Məhkəmə qərarları › İş №2(102)-5478/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5478/2020

10.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5478/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdeh X21 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5478/20 (Açar sözlər: cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı X11 və onun vəkili Vəkil, cavabdeh X28 və onun vəkili X14 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-72 /2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı X11 cavabdeh X21 qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X18 qanunsuz hərəkətlərinin qarşısının alınmasına, qanunsuz zəbt etdiyi yolun açdırılmasına və yol ətrafı çəpərin öz vəsaiti ilə sökdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il ta rixli qətnaməsi ilə (hakim T.İsmayılov, iş № 2(016)-158/2019) iddia təmin edilmiş, cavabdeh X26 Ağsu rayonunun Növcü kəndində cavabdeh X23 tərəfindən özbaşına zəbt etdiyi çəpərin sökülməsi və cavabdeh X16 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 191.10 (bir yüz doxsan bir manat, 10 qəpik) manat alınaraq Kapitalbankın Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə TADQ MAR, VÖEN: **********, Hesab: AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-051A seriyalı, kodu 40912018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətinə görə, X19, İddiaçı, X6, X17, X7, X15 və X12 mülkiyyətinə Ağsu rayon Aq rar islahat komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı məqsədilə 0,39 hektar torpaq sahəsi verilmişdir. JN-051B seriyalı, kodu 40912018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətinə görə, X19, İddiaçı, X6, X17, X7, X15 və X12 mülkiyyətinə Ağsu rayon Aqrar islahat komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı məqsədilə 0,14 hektar torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilməklə ekspert qarşısında Ağsu rayon Aqrar İslahatlar Komissiyasının 27 i yul 1998-ci il tarixli 08 saylı qərarı ilə X4, X19, X6, X17, X7, X15 və X12 ümumi paylı mülkiyyətinə Ağsu rayonunun Növcü kəndində yerləşən 0.14 hektar və 0.39 hektar (2 yerdə) torpaq sahələrinin X18 özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun (torpaq) sahəsinin sərhədlərinin müəyyən edilməsi, cavabdeh X27 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edilib-edilməməsi, zəbt edildiyi halda nə qədər hissəsinin zəbt edilməsi sualları qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 mart 2019-cu il tarixli, 03/0030 saylı mütəxəssis rəyinə görə, Ağsu rayon Aqrar İslahatlar Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə X4, X19, X6, X17, X7, X15 və X12 ümumi paylı mülkiyyətinə Ağsu rayonunun Növcü kəndində yerləşən 0.14 hektar və 0.39 hektar (2 yerdə) torpaq sahələrinin və X18 istifadə etdiyi və çəpərlədiyi yolun (torpaq) sahəsinin sərhədləri müəyyən edilmişdir. X4, X19, X6, X17, X7, X15 və X12 JN-051A saylı şəhadətnamədə olan 0.39 ha (naturada 0.50 ha) həyətyanı torpaq sahəsi ilə cavabdeh X3 qonşuluğu yoxdur. İddiaçı X10 və ailə üzvlərinin JN- 05İB saylı şəhadətnamədə olan 0.14 ha (naturada faktiki istifadə etdiyi 0.2480 ha) həyətyanı torpaq sahəsi ilə cavabdehin anası mərhum X13 ilə şərq tərəfdən həmsərhəddir. Həyətyanı xəritəsində cavabdeh və iddiaçının şəhadətnamələrində onların arasında yol göstərilmişdir. Lakin naturada iddia olunan yol cavabdeh tərəfindən tutularaq öz həyətyanı sahəsi kimi istifadə olunur. Cavabdeh X27 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsind ən istifadə edilməməsi müəyyən olunur. Birinci instansiya məhkəməsi sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin tutularaq öz həyətyanı sahəsi kimi istifadə etməsi halı sübuta yetirilir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki va ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-72/2020 ) cavabdeh X28 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-158/ 2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X4 cavabdeh X24 qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılmasına dair iddia tələbinin təmin edilməməsi, iddiaçı X2 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X9, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən ediliş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki va ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətç i qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki iş üzrə keçirilmiş 10 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının istifadəsində olan gediş-gəliş yoluna Cavabdeh Rafik oğlu tərəfindən heç bir m aneəçilik törədilmir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı X11 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişd ir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili X22 izahatında göstərmişdir ki, işə baxark ən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər i Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə ko llegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-72/2020 nömrəli iş üzrə 18 iyun 2020ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə 18 mart 2019-cu il tarixli, **********44 sayl ı məktubla 12 mart 2019-cu il tarixli, 03/0030 saylı mütəxəssis rəyindən də göründüyü kimi, həyətyanı xəritəsində cavabdeh və iddiaçının şəhadətnamələrində onların arasında yol göstərilmişdir. Lakin naturada iddia olunan yol cavabdeh tərəfindən tutularaq öz həyətyanı sahəsi kimi istifadə olunur. Bununla da. iddiaçının və onun ailəsinin digər üzvlərinin onlara məxsus digər torpaq sahələrinə gediş gəlişini məhdudlaşdırmışdır. Hətta tövlənin arxa hissəsini çəpərə salmışdır. Onların tövləyə gediş gəlişinə maneə törədir. Cavabdeh torpaq sahələrindən özünün mal-qarası üçün otlaq sahəsi kimi istifadə edir. Torpaq sahələrinə heç bir əlaqəsi olmayan insanları onlara qarşı yönəldir və əsassız olaraq mübahisələr və narazılıqlar yaradır. Cavabdeh və arvadı qonşuluq hüququnu pozur və ailə üzvlərinin to rpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin almış olduğu mütəxəssis rəyi ilə müəyyən olunur ki, «… həyətyanı xəritəsində cavabdeh və iddiaçının şəhadətnamələrində onların arasında yol göstərilmişdir. Lakin naturada iddia olunan yol cavabdeh X26 tərəfindən tutularaq öz həyətyanı sahəsi kimi istifadə olunur. Cavabdeh X23 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə edilmir. Həmin rəyin verilməsi üçün məhkəmənin qəbul etmiş olduğu qərardadında sual olaraq aşağıdakılar qoyulmuşdur. Ağsu rayon Aqrar İslahatlar Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə Reyhan Cəfərqulu qızı Musayevanın, X19, X6, X17, X7, X15 və X12 ümumi paylı mülkiyyətində Ağsu rayonunun Növçü kəndi ndə yerləşən 0,14 hektar və 0,39 hektar (2 yerdə) torpaq sahələrinin və X20 özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun (torpaq) sahəsinin sərhədlərini müəyyən etmək?. Cavabdeh X26 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdirmi, əgər etmişdirsə, nə qədər hissəsini zəbt etmişdir? İş üzrə apelyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur;

1. Ağsu rayon Növçü kəndində X8 məxsus torpaq sahəsinə əvvəllər gediş-gəliş yolu mövcud olmuşdurmu? 2. mövcud olduğu təqdirdə həmin gediş-gəliş yolu X28 tərəfindən zəbt edilmişdirmi?

3. Zəbt edilmişdirsə hansı hissədə? Qoyulmuş suallara verilmiş cavablar aşağıdakılardan ibarət olmuşdur.

1. Ağsu rayonunun Növçü kəndində X8 məxsus torpaq sahəsinə əvvəllər gediş-gəliş yolunun mövcud olub-olmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. X1 məxsus torpaq sahəsinə gediş-gəliş yolu hal-hazırda mövcuddur və tərtib olunmuş sxemdə öz əksini tapmışdır.2. Gediş-gəliş yolu X29 tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. Lakin mövcud ümumi istifadədə olan gediş-gəliş yoluna Abasov Raqif Rafik oğlu tərəfindən heç bir maneçilik törədilmir. Göründüyü kimi birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi tərəfindən müvafiq olaraq mütəxəssis qarşısında müxtəlif məzmunlu suallar qoyulmuş və həmin suallar əsasında tədqiqat aparılması zəruri hesab edilmişdir. Apelyasiya məhkəməsi iddia tələbini nəzərə alaraq və birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş sual ların ilkin olaraq yoxlanılmasını zəruri hesab etməli, bundan sonra özünün araşdırılmasını zəruri bildiyi suallarını ekspertə təqdim etməli idi. Faktiki olaraq birinci rəydə yolun cavabdeh tərəfindən zəbt olunduğu göstərilmiş olsa da apelyasiya instansiya məhkəməsi zəbt edilmənin müəyyən edilməsinin ekspertin səlahiyyətinə aid olmamasına dair rəyini əsas götürərək müvafiq nəticəyə gəlmişdir. Bu halda apelyasiya instansiya məhkəməsi ya iş materiallarında olan sübutlar əsasında zəbtin mövcudluğunu müəyyən etməli və ya ekspert qarşısında yenidən sual qoymaqla yaranmış ziddiyyətin aydınlaşdırılmasına təşəbbüs göstərməli idi (birinci halda zəbtin mövcud olması, 2-ci halda zəbtin müəyyən edilməsinin ekspertin səlahiyyətin aid olmaması, iddiaçının istifadəsində yolun olması və ondan sərbəst ist ifadə etməni davam etdirməsi) Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər iki rəydə göstərilən yolun eyni yol olmasının müəyyən edilməsi üçün məhkəmə hər hansı araşdırma aparmamışdır. Digər tərəfdən məhkəmə iddiaçı tərəfə münasibətdə digər mülkiyyətçilərinin işin baxılmasında iştirakını təmin etməmiş və onları prosessual şəxs qismində cəlb etməmişdir. Cavabdeh tərəfə münasibətdə isə onun tələbə cavab verməli olan şəxs olub-olmamasını yoxlamamış, cavabdehin anasından miras qalmış torpaq sahəsi üzrə vərəsəlik hüququnun yaranmasını aydınlaşdırmamış və torpaq sahəsindən faktiki istifadə edən şəxslərinin dairəsini müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-72/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar