Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5483/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli 2(103)2927/2019 saylı qətnaməsindən cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş 2(006)-11/2018) iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı k redit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 89.297,82 manat məbləğində əsas borc, 18.046,67 manat məbləğində faiz borcu, 1.000 manat məbləğində cərimə borcu, cəmi 108.344,67 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 92 saylı evin 10 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 220.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsaitdən 108.344,67 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 176.000 manat müəyyən edilmiş, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, qətnamə iddianın Cavabdeh1 qarşı təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 20 faiz olmaqla 130.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 04.04.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə digər Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 92 saylı evin 10 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. 2015-ci ilin sentyabr ayında bank iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 172.773,33 manat borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yu xarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiy a sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 04.04. 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə digər cavabdehə məxsus olan mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq no tariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş və “Əmlak Eksperti Mərkəzinin” 25.12.2017-ci tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 92 saylı ev in 10 saylı mənzilinin bazar dəyəri 176.000 manat müəyyən edilmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5483/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5483/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver