Məhkəmə qərarları › İş №2(102)-5465/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5465/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5465/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcu, kredit müqaviləsi üzrə zərər tələbi, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının x x xxxx 2020-ci il tarixli, 2(106)1034/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borc alana 24 ay müddətinə illik 30% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış x x xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kassa məxaric orderinin surətinə əsasən Cavabdeh1 kredit məbləğini alsa da, sonradan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 21(81)-3620/2016 saylı qərarı ilə məcburi ləğv edilmiş, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi tərəfindən təqdim etdiyi Maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2018-ci il tarixə 1983,22 manat əs as, 1412,16 manat faiz və kredit müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 309,70 manat faiz borcu olmaqla, cəmi 3705,08 manat məbləğində borcu vardır. Həmin arayışdan həmçinin müəyyən olunur ki, borcalanın kredit müqaviləsinin sonuna 1983,22 manat əsas, 9,58 manat faiz borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 3752 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı ASC-dan alınmış kredit vəsaiti üzrə xx xxxx 2015-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 2613,84 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2550,09 manat, faiz borcu üzrə 63,75 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya mə hkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1983,32 manat məbləğində əsas, 1142,16 manat məbləğində faiz borcu, Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanan 309,70 manat məbləğində faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-274/2019 nömrəli qətnaməsi ilə (hakim H.X.Bəhmənov) iddia qismən təmin edilmiş, Cavabdeh1 əsas kredit borcu üzrə 1983,22 manatın, faiz borcu üzrə 9,58 manatın və 30 manat dövlət rüsumunun, cəmi 2022,08 manatın tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Ona görə də, iddiaçı borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə ödən ilməli olan borc məbləğini müzakirə edərək qeyd etmişdir ki, verilmiş maliyyə arayışı ilə əsas kredit borcunun 1983,22 manat, faiz borcunun 9,58 manat olması öz təsdiqini tapır. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarına əsasən tələb olunan 309,70 manat faiz tələbinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğin hansı qanuni əsasla tələb olunmasını iddia ərizəsi ilə müəyyən etmək mümkün deyil. Bundan başqa həmin faiz məbləğinin borc kimi yaranması iş materialları ilə sübuta yetirilmir. Ona görə də, 309,70 manat faiz tələbini məhkəmə əsassız hesab etmişdir. Nəhayət digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrdən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx xxxx 2015-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx xxxxxx 2018-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminliyə xitam verilmişdir. Ona görə də, məhkəmə tələbi zaminə münasibətdə əsassız hesab etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə apelyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(050)-274/2019 nömrəli qətnaməsini faiz, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan borc və zaminlik hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi bar ədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1034/2020 nömrəli qətnaməsi ilə (hakim İ.H.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.K.Soltanovdan və T.S.Kərimovdan ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-274/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq əsas və müqavilə müddəti üçün faiz borcunu maliyyə arayışına əsasən müəyyən etmişdir. İddia tələbinin Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 309,70 manat faiz tələbinə dair hissəsinə münasibətdə apelyasiya məhkəməsi qeyd etmişdir ki, həmin məbləğin tutulmalı olması işdə olan sübutlarla öz təsdiqini tapmır. Apelyasiya şikayətinin digər cavabdeh olan zamin Cavabdeh2 ilə bağlı tələbinə münasibətdə apelyasiya məhkəməsi qeyd etmişdir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx xxxx 2015-ci il tarixdə başa çatmış, lakin iddiaçı 3 ildən çox müddət ərzində, yəni xx xxxxxx 2018-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olmuşdur. Kasasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1034/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbini tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsinə dair tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsas lanmışdır. Həmçinin bank ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat cərimə hesablanmışdır. Daha sonra Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edilərək, zaminliyə xitam verilməsi əsassız olmuşdur. Belə ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olduğu vaxta qədər qüvvədədir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kolleg iyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qə bul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin və müvafiq olaraq apelyasiya instansiyası məhkəməsinin qətnamələri cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Apelyasiya şikayətini iddiaçı vermiş və faiz borcunun azaldılm asını, illik 5 % dərəcəsi ilə tələb olunan faiz borcunun tutulmamasını, habelə borcun zamindən də tutulmasından imtinanı mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının şikayəti təmin edilmədiyindən və iddiaçının kasasiya şikayətinin dəlilləri də məhz həmin məsələləri əhatə etdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərə k daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin b ağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cu il t arixli qərarında qeyd edilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddə sinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsi müqavilə müddəti üçün faiz borcunun tutulması və borcun zamindən tutulmasından imtina olunması hissələrində əsaslı və qanuni olsa da, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 % dərəcəsi ilə zərər tələbi ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Odur ki, qətnamə həmin hissədə ləğv edilərək, yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, Cavabdeh1 ilə bağlanmış, zaminliklə təmin olunmuş kredit müqaviləsinin müddəti xx xxxx 2015-ci il tarixdə bitmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə təxminən 3 il 4 ay keçəndən sonra, xx xxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası MM-in 447.0.4-cü maddəsinin tələblərinə əsasən zaminliyə xitam verilməsinə dair aşağı instansiyası məhkəmələrinin mövqeləri qanuni və əsaslı olmuşdur. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq müqavilənin şərtlərinə uyğun hesablanan faiz borcunu yalnız müqavilə müddəti üçün müəyyən edərək tutmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cu il tarix li qərarına uyğundur. Kasasiya şikayətinin həmin hissəyə dair dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı 1142,16 manat borcu faiz kimi tələb etmiş, öhdəliyin icra olunmaması ilə bağlı cərimənin tutulmasına dair tələb irəli sürməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr faiz borcunu müqavilə müddəti üçün müəyyən etdikləri halda, müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə tələb olunan borcun tutulmasından imtina etməklə qanunun tələbini düzgün tətbiq etməmiş və ziddiyyətli nəticəyə gəlmişlər. Belə ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və həmin borcun yaranmasını əlavə sübut etmək öhdəliyini daşımır. Bu səbəbdən iddianın həmin tələbinin sübuta yetirilməməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi, qətnaməni həmin hissədə dəyişdirilmədən saxlanılmaqla isə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1034/2020 nömrəli qətnaməsini qismən, yəni kredit müqaviləsinin müddə ti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faizlə hesablanan borcun təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar