Məhkəmə qərarları › İş №2(102)-5480/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5480/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5480/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavadehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)1062/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin (hakim T.Həsənov) xx.xx.2020-ci il tarixli, 2( 033)-48/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və bankla aparılmış əməliyyatlar nəticəsində əldə edilmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 1647 ABŞ dolları məbləğində borcun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) və kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 manat pul vəsaitinin, Cavabdeh2 kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 manat pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Eyvazov, R.Əliyev, İ.Şükürov) xx.xx.2020-ci il tarixli, 2(107)-1062/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasi ya şikayəti təmin edilməyərək, iş üzrə Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-48/2020 nömrəli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc kimi vermiş olduğu 2000 ABŞ dolları və bankla əlaqədar kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2000 ABŞ dolları borcun və hər iki cavabdehdən onun xeyrinə əlavə olaraq 3600 manat bankla aparılmış əməliyyatlardan əldə edilmiş pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Demək olar ki, Şəki Apelyasiya Məhkəməsi apelyasiya şikayətinə baxarkən apelyasiya şikayətində qeyd olunmuş sübutları, xüsusatları araşdırmamış, məhkəmə iclasında heç bir sübut tədqiq edilməmiş, yalnız İddiaçı və Cavabdeh2 bacı qardaş olduğundan onlar arasında olan qohumluq münasibətinin bu həddə çatdırılmasının səbəbi araşdırılmışdır. Apelyasiya Məhkəməsində vəkil tərəfindən iddia müddətinin tətbiqi ilə əlaqədar təqdim edilmiş ərizə qiymət verilməməsi dəfələrlə qeyd olunsa da apelyasiya kollegiyası tərəfindən bu barədə heç bir araşdırma aparılmamışdır. Apelyasiya Məhkəməsində kredit öhdəliklərinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən şəxsən ödənilməsi və bu barədə işə əlavə edilmiş bank ödəniş qəbzlərinin həqiqətən də Cavabdeh1 və Cavabdeh2 aid olması qeyd olunsa da, bankın yalandan verdiyi guya krediti Leylanın ödəməsinə dair ödəniş qəbzlərinin ziddiyyət təşkil etməsi məhkəmə iclasında araşdırılmamışdır. Şəki Apelyasiya məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməməklə prosessual hüquq normasını pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, İddiaçı Cavabdeh1 2015-ci ilin 20 noyabrında 2000 ABŞ dolları borc vermişdir. Cavabdeh1 həmin 2000 ABŞ dollarını 4 ay müddətinə qaytaracağına dair iltizam yazıb imzalamışdır və həmin pulu gö türərkən sosial yardım aldığı kartı İddiaçı vermişdir. Uzun müddət iddiaçı Arzunun sosial kartına ödənilmiş sosial yardım pullarını almışdır. Sonra bildirmişdir ki, həmin pullar götürdüyü 2000 dolların faizidir və Arzudan 2000 dolları tələb etməyə davam etmişdir. Həmin dövrdə Dövlət tərəfindən zəlzələdə zərərçəkmişlərə evlər tikilib verilirdi. Arzuya da təzə ev tikildi. İdddiaçı cavabdeh Arzunu məcbur etdi ki, evi 27000 manata satsın. Arzu evini satmış və onun 2000 ABŞ dollarını qaytarmışdır. Lakin iddiaçı Arzunun əlində evini satıb qalan pul olduğunu görmüş və Arzu ilə dostlaşmaya başlamışdır. Bir müddət sonra Arzunu aldadıb 10000 manat borc pul götürmüşdür. Pulun məbləği çox olduğuna görə notariusda borc müqaviləsi imzalamaqla pulu Arzu iddiaçıya vermişdir. Lakin iddiaçı Arzunu aldatdığı na görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qərarı ilə həmin on min pulun iddiaçıdan alınıb Arzuya verilməsinə dair qətnamə çıxarılmışdır. Hal-hazırda qətnamə icra olunur. İddiaçının əmək haqqına yönəlib pul ödənilir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 2018-ci ilin may ayında məhkəməyə müraciət edərək Arzuya olan borcunu hər ay 300 manat olmaqla ödənilməsinə qərar çıxarılmasını xahiş edir. Əgər Arzunun ona borcu var idisə niyə həmin problemi 2018-ci ildə demirdi? Bundan başqa iddiaçının cavabdehlərdən tələb etdiyi 3600 manat yalançı bir məbləğdir. İddiada yazılır ki, guya iddiaçı cavabdehlərin adına kredit götürüb ödəyib Bu yalandı, heç bir bank başqa şəxsin adına başqa şəxsə kredit vermir. O, bu tələbini məhkəmədə sübut edə bilmədi. Lakin məhkəmə iş üzrə səhv nəticəyə gəldi. Bundan başqa iltizam və pulun iddiaçıdan Arzu tərəfindən 2015-ci ilin noyabr ayında götürülməsi və 4 ay müddətinə qaytaracağına öhdəlik götürməyi onu bildirir ki, həmin pul 2016-cı ilin mart ayının 20-dək qaytarılmalı idi. Arzu həmin pulu tamamilə qaytarıb, ona görə ki, Arzu xx xxxx 2017-ci il tarixdə iddiaçıya notarial qaydada 10.000 manat borc vermişdir. Məhkəmə nə üçün bu fakta qiymət verməmişdir.2016-cı ilin mart ayından bu günədək isə 3 il müddət keçmişdir. Əgər həmin pul iddiaçıya qaytarılmamış olsaydı o, indiyədək məhkəməyə müraciət etməli idi. Beləliklə, həmin pulun qaytarılmasında o, haqlı olsa belə iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim edilmiş, məhkəmə işin bu faktına da qiymət verməmişdir. İşə əlavə edilmiş Fineks Kredit ASC B OKT-in verdiyi kredit ödənişlərinə dair qəbzləri ilə onun xx.xx.2019-cu il tarixli məktubu ziddiyyət təşkil edir Məhkəmə işin bu halını araşdırmamış və qiymət verməmişdir. İşə əlavə edilmiş Fineks Kredit ASC BOKT-in verdiyi kredit ödənişlərinə dair qəbzləri ilə onun xx.xx.2019-cu il tarixli məktubu ziddiyyət təşkil edir Məhkəmə işin bu halını araşdırmamış və qiymət verməmişdir. Finex Bankdan sözü gedən kreditlərin hər ay kimin tərəfindən ödənilməsinə dair məhkəməyə ödəniş qəbzləri təqdim edilmişdir. Həmin qəbzlərdə ödənişin Arzu və Rəşad tərəfindən ödənildiyi qeyd edilir. Lakin bank məktubunda bunun əksini yazır, biri birinə zidd olan sübutlardan məktuba üstünlük verməsi məhkəmənin bu işə düzgün qiymət verməməsini göstərir. Bankın verdiyi məktub ilə ödəniş qəbzləri arasında ziddiyyət təşki l edildiyi halda məhkəmə ödəniş qəbzlərinə üstün qiymət verməli idi. İddiaçının izahatından görünür ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə, o, Cavabdeh2 əvəzinə müəyyən məbləğdə banka pul ödəmişdir. İşin hallarından görünür ki, məhkəmə qərarının əsası kimi “xxxx” ASC-nin Zaqatala filialının xx xxxxxxx 2019-cu il tarixli məktubuna əsaslanmışdır Həmin məktubda bildirilir ki, Cavabdeh2 əvəzinə xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliyi İddiaçı yerinə yetirmişdir. Hesab edirlər ki, məhkəmə bu sənədə kritik yanaşmalı, bitərəf və maraqlı olmayan təşkilatlara sorğu ilə müraciət etməli idi. O da qeyd edilməlidir ki, İddiaçı bank işçisidir, bu da öz növbəsində məktuba kritik yanaşma tələb edir. Qəribədir ki, məhkəmə qətnaməsində heç bir dənə də olsa qəbz barədə məlumat yoxdur. Kim ödəyib, nə qədər ödəyib, nə vaxt ödəyib? Məhkəmə yalnız “xxxx” ASC-nin Zaqatala filialının məktubuna əsaslanır. Hesab edilsə ki, Cavabdeh2 əvəzinə öhdəliyi İddiaçı yerinə yetirib. Sual yaranır: “xxxx” ASC-e ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə İddiaçı Cavabdeh2 zaminidirmi? Hansı əsaslarla İddiaçı başqasının öhdəliyini icra etmişdir? Burada məhkəmə bu hala Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda göstərilən müddəaları baxımından yanaşmalı idi. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və yə öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı fələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təkli etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. İşin hallarından müəyyən olunur ki, borclu tərəfindən öhdəliyin şəxsən icra edilməsi müqavilədən irəli gəlir, öhdəliyin üçüncü şəxs (İddiaçı) tərəfindən icrası üçün, kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunurdu, kreditor, üçüncü şəxsin (İddiaçı) təklif etdiyi icranı o halda qəbul edə bilərdi ki, borclu (Cavabdeh2) bunun əleyhinə olmasın. İşin hallardan görünür ki, bu haqda nə bank nə də iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əslində heç soruşmamışlar. Qeyd edilməlidir ki, 431.1-ci maddəsinin 3 cümləsi (Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur) x xxxxx 2017-ci il tarixli 572- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Yəni, “xxxx” ASC ilə Cavabdeh2 arasındakı müq avilə xx.xx.2015-ci il tarixdə, 431.1-ci maddənin 3 cümləsi qüvvəyə minməmişdən qabaq bağlanmışdır, bankla Cavabdeh2 arasında münasibətlərin yaranması məqamına göstərilən müddəa mövcud deyildir. Bu baxımdan, Cavabdeh2 əvəzinə öhdəliyin İddiaçı tərəfindən yerinə yetirilməsi məhkəmə tərəfindən qəbul edilə bilməz. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, iddia müdətinin tətbiqinə dair ərizəyə münasibət bildirməmişdir.Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1062/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxıl masının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlərin vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1062/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hal larına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin 2000 ABŞ dolları pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair hissəsi qismən təmin edilməlidir. Belə ki, apelyasiya kollegiyası araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 İddiaçı, borcunu ödəmək şərti ilə, borc olaraq 2000 ABŞ dolları pul borc almış və borc alması barədə kredit müqaviləsi (qəbz) bağlamışdır. Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya borcundan yalnız 600 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası iclasında tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları borc pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 özü etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan müqaviləni o, özü yazaraq imzalamış, həqiqətən 2000 ABŞ dolları pulu iddiaçıdan almışdır. Lakin cavabdeh həmin borc aldığı 2000 ABŞ dolları pulu iddiaçıya qaytardığını bildirir. İddiaçı isə cavabdehin ona olan 2000 ABŞ dolları borcundan yalnız 600 manat məbləğdə hissəsinin qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin 2000 ABŞ dolları pulun tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da gör ündüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 2000 ABŞ dollarının cavabdeh tərəfindən qaytarılmış 600 manat çıxılmaqla qalan borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Apelyasiya kollegiyası daha sonra iddia tələbinin “xxxx” X3 X1 Cəmiyyətin Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin olunmalı, kreditlər söz ügedən şəxslərin adına olsa da, kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. Ona görə də, Cavabdeh1 adına olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia bu hissədə təmin edilməlidir. Apelyasiya kollegiyası daha sonra iddia tələbinin “xxxx” ASC tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, ilk öncə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, id dia tələbinin 2000 ABŞ dolları pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair hissəsi üzrə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ünvanlanmış, apelyasiya şikayətində də cavabdeh tərəfindən dəlil olaraq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət göstərilməməsi, iddia müddətinin tətbiq edilməməsi vurğulanmış, lakin apelyasiya kollegiyası qeyd edilən dəlillə bağlı hər hansı yanaşma göstərməmiş, araşdırma aparmamışdır. Halbuki, apelyasiya kollegiyası iddia tələbinin bu hissəsinin tərəflər arasında mövcud olmuş müqav ilə üzrə əmələ gəlməsini vurğulamışdır. İş materiallarında olan (səh 3) şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə yazılmış iltizamdan da görünür ki, iltizam xx.xx.2015-ci il tarixdə verilmiş, öhdəliyin icra müddəti 4 ay müəyyən edilmişdir. Yəni öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). İddia tələbinin “xxxx” X3 X1 Cəmiyyətinin Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə qeyd isə qeyd ediləməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, kasasiya və apelyasiya şikayətində vurğulandığı kimi, həqiqətən də “xxxx” X3 X1 Cəmiyyətinin verdiyi məktub ilə ödəniş qəbzləri arasında ziddiyyət mövcuddur. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən də görünür ki, ödənişlər cavabdehlərin adından həyata keçirilmiş, həmin qəbzlərdə ödənişlərin cavabdehlərin adından iddiaçı tərəfindən həyata keçirilməsi barədə hər hansı qeyd aparılmamışdır. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlili də olmuş bu hala da hər hansı münasibət bildirməmiş yalnız cavabdehlərin əməllərində əsassız varlanma olmasını qeyd etməklə iddia tələbinin bu hissəsinin təmin edilməsi qənaətinə gəlmişdir. Apelyasiya kollegiyası araşdırmamışdır ki, hansı əsaslarla İddiaçı başqasının öhdəliyini icra etmişdir, qeyd edilən öhdəliyin iddiaçı tərəfindən icra edilməsi üçün cavabdeh hansı mövqedə (razı və ya narazı) olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, ö hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və yə öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təkli etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tər əflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müə yyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edi lməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində, apelyasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bər abərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1062/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)1062/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar