Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5485/2018 17.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adındanAzərbaycan Respublikası Ali MəhkəməsiMülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5485/2018 17 sentyabr 2018-ci il Bakı şəhəri AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova MehparəTofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, NurməmmədovƏhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi,Cavabdeh iştirakı ilə,Sumqayıt ApellyasiyaMəhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəliqətnaməsindən Cavabdeh və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin13 dekabr 2017-ci il tarixli, 2(060) -5935/2017 saylı qətnaməsi ilə (hakim C.Məmmədov)İddiaçı ASC-ninCavabdeh qarşı kredit müqaviləsi üzrə borcun vəfaizlərin tutulması tələbi qismən təmin edilərək, Cavabdeh milli manat ekvivalentində əsas borc üzrə 3.781,41 ABŞdolları, faiz borcu üzrə 1.123,64 ABŞdolları, ümumilikdə4.905,05 ABŞ dollarının və məhkəməyə ərizəsinin verilməsi üçün 19 manat məbləğində dövlət rüsumuİddiaçı ASC-nin xeyrinə tutulması, 30 manat ödənilməli olan dövlət rüsumunun çatışmayan 10 manatınınCavabdehtutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertizatədqiqatının dəyəri 50 manatın AbdullayevAdil Kitabəli oğlundan tutularaq X1 keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. SumqayıtApellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, A.Hüseynov, G.Tağızadə)14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt ŞəhərMəhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(060)-5935/2017 saylı qətnaməsiCavabdeh verdiyi apelyasiya şikayəti əsasında dəyişdirilmədənsaxlanılmışdır.Cavabdeh və vəkil Cəlalzadə Mehdi Qurbanəli oğlu iş üzrə Sumqayıt ApellyasiyaMəhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)-1045/2018nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.781,41 ABŞdolları əsas borc, 1.405,61 ABŞ dolları faiz borcunun, ümumilikdə 5.187,02 ABŞdolları və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.Sum qayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tarixli əmri ilə ərizətəmin edilmişdir. Həmin əmrdən narazı qalan borcluCavabdeh etiraz edərək, mülki işə iddia icraatıqaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadı iləSumqayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki işə iddiaicraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunlaəsaslandırılmışdır ki,İddiaçı SC ilə Cavabdeh arasındabağlanmış 08 iyul2014-cü il tarixli nağd pullahiyyəsi müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 23 faiz olmaqla 8.900 ABŞ dolları məbləğindəkredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğukredit və hesablanmış faizləri banka ödəməkdən yayınmışvə kredit müqaviləsinintələblərinipozaraq üzərinə düşən öhdəliyiyerinə yetirməmişdir. Hazırdacavabdehin banka 3.781,41 ABŞ dolları əsas borc, 1.405,61 ABŞdolları faiz borcu olmaqla,cəmi 5.187,02 ABŞdolları borcu vardır.İş üzrə yuxarıdagöstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinindəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkil Vəkil SumqayıtApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli2(105)-1045/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətionunla əsaslandırılmışdır ki, kredit götürdükdən sonra ölkədə baş verəndevalvasiya nəticəsində maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir.Bank da bundan istifadə edərək ondan artıq borc tələb etmişdir. Ona görə də, işüzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci iltarixli 2(105)10 45/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştiraketdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinəəsasən onun izahatı dinlənilmədi.İşə baxılmasınınvaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı bankınnümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyəməlumat verməmişdir.Məhkəməkollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə işəiddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: AzərbaycanRespublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiyainstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgüntətbiqini yoxlayır.Apellyasiy ainstansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2014-cü iltarixli, ************** saylı kredit müqaviləsinə əsasən, kredit alan kredit verənə 36 ay müddətinə verilmiş 8.900 ABŞdolları məbləğində pulu olankredit kartından götürdüyü məbləği illik 23 faizilə birlikdə vaxtında qaytarmaqla öz öhdəsinə götürür. Ödəniş cədvəlinə 1 nömrəli əlavəsindən görünür ki, 10 gündən 90 günədək gecikdirilmişkreditə görəkredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin bir faizimiqdarında cərimə ödəyir. İddiaçıSC-nin 28 fevral 2017-ci iltarixli maliyyə arayışından görünür ki,Cavabdeh3.781,41 ABŞ dolları əsasborc, 1.405,61 ABŞ dolları faizborcu olmaqla, cəmi 5.187,02 ABŞdolları məbləğində borcu vardır.Azərbaycan Respub likası Ədliyyə NazirliyiMəhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2017-ci il tarixli 14285saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh 08 iyul 2014-cü il tarixli, ***************** saylı kredit sazişi üzrə 3781,41 ABŞdolları əsas borc,1123,64 ABŞ dolları faiz borcuolmaqla, ümumilikdə4905,05 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Mülki Məcəllənin386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nətic əsində əmələ gəlməsi hallarıistisna olmaqla öhdəliyin əmələ gəlməsiüçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Mülki Məcəllənin739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən)pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya(borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyninövlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsininpredmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür.Mülki Məcəllənin443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərinəvəzini ödəməyə borcludur.Mülki Məcəllənin445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsindəvurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icramümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır.Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadəkkreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.Mülki Məcəllənin448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinədaxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir.Mülki Məcəllənin448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkətvə ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır.Mülki Məcəllənin449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onuqaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə vəya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqlaondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərinmiqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçünbank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəməkreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsasgötürməklə ödəyə bilər. Mülki Məcəllən in421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədəpozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması ozaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsindəo, müqavilə bağlanarkən ümid etməyi haqqı çatanlardan xeyli dərəcədə məhrumolur.Mülki Məcəllənin421.3-cü maddəsini əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasındanbirtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərinrazılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmişsayılır.Mülki Məcəllənin441.3-cü maddəsinə görə əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdəhəyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyininicrasını dayandıra bilər və ya həyata keçirilməmiş i craya müvafiq hissədəicradan imtina edə bilər.Mülki Məcəllənin439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatlaifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə,tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutadada müəyyənləşdirə bilərlər.Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc)müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyihallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərtolmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiqolunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.Kreditmüqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Kreditmüqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsikimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kreditmüqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsifunksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geriqaytarılır.“Beynəlxalq kommersiya müqavilələrinin prinsiplərihaqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki,pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsiilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağıyerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, “Avropa müqavilə hüququnun Prinsiplərihaqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyininicrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belərazılıq olmadığı halda, pul öhdəliyində g östərilmiş xarici valyuta məbləğiödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi iləhəyata keçirilə bilər. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgərödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsavə ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədəayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnəüzrə yerinə yetirilməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərininəsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuşməzənnə təşkil etməlidir. Qeyd olunan norma o halları tənzimləyir ki, manatla olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnədəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutayanisbətdə artır və ya aza lır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdətutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmişmüqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəriazalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələbedə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğinödənilməsini iddia edə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1,439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasınauyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinədair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ciil tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqa viləsi üzrəəsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədənəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclukredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnəəsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MülkiMəcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və buzaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyinmüəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyivaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.İşinhallarını, iş üzrə ekspertiza rəyini əsas götürərək və sadalanan qanunvericiliknormaların istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,cavabdeh kredit müqaviləsi üzrə ü zərinə götürdüyü öhdəlikləri yerinəyetirmədiyinə görə, birinci instansiya məhkəməsi Cavabdeh milli manatekvivalentində əsas borc üzrə 3781,41 ABŞdolları, faiz borcu üzrə 1123,64 ABŞ dolları, ümumilikdə 4905,05 ABŞ dollarının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması iddianın qalan hissədə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəməkollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərəkhesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılanzaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinəriayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquqnormaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləriapellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsiüçün əsas ola bilməz. Kassasiya şikayətinindəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formalmülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla vətəmin edilə bilməz. Belə ki, mülki qanunvericiliyin prinsiplərinə görə müqaviləşərtləri onun iştirakçıları tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir ki,cavabdeh kredit müqaviləsini imzalamaqla həmin müqavilənin şərtlərini qəbul etməsibarədə iradəsini ifadə etmişdir. Qeyd olunan şərtlər sırasında isə sonradan məzənnənindəyişməsi və ya maddi vəziyyətin pisləşməsi halında borcun ödənilməsi üzrə məsuliyyətdənazad edilmə və ya bu məsuliyyətin yüngülləşdirilməsi nəzərdə tutulmamışdır.Cavabdeh yaranmış kredit borcuna dair ekspertiza rəyində göstərilən məbləğləritəkzib edəcək hər hansı s übut təqdim etməyərək borcun düzgün hesablanmamasını əsaslandırmamışdır.Buna görə də cavabdeh müqavilə şərtləri üzrə öz üzərinə götürdüyü icra edilməmişqalan öhdəliklərini yerinə yetirməyə borcludur. Bu səbəbdən,kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsidəyişiklik edilmədən saxlanılmalıdır. AzərbaycanRespublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkənapellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklikedilmədən, şikayəti təmin etmədən saxlaya bilər.Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419,421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkil Vəkil kassasiyaşikayəti təmin edilməsin. İş üzrə SumqayıtApellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 14.02.2018-ci il tarixli2(105)-1045/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbuledildiyi andan qüvvəyə minir. Sədrlik edən:Hakimlər: Əsli ilə düzdürAli Məhkəmənin hakimi Mehparə Əhmədova Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5485/2018 17 sentyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)1045/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkil Cəlalzadə Mehdi Qur banəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(060)-5935/2017 saylı qətnaməsi ilə (hakim C.Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbi qismən təmin edilərək, Cavabdeh milli manat ekvivalentindəəsas borc üzrə 3.781,41 ABŞ dolları, faiz borcu üzrə 1.123,64 ABŞ dolları, ümumilikdə 4.905,05 ABŞ dollarının və məhkəməyəərizəsinin verilməsi üçün 19 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, 30 manat ödənilməli olan dövlət rüsumunun çatışmayan 10 manatının Cavabdeh tutularaq dövlət büdcəsinəödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh tutularaq X1 keçirilməsivəiddianın qalan hissədə təmin edilməməsiqə tedilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, A.Hüseynov, G.Tağızadə) 14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəli qətnaməsi ilə Cavabdehverdiyiapelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(060)-5935/2017 saylı qətnaməsi Cavabdehverdiyiapelyasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkil Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı ASC ərizəilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.781,41 ABŞ dollarıəsas borc, 1.405,61 ABŞ dolları faiz borcunun, ümumilikdə 5.187,02 ABŞ dolları və məhkəməyəərizənin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq bankaödənilməsi barədə məhkəməəmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tarixli əmri iləərizə təmin edilmişdir. Həmin əmrdən narazı qalan borclu Cavabdeh etiraz edərək, mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tarixli məhkəməəmri ləğv edilmiş və mülki işəiddiaicraatıqaydasındabaxılmasıqəraraalınmışdır. İddiaonunlaəsaslandırılmışdırki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2014-cü il tarixli nağd pul lahiyyəsi müqaviləsinəəsasən sonuncuya 18 ay müddətinə, illik 23 faiz olmaqla 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinəəsasən ödə məli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmışvə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda cavabdehin banka 3.781,41 ABŞ dollarıəsas borc, 1.405,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.187,02 ABŞ dolları borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkil Vəkil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürdükdən sonra ölkədə baş verən devalvasiya nəticəsində maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir. Bank da bundan istifadə edərək ondan artıq bor c tələb etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)1045/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, **************** saylı kredit müqaviləsinə əsasən, kredit alan kredit verənə 36 ay müddətinə verilmiş 8.900 ABŞ dolları məbləğində pulu olan kredit kartından götürdüyü məbləği illik 23 faizilə birlikdə vaxtında qaytarmaqla öz öhdəsinə götürür. Ödəniş cədvəlinə 1 nömrəli əlavəsindən görünür ki, 10 gündən 90 günədək gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin bir faizi miqdarında cəriməödəyir. İddiaçıSC-nin 28 fevral 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 3.781,41 ABŞ dollarıəsas borc, 1.405,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.187,02 ABŞ dollarıməbləğində borcu vardır. AzərbaycanRespublikasıƏdliyyəNazirliyi MəhkəməEkspertizaMərkəzinin 10 noyabr 2017-ci il tarixli 14285 saylıməhkəməmühasibatlıqekspertizasının rəyindən görünür ki, Cavabdeh 08 iyul 2014-cü il tarixli,*************** saylı kredit sazişi üzrə 3781,41 ABŞ dollarıəsas borc, 1123,64 ABŞ dolları faiz borcuolmaqla, ümumilikdə 4905,05 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəl iyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəl iyin icra edilməməsi. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyi haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsini əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 441.3-cü maddəsinə görə əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Kredit müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. “Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənn ə təşkil etməlidir. Qeyd olunan norma o halları tənzimləyir ki, manatla olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin b əzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi va xt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. İşin hallarını, iş üzrə ekspertiza rəyini əsas götürərək və sadalanan qanunvericilik normaların istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, birinci instansiya məhkəməsi Cavabdeh milli manat ekvivalentindəəsas borc üzrə 3781,41 ABŞ dolları, faiz borcu üzrə 1123,64 ABŞ dolları, ümumilikdə 4905,05 ABŞ dollarının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması iddianın qalan hissədə təmin edilməməsibarədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, mülki qanunvericiliyin prinsiplərinə görə müqavilə şərtləri onun iştirakçıları tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir ki, cavabdeh kredit müqaviləsini imzalamaqla həmin müqavilənin şərtlərini qəbul etməsi barədə iradəsini ifadə etmişdir. Qeyd olunan şərtlər sırasında isə sonradan m əzənnənin dəyişməsi və ya maddi vəziyyətin pisləşməsi halında borcun ödənilməsi üzrə məsuliyyətdən azad edilmə və ya bu məsuliyyətin yüngülləşdirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh yaranmış kredit borcuna dair ekspertiza rəyində göstərilən məbləğləri təkzib edəcək hər hansı sübut təqdim etməyərək borcun düzgün hesablanmamasını əsaslandırmamışdır. Buna görə də cavabdeh müqavilə şərtləri üzrə öz üzərinə götürdüyü icra edilməmiş qalan öhdəliklərini yerinə yetirməyə borcludur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkil Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2018-ci il tarixli 2(105)-1045/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5485/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5485/2018
17.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver