Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5481/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, vəkili X5, kassatorun nümayəndəsi X2 və vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2014-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova, iş № 2(004)-x x/14) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh5, “xxxx” Şirkətinə, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair” tələbinə dair iddiası qismən təmin edilərək 07.06.2012-ci tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə 174.753 manat əsas borcun, 60.469,22 manat faiz borcunun, cəmi 235.222,22 manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh5 müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması; 04.07.2012-ci tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə 385.000 manat əsas borcun, 132.762,11 manat faiz borcunun, cəmi 517.762,11 manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC və Cavabdeh5 müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması; iddiaçı Bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 7 %-nin, yəni 2,10 manatının Bankın özünə aid edilməsini, qalan 93%-nin, yəni 27,90 manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh5, xxxx” Şirkətindən, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Bankın xeyrinə tutulması; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 7%-nin, yəni 3,50 manatın iddiaçıdan, 93%-nin isə, yəni 46,50 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi; tutmanın cavabdeh “xxxx” Şirkətinə məxsus olan və Bakıxanov qəsəbəsi, ev1 yönəldilməsi, həmin qeyriyaşayış binasının açıq hərracdan satılması və satışdan əldə edilə biləcək pul vəsaitinin hesabına “xxxx” MMC-nin 07.06.2012-ci tarixli 01 saylı “Kredit mü qaviləsi” üzrə Banka olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilə biləcək vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin “xxxx” Şirkətinə verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində Şirkət tərəfindən boşaldılmasını; tutmanın Cavabdeh4 məxsus olan və Nərimanov rayonu, X10 prospektində yerləşən 9 “A” nömrəli binanın zirzəmisinə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilə biləcək pul vəsaitinin hesabına “xxxx” MMC-nin 04.07.2012-ci tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə Banka olan borcunun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh4 verilməsini, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 tərəfindən boşaldılması; tutmanın Cavabdeh7 məxsus olan və Abşeron rayonu, ev2 18 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan bu evin açıq hərracdan satılması və satışdan əldə edilə biləcək pul vəsaiti hesabına “xxxx” MMC-nin 04.07.2012-ci tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə Banka olan borcunun ödənilməsi; bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh7 verilməsi; evə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində evin Cavabdeh7 və Cavabdeh3 tərəfindən boşaldılması; tutmanın Cavabdeh6 məxsus olan və Xəzər rayonu, ev3 84 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına “xxxx” MMC-nin 04.07.2012-ci tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə Banka olan borcunun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh6 verilməsi, evə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində evin Cavabdeh6 və Cavabdeh2 tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, X.Sadıqov, “xxxx” MMC və “xxxx” Şirkəti apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abdullayeva-sədrlik edən və məruzəçi, İ.Xəlilov və A.Hüseynov, iş № 2(103)-xxx/15)apellyasiya şikayətləri təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2014-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh6 kassasiya şikayəti vermişdir. Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20.04.2016-cı il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev-sədrlik edən və məruzəçi, Ə.Əliyev və G.Quliyev, iş №2(102)-xx/16) kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və E.Şamayev, iş № 2(103)-xx/19)apellyasiya şikayətləri qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək apellyasiya baxışının predmeti olan hissədə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmi yyətinin iddiası qismən təmin olunmuş, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07.06.2012-ci il tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 174.753 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 47.945,54 manat, 04.07.2012ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 385.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 105.534,06 manat məbləğində pul vəsaitinin borcalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və zamin Cavabdeh5 iddiaçı Bankın xeyrinə müştərək qaydada tutulması, tutmanın ipoteka predmetlərinə: - cavabdeh “xxxx” Şirkətinə məxsus olan və ünvan 1 ünvanında yerləşə n 1 mərtəbəli qeyri-yaşayış binasına, - Cavabdeh4 məxsus olan və Bakı şəhəri, ev2 qeyri-yaşayış sahəsinə, - Cavabdeh6 məxsus olan və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti yuxarıda qeyd edilən borcların ödənilməsinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satıldıqda 1 aydan gec olmayaraq boşaldılması, qeyd edilən əmlakların ilkin satış qiymətlərinin aşağıdakı kimi müəyyən olunması qət edilmişdir: - cavabdeh “xxxx” Şirkətinə məxsus olan və ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti – 239.000 manat, - Cavabdeh4 məxsus olan və Bakı şəhəri, ev3 qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti – 204.000 manat, - Cavabdeh6 məxsus olan və ü nvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti – 222.000 manat məbləğində. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia təmin edilməmişdir. Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh5, “xxxx” Şirkətinə, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən və Cavabdeh5 07.06.2012-ci il t arixli 01 saylı “Kredit müqaviləsi” üzrə Banka olan 175.000 manat vaxtı keçmiş əsas borcun, 76.538,06 manat vaxtı keçmiş faiz borcunun; 04.07.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə isə 385.000 manat vaxtı keçmiş əsas borcun, 168.609,26 manat vaxtı keçmiş faiz borcunun; həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı ilə bağlı ödənilmiş 123 manatın tutulması; 07.06.2012-ci il tarixli 01 saylı “Kredit müqaviləsi” üzrə tutmanın cavabdeh Şirkətə məxsus olan və Bakı şəhəri, ev 1 40 nömrəli 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, qeyriyaşayış binası satıldıqdan sonra 1 ay ərzində boşaldılması və borcun onun və zamin Cavabdeh5 hesabına ödənilməsi; 04.07.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə isə tutmanın Cavabdeh4 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X10 prospektində yerləşən 9 “A” nömrəli binanın zirzəmisinə, Cavabdeh7 məxsus olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində mülkiyyətdə olan 0.00345 ha torpaq sahəsində yerləşən 18 “A” saylı fərdi yaşayış evinə, habelə Cavabdeh6 məxsus olan və Bakı şəhəri, ev2 yerləşən 84 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən ipoteka predmetlərinin açıq hərracda satılması, Nərimanov rayonu, X10 prospektində yerləşən 9 “A” nömrəli binanın zirzəmisi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində mülkiyyətdə olan 0.00345 ha torpaq sahəsində yerləşən 18 “A” saylı f ərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh7 və onun arvadı Cavabdeh3 fərdi yaşayış evini 1 ay ərzində tərk etmələri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsində mülkiyyətində olan 0.02278 ha torpaq sahəsində yerləşən 84 “A” saylı fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh6 və onun arvadı Cavabdeh2 fərdi yaşayış evini 1 ay ərzində tərk etmələri və borcun ipoteka əmlakları və zamin Cavabdeh5 hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabd eh4 nümayəndəsi R.İsmayılov və vəkili N.Abbasov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi Q.Bağırzadə və vəkili H.Cavadov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh4 mübahisələndirmişdir. Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, o, faktiki olaraq qətnamənin özünə aid hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız ona aid hissədə və onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, işdə iştirak edən nümayəndələrin və vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tari xli qətnaməsi Cavabdeh4 aid hissədə həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmeti olan hissədə ləğv edib həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bankın “xxxx” filialı ilə MMC arasında bağlanılmış 07.06.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan MMC-yə 24 ay müddətinə dövriyyə vəsaiti olaraq nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla, illik 17% dərəcəsi ilə 190.000 manat məbləğində kredit verilmişdir. Bankın “Mərkəz” filialı ilə Cavabdeh5 arasında bağlanmış 07.06.2012-ci il tarixli, 0 1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh5 həmin kredit müqaviləsi üzrə MMC-nin Banka qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və MMC ilə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Bank ilə “xxxx” Şirkəti arasında bağlanmış 07.06.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən Şirkət qeyd edilən kredit müqaviləsinin MMC tərəfindən icrasının təminatı kimi özünə məxsus olan və ev3 yerləşən 40 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasını Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Bank ilə MMC arasında bağlanmış 04.07.2012-ci il tarixli 01 saylı digər kredit müqaviləsinə əsasən Bank tərəfindən MMC-yə 24 a y müddətinə dövriyyə vəsaiti olaraq nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla, illik 17% dərəcəsi ilə 410.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh5 zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və MMC ilə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin MMC tərəfindən icrasının təminatı kimi Cavabdeh6 mülkiyyətində olan Xəzər rayonu,ev3 0,02278 ha istifadədə olan torpaq sahəsində 5 otaqlı 84 “A” saylı fərdi yaşayış evi, Cavabdeh7 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində olan 0,00345 ha torpaq sahəsində yerləşən 5 otaqlı 18 “A” saylı fərdi yaşayış evi, Cavabdeh4 mülkiyyətində olan Nərimanov rayonu, X10 prospektində yerləşən 9 “A” nömrəli binanın ümumi sahəsi 160.00 kv.m olan zirzəmisi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.04.2016-cı il tarixli qərarında şərh olunan göstərişlərin icrası qaydasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza xxxxnin 17.10.2016-cı il tarixli 20194 nömrəli rəyi ilə olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış, memorial orderlər, maliyyə arayışı məlumatları və Bank ilə MMC arasında bağlanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla MMCnin 12.11.2014-cü il tarixə 07.06.2012-ci il tarixli 1 saylı “Kredit müqaviləsi” üzrə Banka olan əsas borcu 174.753 manat, faiz borcu 47.945,54 m anat, cəmi borcu 222.698,54 manat, 04.07.2012-ci il tarixli 1 saylı “Kredit müqaviləsi” üzrə Banka olan əsas borcu 385.000 manat, faiz borcu 105.534,06 manat, cəmi borcu 490.534,06 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1, 472-ci maddələrini hazırkı mübahisəyə tətbiq edərək bu qənaətə gəlmişdir ki, Bank ilə MMC arasında bağlanmış 07.06.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 174.753 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 47.945,54 manat, 04.07.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 385.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödəni lməsi məqsədilə 105.534,06 manat məbləğində pul vəsaiti MMC-dən və zamin Cavabdeh5 iddiaçı Bankın xeyrinə müştərək qaydada tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 279, 317, 319.1, 269.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, iddianın “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi tam əsaslıdır. Lakin kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı kimi ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmetləri açıq hərracda “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 09/199 saylı 05.10.2016-cı il tarixli rəydə müəyyən edilmiş 26.12.2014-cü il tarixinə olan bazar dəyərləri ilə ilkin s atışa çıxarılmalı və həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti yuxarıda qeyd olunan borcların ödənilməsinə yönəldilməlidir. “xxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 09/199 saylı 05.10.2016-cı il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 07.06.2012-ci il tarixinə bazar dəyəri 223.000 manat, 26.12.2014-cü il tarixinə (Rayon Məhkəməsində baxılan zaman) bazar dəyəri 239.000 manat, 05.10.2016-cı il tarixə bazar dəyəri 200.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 9 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 04.07.2012-ci il tarixinə bazar dəyəri 189.000 manat, 26.12.2014-cü il tarixinə (Rayon Məhkəməsində baxılan zaman) bazar dəyəri 204.000 manat, 05.10.2016-cı il tarixə bazar dəyəri 160.000 manat; ünvan 3 ünvanında 0,02278 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 26.07.2012-ci il tarixinə bazar dəyəri 203.000 manat, 26.12.2014-cü il tarixinə (Rayon Məhkəməsində baxılan zaman) bazar dəyəri 222.000 manat, 05.10.2016-cı il tarixə bazar dəyəri 150.000 manat təşkil edir. Qiymətləndirmə rəyindən görünür ki, birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra əmlakların qiymətləri aşağı düşmüşdür. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq hesab etmişdir ki, bu vəziyyətin yaranmasında ipoteka qoyan şəxslərin təqsiri olmadığından bu hal onların ziyanına qiymətləndirilə bilməz. Buna görə də, ilkin satış qiyməti kimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin tarixinə olan qiymətlər, yəni daha yüksək olan qiymətlər əsas götürülməlidir. Apell yasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Qanununun 59.3 və 59.3.1-ci maddələrinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkə mə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə Cavabdeh4 aid hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi, icraatın dayandırılması üçün kifayət qədər əsaslar olmuş olsa da, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələbinə əməl edilməyərək icraatın dayandırılmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, sonuncu apellyasiya baxışı zamanı iş üzrə icraatın dayandırılmasına əsas olan bütün hallarda icraat dayandırılmış, əsaslar aradan qalxdıqdan sonra icraat təzələnərək iş ə mahiyyəti üzrə baxılmış və yekun qərar qəbul edilmişdir. Məhz icraat dayandırıldığına görə sonuncu apellyasiya baxışı uzun müddət davam etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində prosessual normalarla yanaşı maddi hüquq normalarının pozuntusuna da yol verildiyi qeyd olunmuş, lakin konkret olaraq hansı maddi hüquq normasının pozulduğu, yaxud düzgün təbiq olunmadığı göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən idd iaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı Cavabdeh4 aid hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar stan dartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıd ır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi Cavabdeh4 aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5481/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5481/2019
17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver