Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5467/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5467/20 (Açar sözlər: kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil Məhəbbət oğlunun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1271/2020 nömrəli iş üzrə 10 iyun 2 020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X2 qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borc qismində 2332 manat 40 qəpik, faiz borcu qismində 912 manat 46 qəpik, cərimə borcu qismində 1774 manat 21 qəpik, müqavilənin bitdiyi tarixdən 24 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 342 manat 08 qəpik, cəmi 5361 manat 15 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pu l vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyəti ilə X2 qızı arasında 05 noyabr 2014-cü il tarixli 158 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 28% dərəcəsi tətbiq etməklə 4000 manat məbləğdə kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə əsas borc və istifadə olunmuş vəsaitə illik 28% hesablanmış illik faiz borcu, müəyyənləşdirilmiş qrafik üzrə hər ay iddiaçıya ödənilməli idi. Lakin cavabdeh X2 qızı kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu vaxtında və lazımi qaydada ödəməmişdir. Kredit müqaviləsinin təminatı kimi “İddiaçı” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 05 noyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməlidir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə “İddiaçı” açıq səhmdar cəmiyyəti müflis elan edilmiş və “xxxx” MMC “İddiaçı” ASC-yə ləğvedici təyin edilmiş, lakin sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi “xxxx” MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. 05 noyabr 2014-cü il tarixli 88 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 qızının ödənilməmiş əsas borc qismində 2332 manat 40 qəpik, faiz borcu qismində 912 manat 46 qəpik, cərimə borcu qismində 1774 manat 21 qəpik, müqavilənin bitdiyi tarixdən 24 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 342 manat 08 qəpik, cəmi 5361 manat 15 qəpik borcu mövcuddur. Ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fon du əsas borc qismində 2332 manat 40 qəpik, faiz borcu qismində 912 manat 46 qəpik, cərimə borcu qismində 1774 manat 21 qəpik, müqavilənin bitdiyi tarixdən 24 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 342 manat 08 qəpik, cəmi 5361 manat 15 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Əhmədov, iş № 2(022)-1134/2019) Ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş, cavabd eh X2 qızından ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 05 noyabr 2014-cü il tarixli 158 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2332 (iki min üç yüz otuz iki) manat 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 2357 (iki min üç yüz əlli yeddi) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 05 noyabr 2014-cü il tarixli 158 saylı kredit müqaviləsinə görə, ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyəti cavabdeh X2 qızına kreditdən istifadəyə görə 24 ay müddətinə 28% illik borc faizləri ödəməsi şərtilə 4000 manat məbləğdə kredit vermişdir. Ləğv p rosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyəti tərəfindən təqdim edilmiş və işdə olan 28 oktyabr 2019-cu il tarixli maliyyə arayışına görə, cavabdeh X2 qızının 24 oktyabr 2019-cu il tarixə kimi ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinə borcu, əsas borc qismində 2332 manat 40 qəpik, faiz borcu qismində 912 manat 46 qəpik, cərimə borcu qismində 1774 manat 21 qəpik, müqavilənin bitdiyi tarixdən 24 oktyabr 2019cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 342 manat 08 qəpik, cəmi 5361 manat 15 qəpik təşkil edir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 internet portalından çıxarışın işə əlavə edilmiş surətinə görə, X2 qızının ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 2833 manat 68 qəpik təş kil etmiş, borcun azaldılmasına 501 manat 27 qəpik məbləğdə pul vəsaiti yönəldilmiş, ödənilməmiş əsas borc qismində qalıq borcu 2332 manat 40 qəpik məbləğdə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə təl əbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 05 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə görə, Cavabdeh2 və Cavabdeh3 05 noyabr 2014-cü il tarixli kredit müqavilələləri üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərilərinə götürmüşlər. 05 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin “müqavilənin predmeti” başlıqlı 3.3-cü bəndinə görə, zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 5 gün müddətində icra edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyəti z amin Cavabdeh2 və Cavabdeh3 qarşı yalnız 07 noyabr 2019-cu il tarixdə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının zaminlər Cavabdeh2 və Cavabdeh3 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar 05 noyabr 2014-cü il tarixli 158 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun, faiz borcunun və cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddia rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-1271/2020) iddiaçı Ləğv prosesində olan «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin ləğved icisi Əmanətlərin Sığortalanması Fondunun Məhkəmələrlə iş şöbəsinin müdiri Fərid Əliyev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(022)-1134/2019 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Məhkəmələrlə iş şöbəsinin müdiri Fərid Əliyev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2 və 6.3-cü maddələrinə görə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının res trukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilmişdir. Həmin Fərmanının 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci maddəsində Banklara tövsiyə edilmişdir ki, həmin Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ləğv prosesində olan «İddiaçı» açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun G.Hümmətovaya belə bir təklif göndərməsini və G.Hümmətovanın həmin təklifin qəbulundan imtina etməsini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 05 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin «müqavilə nin predmeti» başlıqlı 3.3-cü bəndindən görə, zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 5 gün müddətində icra edilməlidir. Mülki işdən görünür ki, ləğv prosesində olan “İddiaçı” açıq səhmdar cəmiyyəti zamin Cavabdeh2 və Cavabdeh3 qarşı yalnız 07 noyabr 2019-cu il tarixdə iddia qaldırmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin, iddiaçının zaminlər Cavabdeh2 və Cavabdeh3 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun, faiz borcunun və cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddianın rə dd edilməsinə dair gəldiyi nəticə qanunidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Az ərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfi ndən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçü n bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzin də kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarındakı mövqeyinə görə MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu ha lda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil Məhəbbət oğlu) kassasiya şika yətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1271/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(106)-1271/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etm iş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı «İddiaçı» ASC tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakteri daşıdığından və iş materiallarına uyğun olmadığından təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin iş üzrə 17 dekabr 2019-cu il tarixli, 2(022)1134/2019 saylı qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.“ Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1271/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.