Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5477/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)863/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2020-ci il tarixli, 2(025)-98/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair ilk iddiasının qismən təmin edilərək, Cavabdeh 3700 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3730 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc (kredit) müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, A.Mahmudov) xx.xx.2020-ci il tarixli, 2(107)-863/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-98/2020 sa ylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7800 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “borc (kredit) müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış borc (kredit) müqaviləsinin ləğv edilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, ilk iddia üzrə cavabdeh işə Qəbələ Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında ilkin iddia tələbini etiraf etməyərək və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda borc (kredit) müqaviləsi bağlanaraq notariat qaydasında təsdiq edilsə də, o, iddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. İddiaçı ilə aralarında hər hansı nağd borc alış-verişi də olmamışdır. Mülki işdə ilkin iddianın əsaslılığını təsdiq edən heç bir mötəbər sübut olmamasına baxmayaraq Şəki Apellyasiya Məhkəməsi hazırkı iş üzrə qətnamə qəbul edərkən ilk cavabdehin iddiaçının iddia ərizəsində və xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış borc (kredit) müqaviləsi üzrə hər hansı, o cümlədən müqavilədə qeyd edilən məbləğdə pulu faktiki olaraq borc almadığı halda, həm də bu hal tamamilə işdəki sübutlarla tam sübuta yetirilməsinə baxmayaraq, cavabdehin iddiaçıya qeyd edilən məbləğdə pul borclu olduğu qənaətinə gəlmişdir ki, bu qənaət də işin hallarına və həqiqətə uyğun deyildir. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-863/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytar ılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı m addəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin hazırda ona olan borcunun 7800 manat miqdarında olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. xx xxxxxx 2015-ci il tarixli borc (kredit) müqaviləsində cavabdehin iddiaçıdan cəmi 7800 manat borc alması qeyd edilsə də, həmin borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə nağd pul verilməsi sübuta yetirilməmişdir. Cavabdehin izahatı, həmçinin, Ramin Ağayev adlı şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədən əvvəl olan münasibətlərdən yaranmış borc (alacaq-verəcək) məsələsi mövcud olmuş və həmin 7800 manat borcun 3700 manatdan ibarət hissəsi iddiaçıya, qalan 4100 manatdan ibarət hissəsi isə Ramin Ağayev adlı şəxsə aid olmuşdur. İddiaçı cavabdehin şəxsən ona olan borcunun faktiki miqdarının 3700 manatdan artıq olmasını sübut edə bilməmişdir. Həmçinin şahid Ramin Ağayevin ifadəsindən sonra və çıxışı zamanı borcun 3700 manat olduğunu qeyd etmişdir. Eyni zamanda, xx xxxxxx 2015-ci il tarixə iddiaçıya olan borcun tərəflərin qarşılıqlı razılığı ilə 3700 manat miqdarında müəyyən edilməsini cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Ancaq həmin borc müqaviləsinə əsasən kredito run öz öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği borcluya verdiyi də müəyyən olunmur. Bununla belə, iddiaçının cavabdehin istifadəsinə verdiyi avtomobilin öz sahibinə qaytarılmasına görə ondan əsassız olaraq 2500 manat pul tələb etməsi də inandırıcı deyildir və işin faktiki hallarına uyğun gəlmir. Həmçinin, cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən müəyyən edilmiş icarə haqlarını, ondan borc aldığı pula görə faizləri tam ödəyə bilməmiş, bundan əlavə, mobil telefonun dəyərini də ödəməmiş, bu səbəbdən iddiaçıya borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan 3700 manat borcunu hansı məbləğlərlə, eyni zamanda, nə vaxt, harada və kimin yanında qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş dir. X2 da, məhkəmədə verdiyi ifadəsində qardaşının İddiaçı borcunu ödədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmin əsaslara görə məhkəmə cavabdehin etirazlarına tənqidi yanaşmışdır. Eyni zamanda şahid Ramin Ağayev ifadəsində də qeyd etmişdir ki, 7800 manat borcun 4100 manatı ona məxsusdur və Cavabdehla münasibətlərini həll etmiş və borcunu almışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində borc müqaviləsinə iddiaçının təsiri və təzyiqi altında imza etdiyini, əslində isə iddiaçıya borcu olmadığını qeyd etsə də, cavabdehin dəlilləri onun özünün qeyri-müəyyən, ziddiyyətli izahatı ilə təkzib edilmişdir. Qeyd olunan müqavilə iki və ya daha artıq fiziki şəxsin dairəsində, rəsmiyyətdən kənar şəkildə deyil, müvafiq icra hakimiyyəti orqanı olan Notariat Kontorunda bağlan dığından həmin müqavilənin təsir və təzyiq altında bağlandığı ağlabatan deyildir. X1 tərəflərin şifahi müraciətinə uyğun olaraq hazırlandığı, tərəflərin həmin müqavilənin onların həqiqi niyyətlərinə uyğun olduğunu təsdiq etdikləri xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinin müddəalarında birbaşa qeyd edilmişdir. Müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən cavabdehə təsir və təzyiq göstərildiyi təqdirdə, sonradan cavabdehin bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək imkanları olmasına baxmayaraq belə bir müraciətin edildiyi də aşkar edilməmişdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarş ılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Ona görə də apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da ilk cavabdehin ilkin iddiaçıya müxtəlif vaxtlarda müxtəlif səbəblərlə borclu qalması onun ifadəsi və şahid ifadəsi ilə də müəyyən edilmişdir. Lakin iş materiallarında cavabdehin iddiaçıya olan borcunu ödəməsi və ya ona borcunun olmaması barədə hər hansı sübut müəyyən edilməmişdir. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir k i, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-863/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5477/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5477/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver