 ABŞ dolları cərimə olmaqla, cəmi 9.327,85 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgə r bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, borcun ipoteka predmetinə yönəldilməsi üçün əsasların olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması nı, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını, tutmanın ipoteka predmetinə yönildilməsi üçün əsasların olmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş f aktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)-210/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar