Məhkəmə qərarları › İş №2(102)-5484/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5484/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5484/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (1-ci iddia) İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” (2-ci iddia) İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4550/2021 nömrəli iş üzrə 17 may 2021- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10 iyun 2018-ci il tarixdə, 01 noyabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almışdır. Bu barədə 10 iyun 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmi şdir. Müqavilə üzrə tərəflərin hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini bu günə kimi geri qaytarmamış, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir yerinə yetirməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixdə 32 saylı notariat kontorunda İddiaçı ilə aralarında 17.000 ABŞ dollarının verilməsinə dair bağlanmış kredit müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 10.06.2018-ci i l tarixdə 17.000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirmir, bu müqavilələr onun işə götürülməyinin şərti kimi bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı yanında işə düzələrək ona məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylayırdı. Gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümumi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əsassız olaraq ondan müqavilə üzrə almadığı pullar tələb olunacağı bildirilmişd ir. Hesab edir ki, işə düzəlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Bu hal gələcəkdə ondan əsassız olaraq pul tələb edilməsinə gətirib çıxaracaqdır. O, cavabdeh ilə olan işinə son qoymuş, bundan sonra bu kredit müqaviləsi ləğv edilməli və ya başqa bir razılaşmanı pərdələmək niyyəti ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. Cavabdeh təkcə onunla deyil, başqa şəxslərlə də eyni qaydada belə kredit müqavilələri bağlamışdır və kim onunla işləməkdən imtina edirsə onu məhkəməyə verib ondan vermədiyi pulu tələb edir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(002)-202/2019 saylı qətnaməsi ilə onunla işləmiş X5 18.430 ABŞ dolları müqavilə bağlanan tarixə məzənnə ilə 31.331 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. X1 Elnur Aftandil oğlu ilə əmək haqqı məsələsində düz gəlməyib işdən çıxandan sonra ondan kredit müqaviləsində göstərilən pulun alınması üçün məhkəməyə müraciət edilmişdir. Həmin qətnamədən X7 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onlar ərizə ilə müraciət edərək, bildirmişdilər ki, İddiaçı 21.07.2018-ci il tarixdə X12 ilə 18.430 ABŞ dolları məbləğində, həmin gün, yəni 21.07.2018-ci il tarixdə X14 ilə 18.430 ABŞ dolları məbləğində, 09.06.2018-ci il tarixdə X10 ilə 16.000 ABŞ dolları məbləğində və 10.06.2018-ci il tarixdə Cavabdeh ilə 17.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Lakin bu müqavilələr üzrə heç kimə borc verilməmişdir. Cavabdeh onu işə götürmək üçün bu kredit müqaviləsinin bağlanmasını şərt kimi qoymuşdur. Belə ki, o, topdan satış məntəqələrindən “Milenium” markalı dondurmaların satışının təşkili üçün cavabdehə məxsus “uğur” markalı soyuducuları mağazalara verilməsini və dondurma mövsümünün sonunda soyuducuların mağazalardan yığılmasını təşkil etməli idi. Cavabdeh bildirmişdir ki, bu kredit müqaviləsi onun işləməsinin və soyuducuların yığılması üçün qarantiya kimi bağlanmışdır. O, işləmək istəmədiyini bildirdikdə, həmin müqavilə ləğv ediləcəkdir. Lakin nəticədə cavabdeh müqaviləni ləğv etməkdən imtina etmiş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakim F.Abdıyev, iş № 2(001)-7312/2019) iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-8496/2019 nömrəli mül ki iş İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7312/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh kimi o, da İddiaçı işçisi olmuşdur. 2018-ci ilin mart ayında işə başlamış və ekspeditor vəzifəsində çalışaraq, dondurma məhsullarının mağazalara paylanması ilə məşğul olmuşdur. Onun əmək haqqısı 300 manat təşkil etmiş, eyni zamanda İddiaçı tərəfindən əldə edilmiş gəlirdən ona 3% miqdarında pulun verilməsi barədə vəd verilmişdir. İddiaçı təşəbbüsü ilə onların da arasında borc müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 da İddiaçı işçisi olduğunu bildirmiş və şah id X6 ifadəsinə uyğun ifadə vermişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-7312/2019) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 (iyirmi doqquz min iki yüz qırx) manat alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01.06.2018-ci il tarixdə kredit müqaviləsi bağlanm ışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 01.11.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat) məbləğində pul verilmişdir. Cavabdeh həmin məbləğdə pulu qəbul etmişdir. Hazırda İddiaçı qeyd edilən müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını bildirir və Cavabdeh 29.240 manat pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, bu müqavilənin onun işə qəbul edilməsinin təminatı olaraq bağlandığını bildirir və bu əsasla həmin müqaviləni həm etibarsız, həm də ləğv edilməsini tələb edir. İddiaçı bu iddianı əsassız hesab edir, həm bu əsasla, həm də etibarsızlıqla bağlı 1 illik müddətin ötürülməsi səbəbindən 1 illik kəsici müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəfindən iştirakı şahid qismində təmin edilmiş X10 və X2 Ceyhun İlham oğlu kimi İddiaçı işçisi olduqlarını bildirirlər və onlarla da belə kredit müqavilələrinin bağlandığını, lakin həmin müqavilələrdə göstərilən məbləğlərin verilmədiyini qeyd edirlər. İddiaçı məcburi köçkündür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı ilə 10 iyun 2018-ci il tarixli müqaviləni formal olaraq bağlandığını həmin müqavilə üzrə ona nəinki 29.240 manat, ümumiyyətlə hər hansı məbləğdə pulun verilmədiyini və nəticə etibarı ilə bu müqavilənin onun tərəfindən aldadılaraq, görünüş üçün bağlandığını bildirir, lakin bu halı sübuta yetirə bilmir. Gətirdiyi dəlillər, habelə şahidlərin ifadələri həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh İddiaçı işçisi olmasını bildirsə də, tərəflər arasında hər hansı əmək münasibətlərinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Cavabdeh bu məbləğdə dəyəri olan müqaviləni ayda 400 manat əmək haqqısı olan və gəlirdən 5% pul nəzərdə tutulan işin təminatı olaraq bağlaması da inandırıcı görünmür. Belə ki, Cavabdeh ümumi aylıq gəliri təxminən 700-800 manat (özünün dediyinə görə) təşkil etmiş olacaqdır ki, bu da borc məbləğinin təxminən 1/40 hissəsini təşkil edir. Şahidlərin hər iksi isə İddiaçı ilə kredit müqaviləsi imzalamışdır və onlardan biri barəsində artıq pulun tutulması barədə məhkəmə tərəfindən qətnamə də qəbul edilmişdir. Bu səbəbdən məhkəmə onların hər ikisinin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Hüquqi nəticə etibarı ilə 10.06.2018-c ı il tarixdə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 29.240 məbləğində pulu borc almış və 01.11.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 32 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi ilə bağlı” iddiası əsassızdır və rədd edilməlidir. Cavabdeh etibarlılığını mübahisələndirdiyi 10.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı 31.10.2019-cu il tarixdə qaldırmışdır. Bununla da Mülki Məcəllənin 354-c ü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Bu da öz növbəsində iddiaya 1 illik müddəti tətbiq etməklə onun rədd edilməsi üçün əsas yaradır. Başqa sözlə, Cavabdeh iddiası əsaslı olduğu təqdirdə belə, bu qəbildən olan müqavilələrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən iddia rədd edilmiş olacaqdır. Məhkəmə Cavabdeh “müqavilənin ləğv edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi üçün fərqli hüquqi əsaslar müəyyən edilmişdir. Cavabdeh dəlilləri isə müqavilənin ləğv edilməsi ilə deyil, etibarsız hesab edilməsi ilə bağlıdır. Digər tərəfdən mülki qanunvericilikdə müqavilənin ləğv edilməsi barə də iddia qaldırılması üçün pretenziya qaydası müəyyən edilmişdir. Lakin həmin müqavilənin qüvvədə olma müddəti bitdiyindən pretenziya qaydasına riayət edilib-edilməməsinin araşdırılmasına hər hansı zərurət qalmamışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış 10 iyun 2018-ci il tarixli kredit müqaviləsini etibarlı hesab etmişdir və İddiaçı tələbini əsaslı hesab edərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc (kredit) müqaviləsi bağlanmışdır. Həmin borc (kredit) müqaviləsinə əsasən İddiaçı Cavabdeh 29.240 manat (notarial qaydada təsdiq olunmuş əqd) məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cav abdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 337.1, 337.4, 339.2, 340.1, 385.1, 390.1, 405.1, 427.3, 442, 448.1, 739.1, 740.1, 740.2, 354.1, 354.2-ci maddələ rinə istinadən əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)7312/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsi və onun tərəfindən verilmiş iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirib. Notarial qaydada bağlanmış olan 10 iyun 2018-ci il tarixli kredit müqaviləsini əsas mötəbər sübut kimi götürmüşdür. Bağlanmış olan müqavilənin onun iradəsinə zidd olan halları nəzərə almamışdır. Bakı şəhər 32 saylı notariat kontorunda müqavilədə göstərilmiş olan 17.000 ABŞ dollarını notariusda ona təqdim etməmi şdir. Bu müqavilələr onu işə götürmək şərt ilə bağlanmışdır. İlkin iddia üzrə iddiaçıya (Bundan sonra iddiaçı) məxsus yük avtomobilləri ilə mağazalara dondurma paylayırdı. Beləliklə, ona gördüyü işin əvəzi olaraq hər ay 400 manat əmək haqqı eyni zamanda satışdan əldə etdiyi gəlirin 5 % miqdarında pul öhdəliyi icra etməyi öz üzərinə götürmüşdür. İddiaçı görmüş olduğu işin müqabilində ona lazımi qaydada əmək haqqı vermədiyindən aralarında mübahisə yaranmış nəticədə ondan müqavilədə nəzərdə tutulan pulu verməyi öhdəsinə götürmüşdür. Hazırda əhəmiyyətsiz bir əqd kimi müqavilə etibarsız hesab edilməlidir. İddiaçı özünü müdafiə etmək üçün sadalanan müqavilələri işçiləri ilə bağlayır. Kim işdən kənarlaşmaq niyyətində olsa həmin şəxslər barəsində məhkəməyə iddia qaldırır. Sözü gedən qətnamənin ləğ vi üçün əsaslardan biridə onlara birgə işləmiş X12 ilə iddiaçı arasında bağlanmış olan 31331 manat dəyərində olan müqavilədir. Bundan əlavə X15, X10 və onunla müqavilə bağlanmışdır. Bu müqavilələrin heç birində də pul verilməmişdir. Başqa sözlə desə onlar iddiaçıya sürücü işləmələrini bildirəndə ilk öncə onlarla belə bir müqavilə bağlayır sonra onları işə götürür bağlanmış olan bu kredit müqavilələrin isə özü üçün qarant hesab edir, bununla bağlı məhkəməyə sübut təqdim etsə də məhkəmə bütün bu sübutları da nəzərə almamışdır. Mülki iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən bağlanmış olan müqavilələrdən də görünür ki, iddiaçı xeyli miqdarda müqavilələrdə göstərilən şəxslərə pul məbləğləri vermişdir. Heç cür həqiqətə uyğun deyil ki, kimsə bu qədər pulu öz işçisinə versin və verməsi b arədə də heç nə tələb etməsin. Bundan əlavə, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tərəfindən verilmiş olan sübutları mötəbərliyi və mümkünlüyü məsələsinə aydınlıq gətirməmişdir.Bütün yuxarıda sadalanan məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Bundan əlavə məhkəməyə yuxarıda sadalananlar barədə məlumat (müqavilələri təqdim etmək) verməyinə baxmayaraq məhkəmə bu sübutları da araşdırmamışdır. Məhkəmə iclasına iddiaçı ilə müqavilə bağlayan şəxsləri dəvət etməyinə baxmayaraq məhkəmə onları dinləməmişdir. Onun irəli sürmüş olduğu 10.06.2018-ci tarixli müqavilənin etibarsız hesab edilməsinə dair məhkəməyə qarşılıqlı iddia verməyinə baxmayaraq məhkəmə iddia müddətin əsas gətirərək iddia tələbini rədd etmişdir. Həmin müddətin ona məlum o lduğu gündən hesablanmasıda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Başqa sözlə desə məhkəmə yalnız iddiaçı tərəfindən verilmiş olan sübutlara qiymət vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh şikayəti üzrə İddiaçı iddiasının təmin edilməsi və Cavabdeh iddiasının isə təmin edilməməsi hissəsi üzrə yoxlanılır, digər şəxslərə münasibətdə isə qətnamə yoxlanılmır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)5468/2020) iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətna məsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında olan 01.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə, Cavabdeh iddiasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, İddiaçı iddiasının faktiki əsası (faktiki hallar) isə tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün ol mamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, İddiaçı bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, Cavabdeh izahatlarından və şahidlərin ifadələrindən aydın olur ki, tərəflər arasında əmək münasibətləri olmuş, Cavabdeh İddiaçı işçisi olmuş, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımış, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olmuş, məhz götürdüyü soyuducuların təminatı olaraq da İddiaçı təkidi aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün İddiaçı k redit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni İddiaçı qeyd olunan kredit müqaviləsinə görə Cavabdeh hər hansı bir məbləğdə pul verməmişdirsə, bu əqd etibarlı hesab edilə bilməz. Əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa, yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri (Cavabdeh Elnur Həmidovun işçisi olması, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşıması, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olması, məhz götürdüyü soyuducuların təminatı olaraq da aralarında əhəmiyyətsiz kredit müqaviləsi bağlaması, hal hazırda münasibətlərinin kəsilməsi və.s) sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Birinci instansiya məh kəməsinin Cavabdeh müqavilənin etibarsızlığını tələb etsə də müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. (MM. mad. 354.1) Lakin Cavabdeh iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM.m.337.3, 337.4).Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz (puç) əqdin dönüb etibarlı əqdə çevrilməsinə səbəb olmalıdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsinin həm etibarsızlığını, həm də ləğv edilməsini tələb etsə də müqavilənin ləğv edilməsindən söhbət gedə bilməz. Çünki, müqavilənin ləğvi, müqavilənin icrasından imtina o zaman tələb edilə bilər ki, həmin müqavilə mütləq etibarlı müqavilə hesab olunsun. Lakin qeyd olunan kredit müqaviləsini bir tərəfdən əhəmiyyətsiz (puç) müqavilə hesab ediriksə, digər tərəfdən o etibarlı müqavilə olmadığından ləğv edilməsi də mümkünsüzdür. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5468/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş e dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və Aqil Abbasov) 25.02.2021-ci il tarixli 2(102)1700/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi göstərilən nəticəyə gələrkən işdə olan hansı mötəbər və digər sübutlarla təkzib olunan sübutlara əsaslanması müəyyən edilmir. Tərəflər arasında əmək münasibətlərinin mövcud olması (əmək və ya hər hansı məzmunda xidmət müqaviləsinin) müəyyən edil mədiyi halda, bağlanmış kredit müqaviləsinin məhz əmək münasibətləri ilə bağlı olmasına dair nəticəyə gəlmək yolverilən hesab edilmir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə istinadən qeyd edilməlidir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya məhkəməsi müqavilənin yalan əqd olması ilə bağlı gəlmiş olduğu nəticəsini cavabdeh tərəfin izahatı və onun tərəfindən təqdim olunmuş şahidin ifadəsinə istinad etməklə gəlmişdir. Lakin kredit müqaviləsinin notariat orqanında bağlanması, məbləğin depozitə qoyulması və məbləğin məhz cavabdeh tərəfindən depozitdən götürülməsi aşkar olduğu və həmin faktları təkzib edən sübutların olmaması halında müqavilənin puç əqd adlandırm ası anlaşılan deyildir. Apelyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsini əsas tutmaqla tərəflərin təqdim etmiş olduqları sübutlara tam baxmalı və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bununla yanaşı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi real müqavilədir, yəni faktiki olaraq pul məbləğinin və ya əşyanın verilməsi ilə bağlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq o laraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, müqavilənin bağlanmış hesab olunması üçün həmin pul məbləğinin iddiaçı tərəfindən mədaxil olunması tələb olunur. Hazırkı işin halları baxımından pulun notariusun bank hesabı vasitəsi ilə verilməsi aşkardır. Cavabdeh etibarlılığını mübahisələndirdiyi 10.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı 31.10.2019-cu il tarixdə irəli sürmüşdür. Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürülməklə verilməsi aşkardır. Apelyasiya məhkəməsinin müqavilənin etibarsız (yalan) əqd olmasına dair mövqeyi tam olaraq əsaslandırılmadığı ha lda, mübahisəyə kəsici müddətlə bağlı normaların tətbiq edilməsinin mümkünsüz olması nəticəsinə gəlməyin özü mübahisəlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini və istinad olunan maddi hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 17 may 2021-ci il tarixli 2(103)-4550/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan 10.06.2018-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat) məbləğində pul borc verir, Cavabdeh 01.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı qeyd edilən müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını b ildirərək, 29.240 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, bu müqavilənin onun işə qəbul edilməsinin təminatı olaraq bağlandığını bildirərək, müqavilənin həm etibarsız, həm də ləğv edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarına əsasən, həmçinin apelyasiya baxışında verilmiş izahatlardan müəyyən edilir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki-hüquq münasibətləri olmuşdur. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 08.05.2018-ci il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308 Yük” markalı **-US- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 07.05.2022-ci il tarixədək qüvvədədir. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 11.05.2019-cu il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308D Yük” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 31.05.2023-cü il tarixədək qüvvədədir. “Üzləşmə aktlarından” müəyyən edilir ki, fəaliyyət dövründə işlədiyi bütün mağazalarda müştəriyə satılan mallara və həmin mallara görə "xxxx" MMC-nin xəzinəsinə ödəniləsi pullara dair, həmçinin MMC tərəfindən onun təqdim etdiyi məhsulların satışının uyğun qaydada saxlanılması üçün müvəqq əti istifadəyə verilmiş soyuducuların xarici görünüşü və texniki vəziyyətinə baxış keçirilməsi və təhvil verilməsi barədə cavabdeh işdən çıxarıldıqdan sonra üçtərəfli üzləşmə aktları tərtib edilmişdir (Cavabdeh bildirmişdir ki, həmin aktların əsli mağazalarda qalmış, ona yalnız surəti verilmişdir, ona görə də onların əsillərini təqdim edə bilmir). İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X4r (hazırki iş üzrə iddiaçının qardaşı). Müəyyən edilir ki, cavabdehin işlədiyi MMC-nin qanuni təmsilçisi İddiaçı qardaşıdır. Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq iddiaçıya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımaq və dondurmanın saxlanması üçün soyuducuların paylanması tapşırılmışdır ki, cavabdeh də üzə rinə düşən tapşırığı yerinə yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhz qeyd edilən tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı cavabdehlə mübahisələndirilən kredit müqaviləsini bağlamış, həmin müqavilə üzrə cavabdehə müqavilədə göstərilən məbləğdə pul verilməmişdir. Tərəflərin əvvəllər tanış olmamasını, aralarında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasını, İddiaçı yük (söyuducu və dondurma) daşımaq üçün iki yük avtomobilinə dair Cavabdeh etibarnamə verməsini, dondurma və soyuducuların məxsus olduğu müəssisənin İddiaçı qardaşına məxsus olmasını, tərəflər arasında hər hansı etibarlı münasibətlərin olmadığı şəraitdə, İddiaçı hər hansı təminat olmadan əvvəllər tanımadığı Cavabdeh kifayət qədər küll ü miqdar hesab olunan 17.000 ABŞ dollarının verilməsini, kreditin 01.11.2018-ci il tarixədək qaytarılması şərtilə verilməsinə baxmayaraq, hazırki iddianın tərəflər arasında tapşırıq müqaviləsinə xitam verilməsindən dərhal sonra qaldırılmasını (üzləşmə aktları 2019-cu il sentyabrın 05-06-da tərtib olunmuş, iddia isə 19.09.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq hesab etmişdir ki, mübahisələndirilən 10.06.2018-ci il tarixli kredit müqaviləsi yalan əqddir, yəni Cavabdeh öhdəsinə götürdüyü tapşırığın yerinə yetirilməsini (dondurmaların pulunun ödənilməsini, soyuducuların isə mövsümün sonunda geri qaytarılmasını) təmin etmək üçün bağlanmışdır. Kredit müqaviləsinin tapşırıq müqaviləsi ilə eyni dövrdə bağlanması isə onu göstərir ki, kredit müqaviləsi tapşırıq müqaviləsindən i rəli gələn öhdəliyin lazımınca icra edilməməsi nəticəsində Cavabdeh İddiaçı ödəməli olan borcun etirafı xarakterini daşımamışdır. Buna görə, kredit müqaviləsinin yalan əqd olması əsası ilə etibarsızlığı nəticəsində «borcun etirafı haqqında» müddəaların tətbiqi də mümkün deyildir. Hazırki iş üzrə kredit müqaviləsinin etibarsız hesab olunması gələcəkdə tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia qaldıracağı təqdirdə İddiaçı tərəflərin kredit müqaviləsi bağlayarkən əslində nəzərdə tutuqları əqdin qaydalarının tətbiq edilməsini tələb etmək hüququndan mərhum etmir. İddia tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi yox, əhəmiyyətsiz əqdin etibarsız hesab olunması barədə olmaqla yanaşı, digər tərəfdən də mübahisələndirilən kredit müqaviləsinin icrasına başl anmamışdır, yəni həmin əqd üzrə İddiaçı Cavabdeh hər hansı məbləğdə pul verməmişdir. Buna görə müddətlə bağlı müddəalara istinad edərək, müddətin ötməsi barədə dəlillər əsassızdır. Cavabdeh tələbinin kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır, mübahisələndirilən müqavilə etibarsız müqavilədir və onun ləğvi tələbi əsassızdır. İddiaçı başqa şəxslərlə borc mübahisəsi üzrə qüvvədə olan məhkəmə aktlarına münasibətdə qeyd edilmişdir ki, həmin işin halları ilə hazırki işin halları arasında hər hansı oxşarlığın olması bütün işlərdə eyni məzmunlu qətnamə qəbul edilməsinə hüquqi əsas vermir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində 324.1, 389.1, 739.1, 739.2, 740.2, 324.5, 404, 337.1, 3 40.2, 354.1-ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4550/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin kifayət qədər obyektiv araşdırma aparmamasını bildirərək yenidən araşdırılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmiş, lakin işə baxan tərkib də eyni əsassız apellyasiya qərarını demək olar ki, bərpa etməyə cəhd etmiş, nəticədə hazırki qanunsuz qərarı qəbul etmişdir lər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4550/2021 saylı, 17.05,2021-ci il tarixli qərarında ilk başda Cavabdehla İddiaçı arasında işçi-işəgötürən münasibətlərinin olub-olmamasının guya müəyyən edilməmiş qalması görüntüsü yaradılmışdır. Belə ki, qərarın 5-ci səhifəsinin 7-ci abzasından da görünür ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması və iş üzrə digər əhəmiyyətli suallara digər vəkilin cavab verə bilməməsi, daha sonra iddiaçının prosesdə iştirak etməməsi və ən sonda İddiaçı nümayəndəsinin həmin suallara cavab verərək işgüzar münasibətlərin olmasını təkzib etməyi Bakı Apellyasiya Məhkəməsini qane etməmişdir. Halbuki nümayəndənin etibarnamə üzrə İddiaçı təmsil etdiyi və bildirdiyi xüsusatların da İddiaçı mövqeyini əks etdirməsi məhkəmə tərəfindən nəzərə çatdırılmamışdır. İşin əsli də məhz ondan ibarətdir ki, şəxslər arasında hər hansı əmək və işgüzar münasibət olmamışdır. Əgər kı, fərz etsək belə tərəflər arasında əmək münasibəti olub, bu belə hazırki müqavilənin etibarsız olması üçün əsas rolunu oynamır. Daha sonra Bakı Apellyasiya Məhkəməsi isə Cavabdeh İddiaçı tərəfindən müəyyən avtomobillərin idarə edilməsi üçün etibarnamə verilməsi faktını qeyd etmişdir. Əslində heç bir faktı sübuta yetirməyən bu xüsusatla bağlı hər hansı fikir bildirilməsi zərurəti yoxdur, lakin Bakı Apellyasiya Məhkəməsi bu kimi əsassız faktlara istinad edərək ən son “göründüyü kimi” ifadəsindən istifadə etmək yolu ilə tərəflər arasında guya şifahi tapşırıq müqaviləsinin olmasını qeyd edir. Tərəflər arasındakı tanışlıq və münasibət nəticəsində İddiaçı ona müəyyən avtomobillərin idar ə edilməsi üçün etibarnamə vermişdir. Bu isə əslində həmin şəxslərin arasında daha əvvəldən müəyyən münasibətin olduğunun göstəricisidir. Lakin məhkəmə bu faktı kifayət qədər əhatəli təsvir etmiş və tərəflər arasında əmək münasibətinin olmasının göstəricisi olmağını bildirmişdir. Hər hansı bir şəxs digər bir şəxsə müəyyən hüquqların etibar edilməsi üçün etibarnamə verirsə, bu həmin tərəflər arasında kredit müqaviləsi bağlanmasını qadağan edir mi? Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər bir fakt isə X3 "xxxx" MMC-nin qanuni təmsilçisi olmasıdır. Görünür ki, məhkəmə kollegiyası vətəndaşların öz qardaşlarının iş yoldaşları ilə münasibət qurulmasında mütləq formada gizli bir niyyətin olmasını hesab edir. Əslində isə baş verənlər kifayət qədər sadə insan münasibətlərindən i rəli gəlmiş, tərəflər arasında borc müqaviləsi bağlanmış, hazırda isə borc geri ödənilməməkdədir. Bu qədər sadə bir mülki münasibətin hər dəfəsində Bakı Apellyasiya Məhkəməsində şaxələndirilərək başqa istiqamətə çəkilməsi məhkəmənin obyektivliyinə şübhə doğurur. Bakı Apellyasiya Məhkəməsinin hazırki qərarının 6-cı səhifəsinin 7-ci abzasında qeyd olunmuşdur ki, tərəflər arasında şifahi müqavilə bağlanmışdır. Məhkəmənin hansı əsaslarla bu nəticəyə gəlməsi isə məlum deyildir. Tərəflər arasında hazırki kredit müqaviləsindən başqa heç bir şifahi və yazılı müqavilə bağlanmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə yalnızca təxəyyül və mülahizələrə əsaslanmışdır. Tərəflər arasında tapşırıq müqaviləsinin olmasına dair heç bir əsas mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsi isə mövcud münasibətləri t əhrif edərək Cavabdeh mənafeyinin təminatı üçün çalışmışdır. Qətnamədə həmçinin tərəflər arasında hər hansı etibarlı münasibət olmadığı şəraitdə belə bir borcun verilməsi müqavilənin etibarsızlığı üçün əsas kimi qeyd edilir. Bu zaman sual olunur, məhkəmənin istinad etdiyi “etibarlı münasibət” anlayışı nəyi ehtiva edir? Belə başa düşülür ki, məhkəmə şəxslər arasındakı borc müqavilələrinə hüquqi qiymət verərkən onlar arasında “etibarlı münasibət” olub-olmamasına nəzər yetirməlidir. Hər hansı bir vətəndaşın əhval-ruhiyyəsi bir neçə gündür tanıdığı (halbuki hazırki işdə belə münasibətlər kifayət qədər əvvəl yaranmışdır) şəxsə borc pul verərsə həmin pulu geri istəmək hüququ yoxdur. Bakı Apellyasiya Məhkəməsinin tətbiq etməyə çalışdığı hüquq yəqin ki, nə anqlo-sakson, nə də roman-german hüquq si stemində mövcud deyildir. Məntiq və təxəyyülə əsaslanaraq qərarın qəbul edilməsi bir vətəndaş olaraq İddiaçı hüquqlarını kobud şəkildə pozmaqdadır. Müqavilə üzrə ödənilən pul məbləğinin Cavabdeh verilməməsi ilə bağlı qeyd olunanlar da tamamilə əsassızdır. Belə ki, həmin pul məbləği notarial qaydada bağlanan müqaviləyə əsasən depozitə qoyulmuş və Cavabdeh tərəfindən götürülmüşdür. Göründüyü kimi bağlanmış müqavilə tam qanuni və əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin həmin müqaviləni şifahi əsaslandırma və mülahizələrə əsaslanaraq etibarsız hesab etməsi isə tamamilə qəbuledilməzdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi real müqavilədir. Belə ki, müqavilə faktiki olaraq pul məbləğinin və ya əşyanın verilməsi ilə bağlanmış hesab olunmaqdadır. İşin halları baxımından pulun notariusun b ank hesabı vasitəsi ilə verilməsi tam aşkar olunur. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir tərəflər arasında bağlanmış kredit müqaviləsi başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Belə iddiaçı onu işə götürməzdən əvvəl kredit müqaviləsi bağlamaq məcbur edib sonra işə götürmüşdür. Bağlanmış kredit müqaviləsini isə özü qarant hesab edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinin dəlilərinə etiraz edərək şikayətin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin qüvvədə saxlanılması nı xahiş etmişdirlər. İşdə iştirak edən digər şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd et ibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada b ağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, hər hansı qüsur səbəbindən qanunun birbaşa göstərişinə əsasən etibarsız olan əqdlər əhəmiyyətsiz əqdlərdir və belə əqdlər məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Etibarsız əqdlər onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (maddə 337.2-337.4). Apellyasiya məhkəməsi notarial qaydada bağlanmış borc müqaviləsinin borcun verilməsi məqsədilə deyil, Cavabdeh öhdəsinə götürdüyü tapşırığın yerinə yetirilməsini (dondurmaların pulunun ödənilməsini, soyuducuların isə mövsümün sonunda geri qaytarılmasını) təmin etmək üçün bağlanmış yalan əqd hesab etmiş, əqd bağlanan zaman iradə ifadəsinin qüsu rlu olması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsinin göstərilən nəticəyə gələrkən işdə olan iddiaçının cavabdehə iki ədəd yük maşınını idarə etmək üçün verdiyi 08.05.2018-ci il tarixli və 11.05.2019-cu il tarixli verdiyi etibarnamələrə, dondurma və soyuducuların məxsus olduğu müəssisənin İddiaçı qardaşına məxsus olmasına, tərəflərin əvvəllər tanış olmamasına, aralarında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasına, tərəflər arasında hər hansı etibarlı münasibətlərin olmadığı şəraitdə, İddiaçı hər hansı təminat olmadan əvvəllər tanımadığı Cavabdeh kifayət qədər küllü miqdar hesab olunan 17.000 ABŞ dollarının verməsinə, kreditin 01.11.2018-ci il tarixədək qaytarılması şərtilə verilməsinə baxmayaraq, hazırki iddianın tərəflər arasında tapşırıq müqaviləsinə xitam ver ilməsindən dərhal sonra qaldırılmasını əsaslanmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə buzaman Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus yük avtomobilinə dair 1-ci etibarnamə borc müqaviləsindən 1 ay əvvəl, digər avtomobilə dair etibarnamə isə 1 il sonra verilmişdir. İddiaçının borc müqaviləsinə qədər cavabdehə etibarnamə verməsi, həmçinin cavabdehin iddiaçının qardaşının qanuni nümayəndə olduğu MMC ilə işgüzar əlaqələrinin olması da tərəflərin borc verilməzdən əvvəl bir-birini tanımamasını deyil, əksinə tərəflərin bir-birini tanıdığını təsdiq edən haldır. Bu sübutlar özlüyündə iddiaçının cavabdehə borc verməsini təkzib etmir. Tərəflər arasında kredit müqaviləsinin notariat orqanında bağlan ması, məbləğin depozitə qoyulması və məbləğin məhz cavabdeh tərəfindən depozitdən götürülməsi aşkar olduğu və həmin faktları təkzib edən mötəbər sübutların olmaması halında müqavilənin puç əqd adlandırması anlaşılan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini nəzərə almamış və MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin yalan əqd olması nəticəsinə gələn apellyasiya məhkəməsi nədənsə, Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsini, yəni yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi barədə müddəanı nəzərə almamış və bu baxımdan işin faktiki hallarını dəyərləndirməmiş, bu hissə üzrə iddiaçının hər hansı tələb irəli sürməməsini qeyd etmişdir. Təbii ki, iddiaçı borc müqaviləsi üzrə tələb irəli sürmüşdür və əgər məhkəmə tərəflər arasında tapşırıq müqaviləsinin icrasının təmininə yönələn əqdin bağlanması nəticəsinə gəlmişdirsə, həmin tələbə tapşırıq müqaviləsinə aid olan qaydaları tətbiq etməklə qiymət verməli idi. Halbuki Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Hazırki işdə iddia tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi yox, əhəmiyyə tsiz əqdin etibarsız hesab olunması barədə olması və həmin tələbə Mülki Məcəllənin 354.1-ci maddəsinin tətbiqinin qeyri-mümkün olması barədə apellyasiya məhkəməsinin mövqeyini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Cavabdeh etibarlılığını mübahisələndirdiyi 10.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı 31.10.2019-cu il tarixdə, həm də həmin müqavilə üzrə borcun tələb edilməsi barədə iddiaçı 16.09.2019-cu il tarixdə iddia verəndən sonra irəli sürmüşdür. Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürülməklə verilməsi aşkardır. Apelyasiya məhkəməsinin müqavilənin etibarsız (yalan) əqd olmasına dair mövqeyi tam olaraq əsaslandırılmad ığı halda mübahisəyə kəsici müddətlə bağlı normaların tətbiq edilməsinin mümkünsüz olması nəticəsinə gəlməyin özü mübahisəlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və hesab edir ki, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4550/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar